“Azərbaycanın ən böyük bəlası allahsızlıqdır”
Müsahibə
Oxunub: 9342
25 Apr 2014 | 10:53
“Azərbaycanın ən böyük bəlası allahsızlıqdır”

“Bu gün əksər insanlarımızın üzündə cəhənnəm əzabı var”

 

“Elmin və təhsilin Məkkəsi ABŞ-dır”

 

“Alim Rafiq Əliyev sözünü qəbul etmirəm”

 

“Mən ən birinci öz içimə müxalifəm”

 


Azərbaycan cəmiyyətindəki mövcud problemlər, Qərbin Azərbaycanın haqq işinə sərgilədiyi laqeyd münasibət və  bu kimi onlarla məsələ ölkə insanını narahat edən, onu düşündürən başlıca problemlər sırasındadır. Odur ki, Moderator.az olaraq professor Rafiq Əliyevlə müsahibəmizdə bütün bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

-    Rafiq müəllim, bu gün yaşadığımız cəmiyyətdə, bütövlükdə dünyada  böyük ədalətsizliklər və haqsızlıqlar müşahidə ediməkdədir.  Sizcə bunca zülm, bunca haqsızlıq nədən qaynaqlanır?

 

-    Düşünürəm ki, tək bizim dünya yox, bütün aləmləri, paralel dünyaları yaradan Tanrı əslində hər şeyi nizam-tərəzidə yaradıb. Insan faili muxtardır. Insan düşüncədə, digər məsələdə azaddır. Lakin Tanrı xaric hər şey müəyyən bir hədd və dərəcədə olduğu kimi ölkələrdə də, tayfalarda da, millətlərdə də, kəndə də, şəhərdə də, qohum-əqrabada da hər şey insandan asılıdır. Bir də görürsünüz ki, insan Allahın qoyduğu mizan-tərəzini pozur. Bu gün Azərbaycanın ən böyük bəlası allahsızlıq və bundan irəli gələn halallığın yoxluğudur. Hallalıq olmayandan sonra təbii ki, həmin mizan tərəzinin gözü əyiləcək. Qurani-Kərimdə aləmlərin Allahından söz açılır, orada aləmin Allahı ifadəsi yoxdur. 

 

-    Halallıq var Rafiq müəllim. Az qala bütün kolbasalarımızda halal standartı tətbiq edilir.

 

-     Yox, bu halallıq bizim düşüncə tərzimizdəki halallıq deyil. Bizim bəhs etdiyimiz halallıq daha ali, daha zəruridir. Söhbət ümumbəşəri dəyərlərdən gedir. Halallıq olsaydı cəmiyyətdə bu qədər rüşvət yayılmazdı. Halallıq olan yerdə rüşvət, insanlara pis münasibət necə ola bilər? Bu halallıq daha çox sivil ölkələrdə mövcuddur. Dünya alimləri maraqlı bir tədqiqat aparıblar. Gənclər üçün ən cazibədar ölkəni müəyyənləşdirməyə çalışıblar. Birinci yerdə Avstraliya dayanır. Azərbaycanın adiı ümumiyyətlə o siyahıda yoxdur. Bu, sosial seçim məsələsidir. Bir sözlə, hər şey insanlardan asılıdır. 

 

-     Dünya dövlətlərinin böyük əksəriyyətində olan bir şəxs kimi hansı ölkədə hansısa bir iş görəndə halallıq almaq kimi bir məfhum, belə bir mənəvi zərurət var?

 

-   O ölkələrdəki qanunun aliliyi var, orada halallıq avtomatik olaraq bərqərar olur. 

 

-   Halallıq elə qanunun aliliyidir.

 

-     Bəli. Halallıq qanunun aliliyidir. Halallıq məhz qanunun aliliyindən doğur. Lakin insanlarda da bu məsələ ilə bağlı müəyən yanaşma var. “Amerika təbəssümü” ifadəsi dünyada çox məşhurdur. Amerikada hamı bir-birinin üzünə gülümsəyir. Bu, saxta, riyakar gülüş deyil. O insanların içi azad olduğu üçün bu azadlıq onların təbəssümündə öz əksini tapır. Başqa sözlə desək, onların təbəssümü onların azadlığının inikasıdır. İndi ətrafınızdakı insanlara baxın. Əksər insanların üzündə nəinki təbəssüm yoxdur, onların çöhrəsində cəhənnəm əzabı var. Buradan da siz dediyiniz halallıq doğur. Ən yaxşı döşəyi, ən yaxşı mürəbbəni, ən yaxşı fincanı qonağa saxlamaq bizim köhnə adətimizdir. Dediyim ölkələrdə belə deyil. Amma o ölkələrdə halallıq burdan çoxdur. Nobel mükafatçısı  Əbdüs-Səlamın Nobel nitqində belə bir sözü var. Müsəman ölkələri ona görə bu vəziyyətdə deyil ki, İslama xidmət edib. Ona görə bu vəziyyətdədir ki, İslama xidmət etməyib. Müsəlman dünyasında elmdə cəmi bir nobelçi çıxıb. Amma balaca bir İsraildən 17 nobelçi var. Baxın, Qurani-Kərim nə deyirdi bizə? Alimin mürəkkəbi şəhidin qanından daha üstündür. Və ya elm üçün Çinə gedin. Biz başqa yolla getdik.

 

-          Rafiq müəllim, Allah bu qədər ədalətlidirsə niyə təbiətdəki qanunauyğunluqları bu qədər ədalətsiz yaratdı? Niyə güclülər gücsüzləri məhv edir?

 

-     Allah yalnız insanı faili muxtar yaradıb. Canavarı, şiri, ceyranı yox. Bir də unutmaq olmaz k, orada da sapmalar var. Bu gün dünya elminin ən qbaaqcıl ideyaları bilirsiniz nədən ibarətdir? Bu ideyalar təbiətdə olanları yamsılamaqdan ibarətdir. Məqsəd Allahın yaradığı təbiətdən az da olsa nə isə mənimsəməkdir. Riyaziyyat da daxil olmaqla dünya elmi indi optimal seçim üçün təbii seçimə üz tutub. Əgər təbiətdə zəiflər qalsaydı, o zaman bu təbiət tamam başqa təbiət olacaqdı. Zəiflər getməli, daha üst keyfiyyətlərə malik yeni nəsillər yaranmalıdır. 

 

-     Azərbaycandakı həyat tərzi təbiətlə sırf səsləşir. Azərbaycanda da təbiətdə olduğu kimi güclülər gücsüzlərin bütün haqqını qəsb edir. Sizcə də belə deyilmi?

 

-     Bilirsiz, təbiətdə o qədər gözəl qanunlar var ki... Məncə bu qanunları götürsək daha yaxşı olardı. Mən bildirdim ki, təbiətdə də sapmalar var və bu sapmları nümunə kimi götürmək lazım deyil. Təbiət inqilab sevmir. Təbiət təkamül sevir. Təbiətdən bunu götürmək lazımdır.

 

-     Bu gün Alyaska sahilində ölərək sahilə çıxan balinaya mütərəqqi Qərbin göstərdiyi münasibət müsəlman dünyasındakı qırğınlara, kütləvi qətillərə olan münasibətdən daha böyük, daha sərtdir. Sizcə buna səbəb nədir?

 

-     Həzrəti Əlinin belə bir iafdəsi var, deyir ki, Allaha ümid et, amma dəvəni bağlamağı unutma. Mən Qərb insanını qınamıram. Qərb o millətə hörmət edəcək ki, o millət zülm götürməsin, o, öz hüququn bilsin, özü cazibədar bir millət olsun. Qərb həmin millətləri müdafiə edir. Amma o yerdə ki, o millətdə ki, haqsızlıq, ədalətsizlik baş alıb gedir, Qərb bunu necə müdafiə etsin?

 

-   Sizcə bu gün dünyada ən gənc və perspektivli alimlər hansı ölkədədir?

 

-     Elmin və təhsilin Məkkəsi ABŞ-dır. Bunu mənim alman, fransız dostlarım da, digər ölkələrdən olan həmkarlarım da söyləyirlər. Baxmayaraq ki, onların da elmi yüksəkdir. Lakin dünya elmi bu gün Amerikaya baxır. Dünyada akademiya sistemi yoxdur. Elm universitetlərdədir. Fransa Akademiyası məşhur akademiyadır. Lakin bu, Roma klubu kimi bir şeydir. Orada yığışıb fikir mübadiləsi aparırlar, lakin elmi-tədqiqat işi aparmırlar. Elmi-tədqiqat işləri universitetlərdə aparılır. Dünyanın top universitetlərindən 8-i Amerikadadır. Amerika elmə açıqdır. Amerikada istər kosmos, istər tibb, istərsə də digər sahələrdə əldə edilən uğurların heç də hamısı amerikalıların deyil. Bu uğurlara həm də Hindistandan, İrandan, Çindən, Yaponiyadan, digər ölkəərdən gələn mütəxəssislər imza atır. Eynişteyn nümunəsi deyilənlərə misaldır. Amerikada elmə qapılar açıqdır. Amerikada elmdə yaş senzi yoxdur. Lakin Almaniyada professorun 65 yaşı oldusa hökmən getməlidir. Lakin onun üçün şərait yaradır. Onun kabinetini saxlayırlar. Təqaüd verirlər, hansı ki, bu təqaüd maaşın 80-90%-dir. Və ya özəl şirkətlərin birində məsləhətçi işləyir və bundan da çox pul alır. 

 

-     Yaratdığınız kafedranın indiki taleyindən xəbəriniz varmı?

 

-     Bəli var. Orada mənim doktorantlarım var. Hansı ki, elmi iş aparırlar. Mən onlara demişəm ki, nə edirsinizsə edin, bircə buradakı təmizliyi pozmayın. 

 

-    Sizdən ki, bu məsələdə halallıq alınmayıb Rafiq müəllim. Belə olduğu halda orada uğur necə ola bilər?

 

-    Hə, bax bu suala cavab verə bilməyəcəm. Bu suala özünüz cavab verərsiniz.

 

-     Bugünlərdə Mikayıl Cabbarovun təhsil naziri postuna təyin edilməsinin bir ili tamam oldu. Siz bu bir ildə ölkə təhsilində hər hansı bir irəliləyiş hiss etdinizmi?


-     Bu qısa müddətdə bir irəliləyiş hiss etmək mümkün deyil. Azərbaycan təhsilinin indiki durumunda və ona olan adekvat tələbin hazırki vəziyyətində onun başına Eynişteyni gətirsələr də, qısa zamanda hansısa irəliləyişə nail olmaq mümkün deyil. Dünyada ən ətalətli proses mənəvi prosesdir. Təhsil də mənəvi prosesdir. Təhsil maddi proses deyil. Təhsil o demək deyil ki, çoxlu sayda kompüter, texniki ləvazimat və  s. bazası formalaşdırasan və məhz bunların hesabına inkişaf edəsən. Təhsilin inkişafı üçün professorların mənəviyyatı dəyişməlidir, elmə sosial ehtiyac olmalıdır. Özü də bu, bir il içərisidə baş verən bir hadisə deyil. Sizə bir faktı xatırladım. Təxminən 4 il bundan öncə İTV-də məni “Açıq dərs” proqramına dəvət etmişdilər. O vaxtkı təhsil naziri ilə birlikdə. Mən həmin vaxt ABŞ-a səfər ərəfəsində idim və buna görə də veriliişdə iştirak edə bilməyəcəyimi söylədim.  Amerikadan qayıdan kimi elə aeroportdaca məni yenidən həmin verilişə çağırdılar və bu dəfə onlara “yox” deyə bilmədim. Orada belə bir sual qoyulmuşdu. Azərbaycanda Qərb tipli universitet yaratmaq mümkündürmü? Mən bildirdim ki, bu, mümkün deyil. Qeyd etdim ki, bunun reallaşma ehtimalı çox azdır. Baxın, mən Amerikadan qayıtmazdan bir gün öncə, yəni konfransın son gününün axşamı təşkil edilən banketdə Lütfi Zadə ilə birlikdə iştirak edirdim. Orada xeyli insan var idi və biz də hər kəs kimi məcməyimizi götürüb yemək üçün növbəyə dayandıq. Təxminən 30-40 adamdan sonra növbə bizə çatdı və biz bir az yemək götürüb masanın arxasına keçdik. O növbədə bizim xeyli dostlarımız, tələbələrimiz var idi. Zadə də Zadədir və ona hər kəsin ehtiramı var. Lakin bir adam bizə yer verib demədi ki, buyurun qabağa keçin. Səhərsi gün Bakıya gəldim və pasport nəzarətindən keçəndə İstanbuldan gələn bir qadın əməkdar artist də qeydiyyat bölməsinə yaxınlaşdı. Bir də gördüm ki, 7-8 polis bu qadının üstünə yüyürdü. Öncə elə bildim ki, nə isə bir hadisə baş verib. Həmin qadını dərhal, nəzarətsiz-filansız keçirdilər və bir dəqiqə də ləngiməsinə imkan vermədilər. Onu demək istəyirəm ki, Amerikadakı məcməyi söhbəti Azərbaycanda alınmayacaqsa, o zaman nə elmdə, nə təhsildə, nə mədəniyyətdə heç bir irəliləyiş baş verməyəcək. Bəlkə də siz deyəcəksiniz ki, müsəlmançılıqdır, böyüyü, müəllimi və s. qabağa salmaq lazımdır. Mən isə soruşuram, niyə? Hamının haqqı var. Tələbə ilə mənim haqqım eynidir. Mənim azadlığımın çevrəsi o yerdə qurtarır ki, onun azadlığının çevrəsi başlayır. Qanun qanundur və bu məsələdə kiməsə üstünlük tanımaq olmaz.

 

-     Son günlər Azərbaycanda övlada görə atanın cəzalandırılması mexanizminə start verilib. Hansı ki, hətta sovet dönəmində belə oğul ataya, ata oğula görə məsuliyyət daşımırdı. Sizcə oğulun əməlinə görə atanın cəzalandırılması nə dərəcədə məntiqli və ədalətlidir?

 

-     Sovet vaxtında bu söz siyasi baxımdan deyilmişdi. Mənəvi baxımdan deyilməmişdi. Indi dediyiniz məsələdə isə valideyn mənəvi məsuliyyət daşıyır. Bu baxımdan övladın harınlığına görə atanın cəzalandırılmasını məqbul hesab edirəm. Əgər sən öz evində oğlunu tərbiyələndirə bilmirsənsə, böyük bir kollektivi necə tərbiyə edəsən? Mən belə bir cəzaya haqq qazandırıram. 

 

-     O zaman niyə bu cəzalar yalnız ayrı-ayrı adamlara münasibətdə tətbiq edilir? Niyə bu cəza sistemi kütləvi şəkildə - hər kəsə münasibətdə tətbiq edilmir?

 

-     Kütləvi çətindir. Buna ilk növbədə vaxt lazımdır. Bir də axı biz bayaq halallıqdan danışdıq. Halal olmayanların hamısı (sayların bilmirəm) cəzalansa, vəziyyət necə olacaq? Amma qanun (hətta yazılmamış qanun) istinasız hamıya aiddir.

 

-     Mərhum şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki, Qatlayıb dizinin altına qoyar,Alim Bəxtiyarı şair bəxtiyar”. Siz necə, alim və istimai fiqur Rafiq Əliyevi qarşılaşdırmısınızmı? Onlardan hansı daha güclü olar?

 

-     Öncə onu deyim ki, mən bütün yazılarımda özümdən asılı olmayaraq iki adama istinad edirəm. Biri Xudu Məmmədov, digəri isə Ramiz Rövşəndir. Xudu müəllim deyirdi ki, bəzi insanlar efirə çıxır və özünün alim olduğunu ekrandan car çəkir və yaxud mətbuatda yazır ki, o bir alim kimi filan məsələyə münasibət bildirməyi münasib sayır və s. O deyirdi ki, alim Eynişteyn, Nyuton, Zadə olar. Mən öncə alim Rafiq Əliyev sözünü qəbul etmirəm. Biz sadəcə elmlə məşğul olan insanlarıq. Mən elm yolunda çalışıram. Istəyirəm ki, elmdə bacardığım qədər nə isə edim. Ictimai məsələlərə gəlincə, mən bu məsələlərdə heç bir məqsəd güdmürəm. Mən bütün eybəcərliklərə müxalifəm. Ən birinci öz içimə, içimdə mənfi nə isə varsa ona müxalifəm. Ən birinci müxalif olduğum şəxs özüməm. Daha sonra isə digər insanlar, cəmiyyətdəki eybəcərliklər. Əgər mənfi nə isə görəcəmsə, bu lap bu gün mənlə üzbəüz əyləşən Seymur Əliyev, Zülfüqar Hüseynzadə olsun, fərq etməz, yenə də müxalif olacam. 

 

 

Zülfüqar Hüseynzadə

 

Seymur Əliyev

 

 


Oxşar xəbərlər
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO