Yusif Bağırzadə Milli Şuradakı müttəfiqlərini gözləyir...
Oxunub: 7492
04 Mar 2014 | 10:07
Yusif Bağırzadə Milli Şuradakı müttəfiqlərini  gözləyir...

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə Moderator.az-ın suallarını cavablandırıb, onu təqdim edirik:

-Hamı elə zənn edirdi ki, Sizin gəlişiniz Etibar Məmmədovun gedişindən sonrakı boşluğu qismən də olsa doldurcaq. Ancaq AMİP sanki siyasi səhnədən qeybə çəklib, nə Sizdən soraq var, nə partiya həyatından...

-Tək söhbət AMİP-in passivliyindən getmir. Etiraf edilməlidir ki, Azərbaycanda ümumiyyətlə ictimai-siyasi aktivlik həm müxalif, həm iqtidar düşərgəsində çox aşağıdır. Daha doğrusu, aktivlikdən yox, hər iki düşərgədəki durğunluqdan danışmaq doğru olardı. Sonuncu prezident seçkilərindən sonra müxalifətin uğursuzluğu bütün müxalif düşərgəyə sirayət edib. Amma mən optimistəm və uğursuzluğu AMİP-ə şamil etməzdim. AMİP-in Milli Şuraya qoşulmaması partiyamızın sıralarının daha da möhkəmlənməsinə xidmət edib. Bir sözlə, Milli Şuranın 9 oktyabr seçkilərindəki uğursuzluğunda AMİP pay sahibi deyil. Amma etiraf edirik ki, 2010-cu il parlament seçkilərində səslərimizin oğurlanması nəticəsində deputat mandatı qazana bilməməyimiz parlament partiyası olmağımızı əngəllədi. Bu isə siyasi partiyaların maliyyələşməsindən bizi kənarda saxladı. Biz hələ prezident seçkilərindən öncə bəyanat vermişdik ki, AMİP həm 2014-cü il bələdiyyə və 2015-ci ildə keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşır. Biz Demokratik Qüvvələrin Məşvərət Məclisi adlanan bir qurumun təsisçilərindənik. Həmin qurum 9 oktyabr prezident seçkilərində öz namizədiylə iştirak etmədi. Amma ola bilsin ki, bu qurum yaxın gələcəkdə seçki blokuna çevrilsin və biz blok çərçivəsində seçkilərdə iştirak edək. Əgər qurumun seçki blokuna çevrilməsi üçün yekdil qərara gələ bilməsək, AMİP qarşıdakı seçkilərə təkbaşına qoşulmaqda israrlıdır.

-Jurnalistlər sizə tez-tez müraciət etmir, yoxsa özünüz mediadan bir qədər aralıda dayanmağı seçmisiniz? AMİP-in passivliyi bir yana, demək olar ki, Yusif Bağırzadəni mətbuatda görmürük.

-Boynuma alıram ki, maliyyə imkanlarımız zəifdir və ona görə də nə funksionerlərin, nə də partiya həyatının təbliğatı üçün lazımi işlər görə bilmirik. Ancaq müraciət edən jurnalistlərin sualların Yusif Bağırzadə də, digər partiya yetkililəri də həvəslə cavablandırırlar.

-Yusif müəllim, jurnalistlərlə təmaslar və bu və ya digər mövzular ətrafında açıqlamalar vermək üçün maliyyə imkanlarına ehtiyac yoxdur. Təmənnasızı dostlar da tapmaq olar. Amma jurnalistlər gileylənirlər ki, AMİP-dən nə sədri, nə də funksionerləri tapıb danışdırmaq olmur, onlar sanki bir qədər kənara çəklib sadəcə prosesləri müşahidə etmək yolu tutublar...

-Mən belə deməzdim. Biz həmişə jurnalistlərlə təmaslarda maraqlı olmuşuq və əksinə, əməkdaşlıqdan şad olardıq.

-Bu gün dünyanın diqqəti Ukrayna hadisələrinə yönəlib və Azərbaycandakı siyasi qurumlar da bəyanatlar verərək Kiyevi dəstəklədiklərini və Rusiyanı qınadıqlarını bildirirlər. “Xalq Arzusu” Hərəkatının lideri Asəf Quliyev bəyanatla çıxış edərək Krım böhranının beynəlxalq biiliyin diqqətini Dağlıq Qarabağ münaqişəsnin həllinə yönəltmək üçün vazkeçilməz fürsət olduğunu vurğulayıb, təcili iqtidarla müxalifəti bir masa ətrafına toplaşaraq yeni Ukrayna hökumətini dəstəkləməklə bağlı birgə sənəd imzalamağa çağırıb.

-Mən də elə hesab edirəm ki, məhz indiki məqamda belə bir toplantıya və sənəd imzalanmasına ehtiyac var. Heç kimə sirr deyil ki, bu gün Ukraynanın başına gətirilənlər ilk dəfə bizim başımıza gətirildi və sonradan bu oyunu Moldovada və Gürcüstanda oynayaraq xalqlara divan tutdular. Bu gün Krımda baş verənlərin də, 2008-ci ilin avqusutunda Gürcüstandakı olayların da, Qarabağ münaqişəsinin də ideya müəllifi və oyunçusu da Kremldir. Təbii ki, biz də siyasi partiyaların Rusiya təcavüzünə etiraz bəyanatları qəbul etmələrinə normal baxırıq və AMİP ümummili mənafe baxımından hər cür xoşniyyətli təşəbbüsləri alqışlayır və dəstəkləyir. Amma AMİP ölkədəki digər siyasi partiyalardan fərqli olaraq Beynəlxalq Demokratlar İttifaqı adlanan bir beynəlxalq qurumda təmsil olunur. Bu yaxınlarda həmin ittifaqın növbəti sammitinin keçiriləcəyi gözlənilir. Həmin sammitdə Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrdəki etnik münaqişələrin yenidən gündəmə gəiriləcəyi gözlənilir. Biz həmin tədbirə ciddi hazırlaşırıq və sözümüzü ordakı yüksək tribunadan qətiyyətlə deyəcəyik. Onu da bildirim ki, Avropa parlamentinin də Dağlıq Qarabağ münaqişəsiylə bağlı ermənilər tərəfindən qanunsuz məskunlaşmayla bağlı iki qətnaməsinin qəbulunda AMİP-in birbaşa rolu olub. Biz Azərbaycanda yeganə siyasi partiyayıq ki, rəsmi olaraq Brüsselə-Avropa Parlamentinə iki dəfə dəvət almışıq. Məhz həmin iclaslardakı iştirakımız da uğurlu olub və biz bu məsələni qaldıraraq müvafiq sənəd qəbul olunmasına nail olmuşuq. Bir müddət sonra biz Avropa Xalq Partiyasının tədbirlərində də bu məsələni yenidən gündəmə gətirəcəyik. Başqa bir fürsət də odur ki, Ermənistan Avropayla əməkdaşlıqdan üz döndərərək Rusiyanın patronajlığı altında olan Avrasiya İttifaqına üz tutmaqla əslində Azərbaycan diplomatiyasına, eyni zamanda siyasi təşkilatlarına imkan vermiş olub ki, biz daha intensiv işləyərək ermənilərin iç üzlərini və onların əsrlər boyu rusların arxasında gizlənərək təcavüzkarın yanında olduğunu sübut edək.

-AMİP Milli Şuraya getmədi, amma bu qurumdan heç nəylə fərqlənməyən İctimai Palatada mövcudluğunuz qalır, bunu necə başa düşək?

-Biz hələ ki, təsisçi olaraq İP-də qalırıq. Amma bəlli səbəblərdən o qurum fəaliyyət göstərmir. Yəni təsisçilərin böyük bir qismi həm də Milli Şurada təmsil olunurlar. Milli Şura təsis olunan ərəfədə də biz bu danışıqlarda aktiv işirak elədik. Əvvəlcə bizi də qane edən format razılaşdırılsa da sonradan bundan imtina etdilər, biz də buna görə Milli Şurada təmsil olunmaqdan imtina etdik.

-Siz hansı formatı təklif edirdiniz?

-Biz təklif edirdik ki, Milli Şuranın təsisçiləri ancaq siyasi partiyalar olsun və ziyalılar, QHT rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərsə siyasi partiyaların ümumi razılığıyla orda təmsil oluna bilərlər. Çünki həmin şəxslər partiyaların zəmanətiylə quruma gəldiklərinə görə həmin qurumun qərarlarına da tabe olacaqdılar, özfəlaiyyətlə məşğul olmaq istəyənlərə bəhanə verilməyəcədi.Deyirdik ki, qurumda qərarlar konsensusla qəbul olunsun. Eyni zamanda deyirdik ki, bu qurumun vahid namizədi tez bir zamanda müəyyənləşsin və dedi-qodulara son qoymq və hakimiyyətə manevr emək imkanı verməmək üçün həmin namizəd bəyanatla çıxış edərək hansı siyasi qütbə doğru inteqrasiya edəcəyi ilə bağlı birmənalı bəyanat verməlidir. Biz təklif edirdik ki, burada partiyalar sortlaşdırılmasın və böyük, kiçik partiyaya bölünməsin, bu qurum paritet əsaslarla formalaşsın. Yəni təsisçi olacaq hər bir siyasi təşkilatdan eyni sayda şəxs cəlb edilsin.

-Qarşıdan seçkilər gəlir. Bundan sonra AMİP-lə Milli Şuranın əməkdaşlığı mümkündürmü?

-Yox, biz ancaq Məşvərət Məclisi səviyyəsində Milli Şura ilə əməkdaşlıq edə bilərik. Bir daha deyirəm, Demokratik Qüvvələrin Milli Birliyi adlanan təşkilatın təsisçilərindən biriyik. Birliklər səviyyəsində əməkdaşlıq mümkündür. Onu da deyim ki, biz Məşvərət Məclisinin adını dəyişib Demokratik Qüvvələrin Milli Birliyi adlı qurum yaradanda Milli Şuraya əməkdaşlıq barədə müraciət edik, amma o vaxt onların başları seçki ehtiraslarına qarşıdığından bizə cavab vermədilər.

-Axı təsisçisi olduğunuz həmin qurumda həm də Milli Şuranın təsisçiləri olanlar da az deyil, bunu necə izah edə bilərsiniz?

-Bəli, doğru deyirsiniz, KXCP, ACP, Böyük Azərbaycan partiyaları da ordadır.

-Anormallıq deyilmi, bir şəxs bir-birini əslində qəbul etməyən iki qurumda təsisçidirsə?

-Buna anormallıq deməzdim. Milli Şura vahid namizədlə çıxış etdiyinə görə bəzi dostlarımız prezident seçkilərində iştirakı məqbul hesab etdilər, nəticədə elan olunmasa da Milli Şura faktiki olaraq seçki bloku kimi marafona qoşuldu. Bizsə hesab edirik ki, bir siyasi təşkilat iki qurumda təsisçi kimi çıxış etməməlidir. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Bizim təsisçilər başqa blokun namizədini necə dəstəkləyə bilərlər? Düşünürəm ki, yaxın gələcəkdə dostlarımız qərar verəcəklər ki, hansı qurumda təmsil olunacaqlar və seçkiyə hansı qüvvələrlə birgə seçki bloku yaradaraq gedəcəklər.

-Onda belə görünür ki, tezliklə Milli Şuranı daha bir böhran gözləyir...

-Mən proqnoz vermək istəmirəm. Hesab edirəm ki, bu, həmin siyasi təşkilatların kollegial qərarlarından asılı olacaq.

-Bu gün AMİP-in hakimiyyətə münasibəti konstruktiv müxalifətçilkdir, elə deyilmi?

-Xeyr. Biz müxalifət mövqeyindəyik. Biz əgər parlamentdə və hökumətdə deyiliksə, əlbəttə ki, müxalifətdəyik. Son illər siyasi leksikonumuza gətirlib bu fikirlər ki, bir müxalifət partiyasına radikal deyirlər, o biriisnə konstruktiv. Əslində müxalifət partiyası nə radikal olmur, nə konstriktiv. Müxalifət elə müxalifətdir. Hər kəsə bəllidir ki, hakimiyyət ölkənin ən sanbalı siyasi təşkilatlarını-Müsavatı, AXCP-ni, AMİP-i, ADP-ni və KXCP-ni, yəni hansı ki, beynəlxalq arenada da daha çox bu partiyaları tanıyır və qəbul edirlər, bilərəkdən parlamentə buraxmadı. Nəticədə özlərinin məsləhət bildikləri partiyaları konstruktiv müxalifət yarlığıyla parlamentə gətirdilər.

-Parlament seçkilərindək proporsional seçki sisteminin bərpa olunacağını deyirlər. Sizcə buna gedəcəkmi hakimiyyət?

-Məncə hakimiyyət özü də anlayır ki, ortada bir məntiqsizlik var və onu tezliklə aradan qaldırmalıdırlar. Əslində siyasi partiyalar haqqında qanunun qəbul olunmasıyla proporsional seçki sistemi bərpa olunmalıydı. Yəni bu qanun məhz o sistem üçündür. Yəni bu qanunun majoritar seçki sisteminə dəxli yoxdur. Hakimiyyət də anlamalıdır ki, hər bir ölkədəki siyasi partiyalar həmin ölkədə siyasi münasibətlərin və vətəndaş sülhünün dayağıdır. Siz Avropaya da baxın, müsəlman ölkələrinə də. Hansı ölkələrdə ki, siyasi institutlaşma zəifdir və müxalifətə imkanlar yaradılmayıb, həmin dövlətin özü də zəifdir. Yəni hökumətə ictimai nəzarət güclü olan cəmiyyətlər də, hakimiyyətlər də güclü olur. Azərbaycan xalqı da güclü müxalifəti olmağa layiqdir.

-Bir müddət öncə İlham Əliyev müxalifətə qəzəblənərək belə bir ifadə işlətmişdi ki, 9 oktyabr seçkiləri müxalifətin sonu və rəzalətin zirvəsi oldu.

-Bilirsiniz, prezidentin özü də bilir ki, neçə ki, həyat var, müxalifət də olub, olacaq. İnsanlıq yaranandan üzü bəri, siyasi partiyalaşma mövcud olmadığı dönəmlərdə də müxaliffikirlilik mövcud olub. Yəni bir tərəf o biri tərəfi qəbul etməyib hər zaman, yaxud onun yerinə keçmək istəyib. Nə qədər ki, cəmiyyətin bütün problemləri həllini tapmır, nə qədər ki, qanunlar işləməyəcək, məhkəmələr sifarişlə işləyəcək, nə qədər ki, mülkiyyət hüquqları pozulacaq, müxalifət olacaq və öz tənqidi sözünü deyəcək. Bəzən də bu tənqidlər qarşı tərəfdə qıcıq və hətta qəzəb yarada bilər. Konkret olaraq prezident İlham Əliyevin dediyi fikirlərə gəldikdə isə, mən deyərdim ki, bunların AMİP-ə dəxli yoxdur. Biz seçkilərdə iştirak etməmişik, müxalifətdə olsaq da heç zaman kirli ssenarilərdə yer almamışıq və xarici qüvvələrlə yaxından-uzaqdan hər hansı şübhəli əməkdaşlığımız olmayıb. O zaman niyə bu sözlərin bizə də şamil olunduğunu düşünək ki?

-Etibar Məmmədovla tez-tezmi görüşüb məsləhətləşirsiniz?

-Lazım olanda və məsləhətləşmək zərurəti yarananda təbii ki, görüşürük. Amma eiraf edim ki, tez-tez görüşmürük. 

Oxşar xəbərlər
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür