VİP-in sədr müavini Cavid Cabbarlı Moderator.az-a açıqlamasında Eldəniz Quliyev tərəfindən göndərilən “sülh elçiləri”nin adını açıqlayıb. C.Cabbarlının sözlərinə görə, adlarını çəkdiyi insanlar məhz E.Quliyevin tapşırığı ilə VİP-i öz mövqeyindən çəkindirməyə çalışıb:
“Artıq bütün ictimaiyyət Eldəniz Quliyevin Vətəndaş və İnkişaf Partiyası, partiyanın sədri və üzvləri barəsində dediyi təhqiramiz ifadələr və küçə söyüşlərindən məlumatlıdır. VİP və şəxsən mən həmişə Eldənizin dediklərinə əxlaq çərçivəsindən çıxmadan cavab vermişəm. Maraqlananlar həmin cavablara baxa bilərlər. “Adam kimi ölməyə çalış, cənab Quliyev ” və “Söz altında qalmaq həvəsi olmayan Eldənizə...”
Eldəniz isə bu yazıların heç birinə cavab vermək imkanında və bacarığında olmayıb. Hər iki yazını faktlar və dəlillər zənginləşdirib. Bu fikri mən deyil, çoxsaylı oxucular və ictimaiyyət nümayəndələri bildirirlər.
Sayca ikinci yazıda göstərmişdim ki, “Məhkəmə qərar verən günə qədər Eldəniz bir neçə “elçi” göndərib bağışlanmasını istədi. Çünki, ipinin əlində olduğu şəxslərə o qədər də etibar eləmirdi. Ən azı hər şeyi öz arşını ilə ölçürdü. Nəyi təkzib eləsə də “elçi” məsələsini inkar edə bilməz. Kimlərin və hansı formada gəldiyini açıq deyə bilərəm”.
Seyran Rəfiyev adlı birisi isə Eldənizin tərbiyyəsinə uyğun olaraq yazıb: “C.Cabbarlı Eldəniz Quliyevin guya sizin ayagınıza barışıq üçün adamlar göndərdiyi və onların adlarını açıqlayacagınızı bildirmisiz. Hə, indi o adları açıqlamayan nakişi və vələduznadır!”
Eldəniz Quliyev, göstərdiyiniz tərbiyyə hər yerdə bayraq kimi istifadə etdiyiniz “ziyalı” adınadan çox uzaqdır. Elə ona görə də busöyüşün cavabını tərbiyyənizin hesabına yazıram.
“Elçi”ləri və xahişə göndərdiyin şəxslərə gələndə, çoxlarının tanıdığı Xoşqədəm Cəbrayıloğlunun adını çəkməliyəm.
Xahiş üçün gələnlərin sırasında Hacı Rövşən Əhmədli də olub.
Əli Əliyev də Xöşqədəm Cəbaryıloğluna verdiyi cavabın eynisini Rövşən Əhmədliyə deyib.
Həm Xoşqədəmin, həm də Rövşənin bu addımını təqdir edirik. Bu şəxslər barışıq niyyətilə gəliblər. Şəxsən mən hər ikisinə hörmət edir və onların bu addımını alqışlayıram.
Xahiş məsələsinin heç əleyhinə də deyiləm. Günahı olan tərəf minnətçi salmalıdır ki, məsələ çox böyüməsin. Eldəniz də bunu edib. Bəlkə də ömründə ən düzgün addım elə budur.
Məsələnin başqa tərəfi də bundan ibarətdir ki, necə olur bütün “elçi”lər ancaq Eldənizin tərəfindən gedir? Eldəniz də bir nəfər göstərsin ki, Əli Əliyevin xahişinə onun yanına gedib.
Məncə bu iki şəxs kifayət edər. Əks halda digərlərinin də gəlişindən söz aça bilərik”.