Gövhər Baxşəliyeva: Jirinovski ifrat millətçi ”“ nasist ideologiyasına xidmət etdiyini bir daha ortaya qoydu”
Oxunub: 4228
28 Mar 2014 | 18:13
Gövhər Baxşəliyeva: Jirinovski ifrat millətçi ”“ nasist ideologiyasına xidmət etdiyini bir daha ortaya qoydu”

Millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın Gün.Az-a müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir.

 

- Gövhər xanım, bildiyiniz kimi, bu günlərdə özünü şərqşünas adlandıran, qalmaqallı və qeyri-ciddi bəyanatları ilə tanınan Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski yenidən Azərbaycan xalqı, onun etnogenezi haqqında təhqiramiz fikirlər, heç bir əsası olmayan iddialar səsləndirdi. Bir şərqşünas alim kimi siz onun iddiaları ilə bağlı nə deyərdiniz?

- Sizin də qeyd etdiyiniz kimi, bu yaxınlarda Jirinovskinin Azərbaycan, Azərbaycan xalqı , onun adı, tarixi  haqqında heç bir etikaya, heç bir sağlam məntiqə sığmayan, heç bir elmi əsasa əsaslanmayan bir ifadəsini eşitdik və bu da, təbii ki, biz azərbaycanlıları hiddətləndirdi. Hesab edirəm ki, Jirinovski əslində bununla, mən bu sözləri dəqiq öz adıyla adlandırmaq istərdim, ifrat millətçi ”“ nasist ideologiyasına xidmət etdiyini bir daha ortaya qoydu. Onsuz da o insanın indiyədək ifadə etdiyi bütün fikirlər ciddi qəbul edilməyib. Hətta, Rusiya cəmiyyətinin sağlam hissəsi onun fikirlərini daim qeyri-ciddi kimi qiymətləndirib.
Amma bu dəfə xalqımıza qarşı bütün əndazələri aşaraq həmin o sözləri ilə bu adam bir daha məhz faşist-nasist ideologiyasına xidmət etdiyini ortaya qoydu. Jirinovski iddia edir ki, guya ki, şərqşünasdır, ancaq onun şərqşünaslıqdan belə xəbəri yoxdur. Əgər xəbəri olsaydı, bu cür cəfəng, sərsəm iddialar səsləndirməzdi.  O, deyir ki,  Azərbaycan nə deməkdir rus dilinə tərcümədə? Azər ”“ Xəzər dənizi, Bayca ”“ kray, yəni diyar. Yaxşı olardı ki, Jirinovski bu məlumatı hansı mənbədən, hansı xalqın dilindən götürdüyünü dəqiqliklə bildirəydi. Yoxsa, belə asanlıqla uydurmalar yaymaq heç bir etikaya sığmır...

- Hansısa tarixi mənbədə, dildə, dialektdə ümumiyyətlə, buna bənzər bir məqama  rast gəlinibmi?

- Mən dəqiqliklə deyə bilərəm ki, nə qədim türk dilində, nə ümumiyyətlə, türk dilinin  heç bir dialektində, nə ərəb dilində, nə fars dilində Xəzər dənizi tarix boyu heç vaxt Azər dənizi adlandırılmayıb. Bu, tam dəqiq məlumatdır.

“Azər” sözü Xəzər dənizinin adı kimi heç bir mənbədə - nə ərəbdilli, nə rusdilli, nə türkdilli mənbədə rast gəlinmir. Müxtəlif dillərdə tərtib edilmiş qədim və orta əsrlər xəritələri də dediyim fikri təsdiq edir. Xəzər dənizi heç vaxt Azər dənizi adlandırılmayıb. O cümlədən də, “bayca” sözü Jirinovskinin iddia etdiyi mənanı vermir. Ona görə yaxşı olardı ki, izah edərdi görək bu sözün ”“ Xəzər dənizinin Azər dənizi adlandırılmasını hansı mənbədən, hardan götürüb özünü şərqşünas adlandıran bu insan. İkincisi, o, deyir ki,  azərbaycanlılar Kaspi dənizinin kənarında yaşayan insanlardır. Yəni, rusca bunlar kaspilərdir, bu nədir ”“ millətdirmi? Xeyr. Yəni, onun sözləri ilə bu millət deyil, bu yalnız yer adıdır.
Kaspilərdən əgər söz gedirsə,  Xəzər dənizinin cənub-şərqində kaspilər adlı toplum yaşayıb və onların adlarına görə də həmin ərazi müəyyən dövr Kaspiana adlanıb. Lakin sonralar həmin o kaspilər bir xalq, bir etnos kimi yoxa çıxıb. Yəni, qonşu etnoslar tərəfindən əridilib və tarixin xəritəsindən adları silinib. O ki qaldı Azərbaycan sözünün mənşəyinə,  qeyd etmək istərdim ki, Azərbaycan sözü ölkə adı olaraq Atropatena sözündən yaranıb və tarix boyu bir sıra fonetik  dəyişikliklərə məruz qalaraq bugünkü formasını alıb. Bu haqda mənbələrdə kifayət qədər məlumatlar var. Cənab Jirinovskiyə bildirmək istərdim ki, Atropatena toponimi pəhləvi mənbələrdə Atobadegan, ərəbdilli mənbələrdə isə bir sıra dəyişikliklərə məruz qalaraq bugünkü formasını alıb.

Daha dəqiq olsaq, Əl-Xorezmi adlı müəllifin “Kitab məfatix al-ulüm” əsərində pəhləvi dilindəki “Atobadeqan”-yeni forma ”““Adarbadekan”, Əl-Həmədani adlı müəllifin “Kitab əl-buldən” adlı əsərində “Adarbaigan”, Əl-Bakri adlı müəllifin “Mucəm mastacəm min asma al-biləd” adlı əsərində “Adrabiigan”, Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” çoxcildli əsərində “Adrabigan”, Əl-Bağdadinin “Marasid əl-ittila alə asmai əl-əmkinat va-l-baga” əsərində “Adrbaigan”, ibn Kutayba əd-Dinavarinin “Kitab əş-şir va-ş-suara” əsərində “Azrabican” formasını alıb.
Bu siyahını xeyli artırmaq da olar. Yəni, demək istəyirəm ki, ərəblər Azərbaycanı istila edəndən sonra həmin o Atropatena sözü tədricən dəyişikliyə məruz qalıb. Və müxtəlif ərəb mənbələrində tədricən dəyişilərək bugünkü formasını ”“ Azərbaycan formasını  alıb.
Onu da deyim  ki, ərəblərdə “ə” hərfi olmayıb ”“ son olaraq “Azerbeycan” formasına rast gəlinir və daha sonra xalqımızın dilində bu toponim “Azərbaycan” formasını alıb. O ki qaldı “azər” sözünün mənşəyinə, bugünkü İranın ərazisində çox qədim vaxtlarda “azər” adlanan irandilli qəbilə yaşayıb ki, onun da xalqımızın etnogenezində heç bir rol oynamadığı ciddi alimlər tərəfindən çoxdan sübuta yetirilib. Beləliklə, xalqımızın adı ”“ azərbaycanlılar məhz onun minilliklərlə yaşadığı ərazi ilə bağlıdır və qədim Atropatenaya gedib çıxır.
Azərbaycan xalqının bir xalq kimi etnogenezinə gəlincə, bu yerdə bir məqamı xatırlatmaq yerinə düşər. Məşhur bir alman yazıçısının çox gözəl bir romanı var. O romanda bir faşist nəzarətçi digər bir insanı ələ salır, onun etnik mənşəyini aşağılayır.  O zaman  həmin o məsxərəyə məruz qalan insanın cavabı belə olur: “Sənin əcdadların meymun kimi ağacdan-ağaca hoppananda mənim əcdadlarım sivilizasiya yaradıb”. Bu cənab Jirinovskiyə ən yaxşı cavab olardı. Jirinovski bilməlidir ki, Azərbaycan xalqı ta qədim dövrlərdən  böyük sivilizasiya yaradan xalqlardan olub.

Şimal qonşumuz XII əsrdə hələ “Слово о полку Игореве” yaradanda, Azərbaycan xalqı artıq bir neçə əsr idi ki, “Kitabi-Dədə Qorqud” eposunu artıq yaratmışdır. XII əsr Azərbaycanı və onun xalqı böyük intibah dövrünü yaşayırdı, burada Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xaqani Şirvani, Əbül-Ulə Gəncəvi kimi böyük söz ustadları yaşayıb yaradırdı. Nizaminin o zaman yaratdığı “Xəmsə” isə özündən sonrakı Şərq ədəbiyyatının ta XVIII əsrədək inkişaf istiqamətlərini müəyyənləşdirdi və bütün bəşər mədəniyyətinə misilsiz təsir göstərdi.
Ərəb mənbələrində xalqımızın qədim mədəniyyəti haqqında kifayət qədər məlumatlar var. Hələ 7-ci əsrin ikinci yarısında azərbaycanlılar əruz vəznində ərəbdilli poeziya yaradıblar. Bu haqda dəqiq məlumatları cənab Jirinovskiyə təqdim edə bilərik. Zəmanəmizə gəlib çatmış o məlumatlar tam sübuta yetirir ki, hələ VII əsrin ikinci yarısında azərbaycanlılar həm formaca, həm də məzmunca çox təkmil şeirlər yaratmışlar. 7-ci əsrin ikinci yarısında Azərbaycan ərəblər tərəfindən istila olunanda Azərbaycandan xilafətin mərkəzinə, yəni, Səudiyyə Ərəbistanına, Məkkəyə, Mədinəyə əvvəlcə əsir şəklində aparılan insanlar az sonra azad olunaraq məvali stasusu əldə ediblər və burada yaşayıb yaradıblar. Onların həyat və yaradıcılığı haqqında ərəb mənbələrində kifayət qədər məlumatlar var. Hələ Xətib Təbrizidən əvvəl Təbrizi soyadlı bir sıra şairlər olub. Səlmasi soyadlı şairlər olub. Yusif Xoylu adında şair olub. Şimali Azərbaycan ərazisindən nə qədər ərəbcə yazan alim, şair və ədiblərin əsərləri, orta əsr ərəb antologiyalarına düşüb.
Bu onu göstərir ki, Azərbaycan xalqı inkişafın o səviyyəsində idi ki,  o cür gözəl əsərlər yarada bilib və müştərək ərəb-müsəlman mədəniyyətinin yaradıcılarından biri olub. Azərbaycan xalqı həmin o mədəniyyətin yaradılmasında çox fəal şəkildə iştirak edib. Məsələn, Xətib Təbrizi ərəb ədəbiyyatşünaslığının banisi sayılır.
Azərbaycanlıların etnogenezinə gəldikdə isə Jirinovskinin nəzərinə çatdırmaq istərdim ki, azərbaycanlıların etnogenezində digər xalqların etnogenezindəki kimi bir neçə etnos iştirak edib, amma bu zaman aparıcı faktor türk faktoru olub.

- Yəni, fikrinizcə,  bu gün heç bir xalq deyə bilməz ki, mənim etnogenezimdə yalnız bir etnos iştirak edib...

- Tamamilə doğrudur. Bu, mümkün deyil. Qədim dövrlərdə böyük köç hadisələri baş verirdi, qəbilələrin köçü. Ona görə də heç bir xalq bu gün təmiz bir etnosdan yaranmasını iddia edə bilməz. O  cümlədən də Azərbaycan xalqının etnogenezində bir sıra etnoslar iştirak edib ki, onların da əsasını, əlbəttə ki, türkdilli qəbilələr təşkil edib. Hələ eramızdan əvvəl Cənubi Qafqaz ərazisində albanlarla, digər xalqlarla, bahəm, elə yerli xalq olaraq türklər də, müxtəlif türk qəbilələri də yaşamışlar. Məsələn, 5-ci əsrdə qədim Albaniyada albanlarla yanaşı, bir sıra qəbilələr də yaşayıb, o cümlədən də, buntürklər və qədim qarqarlar. Onların Albaniya ərazisində geniş yayıldığı tarixi faktlarla və arxeoloji qazıntılar nəticəsində sübuta yetirilib.
Hətta o dərəcədə inkişaf ediblər ki, 5-ci əsrdə öz əlifbalarını da bu ərazidə yaradıb yayıblar. Daha sonra isə əsaslı dönüş, yəni, türklərin sayca üstünlük təşkil etməsi 4-cü əsrin sonunda baş verib. Dnestr və Don sahillərindən gəlmiş hunlar Qafqazdan keçərək, daha sonra Cənubi Qafqazdan Ön Asiyaya doğru yürüş ediblər. Qafqazdan keçən zaman isə  hunların böyük bir hissəsi Cənubi Qafqazda qaldı. Yəni, bugünkü Azərbaycanın ərazisində qaldı və bu zaman burada artıq türklər, türkdilli əhali üstünlük təşkil etməyə başladı. Hunlara da müxtəlif tayfa ittifaqları daxil idi. Bunların bir neçəsinin adını istəyirəm çəkəm ”“ bulqarlar, kəngərlər, xəzərlər, sabirilər, barsillər və digər qəbilələr. Onları təmsil edən insanların böyük bir qismi məhz Azərbaycan ərazisində qaldılar. Beləliklə də türk etnosu burda üstünlük təşkil etdi.
Tarixdən də bilirik ki, 10-11-ci əsrlərdə Cənubdan Oğuz tayfaları Ön Asiyaya doğru irəliləyəndə eyni zamanda Cənubi Azərbaycana, Şimali Azərbaycana oğuzlar güclü gəlməyə başladılar. Bununla da türk faktoru bu ərazidə tamamilə möhkəmləndi və burada üstünlük təşkil etdi.  8-ci əsr İbn Xişam adlı ərəb müəllifi  xəlifə Müaviyyəyə aid bir hadisəni yada salır. Xəlifə Müaviyyə Azərbaycana, Qafqaza göndərdiyi sərkərdə Ubeyd ibn Şəriyədən soruşur ki, Azərbaycanda kimlər yaşayır?  Sərkərdə cavab verir: “Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər.” Bu, 8-ci əsrin əvvəlində olan söhbətdir. Yəni, o vaxtdan məlum idi ki, Azərbaycan ərazisində məhz türklər yaşayıb.

 

 


Oxşar xəbərlər
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü