Adamyeyən
Oxunub: 21068
11 Feb 2014 | 16:02
Adamyeyən
Bir neçə il öncə Afrikaya getmişdim. Avropa Birliyi formatında bir nümayəndə heyəti idik. Finlandiya, Rumıniya, Hollandiya, Kataloniya təmsilçiləri ilə birlikdə Kamerunda malyariya xəstəliyinə ayrılmış vəsaitlərin necə xərcləndiyini yoxlamaq, oradakı sağlıq problemləri ilə tanış olmaq məqsədilə belə bir ekzotik səfər gerçəkləşdirmişdik.

Maraqlı ölkədir, şəhərlərindən başlamış cəngəlliklərinə qədər xeyli yerləri gəzmə fürsəti qazandım. Fransız şirkətinin iyirmi il öncə inşa etdiyi yola heyran qaldım, avtobusda stəkanda dopdolu qoyduğun su silkələnib tökülmürdü. Ucqar bir əyalətdə gördüyüm universiteti müqayisə etməyə Azərbaycanda universitet tapa bilmədim. Sadəcə, təbiətlə mübarizəyə böyük vəsait xərcləyirlər, çünki bir yaramaz ağcaqanad adama iynəsini batırdısa, filan qədər pulun-paran dərmana getməlidir. Uşaq ölümünün sayı da bu səbəbdən xeyli çoxdur.

Getməzdən öncə müxtəlif təbəqələrdən olan azərbaycanlı dostlarımla, millət vəkili həmkarlarımla səfər barədə danışarkən ənənəvi sözləri söyləməli olurdum: “Birdən ürəyinizdən keçən nəsə olar, alıb gətirim”. Qəribədir ki, sanki hamı bir-biri ilə sözləşmiş şəkildə zarafata salıb eyni ifadəni işlədirdi: “Deyirlər, orada adamyeyənlər olur, imkan olsa, adamyeyən gətirərsən”. Təbii ki, mənim zərif yumoru necə anlayışla qəbul etmə xarakterimə bələd olduqlarından, bu zarafat dolu ismarışı rahatlıqla verə bilirdilər. Mənimsə diqqətimdə qalan bir məqam idi: bu qədər fərqli insanın Afrika haqqında təsəvvürlərində ortaq aşağılayıcı bir düşüncə necə olub ki, dəyişməyib?

Dönüşdən sonra bu yumora öz cavabımı hazırlamalı olmuşdum. Bilirdim ki, ilk sorğu-sual bu zəmində olacaq ki, “bəs hanı adamyeyən, söz vermişdin, gətirməmisən”. Elə də oldu. Hamıya hazır cavabımı qoydum ortaya və düşünürəm ki, hamını adamyeyənin gətirilməyindən çox mənim cavabım məmnun etdi. Soruşan hər kəsə söylədim ki, “orada xeyli adamyeyənə rast gəldim, xahiş etdim ki, gəlin sizləri bizim ölkəyə aparım. Əvvəl tanımadılar, əlacsız qalıb xəritədə harada yerləşdiyimizi izah etdim. Tanış olan kimi dərhal imtina etdilər. Səbəbini soruşanda, bildirdilər ki, sizin məmləkət barədə məlumatımız var, biz burada adamyeyənik, ancaq orada elələri var ki, bizi yeyərlər”.

Biz durduğumuz nöqtədən dünyaya baxdığımız kimi, dünyanın da bizə baxdığı nöqtələr var. Yüksək səviyyədə təmir olunmuş, üzlük daş çəkilmiş evlərin yanından keçirəm və bu cür təmirdən sonra sökülüb yerlə-yeksan olduğunu görürəm. Və düşünürəm ki, ən yüksək yolsuzluğun olduğu ölkələrdə belə, pul belə yeyilməz. Bu, elə mənim afrikalıların adından söylədiyim adamyeyənlikdir, qardaşım! Bu məmləkətin yüzlərlə insanının evə, işə, çörəyə möhtac olduğu bir şəraitdə, öncədən bilə-bilə ki, söküləcək, milyonları töküb yüksək səviyyədə binanı təmir edirsən, təmir tamamlanandan sonra sökmək barədə qərar qəbul edirsən. Mənasız hasarların hörgüsünə, üzləməsinə yollar boyu, dəniz boyu çəkilən izafi büdcə xərclərini dəfələrlə gündəmə gətirsək də, zərrə qədər də düşüncə dəyişikliyini görmədik. İndi də “Milli Bankın binası doğru yerdə tikilmədiyinə görə söküləcək” deyə bir informasiya yayılıb. Ötən ay yeni təmirdən çıxmış bir neçə məktəbin idman zalına baş çəkdim. Akustikası normal, avadanlıqları yerində olan, hətta yuyunmağa duşu, hovuzu olan birisinə rast gəlmədim. İndi izah edin görək, bu zavallı məktəbli övladımız necə idman dərsində, əlavə vaxtda fiziki yorğunluğunu çıxarsın? Ona görə də hər tənəffüsdə dərsdən çıxan oğlanlar özünü köşkə yetirib bir dənə siqareti qəpik-quruşa alıb canlarına zəhəri yeridirlər.

Bizim özümüzü aldatmaq üçün tez-tez leksikonumuzdan çıxarıb səpələdiyimiz yalançı ifadələr var: Qarabağ savaşında yaxşı hazırlaşmadığımıza görə məğlub olduq, Vəzirov qoymadı Qarabağa yerləşək, Mütəllibov qoymadı silah alaq və s. Biz Bakı boyda şəhəri vaxtında normal planlaşdıra bilmədiyimizdəndir ki, bu boyda şəhərin başı ilə ayağının harada olduğunu müəyyənləşdirməkdə aciz qalmışıq. Ölkə əhalisinin 40 faizini bir şəhərə yığan ağlımızı yüngül balla özünü hiss etdirən zəlzələ mebel əşyası kimi tərpədə bilirsə, buna da hələ şükür etməyə əsasımız var. Bu ağılla istər dünən olsun, istər bu gün - Qarabağ boyda savaşına necə hazır ola bilərdik və yaxud bilərik.

Elə bu adamyeyən məsələsini düşünürdüm ki, bir idman bazasının qapısının ağzında 15-16 qaradərili arıq, çəlimsiz qızların hansısa Afrika tayfa dillərinin birində danışdıqlarını sezdim. Öyrəndim ki, bizi beynəlxalq yarışlarda təmsil etmək üçün uzaq Afrikadan pul ödəyərək gətiriblər. Biz neçə illərdir vərdiş etmişik ki, Dağıstandan, Ukraynadan, Rusiyanın başqa yerlərindən adamları pulla gətirib “azərbaycanlılaşdırıb” ölkəmizi mötəbər yarışlarda təmsil etməyə göndərirlər. Kollektiv oyunlarda, xüsusilə də klub futbol komandalarında 4-5 səviyyəli xarici idmançının olmasının faydasını inkar etmirəm və hətta zəruri hesab edirəm. Ancaq burada da hədəf azərbaycanlı idmançının yetişdirilməsi, təcrübə qazanması olmalıdır. Həm də bu, xarici idmançıların milliləşdirilərək milli komandanın tərkibinə qatmanın ciddi bir yanlış olduğunu düşünürəm. Fərdi idman növlərində, xüsusən də güləşdə, cüdoda, boksda, yüngül atletikada bu asan və mənasız yola baş vurmanın bir faydasını görə bilmirəm. Bu qədər vəsait nədən bir neçə il sonra arenaya çıxma şansı olan azərbaycanlı balasının yetişdirilməsi üçün xərclənməsin? Bu gün bir Azərbaycan övladının, yaxud da hansı millətdən olursa-olsun, həqiqi bir Azərbaycan vətəndaşının qazandığı bir medal sabah bir neçə yarışdan sonra öz məmləkətinə dönəcək, yaxud da ömür boyu Azərbaycana qəlbən bağlanmayacaq idmançıların qazandığı beş-on medaldan daha qiymətli deyilmi? Və anladım ki, azərbaycanlını yeyib əvəzinə yabançıları ölkəni təmsil etməyə gətirən pulyeyənlər əslində elə o afrikalıların qorxduqları adamyeyənlərin idman arenasında yaşayan növləridir.

Həftənin sonunda Cənubi Afrika Respublikasına səfərim var. Əvvəlki səfərimdən fərqli olaraq, bu dəfə kimsə adamyeyən gətirmək barədə üstüörtülü eyham da vurmayıb. Anladığım budur ki, adamlarımız adamyeyəni artıq Afrikada axtarmırlar”¦

Yazar : Fazil MUSTAFA

Oxşar xəbərlər
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var