Azərbaycanda “5-ci kalon”
Köşə
Oxunub: 7325
25 Apr 2014 | 17:13
Azərbaycanda “5-ci kalon”

Proqnozlaşdırıldığı kimi Qlobal iqtisadi böhran Yaxın Şərqdən sonra keçmiş SSRİ məkanında artıq siyasi böhran yaratmağa başlamışdır. Bütün böhranlar üçün xarakterik olan gizli güclərin leqallaşması, maskaların cırılması,maraqların açıq-aşkar ifadə edilməsi  Azərbaycanda “5-ci kalon” problemini tam çılpaqlığı ilə ortaya çıxarmışdır.

20 illik müstəqilik dövründə Azərbaycanda “5-ci kalon” necə qorunub-saxlanmış və bu gün təhdidedici gücə çevrilmişdir? Kimlər “5-ci kalonu” təşkil edir? Bu məqalədə qısa da olsa, bu məsələyə aydınlıq gətirmək istərdik.

“5-ci kalon” adı altında Rusiya dövlətinin (rus xalqının yox) Azərbaycanda siyasi maraqlarının (iqtisadi, mədəni  maraqlarının yox) təmin edilməsində maraqli olan qüvvələr nəzərdə tutulur. Bu kalona birbaşa millyyətcə rus olanlar, eləcə də rus olmayan, amma rus dövləti ilə bu və ya başqa şəkildə əlaqələri olan azərbaycanlılar daxildir.

“5-ci kalon”un nümayəndələri həm hakimiyyətdə, həm müxalifətdə, həm də sosial qruplar arasında özlərinə yer tapıb.

Hakimiyyətdəki “5-ci kalon”cular həm parlamentdə aşkar (Eldar İbrahimov, Mixail Zabelin, Sabir Haciyev və s. kimi açıq mövqe nümayiş etdirənlər) və gizli (əlverişli vəziyyətdə mövqe ortalığa qoyacaq deputatlar) təmsil olunur, həm icra hakimiyyətində - nazirliklərdə və Prezident Aparatında təmsil olunanlar sırasında, həm də hüquq-mühafizə orqanlarında, orduda özlərinə yer tutublar. Uzun illər Azərbaycanda baş nazirin müavini postunu tutmuş Abbas Abbasov hakimiyyətdə təmsil olunan “5-ci kalon”un klassik nümayəndələrindən biri idi. Bu gün o, Rusiyanın Krımı işğalına haqq qazandıranların cərgəsindədir. Qarabağın işğalında Azərbaycanın Müdafiə Nazirliyinin bəzi yüksək rütbəli məmurlarının mənfi rolu hamıya məlumdur.

Azərbaycanın Qərbə inteqrasiyasi və demokratikləşməsində də ən böyük mane məhz Rusiya və onun Azərbaycanda təşkil etdiyi “5-ci kalon”dur. Przeident seçkiləri ərəfəsində ideyası və ssenarisi Rusiyada hazırlanan və rəsmi rus hakimiyyətinin nümayəndələri tərəfindən açıq şəkildə dəstəklənən “Milli Şura” yaradanların fəaliyyəti göstərdi ki, vəziyyətdən asılı olaraq  müxalifətdə də “5-ci kalon”a qoşulacaq insanlar az deyil”¦

Bu gün Rusiya-Ukrayna münaqişəsini işıqlandıran yerli KİV-lərə nəzər salsaq çox aydın görünər ki, Azərbaycanda “5-ci kalon”un çoxsaylı təmsilçiləri televiziyada, qəzetlərdə və saytlarda da aktiv fəaliyyət göstərir. Bu cəbhənin KİV nümayəndələri Ukraynada baş verən hadisələri Rusiyanın maraqlarına uyğun şəhr edir, Ukraynanın yeni rəhbərliyi haqqında qara piyar kampaniyası aparır, Rusiyanın hərəkətlərinə haqq qazandırır və nəhayət Azərbaycan oxucusuna dezinformasiya verirlər. Buna paralel Ukraynanı təkləmək istiqamətində Azərbaycan dövləti və xalqının qorxu altında saxlanmasına cəhd edirlər.

Bir çox qeyri-dövlət təşkilatları da “5-ci kalon”un mövqeyində durmaqdadır.

“5-ci kalon”un sıralarında həm də apologiyaya məruz qalmış azsaylı xalqların nümayəndələri yer tutur.

“5-ci kalon”un başlıca təhlükəsini bu kalonu təşkil edənlərin sayında və imkanlarında yox, çoxunluq təşkil edən vətəndaşlarımızın istiqlalçılıq məfkurəsinin zəifliyində, siyasi passivliyində, savadsızlığında və stereotiplərində axtarmaq lazımdır.

İstər-istəməz sual dogur: 200 ildən artıq müstəmləkəçi rejimdə yaşayan, istər Çar, istər Sovet Rusiyasının  Azərbaycanla bağlı apardığı deportasiya, genosid, aparteid, istismar, işğal, ilhaq və seperatizm siyasətinə məruz qalmış, ərazilərini itirmiş, milyonlarla nümayəndəsini qurban vermiş, tarixi inkişafı ləngidilmiş, mədəniyyəti, dini, dili, bir sözlə milli kimliyi unutdurulmağa cəhd edilmiş, parçalanmış bir xalqın içərisindən necə olur ki, yenə də öz keçmiş ağalarının müdafiəsinə çevrilənlər tapılır?

“5-ci kalon”un mövcudluğunun obyektiv və subyektiv səbəbləri vardır.

Obyektiv səbəblərin başında stereotip problem gəlir. Musa Peyğəmbər uzun illər Misir fironlarının əsarətində olmuş yəhudiləri qırx il çöldə gəzdirdikdən sonra onların arasından bəzilərini yenidən fironların əsarətində yaşamağa meyl etdikləri göstərir ki, stereotiplər həm də genetik əsasa malikdir. Bəzi kölə valideynlərin övladları da kölə kimi doğulur. Nəsil və siyasi vəziyyət dəyişsə də adamlarda özünüdərk dəyişmir.

Digər obyektiv səbəb mədəni mənsubluqdur. Təcrübə göstərir ki, insanlar təhsil aldıqları ölkəyə, formalaşdıqları mədəni mühitə daha çox yaxındırlar, nəinki milli kimliklərinə. Əsrin əvvələrində rus təhsili ziyalılarımızın Rusiyanın, Qərb və türk təhsilli ziyalılarımızın isə bunun əksinə müstəqillik tərəfdarı olması bunu bir daha sübut edir.

Obyektiv səbəblərə həm də sosial kodlaşdırma aiddir. Hər bir siyasi rejim tabeçiliyində olan insanlardan gözlədiyi hərəkətlərə uyğun sosial kodlaşdırma siyasəti aparır. Müstəqil Azərbaycanda milli sosial kodlaşdırma siyasəti həyata keçirilmədiyindən, rus sovet kodları insanları düşüncədə “5 ci kalon”un sıralarına itələyir.

Obyektiv səbəblərə həm də iqtisadi maraqlar aiddir. Vaxtilə Lenin deyirdi ki, kapitalizmə xas olan lənətə gəlmiş maddi maraq prinsipi sosializm üçün də keçərlidir. Əlavə edək ki, lənətlənmiş prinsip həm də milli dövlətçilik üçün  də xarakterikdir. Politologiyadan məlumdur ki, kasıb ölkələrin vətəndaşları xarici ölkələrin mənafeyinə muzdlu xidmət etməkdə maraqlı olurlar. Bu gün öz dövlətinin əleyhinə işləyənlər arasında riyazi analiz aparsaq görərik ki, xarici dövlətlərə xidmət edən kasıb ölkələrin vətəndaşları varlı ölkələrin vətəndaşlarından sayca yüz dəfələrlə çoxdur. İqtisadi maraq prinsipi yalnız kasıb təbəqələrdən yox, həm də Rusiya ilə işbaz əlaqəsi olan, və Rusiyaya görə varlanan varlıların sırasından da çoxlu sayda insanı “5 ci kalon”a qoşulmağa vadar edir. “Milyarderlər İttifaqı”na qoşulan azərbaycanlılar Azərbaycanın yox, Rusiyanın maraqlarını müdafə edirlər.

“5-ci kalon”a güc qatan obyektiv səbəblərdən biri də qarışıq ailə problemidir. Ermənistanla münaqişə təcrübəsi göstərdi ki, qarışıq ailələrin nümayəndələri münaqişəli vəziyyətdə milli maraqlara ya neytral qalır, ya da bir çox hallarda milli maraqlara zidd mövqe tuturlar.

“5-ci kalon”un formalaşmasının subyektiv səbəblərinin ən başlıcası hakimiyyətin və müxalifətin apardığı ideoloji -siyasi təbliğatla bağlıdır.

Məlumdur ki, uzun illərdir rəsmi hakimiyyət təbliğatında Qərbin kəskin tənqidi fövqündə Rusiya ilə bağlı ya tərif, ya susqunluq hakimdir. Hakimiyyət rusların Azərbaycan xalqına və dövlətçiliyinə “Gülüstan” müqaviləsindən bu günə kimi vurduğu zərbələrlə bağlı heç bir ciddi təbliğat aparmayıb. Xalqa izahat işi aparılmayıb. Tarixi yaddaş oyandırılmayıb. Xalqda tarixi düşüncə, tarix hissi formalaşdırılmayıb.

Bu gün “5-ci kalon”a qoşulması risk təşkil edən Azərbaycanın azsaylı xalqlarının düzgün vətəndaş mövqeyi tutmaları üçün də bu təbliğat xüsusi önəm daşıyır. Bu gün Azərbaycan xalqının böyük əksəriyyəti, o cümlədən etnik azlıq təşkil edən vətəndaşlarımız bilmir ki,  istər Çar, istər Sovet Rusiyası dövründə Azərbaycanda rus əsarətinə qarşı onlarla xalq üsyanı olub və diqqətəlayiq olan budur ki, bu üsyanların ən böyüklərini məhz Azərbaycanın etnik azlıqları ”“ talışlar, avarlar, ləzgilər  qaldırıb. Lənkaran, Car-Balakən və Quba xalq üsyanları buna tipik nümunədir. Azərbaycanda türklərlə yalnız dil fərqliliyi təşkil edən etnik azlıqlar ruslarla dil, mədəniyyət  və həm də din fərqi təşkil etdiklərini nəzərə alaraq, həmişə ruslara (kafirlərə) qarşı Azərbaycan uğrunda Azərbaycan türkləri ilə çiyin-çiyinə mübarizə aparıblar. Əsrin əvvələrində Rusiyanın dəstəyi ilə erməni genosidi ilə müşayət olunan müharibənin erməni-müsəlman davası  kimi tarixə düşməsi də məhz bununla bağlı olmuşdur və həmin genosid qurbanları sırasında Azərbaycan türkləri ilə  yanaşı kürdlər, talışlar, ləzgilər, avarlar çoxluq təşkil etmişdir.

Rusların Azərbaycanı işağal etməsi, Azərbaycan xalqını parçalaması, Şimali Azərbaycan ərazisində erməni dövləti yaratması, Qarabağda seperatizmə təkan verməsi, ərazilərimizi Gürcüstana verməsi və öz torpaqlarına qatması xalqa xatırlanmır. 1946-ci il sovet avantürası nəticəsində Cənubda yüzminlərlə həmvətənlimizin qırılmasının da günahı ingilis və fransızlarla işbirliyinə girmiş rus dövləti olmuşdur. 20 yanvar qırğını gözlərimizin qarşısında baş versə də bu gün yaddaşlardan silinməkdədir. Azərbaycan xalqı hər ilə Şəhidlər Xiyabanını ziyarət etsə də sanki bizim balalarımızı şəhid edənlərin kimliyinin fərqinə vara bilmir.

Azərbaycanda, eləcə də bu gün Qusar rayonunu Rusiyaya birləşdirməyə çağrış edən Dağıstanda yaşayan ləzgilər bilmir ki, Dağıstanın özü tarixən həmişə Azərbaycanın  ərazisi kimi onun tərkibində olub,1962-ci ilə kimi Dağıstanda rəsmi ümumi danışıq dili Azərbaycan türkcəsi, təhsil Azərbaycan dilində olub və Dağıstana rəhbərlər Moskvadan yox, Bakıdan təyin olunublar(məs.Əziz Əliyev). Hətta Dağıstanın paytaxtının adının, Mahacqalanın türk dilində olması, Dağıstan dindarlarının bu gün də Azərbaycanın dini qurumuna tabe olması Dağıstanın hansı dövlətə aid olduğunu daha dəqiq göstərir”¦

Azərbaycan müstəqilik əldə etdikdən sonra hakimiyyətin  çar və sovet Rusiyasının varisi kimi Rusiya Federasiyasının xalqımıza qarşı apardığı genosid, aperteid və deportasiya siyasətinə görə beynəlxalq məhkəməyə verilməməsi də çox ciddi yanlışlıq hesab edilməlidir.

Azərbaycanın bəzi müxalifət nümayəndələrinin də Rusiya ilə bağlı siyasəti hakimiyyətin siyasətindən kəskin fərqlənmir. “İndiki hakimiyyət Azərbaycan üçün Rusiya təhlükəsindən daha böyük təhlükədir” kimi bəyanatla çıxış edən müxalifət özü istəməsə də, əslində “5-ci kalon”un ön cərgəsində yer tutur. Unutmaq olmaz ki, Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gəlməyi düşünmək belə vətənə və millətə xəyanətdən başqa bir şey deyil. Çünkü tariximizdə Rusiyanın dəstəyi ilə hakimiyyətə gələnlərin  (Qarabağ və İrəvan xanının, Azərbaycan kommunistlərinin və s.) acı şəxsi taleyini bir yana qoysaq, həmin hakimiyyətlərin Azərbaycana nə qədər böyük zərbələr vurduğu aydın bir faktdır.

Rusiya ilə bağlı siyasətə “Rusiya güclüdür“, “Rusiyada iki milyon həmvətənimiz yaşayır, onları nəzərə almaq lazımdır” və s. kimi bəhanələrlə haqq qazandırmaq olmaz. Unutmaq olmaz ki, bütün tarix boyu insanlar vətənləri üçün qurban gedb, vətəni insanlara heç kəs qurban verməyib ki,  biz də Rusiyada yaşayan həmvətənlərimizə görə vətənimizi qurban verək. Ruslar güclüdür, amma çeçenlər sübut etdi ki ,Rusiyanın gücü azsaylı millətin inadlı və əqidəli müqaviməti qarşısında heç nədir.

Biz bu qısa məqaləni yazmaqla rus xalqının, Rusiya-Azərbaycan dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın əleyhinə deyilik. Əsrin əvvvəllərində də rus məsələsi bu cür aktuallaşanda Məmmədəmin Rəsulzadə  demişdir: “Biz rus xalqının yox, təkcə bizi yox, həm də böyük rus xalqını əsarətdə saxlayan rus hakimiyyətinin əleyhinəyik.” O hakimiyyət ki, nəinki uzun illər işğal və istismar altında saxladığı xalqlara zülm edib, eyni zamanda rus xalqına da böyük zərbələr vurub. Bunu nəzərə alaraq biz, işğalçılıq siyasəti aparanlarla yox, Rusiyanın qabaqcıl, demokratik məfkurəli vətəndaşları ilə həmrəy olmalıyıq. Necə ki, bu gün Rusiyanın özündə ziyalılar, jurnalistlər, siyasətçilər, deputatlar rəsmi Moskvanın işğalçılıq siyasəti ilə barışmır və bu siyasəti lənətləyir. Məhz bu cür mövqe nümayiş etdirməklə “5-ci kalon”un sıralarından ayrıla bilərik.

 

Sərdar CƏLALOÄžLU

 


Oxşar xəbərlər
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb