“Ukrayna oyunu bitdi...- Rusiya məğlub oldu və Çinlə üz-üzə qaldı...”- Analitik
Siyasət
Oxunub: 9281
16 Feb 2022 | 15:27
“Ukrayna oyunu bitdi...- Rusiya məğlub oldu və Çinlə üz-üzə qaldı...”- Analitik
Bütün deyilənlər Rusiyanın ciddi xarici siyasət strategiyasının olmadığını göstərir…”
 
“Bir sözlə, biz görürük ki, Rusiya ətrafında həlqənin daralması gedir. Və Putin də çalışır ki, həmin mühasirəni ən etibarlı yerdən, ən az itki verəcəyi yerdən yarsın...”
 
Ukraynada əslində nə baş verir? Bu, informasiya hay-küyü, savaşı Qərbin, ABŞ-ın oyunudur, yoxsa Rusiyanın? Bəzi konspiroloqlar iddia edir ki, bu, hətta Amerika və Rusiyanın birgə oyunudur...
Təhlükəsizlik üzrə ekspert, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu  məsələ ilə bağlı Moderator.az-a geniş açıqlama verib.
 
“Düşünürəm ki, Ukrayna böhranı ciddi səbəblərə, əsaslara malik omaqla yanaşı, orada bir təhrikçilik də var. Məsələ burasındadır ki, istər Rusiya, istərsə də ona qarşı dayanan NATO ölkələri Ukrayna məsələsində sanki etmək istədiklərini deyil,  qarşı tərəfə etdirmək istədikıərini qabardırlar. Məsələn, başda ABŞ olmaqla NATO ölkələri uzun müddətdir, iddia edirlər ki, Rusiya hücum edəcək. Bu gün hücum edəcək, sabah hücum edəcək... Son olaraq dedilər, fevralın 16-sı Bakı vaxtı ilə saat 05:00-da hücum edəcək. Artıq fevralın 16-ı gündüzdür və heç bir hücum-filan yoxdur... 
 
Əlbəttə ki, eyni zamanda Rusiya da Ukrayna faktorundan Qərb ölkələrinə qarşı bir təhdid kimi istifadə edir. Amma məsələ burasındadır ki,  bu hərbi təhdid, yəni sözdə hərbi təhdid yaratmaq elə bir şeydir ki, burada gücdən artıq gücdən istifadə etmək mümkün deyil. Yəni hər kəsin hərbi potensialı qarşı tərəfə bəllidir. NATO ölkələri də əvvəlcədən bilirlər ki, əslində Rusiya Ukraynaya hücum etmək istəmir. Və bəlkə də istəyərdilər ki, bu olsun. Və ona görə də Ukraynanı silahlandırdılar, silahlı qüvvələrinə hərbi təlimlər keçdilər. Hesab edirəm ki, burada Qərbin, ABŞ-ın məqsədi Rusiyanı konfliktə çəkərək onun əslində zəif olduğunu göstərmək idi. Çünki Kreml hazırkı Yeni Geo-siyasi Düzənin yaradılmasında böyük iddialar ortaya qoyur və Avrasiya məkanında hökmranlığı ələ keçirmək istəyir. Odur ki, onun opponentləri, yəni əsasən Qərb, NATO ölkələri göstərmək istəyirdilər ki, Rusiya ilə hesabın çürüdülməsi üçün o, hərbi gücünü nümayiş etdirməlidir. Çin isə hələki sakit oturub öz məqamını gözləyir”- deyə politoloq bildirib. 
 
“Biz gördük ki, məsələn, Rusiya Avropada təhlükəsizlik məsələlərinə dair NATO ilə danışıqlarda tələb edirdi ki, razılaşmaya Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyi bəndi də əlavə edilsin. Qərb deyirdi ki, bu, başqa məsələdir, Ukrayna bunu istəyərsə, biz ona “yox” deyə bilmərik, biz bunu müzakirə etməliyik. Və nəticədə Rusiyanı bir qədər çətin seçim qarşısında qoyurdu. Qərb də öz növbəsində Rusiyadan Ukrayanaya hücum etməyəcəyi barədə təminat istəyirdi, qoşunlarını sərhəddən çıxardacaq, Krımı qaytaracaq və s. Yəni tərəflər bir-birinə qarşı tərəf üçün mümkün olmayan təkliflər irəli sürməklə belə bir çoxgedişli oyun qurmuşdular. Və həmin oyun son nəticədə prinsip etibarilə başa çatdı. Əvvəlcədən də bəlli idi ki, heç bir hücum olmayacaq. Çünki Moskva Ukraynaya hücum etməklə özünü çox böyük problemlə üz-üzə qoymuş olardı. Söhbət ondan getmir ki, Ukrayna bu savaşda Rusiyaya qalib gələcək... Tutaq ki, amerikalılar Ukraynanı silahlandırdılar, hərbi qüvvələrinə təlimlər keçdilər, savaş baş verdi və Rusiya çox ciddi zərbə aldı. Və bundan sonra onun dünyada ortaya qoyacağı ciddi bir arqument qalmır. Yəni Rusiyanın iqtisadiyyatı yoxdur, Qərblə müqayisədə heç nədir. Pulu da Qərblə müqayisədə heç nədir. Ölkə əhalisinin sosial-maddi durumu hər kəsə bəllidir. Və bu yandan da Kremlin yeganə istinad nöqtəsi olan hərbi gücünün zəifliyi görünür. Deməli, bu səbəblərdən Rusiya  qarşıdurmaya getməyəcəkdi. Bu minvalla Qərb çalışırdı ki, Rusiyanı tələyə salsın” –deyən analitik hesab edir ki, əslində Putin hakimiyyəti Ukrayna oyununda tələyə düşüb.  
 
“Amma əslində nəticə etibarı ilə Moskva tələyə düşdü. Çünki Rusiya dünənədək Qərbin ona təklif etdiyi oyunu oynayırdı. Düzdü, paralel olaraq Putin Qazaxıstan prosesini həyata keçirdi. Özbəkistanı da nəzarətə almağa cəhd elədi, bu ölkəni təhdid etdi. Ancaq gördü ki, Özbəkistan geri çəkilmir. Odur ki, hələlik bu məsəni dondurdular, təxirə saldılar. Çünki Kreml eyni uğursuzluqla Özbəkistanda da üzləşə bilərdi... Putin həmçinin Güney Qafqazda hərəkətlənməyə cəhd etdi. Qarşılığında Azərbaycan təcili Türkiyə ilə Şuşa bəyannaməsini ratifikasiya etdirdi. Və artıq Azərbaycanın hərbi müttəfiqi var. Bir sözlə, biz görürük ki, Rusiya ətrafında həlqənin daralması gedir. Və Putin də çalışır ki, həmin mühasirəni ən etibarlı yerdən, ən az itki verəcəyi yerdən yarsın.  Çünki öz sərhədlərinə qapanmış imperiya, artıq imperiya deyil. O, heç bir iddia ortaya qoya bilməz. Bu halda həmin ölkənin yalnız öz ərazilərini, öz sərhədlərini qorumaq şansı qalır. Məhz bu səbəblərdən Rusiya Ukraynada baş qataraq çalışırdı ki, possovet məkanının digər ərazilərində öz problemlərini həll etsin. Belə problemlərindən birini ilk baxışdan Qazaxıstanda həll etdi. Lakin onu da tam həll edib-etmədiyini bilmək olmaz. Çünki Qazaxıstanda artıq etirazlar baş qaldırıb və insanlar əslində nə baş verdiyini anlamağa başlayıb”- analitik belə deyib. 
 
Ərəstun Oruclu hesab edir ki, Putin administrasiyası ciddi xarici siyasət strategiyasına malik deyil.
 
“Bütün deyilənlər Rusiyanın ciddi xarici siyasət strategiyasının olmadığını göstərir. Və əslində Qərb də Moskva üçün elə təəssürat yaradır ki, guya Qərb ölkələri arasında birlik yoxdur, ABŞ-la Almaniya arasında ziddiyyətlər var, ABŞ-la Britaniya birdir, amma kontinental Avropada, məsələn, Almaniya və Fransa arasında mövqelər fərqlidir. Fəqət nəticə etibarı ilə bəlli oldu ki, bütün Qərb ölkələri NATO çərçivəsində müştərək maraqlar platformasından birgə çıxış edə bilirlər. Və deməli, Rusiya bu istiqamətdəki hesablamalarında da yanlışlığa yol verib. Beləliklə, düşünürəm ki, Ukrayna oyunu bitdi. Və inanmıram ki, bundan sonra Ukraynaya hücum olsun və bu ölkəyə qarşı Moskva tərəfindən hansısa digər təhlükəli addımlar atılsın. Oyun, təbii  ki, Qərbin oyunu idi. Qərb Rusiyanı oyuna saldı və o, həmin oyundan, demək olar ki, məğlub çıxdı. Yüz minlik qoşunu Ukrayna ilə sərhədə daşıyıb yığdı, bu ölkəni təhdid elədi. Amma həmin təhdid heç bir nəticə vermədi. Yəni Qərb ölkələri faktiki olaraq Rusiyaya heç bir güzəştə getmədilər. “Şimal-2” qaz kəmərinə sanksiya qoyulmadı, heç qoyulacaq da deyildi. İstər Tramp, istərsə də Bayden hökuməti etiraf etdi ki, bu, artıq baş tutmuş faktdır, gerçəklikdir. NATO-nun genişlənməsi məsələsində də Rusiyanın şərtləri qəbul olunmadı. Qaldı ki, Avropadakı strateji silahlara dair danışıqlara. Bu əsas məsələdə Putinin mövqeyi zəifdir. Çünki Rusiyanın silahlarının sayı çoxdur. Amma keyfiyyəti aşağıdır və texnoloji baxımdan geri qalır”- deyə şərhçi bildirib.
 
Təhlükəsizlik üzrə ekspert  Qərb və Rusiyanın bəzi məsələlərdə müştərək maraqlarının da olduğunu iddia edib.
 
“Amma oyunda müəyyən müştərək maraqlar da var idi. Məsələn, Qazaxıstandakı son proseslərə diqqət yetirsək, görərik ki, Qərb Rusiyanı bu məsələdə zərrə qədər də tənqid etmədi. Əksinə,  “biz Qazaxıstanda qanunçuluğun bərpasını  istəyirik” deyəndə dolayısıyla, az qala, Putinə dəstək verdilər. Və bunun ardınca da Rusiya qoşunu həmin ölkəyə daxil oldu. Amma Azərbaycan məsələsində Moskva ilə Qərbin müştərək maraqları görünmür. Məsələn, dünən NATO baş katibi Yens Stoltenberqin İlham Əliyevə zəngi təsadüfi deyildi...
 
Beləliklə, geo-siyasi mübarizənin bu mərhələsində hesab “sıfır-sıfır” oldu. Amma birinci raundda hesab ən azı 1:0 Qərbin xeyrinə idi. Yəni Rusiya ölü nöqtədən tərpənə bilmədi. Onun əldə etdiyi yalnız Qazaxıstanı qismən təsir altına salmağı oldu. Ola bilsin, Mərkəzi Asiyada proses davam edəcək. Amma burada Kreml kiminlə üz-üzə gələcək? Təbii ki, Çinlə... Yəni gəldiyim, son nəticə bundan ibarətdir ki, Qərb Ukrayna oyunu ilə Rusiyanı provakasiyaya çəkdi və son nəticədə onu Çinlə üz-üzə qoydu... Mən belə görürəm”- deyə Ərəstun Oruclu vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 08:49
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
03 May 2024 | 09:03
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 08:49
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
03 May 2024 | 09:03
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir