Xalq diplomatiyası, yoxsa vətənə xəyanət?!
Köşə
Oxunub: 12575
02 May 2014 | 11:00
Xalq diplomatiyası, yoxsa vətənə xəyanət?!

“Dövlət sirlərinə girişi olmuş, strateji məlumatlara malik insanların xalq diplomatiyasında iştirakı yolverilməzdir”

 

“Heç bir əsas olmadan  xalq diplomatiyasının əleyhinə çıxanlar da elə bir növ dövlətə  xəyanət edirlər”

 

Son günlər Azərbaycanda baş verənlər,  Ermənistanın ictimai dairələri ilə sıx əməkdaşlıq etmiş jurnalist, siyasi fəal Rauf Mirqədirovun həbsi, bu işlə bağlı vətəndaş cəmiyyətinin tanınmış simaları Yunusovların, Zəfər Quliyevin istintaqa çağırılması, eləcə də digər QHT nümayəndələrinin həbs ediləcəkləri ilə bağlı panika yaşamaları “xalq diplomatiyası”  məsələsini  gündəmə gətirib. Bu mövzu ətrafinda mətbuatda gedən diskusiyalar göstərir ki,  problemin mahiyəti  ictimaiyyət ücün bir o qədər də aydın deyil. Bu kiçik yazıda “xalq diplomatiyasi nədir və o necə milli təhlükəsizliyə xələl gətirmədən, milli maraqlara xidmət edə bilər” sualına cavab verməyə cəhd edəcəyik.

Hər şeydən əvvəl “diplomatiya” sözünün özündə nəyi ifadə etdiyini bilmək lazımdır. Diplomatiya  yunan dilində “üzərində  yazısı olan  qoşalaşmış  taxta parçası“ mənasi verən “diploma” sözündə götürülüb.Hansı ki, etimad simvolu kimi danışıq aparan tərəfə təqdim edilməsi nəzərdə tutulur. Bu taxtanı təqim etməklə şəxs danışıqların rəsmi tərəfi kimi tanınır. Diplomatiya sözü müasir dövrdə coxmənalı söz kimi işlənir və buradan da diplomatiyanın növləri, formaları meydana çıxır. Müasir dövrdə diplomatiya dövlətin xarici siyasəti, danişiqlar,danışıqların aparıldığı prosedur, Xarici İşlər Nazirliyinin başqa olkədəki müəssələri, beynəlxalq danışıqlarda xeyir əldə etmək qabiliyyəti, çevikliyi və ya kobudluğu və s.mənaları özündə ifadə edir. Bütün bu mənaların hamisi ücün bir və yegənə ümumi  həqiqət diplomatiyanın beynəlxalq əlaqələrə aid olmasıdır. İkinci danışıq aparmaq sənətidir. (qabiliyyəti,bacarığı, təcrübəsi,prinsipiallığı, yəni bəlli bir əxlaqa və qaydaya əməl edilməsi).

Diplomatiyanin növlərinə aldatmaq, təxribata cəlb etmək, güc nümaiş etdirmək, iqtisadi metoddan istifadə etmək və s. də daxildir. Hnası ki, dipolomatın qarşısına qoyulmuş məqsədlərə çatmaqda xidmət edir.Hətta vaxtı ilə ABŞ-ın prezidenti olmuş V.Q.Taft demişdir ki,dolar diplomatiyasinda dollar güllənin rolunu oynamalıdır. (Bu gün Rusiyanin Ukraynada atdığı güllələrin əvəzinə ABŞ iqtisadi sanksiyalarla cavab verir və nəticədə ABŞ dolları  rus kalaşnikovundan daha güclü silah kimi işləyir).

Diplomatiyanin növlərindən biri də kütləvi diplomatiyadır. Burada üzunmüddətli əməkdaşlıq, xaricdə ictimai rəyi öyrənmək, özünün düzgün başa düşülməsi ücün xarici auditoriyanı məlumatlandırmaq  yolu ilə  xarici siyasətin hədəflərinə çatmaqdan ibarətdir. Beləliklə, kütləvi diplomatiya rəqibin əhval-ruhiyyəsini öyrənmək və  onlara təsir etməklə öz xeyrinə rəy formalaşdırmaqla milli maraqları təmin etmək, inkişaf etdirmək məsədi güdür.

Diplomatiyanin bir növü kimi, xalq diplomatiyas; geniş mənada tarixi fasiləsiz ünsiyyətlə xalqlar arasındakı qarşılıqlı anlaşmanı və mədəni zənginləşməni özündə ifadə edir. Xalq diplomatiyasi müasir dövrdə münaqişələrin demokratik yolla  həllində olduqca mühüm əhəmiyyətə malikdir.

Ən ümumi şəkildə isə diplomatiya rəsmi və qeyri-rəsmi olmaqla iki formada meydana çıxır,  hansı ki qeyri-rəsmi forma xalq və kütləvi diplomatiya növləri ilə həyata keçirilir.

Müasir dövrdə qeyri-rəsmi diplomatiya rəsmi diplomatiyanin effektliyini artırmaq və ya ona zəmin yaratmaq və ya onun məqsədinə aid olmayan məqsədləri, o cümlədən xüsusi məqsədləri məsələn, vasitəçilik kimi məqsədləri həyata kecirmək ücün geniş istifadə olunur. ABŞ-ın təcrübəsində sabiq dövlət adamlarından, o cümlədən ictimai instiutların imkanlarından  xalq diplomatiyasında çox geniş istifadə olunur. MDİ, BRİ və s.ictimai təşkilatlar, o cünlədən  prezidentlik müddətləri başa çatdıqdan sonra Karterin, Reyqanın,  Buşun, Klintonun beynəlxalq münasibətlərdə aktiv iştirakı və problemlərin həlində ciddi nailiyyət qazanmaları  ABŞ-ın xalq diplomatiyasının  təzahürlərindəndir.

Unutmaq olmaz ki, diplomatiya həm də elmdir. Bu mənada diplomatiya ilə məşgul olan həll etmək istədiyi problemi və diplomatik fəaliyyət göstərəcəyi dövləti, xalqı  və onların milli maraqlarını, adət və ənənələrini, mədəniyyətini, o cümlədən də dipılomatik mədəniyyəti , onların diplomatiya tarixini, diplomatik etiketi və s. bilməlidir. Diplomatiyada məqsəd dövləti və vətəndaşı birgə müdafiə etməkdən ibarətdir.

Müasir dövrdə xalq diplomatiyasının çox geniş yayılmış formalarından biri də sosial şəbəkələrdir. Tvitter və s. sosial şəbəkələr iki tərəf arasındakı təması təmin edir. Bir çox ölkələrdə sosial şəbəkələrin nəzarətə götürülməsi, hətta bağlanması bu amillə əlaqədardır. Odur ki, xalq diplomatiyasında iştirak edən şəxslər əlaqənin bu növündə də diqqətli olmalı,  bütövlükdə xalq diplomatiyası üçün gərəkli olan bütün qaydalara əməl etməlidir.

Xalq diplomatiyasını zəruri edən və ona üstünlük verilməsini şərtləndirən amil  rəsmi diplomatiyanin “etimad defisitidir.” Rəsmi diplomatların əks tərəfdə  etimad, inam qazanmasi və əks tərəf ücün effektli danışıqlar aparmaq ücün şansı azdir. Çünki rəsmi diplomatlar qabaqcadan öz dövlətləri tərəfindən onlarin qarşısına qoyulmuş  konkret məqsədlərə  və ən vacibi də  konkret inistruksiya əsasında, dar çərçivədə çatmaga cəhd edirlər. Bəzən bu məqsədlər əks tərəfin maraqlarına cavab verməyə də bilər. Bu da diplomatik səyin nəticəsiz qalmasına səbəb olur.

Amma xalq diplomatiyasının iştirakşi aktyorları bu məhdudiyyətlərdən uzaqdır. Onlar konkret yox, qeyri-müəyyən, ən ümumi məqsədlərə xidmət edir, bu zaman öz fəaliyyətlərində hec bir inistuksiyaya( əxlaqi və vətənə sədaqət istisna olmaqla) əsaslanmır və bir qayda olaraq hər iki tərəfin ortaq maraqlarının təmin edilməsinə çalışırlar. Bu da xalq diplomatiyasının önəmini və rolunu artırır. Hər iki tərəfin iştirakçılığını asanlaşdırır. Digər tərəfdən xalq diplomatiyasında iştirakçıların sayi və kimliyi  rəngarəng və  qeyri-məhdud olur.

Xalq diplomatiyasına rəvac verən digər faktor beynəlxalq təşkilatların  müvafiq yerli təşkilatlarından istifadənin asanlığıdır. Belə ki danışığın hər iki tərəfində eyni bir beynəlxalq təşkilatın üzvü olan insanlar eyni dəyərləri bölüşdürdüklərindən və qlobal məqsədlərə xidmət etdiklərindən rəsmi diplomatiyadan fərqli olaraq münaqişəli vəziyyətlərdə onların proseslərdə iştirakını təmin etmək asan və produktiv olur.

Bəs xalq dilomatiyasi nə vaxt vətənə xəyanətə cevrilir?

Qısa təhlilimizdən göründüyü kimi, xalq diplomatiyasının aktyorları vətəndaş cəmiyyətindən, o cümlədən müxalif nümayəndələrindən təşkil olunur. Problem müxalif güclərin xalq diplomasiyasında iştirak edərkən öz müxalifətçilik mövqelərini  saxlamaqdan qaynaqlanır. Belə ki, məhz müxalifətçilik mövqeyindən əks tərəfə ölkə haqqında verilən məlumat ölkə əhalisinin əhval-ruhiyyəsini, ölkənin problemlərini, zəif tərəflərini öyrənməyə, bunun üzərində rəqibin  öz rəsmi siyasətlərində düzəlişlər etməyə əsas verir.

Buna görə xalq diplomatiyasında iştirak edənlər öz ölkəsinin daxili problemlərini qaldırmamalıdır.

Digər tərəfdən, beynəlxalq qrantlarla həyata kecirilən xalq diplomatiyasında həm də mərkəzi təşkilatın konkret öz  maraqlari  önəm daşıyır. Belə təşkilatların tərəflərdən birinə simpatiya bəsləməsi olduqca ciddi təhlükələr yarada bilər. Xalq diplomatiyasına  edilən xarici yardımlardan sui-istifadə də xalq diplomatiyasından vətənə xəyanətə kecid ücün əlverişli zəmin yaradır. Bunu nəzərə alaraq bir cox ölkələr məsələn, ABŞ da 1938 ci ildən ölkədə xarici dövlətlərə  lobbiçilik fəaliyyəti göstərən təşkilatlarla bağlı qanun qəbul etmişdir.

2011-ci ildə İsrail daha da uzağa gedərək ölkənin QHT-lərnin xaricdən maliyyələşdirilməsini qadağan edən qanun qəbul etmişdir. Düzdür, bu qanun insan hüquqlarını pozduğuna görə BMT-nin təziqi ilə sonradan dondurulmuşdur.

Bu gün Ermənistanla Azərbaycan arasında coxillik təhlükəli münaqişə mövcuddur. Rəsmi diplomatiya problemin həllində etiraf edildiyi kimi hec bir nəticə  verməyib. Minsk qurupunun vasitəçiliyi ilə prezidentlərin, xarici işlər nazirlərinin, deputatların və s. görüşləri hamı tərəfindən etiraf edildiyi kimi formal xarakter daşıyır. Buna görə də, xalq  diplomatiyası aktuallığa çevrilmişdir.

Ermənistan diplomatiya tarixi qeyri-səmimilik və hiyləgərlik faktları ilə zəngindir. Aleksand Düma Qafqaza səfərindən aldığı təəssüratları yazarkən göstərib ki, ermənilər yeganə xalqdır ki, nə verdikləri sözə, nə də imza atdıqlari öhdəliklərə əməl edirlər. İndi xalq diplomatiyasi yolu ilə ermənilərin razilaşdığı hansı şərtin qüvvədə olacağına inandirmaq olar?

Xalq diplomatiyasının vətənə xəyanətə cevrilməməsi ücün ilk növbədə belə rolda çıxış edənlər əks tərəfə öz ölkəsində baş verənlərlə bağlı geniş məlumat verməməli, özünün müxalif kimliyini unutmalı, ən əsası isə dövlətin rəsmi diplomatik qaynaqları ilə əlqəli fəaliyyət göstərməlidir. Hər belə görüşdən sonra rəsmi dairələrə və xalqa hesabat verilməlidir. Belə ki xalq diplomatiyası rəsmi diplomatiyanin effektliyinə xidmət etməli olduğundan bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir. Xalq diplomatiyasının nümayəndələri öz fəaliyyətində aşkarlığı, şəffaflığı təmin etməli, mümkün qədər əna zından ictimai nəzarət altında fəaliyyət göstərməlidirlər. Adından da göründüyü kimi, xalq diplomatiyası xalqın diplomatiyasıdır.

Dövlət sirlərinə girişi olmuş, strateji məlumatlara malik insanların xalq diplomatiyasında iştirakı yolverilməzdir.

Bu gün xalq diplomatiyasının da  əleyhinə çıxmaq əslində ölkənin diplomatik səylərini gücsüzləşdirilməsinə, problemin həllinin çətinləşməsinə və uzanmasına xidmət edir.Ona görə də, heç bir əsas olmadan  xalq diplomatiyasının əleyhinə çıxanlar da elə bir növ dövlətə  xəyanət edirlər.

 

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri

 

 

 

 

 

 

 

 

 

 


Oxşar xəbərlər
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
01 May 2024 | 14:55
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
GÜNLÜK
01 May 2024 | 00:53
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
01 May 2024 | 00:42
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 00:53
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
01 May 2024 | 00:42
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO