Ukrayna hadisələrinə bir baxış...
Oxunub: 13194
28 Mar 2014 | 11:10
Ukrayna hadisələrinə bir baxış...

Ukraynada hər şey noyabr ayında Yanukoviç hakimiyyətinin Avropa İttifaqı ilə assosiativ müqaviləni imzalamaqdan imtina etməsi  ilə başladı. Bu ona görə baş verdi ki, Ukrayna prezidenti Yanukoviç Rusiyanın təzyiqləri qarşısında geri çəkildi. Hər halda ilk təqdimat belə idi və məsələnin bu cür qoyuluşu Ukrayna prezidentinə sərf edirdi. Ancaq məsələnin bir də başqa yönü vardı. Yəni ortada təkcə kötək yox, bir də Yanukoviçə Rusiya tərəfindən vəd olunmuş 15 milyardlıq yağlı kökə də var idı. Təbii ki, kötək Yanukoviç üçün dünya birliyində sığortaydısa, kökə rolunda olan 15 milyard isə şirnikləndirici və cəlbedici idi. Çünki belə bir vəziyyət Ukrayna iqtisadiyyatını defolt olmaqdan müvəqqəti də olsa xilas edər, bir hissəsi  isə Yanukoviçin qurduğu korrupsiya məngənəsinin qurbanı olacaqdı.

Ancaq Yanukoviç üçün bu da əsas hədəf deyildi. Onun üçün əsas hədəf  2015-ci  il  prezident seçkiləri idi. Avropadan imtina və Rusiyanın orbitinə transfer olmaq da konkret siyasi məqsədə xidmət edirdi. Çünki Yanukoviç Avropayla assosiativ müqavilədən sonra 2015-ci il prezident seçkilərinin qeyri demokratik keçirilməsinin mümkünsüzlüyünü hesablamışdı. Və nə qədər gec deyildi, bu kursdan imtina və avtoritarizmin nüvəsi olan Rusiyaya yön almaq lazım idi  ki, bunu da Yanukoviç noyabr ayında etdi.Çünki öz reytinqinin düşdüyünün müqabilində müxalif siyasətçilərin nüfuzunun qalxdığının da fərqindəydi. Ona görə Yanukoviçin 2015 ”“ci il prezident seçkilərində yenidən “seçilməsinin” tək sığortası Rusiya ola bilərdi. Ona görə də Avropanın bütün basqılarına rəğmən Yanukoviç  assosiativ sazişi imzalamadı,üzünü Rusiyaya tutdu. Və bundan sonra proseslər Rusiyanın ssenarisi üzrə getməyə başladı. Bu ssenaridə hansı amillər ciddiyə alınmamışdı?

 

Yanukoviçi güdaza aparan ssenarinin boşluqları

 

Yanukoviçi güdaza aparan bu prosesdə hər amil nəzərə alınmışdımı? İlk baxışdan hər şey normal görsənsə də, risq faktorları, əngəlləyici məqamların olması da bir reallıqdı. Bunlar hansılardır? Əvvala, Gürcüstan və Moldovanın Avropa İttifaqı ila assosiativ sazişi imzalaması, ardından Azərbaycanın  AB-la sadələşdirilmiş viza rejimi ilə bağlı sazişə imza atması  Avropanın Şərq Tərəfdaşlığı proqramını tarixin arxivində görmək istəyənlərin planlarını alt-üst etdi. Çünki bu sazişlər gələcəyini Avropayla birgə qurmaq istəyənlərin siqnalıydı və bu əlaməti Rusiyanın hələ də arxa bağçası hesab etdiyi postsovet ölkələri verirdi. Bu, bir tərəfdən ümidvericiydi, eyni zamanda heç də təhlükəsiz deyildi. Çünki Ukraynanın son anda Avropadan vaz keçməsindən sonra Şərq Tərəfdaşlığı proqramının gələcək  taleyi təhlükəyə düşmüşdü. Ukraynanı bu sevdadan

vaz keçirdən səbəblər sabah digər ölkələri də buna vadar edə bilərdi və bu real idi. Məhz bu kontekstdə Azərbaycan prezidentinin bu məsələdə siyasi iradəsini vurğulamamaq mümkün deyil. Çünki Azərbaycanı Gömrük İttifaqına sürükləmək istəyənlərin önünə məhz İlham Əliyevin siyasi iradəsi çıxmışdı. Etiraf etmək lazımdır ki, həm noyabrın 27-də AB-la sazişlərin imzalanması ərəfəsində, həm də bundan sonra Ukraynada baş verən “kim kimi” prosesinin nəticəsinin bəlli olmadığı ərəfədə bir toplum olaraq Rusiyaya dirəniş göstərilmədi. Bu missiyanı təkbaşına məhz  ölkə prezidenti İlham Əliyev yerinə yetirirdi və bu təqdir olunmalıdır.

Başqa bir faktor, Ukrayna xalqını hesaba  almamaqdan  ibarət  idi. Və bu, bəlkə də buraxılmış ən böyük səhv idi. Çünki Ukrayna xalqı 2003-cü ildə bir dəfə  artıq sübut  etmişdi ki, onlar çoxlarının düşündüyü kimi itaətkar, proseslərin arxasınca sürünən xalq deyil, hadisələr, proseslər yaradan və təsir edən bir xalqdır. Hadisələrin gedişi də bir daha göstərdi ki, bu fikrimizdə yanılmamışıq. Və bu gün dünyanın nəbzi məhz Ukraynada vurur və yaxın zaman kəsimində də belə olmaqda davam edəcək. Çünki yeni bir geosiyasi şəkillənmə, vəziyyət yaranacaq. Qoca Avropa Rusiyanın böyük qonşusu ilə çulğalaşacaq və bu, bütün mənalarda baş verəcək. Bununla da Polşa birdəfəlik böyük Rusiya təhlükəsindən sığortalanmış olacaq. Qərb Rusiyaya daha da yaxınlaşacaq ki, bu da onun tam əhatə olunmasını sürətləndirəcək. Ukrayna həm də digər Şərq Tərfdaşlığına üzv ölkələri  Avropaya inteqrasiyaya ruhlandıracaq. Məhz Ukrayna hadisəsi postsovet məkanında mərkəzdənqaçma prosesinə rəvac verəcək. Eyni zamanda, Gömrük İttifaqı, Avrasiya İqtisadi Şurası kimi modellərin gələcək perspektivsizliyini və böyük güclərlə rəqabətə davamlı ola bilməyəcəyini ortaya qoyacaq. Və ən nəhayət bu coğrafiyada demokratik proseslərin çiçəklənməsinə rəvac verəcək.

Üçüncü isə, xarici faktorlardır ki, Ukraynada baş verən inqilabın qələbəsini onsuz təsəvvür etmək mümkün olmazdı. Niyə? Çünki Ukrayna hakimiyyəti prosesi əvvəldən axıradək məhz Rusiyanın diktəsi ilə yürüdürdü. Bu isə o anlama gəlirdi ki, hansısa mərhələdə güc, şiddət , qarşıdurma olacaqdı. Əks təqdirdə, bu , Rusiyanın dəsti xəttinə oxşamazdı. Əslində isə ən böyük  növbəti səhvlərdən biri də bu idi. Diqqət etsəniz görərsiniz ki, Yanukoviçin ilk güzəşt seriyası məhz güc tətbiqindən sonra başladı. İlk yanlış sərbəst toplanmaq azadlıqlarının ləğv olunması idı ki, bu da həm demokratik dünya, həm də toplum tərəfindən təpkiylə qarşılanmaya bilməzdi. Belə də oldu və ilk qan töküləndən sonra güzəştlər seriyası başladı, hökümət istefaya göndərildi. Təbii ki, bu işdə Qərb diplomatlarının böyük rolu oldu və beynəlxalq sanksilar gündəmə gəldi. Məhz bu cür sanksiyaların tətbiq olunması Yanukoviç hakimiyyətində, biznes çevrəsində parçalanmalar yaratdı. ABŞ və Avropada oliqarx və məmurların bizneslərinə əl qoyulması, bank hesabların dondurulması hakim partiyanın Ali Radadakı deputat fraksiyasına da sirayət etdi. Və getdikcə bu sıralar seyrəlməyə başladı. Artıq bundan sonra Rusiyanın şiddətdən savayı prosesə nəzarəti tam zəiflədi. Qərbsə təşəbbüsü ələ aldı. Çünki kütləvi insan tələfatı Yanukoviçin legitimliyini itirmişdi və geriyədönməz proses yaratmışdı ki, Qərb diplomatları bundan məharətlə istifadə etdilər və Yanukoviçə təxminən hakimiyyətin ötürülməsini sənədini imzalatdırdılar. Bu, hansı danışıqlar, razılaşmalar, bazarlıqlar əsasında baş verdi, hələlik bunu birmənalı iddia etmək tezdir. Yaxın gələcəkdə bunun bəzi ştrixləri təzahür etdikcə, razılaşmanın əsil mahiyyəti haqda da danışmaq mümkün olacaq. 

 

Nəticə

 

Ukrayna inqilabında nələr bəlli oldu?

 

İlk olaraq bəlli oldu ki, Ukraynada baş verənlər təkcə demokratiya ”“ diktatura davası deyil, həm də hakimiyyət uğrunda bir mübarizə, Ukrayna uğrunda Qərb ”“ Rusiya savaşı idi.

İkinci, Ukraynada baş verən inqilab narıncı inqilabdan sonra yeni mahiyyət kəsb etdi. Bəlli oldu ki, artıq gül inqilabları dönəmi bitib və bundan sonra dağıdıcı proseslər olmadan inqilabları qələbəyə daşımaq mümkün olmayacaq. Yəni, güc faktorunun həlledici olduğu bəlli oldu.

Üçüncü, görsəndi ki, Ukraynada inqilab qələbə çalsa da krizisi asanlıqla atlatmaq mümkün olmayacaq. Çünki Ukraynanın şərq hissəsində rusdilli əhali çoxluq təşkil etdiklərindən Rusiyanın təsir imkanları yetərincədir. Və bu prosesi qonşu Rusiyayla əməkdaşlıq deyil, qarşıdurma səviyyəsində aparılsa, Moskva Ukraynanı bölünməyə qədər götürə bilər. Ona görə də yeni hökümət Maydan əhvalından fərqli olaraq həm AB, həm də Rusiyayla normal münasibətlər qurmaq məcburiyyətindədir.

Dördüncü, bölünmənin ABŞ-ın, Avropanın, Ukraynanın marağında olmadığı kimi, Rusiyanın da maraqlarında olmadığını demək olar. Əvvəla ona görə ki, Rusiyanın Ukraynanı parçalaması Qərblə açıq savaş deməkdir ki, indiki şəraitdə Rusiya bunu istəməz. Ən əsası isə, bölünmə Ukraynada elə nəzarət oluna bilməyən daxili savaş açar ki, bunun da dərhal Rusiyaya da sirayət etməməsi mümkün deyil. Bu isə Maydanın Rusiyaya transferi, Rusiyanın istəmədən savaşa qoşulması demək olardı ki, bunu da təbii olaraq rəsmi Moskva istəməz. Başqa tərəfdən, Rusiya 1994-cü ildə Budapeşt deklarasiyası adlı bir sənədə qol çəkib ki, burada da Moskva ABŞ və Böyük Britaniya ilə birgə Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır.

Beşinci, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Belarusun Avropaya inteqrasiya yolunda önü açıldı. Bu isə həmin ölkələrdə iqtisadi, siyasi və digər yöndə köklü islahatlara imkan yaratdı və bir növ mayak rolunu oynadı. Çünki islahatlara başlamaq üçün bundan gözəl geosiyasi məqam, daxili şərait və siqnal ola bilməz. Və təbii ki, islahatlar olacaqsa, toplum və Qərb də dəstəklərini əsirgəməyəcək. Belə olduğu təqdirdə isə üzü Rusiyaya dönük yatan və Azərbaycanımızı hər vəchlə imperiyanın bir parçası olmağa sürükləyən məmurları da elə “Avrasiya” iddiaçılarının arxivinə təhvil vermək asan olacaq.  Bu isə Azərbaycana sözün əsil mənasında dinamik bir inkişaf, demokratik quruluş, cəmiyyətdə barış, topluma dəyərlərimizi geri qazandırardı. Bu isə Qarabağ, güclü iqtisadiyyat, sosial ədalət, firəvan həyat və işıqlı gələcək deməkdir”.


Oxşar xəbərlər
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi