“Ukraynanın itirilməsi Rusiya imperiyasının sonunun başlanğıcıdır”
Oxunub: 16225
26 Mar 2014 | 09:03
“Ukraynanın itirilməsi Rusiya imperiyasının sonunun başlanğıcıdır”

Ictimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünqs-tədqiqatçı İlqar Altay Moderator.az-a son dövrlər vüsət almış Rusiya-Ukrayna konflikti ilə bağlı müsahibə verib.

 

- İlqar bəy, Rusiya ilə qonşu Ukrayna arasında konflikt artıq təhlükəli savaş həddinə çatmaqdadır. Bir araşdırmaçı kimi bu problemin səbəbləri və doğura biləcək nəticələri barədə fikirlərinizi bilmək istəedik.

 

- SSRİ dağılandan bəri onsuz da zəifləmiş rus imperiyası ilbəil mövqelərini itirir, onun rəqibi Qərb isə, heç bir qələbə hüdudunda dayanmır, irəliləyir. Bu, əslində demokratiyanın diktatura üzərinə yürüşüdür, həyatın, dünyanın tələbidir. Demokratik Qərb Moskvanın özünə bufer zonası hesab etdiyi postsovet ölkələrini bir-bir onun təsir zonasından çıxarır. Ən vacib strateji bufer olan Ukraynanı itirmək görünür, Moskvanı bərk narahat edib, həm də qəzəbləndirib. Ancaq bundan da vacib səbəb Ukrayna və Rusiya xalqları arasındakı milli-mənəvi tarixi problemdir. Bu iki slavyan xalqı arasında müəyyən köklü ziddiyyət olmasaydı, bu xalqlar heç imkan verməzdilər nə Qərb, nə Şərq, nə də hansısa qüvvə onları qarşı-qarşıya qoya bilsin.

 

-  Maraqlıdır iki qonşu, oxşar və qardaş xalq arasında bu qədər dərin, mental ziddiyyətin olmasını qeyd edirsiniz. Məsələn, hər hansı iki qonşu türk və ya ərəb dövləti arasında belə qarşıdurma yoxdur. Bir az təəccüblü görünür.

 

- Bəli, maddi, ərazi problemindən də çətini milli-mental mahiyyət daşıyan ziddiyyətdir. Türkdilli dovlətlər arasında şükür ki, bu yoxdur, olmayıb. Məsələ nədədir? Təsəvvür edin ki, oğul böyüyüb atasından soyuqluqla ayrılıb. Bu azmış kimi, onu boyüdüb başa çatdıran atanı saymır, hörmətsiz edir, üzünə qayıdır. Bu da azmış kimi, üstəlik atasını öz təsiri, hegemonluğu altına salıb, öz köləsi etmək istəyir. Bu artıq dəhşətdir, deyilmi!? Rusiya əslən Ukraynadan törəyən millətdir, yəni onun övladı sayılır. Qədim Rusiyanın paytaxtı Kiyev olub. Monqollar qədim, möhtəşəm Kiyevi aylarla mühasirə hesabına çətinliklə alan vaxt Moskva çay kənarında bir qəsəbə olub. O qədər kiçik olub ki, monqol qoşunu əhəmiyyət verməyib böyründən keçib yuxarı Novqorod şəhərinə doğru gedib. Bunlar danılmaz tarixdir. Ümumrusiya provaslav kilsəsi, yəni baş keşiş Kiyevdə yerləşib. Neftin, qazın əhəmiyyət daşımadığı dövrlərdə varlı qara torpaq Ukraynada olub və moskovitləri yedirdib, təmin edib. Zaman keçib, Moskva rusları nicat tapıb inkişaf edib, Şərqə doğru irəliləyib müxtəlif millətləri, türk tayfalarını əsarətinə salıb, imperiya yaradıb. Üstəlik, öz törəndiyi slavyan Ukrayna ata xalqını da hörmətsiz edərək öz kölə sferasına qatıb. Özünü velikorus-möhtəşəm, ukrainləri isə malorus-kiçik adlandırıb. Rus şovinizmi qədim Kiyevi, Ukraynanı “okrain” yəni, Rusiyanın bir qırağı, kənarı, ukrainləri isə istehzalı “xoxol” adlandıib kiçik yad millətlər sırasına qatıb, əsrlərlə ruhən incik salıb. Bu hegemonçu aşağılama siyasəti illərlərus xalqına aşılanıb. Ruslarda bu üstün hegemon tendensiya, ukrainlərdə isə daxili etiraz, yəni mental dərin ədavət bu gün də qalır. Ona görə də bu gün rus başbilən alimləri təəccüb qalıb bildirirlər ki, Rusiya ukrainlərə doğru neft, qaz, sənaye və s. baxımdan nə qədər addım atsada, ukrainlər onları sevmir ki, sevmir. Yəni, iki xalq arasında ədavətin,dönməz barışmazlığın, mental ziddiyyətindərin kökü bürdadır.

 

- Söylədiyinizdən belə çıxır ki, Kiyevdə Maydan hərəkatı əslində Rusiyaya etiraz imiş...

- Elədir ki, var. Maydan hərəkatında Ukrayna xalqının baslıca məqsədi Putindən, Moskvadan, rus şovinizmindən qurtulmaq idi. Zəif və özünü itirmiş Yanukoviçin hakimiyyət bandasından qurtulmaq ikinci, həm də çətin olmayan məsələ idi.

 

- Bəs Ukraynanın daxili işi sayılan Kiyevdəki inqilabi proseslərə Moskvanın belə sərt reaksiyası nədən oldu? Nə üçün iki ölkə arasındakı münasibət qısa müddətdə bu cür kəskinləşdi?

 

- Ukrayna xalqının demokratiya, Avropa yönlü qətiyyəti, Qərbin güclü fəaliyyəti və dəstəyi, Kremlin arxayınçılığı, Yanukoviçin zəif qeyri-stabil durumu prosesləri nəzarətdən çıxarıb təbii yöndəmə saldı. Başı Soçi olimpiadasına qarışan Kremldə ayılıb gördülər ki, Kiyev, neçə ildi ipi Putinin əlində olan Yanukoviç hakimiyyəti əldən çıxıb. Artıq xalq hakimiyyəti tamamilə götürüb. Ukraynanın itirilməsi təbii ki, Rusiya imperiyasının sonunun başlanğıcıdır. Putin bunu gözəl bilir və onu dəhşət bürüyür. Onun kimi, psixoloji baxımdan paranoya patalogiyalı insanlar əslində qorxaq və vahimələnən olurlar. Yaxşı bilir ki, rus xalqını yalnız özünü güclü, qətiyyətli göstərib qorxu yaratmaq hesabına idarə edə bilər. Xalq onun qorxaq və zəif olduğunu, zəiflədiyini bilsə, dərhal aşırar. Beləliklə, şokdan çıxan kimi dərhal cürətli və qəti addımlar atmağa başladı. Heç olmasa görüntü xatirinə, Krım variantından istifadə etməyə. Xalqa göstərsin ki, baxın, mənim əlimdən Ukraynanı aldılar, amma mən də son anda cürət göstərib Krımı qopartdım və rus xalqı yayda Krım çimərliklərində özünü rahat günə verə bilər.

 

- Bu saat Krımın Rusiyaya birləşdirilməsi prosesləri bütün dünyanı silkələyir. Rusiya və Krımda bununla bağlı bayram edilir. Ukrayna tərəfdarlarını isə sanki bədbinlik bürüyüb. Bəziləri Krım məsələsinin rus imperiyasında yeni Putin erasının, yeni-yeni qələbələrin başlanğıcı hesab edir. Bəziləri isə əksinə, bunu Rusiya Federasiyasının sonunun başlanğıcı kimi qələmə verir. Sizcə həqiqət haradadır?   

 

- Bilirsiniz, insan toplumu bəzən şüursuz olaraq, çalıb-oyanayaraq uçuruma,faciəyə doğru gedir. Bu gün Putin bütün gücü ilə, təbliğat vasitələrini işə salmaqla Krımın alınması ətrafında ritorika yaradıb. Rus xalqının böyük sadəlöhv hissəsini süni eyforik vəziyyətə salıb. Guya möhtəşəm bir tarixi qələbə əldə olunub. Əslində, bir qədər dərin analiz qabiliyyətli insanlar bilir ki, Ukrayna məsələsində Moskva Qərbə artıq uduzub. Özü də böyuk hesabla, iyirminin birə nisbətində. Yəni Rusiya Ukraynanı əldən verib, əvəzində Krımı götürüb. Krım isə Ukraynanın 20-də 1-i qədərdir. Bu hesabla, sabah Belarusiyada da demokratik qərbyönlü çevriliş ola bilər, Lukaşenko qovular. Belarusiya əldən çıxar və Rusiya onun hansısa bir vilayətini əlində saxlayar. Bu nədir, qələbədir? Qəribədir, sən boyuk bir müttəfiq qonşu və həm də qardaş ölkəni itir, onun kiçicik bir hissəsini böyük risq və biabırçılıq hesabına götür və sevin. Bu komik haldır. Bunlar nəyə sevinirlər, vallah təəccüb qalmışam. İndiyədək Rusiya Azərbaycanı verib Qarabağı, Gürcüstanı verib Abxaziya və Cənubi Osetiyanı, Moldovanı verib Dnestryanını götürüb.Bunun nə xeyri olub? Bunlar onsuz da imkanı zəif olan Rusiya xalqı üçünbir siyasi və iqtisadi yükdür. Həmin o Qarabağ kimi bölgələr özlərini himayə qucağına verib arxayınlaşir, işləyib çalışmırlar, Rusiyadan daima hazır yardım gözləyirlər.

 

- Bəs bu halda, xeyri yoxdursa, sizcə Putin niyə Krımı götürmək addımını atdı və Qərb də sanki bununla razılaşır. 

 

- Putinin başqa yolu qalmamışdı. Kiyevdəki hakimiyyət dəyişikliyindən, Ukraynanı uduzandan sonra dərhal ayılıb coşdu və hətta könlündən hərbi yolla bütün Ukraynanı götürmək də keçdi. Amma qorxdu, gücünü hesabladı, cəsarət etmədi. Təsəlli üçün Krıma əl atdı. Heç olmasa Krımı götürməsəydi, onun öz xalqının qarşısında cılız və zəif mahiyyəti ortaya çıxacaqdı və bununla xalq dərhal onu bitirəcəkdi. Rusiyanın Krımı anneksiyası Qərbə əslində xeyir verir. Qərb liderləri Ukrayna kimi həyati vacib bölgəni Moskvanın əlindən çıxara bildikləri üçün daxilən sevinirlər, üzdə isə guya incik və qəzəblidirlər. Dünyaya bu əhvalı aşılayırlar. Dünya ictimaiyyəti qarşısında Rusiya nifrət qazanma dərəcəsində hörmətdən düşür. Qərb Rusiyanın beynəlxalq normalara zidd syasətindən istifadə edib onu müxtəlif sanksiyalarla boğur. Moskva bütün dünyada təcridə düşür, mövqeyi zəifləyir, biabır olur. Ikincisi, Qərb bilir ki, Krım Rusiya üçün bir ağır iqtisadi yükdür və bu saat Moskva heç öz regionlarını, xalqını təmin edə bilmir. Bilir ki, bu gün sabah RF dağılacaq, Krım da daxil olmaqla bütün işğal zonaları geri alınacaq. O cümlədən,bizim Qarabağımız.

 

- Qarabağdan söz açdınız. Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı zəbt etməsilə əlaqədar Qərb liderləri Rusiyanı qınayır. Krıma müdaxiləni işğal adlandırıb, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı Respublikası separatizmini birbaşa Rusiyanın işğalı kimi önə çəkirlər. Amma Azərbaycandakı Qarabağ işğalı barədə heç bir səs-soraq yoxdur. Nə ilə bağlıdır bu?

 

- Rusiyanın açıq və gizli dəstəyi, müdaxiləsi olmasaydı, böyük türk toplumunun tam əhatəsində olan cırtdan Ermənistan Azərbaycan türkünün ərazisini işğal etməyə cürət etməzdi. Beynəlxalq normalara sayqısızlıq edib 20 faiz ərazimizi illərlə işğal altında saxlamazdı. Mən düşünürəm ki, Ukrayna, Krım hadisələrindən sonra Qarabağ probleminin həllində yeni dövr başlayır. Artıq biz də bundan sonra digər işğalçı-separatizmə məruz qalmış postsovet ölkələri kimi, işğalımızın əsas səbəbkarını açıq və birbaşa Moskvanı, Kremli göstərməliyik. Dövlət və cəmiyyət birliyində bunu çalışıb fakt, sübutlarla ortaya qoymalıyıq. O zaman dünya birliyi də görər ki, biz konkret hədəfi göstəririk ki, Azərbaycan əslində nahəng Rusiyanın işğalına məruz qalıb. Görərlər ki, ermənilərə uduzmamışıq, zorla uduzdurulmuşuq. Daha deməzlər ki, Ermənistanla iki qonşu respublikasınız, gedin öz məsələnizi özünüz dil tapıb həll edin. 20 ildən çoxdur belə olub, dəyişməliyik bunu.

 

Seymur Əliyev


Oxşar xəbərlər
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM