Gülər Əhmədova məhkəmədə bütün “kartlar”ı açdı
Oxunub: 7305
02 May 2014 | 08:55
Gülər Əhmədova məhkəmədə bütün “kartlar”ı açdı

“Dedilər ki, guya məndə mötəbər adamlar barəsində məlumat olan disk var”

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.



Vəsatətlərə birmənalı şəkildə “yox”...

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkilləri bir neçə vəsatət verdilər. Vəkil Fazil Nemətov birinci instansiya məhkəməsində G.Əhmədovanın hüquqlarının kobud şəkildə pozulduğunu bildirdi. O, CM-in 178-ci maddəsinin mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına daxil olduğundan məhkəmə zamanı zərərçəkmiş şəxsin iştirakının təmin olunmasının vacibliyini söylədi. 
Qeyd etdi ki, bu maddə Azərbaycan məhkəmələri tərəfindən düzgün şərh edilmir. O, Gülər Əhmədovanın hüquqlarının pozulduğunu, CM-in 178.3.2 və 307.2 maddələri üzrə zərərçəkmiş şəxs olmadan keçirilməsinin şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsi və məsələnin şərh edilməsi barədə vəsatətlə çıxış etdi. Məhkəmə vəsatəti təmin etmədi. 

Sonra vəkil Əfsər Talıbov Şamil Hüseynov, Vidadi Qədirov, Roza Fərzəliyeva,  Elnur Bağırov və digərlərinin şahid kimi dindirilməsi barədə vəsatət verdi. Bundan başqa, vəkil E.Abdullayevin gizli çəkiliş üçün icazə almadığını dedi. O, sözügedən videolar qanunsuz olduğundan onların sübutlar siyahısından çıxarılması barədə vəsatət verdi. Vəkilin növbəti vəsatəti türkiyəli iş adamı Səlcuq Ağlayanın Türkiyədəki məhkəmə prosesinin protokollarının, habelə Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun orda verdiyi ifadənin də sübut kimi qəbul edilməsi və tədqiq edilməsi barədə oldu. Dövlət ittihamçısı vəsatətlərin əsassız olduğunu deyərək, onların təmin olunmamasını tələb etdi. Sonra məhkəmə müşavirə elədi. Hakim vəsatətləri təmin etmədi.

“Elşad Abdullayevin məndə pulu olsaydı...”

Sonra G.Əhmədova məhkəmədə ifadə verdi. Bildirdi ki, Sevinc Babayevanın onun başına açdığı oyunları Bakı Ağır Cinayətlər Məhkəməsində qismən danışıb: “Qismən ona görə ki, ölmüş adamın arxasınca danışmağı düzgün hesab eləmirəm. Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır, ekspertlərin çıxışında bu, öz sübutunu tapdı. Onlar da bildirdilər ki, video əsl deyil, bir diskdən digərinə köçürülüb. O videolarda xeyli qüsur var. Elşad tərəfindən bu günə qədər iki cür video paylaşılıb. Birində heç bir problem yoxdur. Əsl videolardır. Pulun alınıb verilməsi var. Digər videolar isə mənim iştirakımla olanlardır ki, əsl deyil, montajdır, artikulyasiya pozulub. Montajın ən böyük elementlərindən ən kiçiyinə qədər hamısı orda var. Elşadla Sevinc özlərini klipə çəkiblər və nağıllar danışıblar ki, bunlar da bizim işə daxil edilib. Elşadın məndə pulu olsaydı, bu qədər müddət susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib, sonra Fransaya gedib.
Sizdən bir xahişim var. Düzdür, mənə 3 il həbs veriblər. 

“Məni heç kimlə səhv salmasınlar...”


Amma Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs olunub, Binəqədinin prokuroru isə şərti cəza alıb. Lakin mənim işimdə bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Mətbuatda da bu işləri inqubator cücələri kimi eyniləşdirirlər. Amma elə deyil. Mən Azərbaycan dövlətinə xidmət etmiş adamam, anayam, qadınam, bu gün də dövlətçiliyə xidmət edirəm. Heç vaxt bu yoldan dönən deyiləm. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir? O, kişi ola-ola ona şamil edilir, amma mənə bir qadın kimi şamil edilmir. Elşadla Sevinc çox yaxın olublar. Biznes əlaqələri olub. Başqa söz işlətmək istəmirəm. Amma istintaq onu Elşadın tanışı, mənim rəfiqəm kimi təqdim edir. Mən 3 dəfə seçkidən keçmişəm. Mənim müxtəlif təbəqələrdən, cinslərdən olan adamlara ehtiyacım olurdu. Sevinc mənimlə bağlı heç vaxt rəsmi vəzifə tutmayıb, mənim rəfiqəm olmayıb. Başqa deputatla bağlı işləyib seçkilərdə. Mənə deyirlər ki, Gülər xanım, nəyinizə lazım idi ona kömək etmək? Mən bir millət vəkili kimi çox insana kömək etmişəm.

Məni heç kimlə səhv salmasınlar

Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Həmişə reklamlardan uzaq olmağa çalışmışam. Mən prezidentimə sadiq adamam. Verilən cəzanı küskünlük kimi qiymətləndirmirəm. Düzdür, ailəm dramatik vəziyyətdədir. Anam xəstədir, yoldaşım xəstədir, balaca oğlum qapılarda qalıb. Məni Heydər Əliyev siyasətə gətirib. Mən hər zaman bu yolda olacağam. YAP-da olub-olmamın heç bir fərqi yoxdur. Kimsə YAP-dan çıxan kimi mövqeyini dəyişirsə, mən onu etməyəcəyəm. Məni heç kimlə səhv salmasınlar. Düzdür, prokurorluq mənə çox əziyyət verib. Amma incikliyim yoxdur. Bura Azərbaycandır. Mən öz ölkəmdən heç yerə şikayət edən deyiləm. Kimsə YAP-dan çıxan kimi mövqeyini dəyişirsə, mənim əqidəm başqadır. Güllələnmə versələr belə, fikrimi dəyişməyəcəyəm". 
Dövlət ittihamçısı G. Əhmədovanın çıxışına etiraz edərək onu mahiyyəti üzrə ifadə verməyə dəvət etdi. 

G.Əhmədova isə öz növbəsində bildirdi ki, yaşı və təcrübəsi prokurordan çoxdur: “Biz burada rəsmi münasibətdəyik. Mən də bilirəm ki, bu münasibəti qorumaq lazımdır. Amma mənim yaşım da, gördüyüm təcrübə də prokurordan daha çoxdur. Mən Heydər Əliyev məktəbi keçmişəm. Nəsə deyəndə xahiş edirəm ki, onu yaxşı mənada qəbul edəsiniz”.

“İstintaq bu günə qədər nə deyibsə eləmişəm”

Sonra G.Əhmədova prokurorun və vəkillərin suallarını cavablandırdı. Ə.Talıbovun suallarını cavablandıranda dedi ki, Qazağa gedəndə ona ölkədən çıxmasına qadağa qoyulduğunu öyrənib: “Qazağın prokuroru və polis şöbəsinin rəis müavini gəlib dedilər ki, axtarış aparmalıyıq. Hər şeyə baxdılar, hətta qadına məxsus şeylərə. Xahiş elədim ki, heç olmasa, məni axtarış aparan maşının yanına aparmayın, hamı məni tanıyır. Dedilər ki, mümkün deyil. Lakin heç nə tapmadılar. Mənə dedilər ki, disk, ya da yaddaş kartı axtarırlar. Guya məndə mötəbər adamlar barəsində məlumat olan disk var. Bunu mənim əleyhimə olan adamlar mətbuatda yaymışdılar. Sonra Bakıya gətirdilər. İki gün ac-susuz qaldıq Qazaxdan Bakıya qayıdanda. Yolda dedim, heç olmasa yarım saat saxlayın maşını, əl-üzümüzü yuyaq. Ona da icazə vermədilər. Dedilər ki, sizi təcili Bakıya aparmalıyıq. Gecə saat 10-da dedilər yazın ki, Elşadın pulunu qaytaracağam. Mən də gülüb dedim ki, nə istəsəniz yazacağam, amma öz bildiyimi də yazacağam. Razılaşdıq. Bir də dedim ki, məni həyat yoldaşımın yanında həbs etməyin. Həbs etsəniz, onun ürəyi partlayar, pis olar. Sonra xahiş etdim ki, bizi Qazağa aparan oğlumun dostunu da buraxın. Sonra mən qalıb yazaram. Amma razılaşmadılar. Yazdım ki, Elşaddan pul almamışam, heç kimə pul verməmişəm. Soruşdum ki, nə qədər pul qaytarmalıyam? Dedilər, bir milyon manat. Cavab verdim ki, məndə bu qədər pul heç vaxt olmayıb, alınan şey deyil. Müstəntiq isə dedi, yaz ki, evimi satıb hissə-hissə qaytaracağam. Mən heç yatsam, yuxuma da girməzdi ki, mənə belə münasibət olar. Bakı Şəhər Prokurorluğunda mənə münasibət birdən-birə dəyişdi. Həmişə deyirdim ki, bu videolar montajdır. Mənimlə pişim-pişimlə danışdılar. Yazmışam ki, işgüzar nüfuzuma xələl gəlməməsi üçün pulu qaytararam, özüm də çadırda qalaram. Mənim əlimdə olan ən qiymətli şey evimdir, onun da qiymətini bilmirəm. İstintaq bu günə qədər nə deyibsə eləmişəm. Mətbuata çıxma deyib, çıxmamışam. Amma niyə belə elədilər, bilmədim. Məni həbs elədilər, amma Elşadın qardaşı hələ də oturub prokurorluqda...”

G.Əhmədova suallara cavab olaraq özünü qətiyyən təqsirli bilmədiyini bildirdi. 
Bundan sonra məhkəmədə istintaqın tamamlanması barədə müzakirələr aparıldı. G. Əhmədova və vəkilləri istintaqın tamamlanmasına etiraz etdilər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul etdi. Bundan sonra fasilə elan olundu. 
Fasilədən sonra dövlət ittihamçısı Rəsul Abbasov çıxış edərək G. Əhmədovanın təqsirinin öz təsdiqini tapdığını, onun çıxışının özünümüdafiə xarakteri daşıdığını dedi. Prokuror məhkəmədən apelyasiya şikayətinin təmin olunmamasını və hökmün qüvvədə saxlanmasını istədi. 

Hakim daha sonra G.Əhmədovanın vəkillərinin çıxış etmələrini istədi. Vəkillər çıxış üçün bir neçə gün vaxt istəsələr də, hakim 1 saatlıq fasilə elan etdi. Fasilədən sonra vəkillər çıxışa hazır olmadıqlarını bildirərək, məhkəmənin mayın 5-nə qədər təxirə salınmasını xahiş etdilər. Hakim vəkillərin xahişini nəzər alaraq, məhkəmə prosesini mayın  5-nə təyin etdi.

musavat.com
Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt