Mirmahmud Mirəlioğlu: “Xalqın sevgisini qazana bilmədik”
Oxunub: 8830
28 Feb 2014 | 10:29
Mirmahmud Mirəlioğlu: “Xalqın sevgisini qazana bilmədik”

“Ölkədə müxalifəti bir araya gətirəcək birləşdirici füqur yoxdur”

 

“Azərbaycan müxalifəti birləşmə və ayrılmalardan uzağa gedə bilmir”

 

“Ukrayna olayları Azərbaycana da təsir göstərəcək”

 

Son günlər Ukraynada baş verən olaylar və bu olayların digər post-sovet ölkələrinə təsir imkanı ölkə gündəmində ən çox müzakirə olunan məsələrlədən birinə çevrilib. Ukraynadakı olayların Azərbaycana da az və ya çox dərəcədə təsir göstərəcəyini iddia edən əksər siyasilər hesab edir ki, hakimiyyət yaxın gələcəkdə yeni demokratikləşmə dalğası ilə üz-üzə gələcək.

KXCP sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət” qəzetinə müsahibəsində məlum proseslərlə bağlı maraqlı fikirlər səsləndirib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir.

 

- Mirmahmud bəy, öncə Ukraynadakı proseslərin Azərbaycanda təkrarlanma ehtimalı ilə bağlı fikirlərinizi bilmək istərdik. Necə hesab edirsiniz, Maydan olayları ölkəmizə qismən də olsa təsir göstərəcəkmi?

 

- Şübhəsiz ki, siyasi məkan olaraq post-sovet məkanında baş verən hər bir olay kimi Ukraynadakı hadisələrin də Azərbaycanda özünü hiss etdirməsi mümkündür. Lakin bunu da unutmaq olmaz ki, Ukrayna Avropanın tən ortasında yerləşir, ona böyük dəstək var və s. Bu baxımdan Ukraynaya olan dəstəyin Azərbaycandakı demokratik qüvvələrə göstərilib-göstərilməməsindən tutmuş bir çox məsələ müzakirə predmeti ola bilər. Fəqət bu da həqiqətdir ki, Ukrayna olayları regionun, xüsusilə də MDB məkanının siyasi atmosferinə təsirsiz ötüşməyəcək. Ən azından ona görə ki, hava, rüzgar və s. kimi təbii komponentlər sərhəd tanımadığı kimi, demokratikləşmə dalğası da sərhəd tanımır və bu baxımdan hansısa ölkəni ondan tam olaraq təcrid etmək, bunu görməzdən gəlmək mümkün deyil. Bu baxımdan iddia etmək olar ki, Ukrayna prosesləri Azərbaycandan da yan keçməyəcək. Ukraynada böyük və güclü müxalifət mövcud idi. Hansı ki, onlar təxminən ilin dörddə birini meydanlarda keçirdilər. Bizdə isə yalnız fors-major, ekserimal hallar var. Azərbaycanda bu cür hallar yalnız ekstermal vəziyyətlərdə baş verə bilər. Ancaq bütün bunlara baxmayaraq, mən bu məsələdə bədbin də deyiləm.

 

- Sizcə nikbinlik üçün hansı əsaslar mövcuddur?

 

- Reallıq bundadır ki, biz Ukraynadan da qabaq bunu həyata keçirmişik, keçmiş SSRİ-yə, indiki MDB-yə nəyə qadir olduğumuzu göstərmişik. Amma təəssüflər olsun ki, əldə etdiklərimizin qiymətini bilməmişik. Buna görə də milli hökumət devriləndə meydanlarda onu müdafiə edənlər olmayıb. Indi situasiya tamam başqadır. Proseslər göstərir ki, Rusiya öz başının hayıdadır və elə bu səbəbdən də Ukraynadakı prosesləri nəzarətdə saxlaya, bu prosesləri öz maraqları baxımından idarə edə bilmədi. Hesab edirəm ki, Ukraynadakı proseslər Azərbaycana bu və ya digər dərəcədə sirayət edəcək. Lakin bu təsir nə dərəcədə müsbət olacaq, Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi zəruri hesab edən qüvvələrin bir araya gəlməsi mümkün olacaqmı, bu, ciddi sual doğurur. Bu da bir həqiqətdir ki, Azərbaycanda baş verəcək hadisələrə adekvat reaksiya verəcək güclü müxalif qüvvə yoxdur.

 

- Ukraynada baş verən proseslərdən hakimiyyətin dərs çıxartması və islahatlara getməsini mümkün hesab edirsinizmi? Ola bilərmi ki, hakimiyyət inqilabi proseslərin Azərbaycana gəlib çatmasını gözləmədən demokratik dəyişikliklərə rəvac versin?

 

- Əslində, arzu edilən də elə budur. Ərəb baharı prosesində də biz bildirdik ki, Azərbaycanın Liviya, Misir olmasını arzulamırıq. Biz həmin vaxt bu cür açıqlamalar verirdik və sanki bu açıqlamaların hardasa diqqətə alındılğı hallar olurdu. Əslində isə bəlli oldu ki, bu cür hallar yox imiş. Təbii ki, normalda Azərbaycan hakimiyyəti “gözü çıxan qardaşdan” ibrət götürməli idi. Lakin təəssüflər olsun ki, hakimiyyətin bu cür olaylardan dərs çıxarmaq niyyəti yoxdur. Azərbaycan hakimiyyəti hətta bu vəziyyəti ilə də  dərs almaq yox, dərs vermək istəyir. Halbuki, hakimiyyətin baş verən proseslərlə bağlı informasiya almaq imkanı bizdən qat-qat genişdir. Fəqət bununla bağlı proseslərdən nəticə çıxartmaq istəyi hiss olunmur.

 

- Sizcə Azərbaycan müxalifəti necə, Ukraynadakı proseslərdən hansısa dərs çıxartmalıdırmı?

 

- Azərbaycan müxalifətində birləşmələr və ayrılmalardan o tərəfə getmək yoxdur. Bu birləşmə və ayrılmalar da ciddi problemlərlə müşahidə edilir. Məsələn, birləşəndə tərəflər bir-birləri haqqında xoş sözlər söyləyir, ayrılanda isə qarşı tərəf haqqında dünyanın ən pis, ən ağır ifadələrini işlədirlər. Buna görə də bu məsələdə müsbət nə isə söyləmək çətindir. Ümid Allaha və millətədir. Madam ki, müxalifət 20 il ərzində bir araya gəlib birgə ayaq döyə bilməyibsə, bundan sonra bunun baş verəcəyini söyləmək çətindir. Bu yaxınlarda baş verən proseslər də göstərdi ki, ölkə müxalifətini bir araya gətirən qüvvələrin bir-birlərinə qarşı ağır ittihamları var. Bu ittihamlar o qədər arzuedilməz, primitiv səviyyədə oldu ki, hətta ibtidai sinif şagirtdləri belə bir-birlərinə qarşı bu cür ittihamlar səsləndirməzdilər.

 

- Müxalifətin müəyyən ayrılma və birləşmələrdən uzağa gedə bilmədiyini vurğulayırsınız. Sizcə bunun səbəbi nədir? Doğrudanmı müxalifətdə təmsil olunan qüvvələr bir-birlərinə bu qədər uzaq və yaddır?

 

- Burada həm ötən zamanın, həm də birləşdirici fiqurun olmamasının çox böyük təsiri var. O zaman ortada Əbülfəz Elçibəy vardı, hansı ki, məhz o, hamını bir araya gətirməyi bacarırdı. Hətta o, sürgün həyatından sonra belə hamını bir araya gətirə bilirdi. Ortada həm də böyük bir təcrübəsizlik dövrü var. Ötən 20 il müxalifət üçün təcrübə ili deyil. Bu illər müxalifətə təcrübə qazandırmadı. Dövlətə, dövlətçiliyə, millətə baxış arasında da ciddi fərqlər var. Müxalifət eyni məsələyə ilk baharda bir cür, son baharda başqa cür münasibət bəsləyir. Bütün bunlar ciddi çatışmazlıqdır. Ortada bir də mənəm-mənəmlik məsələsi var. Təəsvvür edin ki, biz eks-prezidentlərin statusu ilə bağlı mübarizə aparırıq. Hesab edirik ki, bu məsələ bugünkü prezidentə də şamil edilməlidir. Amma görürüsünüz ki, bir eks-prezident başqa bir eks-prezident haqqında hansı ifadələr işlədir. Halbuki, həmin şəxsin bu məsələdə heç bir xidməti olmadı. Bizim səylərimiz və hakimiyyətin yumşaq mövqe sərgiləməsi nəticəsində bu istəyimiz reallaşdı. Müxalifət daxilində bu baxımdan müəyyən problemlər var. Amma yenə də bədbin deyiləm. Hesab edirəm ki, gec-tez demokratiya qələbə çalacaq. Onu bugünkü müxalifət edə biləcəkmi, edə bilməyəcəkmi, bu başqa məsələdir.

 

- Sizcə hakimiyyətin ölkə gəncliyinə basqısının arxasında hansı məqsədlər dayanır?

 

- Şübhəsiz, bu gün daha çox hakimiyyət tərəfindən gənclərə qarşı hücumlar olunur. Hakimiyyət yeni bir nəfəsin meydana çıxmasını istəmir. Bizim təkrar-təkrar dediklərimiz hakimiyyətin qulağını yağır etsə belə, onlar buna əhəmiyyət vermirlər. Lakin ortaya çıxan yeni qüvvə və yeni nəfəsə əhəmiyyət verməyə bilmirlər. Hesab edirəm ki, gənclik bütün bu məsələləri həll etmək qüdrətinə malkdir və bir gün hökmən buna nail olacaq.

 

- Azərbaycanda xalqın müxalifətə dəstək verməməsinin günahını kimdə görürsünüz ”“ müxalifətdə, yoxsa xalqda?

 

- Xeyr, xalqda heç bir günah görmürəm. Ümumiyyətlə, xalq haqqında mənfi fikir söyləməyin özü bir günahdır. Biz xalqı ittiham edə bilmərik. Əbülfəz Elçibəyin məşhur bir kəlamı vardı. O, deyirdi ki, xalqın sevgisi ilə haqqa çatacaqsınız. Biz xalqın sevgisini qazana bilmədik. Mən bunu deyərkən özümü nəzərdə tuturam. Xalqın müxalifətə dəstək verməməsinin səbəblərindən biri və ən mühümü budur. Bu səbəbdən də biz xalqı qınaya bilmərik. İkinci bir amil isə xalqın 20 il müdddətində yorulması, bezməsidir. Xalqı hər seçkidə bir cür aldatdılar. Ərazisi, qəbiristanlığı işğal olunan, ailə üzvləri öldürülən, təhqir edilən, Xocalı soyqırımı kimi böyük bir faciə görən insanlar belə kiminsə vədinə inandılar. Dedik ki, gələn Novruzu köçkün soydaşlarımız öz torpaqlarında keçirəcək, dedik ki, gələn ilin filan günündə filan problem həll olunacaq, amma bunların heç biri olmadı. İndi buna görə xalqı qınamaq olmaz axı. Xalq ümidsizləşib, demək olar ki, kütləvi psixoz bir vəziyyət yaranıb. Ailələrdən tutmuş iri təşkilatlara qədər hər yerdə ciddi fikir ayrılıqları, qarşıdurma və ziddiyyətlər müşahidə edilir. Hesab edirəm ki, xalqı qınamqdansa öz əməllərimizə dönüb baxsaq daha yaxşı olar.

 

- 2015-ci ilin parlament seçkiləri ərəfəsində müxalifətin bir araya gəlmək ehtimalı varmı?

 

- Proseslər əslində bundan da irəli gedə bilər. Bunun olmaması da mümkündür. Lakin ümid edirəm ki, müxalifətin bir araya gəlməsinə şahid olacayıq. Təbii, daha yaxşı olardı ki, islahatlar olsun, qarşılıqlı inam və etimad formalaşsın, qarşıdurmalar olmasın və s. Mövcud durum müxalifət tərəfindən də, hakimiyyət tərəfindən də dəyərləndirilməlidir. Yəqin ki, 2015-ci il seçkiləri qarışıq seçkilər olacaq. Yəni mojaritar və proporsional qaydada keçiriləcək. Böyük ehtimalla hazırda parlamentdə təmsil olunan partiyalar parlamentdə olmayacaq. Olsalar da onlar mojaritar qaydada təmsil oluna biləcək. Bildiyiniz kimi, onların büdcədən maliyyələşməsindən tutmuş digər hallara qədər əksər proseslər qanunsuzdur. Məncə, hakimiyyət hətta bir günün içərisində belə böyük, inqilabi islahatlar həyata keçirə bilər. 2015-ci ildən öncə də ciddi proseslər ola bilər. Zənnimcə, bələdiyyə seçkilərində də kifayət qədər əsaslı dəyişikliklərə şahid ola biləcəyik. Təbii, bu yalnız o zaman baş verə bilər ki, ortada dinamik inkişaf olsun. Bu olmayacaqsa, dəyirman yenə də öz işini görəcək, çak-çak isə sadəcə baş ağırıdacaq.

 

Seymur Əliyev

 


Oxşar xəbərlər
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi