Dəli olmaqdan qorxdu, üzünə “ölüm hökmü” oxundu, məşhur diktorla şayiəsi yayıldı...
Oxunub: 2811
15 Feb 2022 | 23:42
Dəli olmaqdan qorxdu, üzünə “ölüm hökmü” oxundu, məşhur diktorla şayiəsi yayıldı...
Moderator.az Kulis.az-a istinadla məşhur ifaçı Akif İslamzadə haqqında maraqlı faktları təqdim edir.
 
Akif Qədir oğlu İslamzadə avqustun 8-də 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır.
 
***
 
İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə ilk peşəkar ifasını 24 yaşında edir. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir. İxtisasca istehlakçı mühasibdir.
 
 
O, 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. "Sarı gəlin" və "Bu gecə" mahnıları diqqətləri cəlb edib.
 
***
 
120-dən çox mahnının ifaçısı olan sənətkar 1987-ci ildə səsini itirir. Qəfil baş verən bu hadisədən sonra müxtəlif şayiələr yayılır. Deyilənlərə görə, düşmənləri müğənnini zəhərləmək məqsədi ilə onun içkisinə nə isə qatırlar. Ancaq bu zəhər xanəndəni öldürmür, onun səsinə mənfi təsir edir.
 
 
Çox ağır günlər yaşayan Akif İslamzadə Moskvada müayinə olunur. Ona həkimlər xərçəng diaqnozu qoyur. Daha sonra müğənninin səs tellərindən biri əməliyyat olunaraq çıxarılır. Həmin günləri müğənni belə xatırlayır:
 
"1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular – bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra, ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra illərdir ki, yaşayıram. Əməliyyat olundum, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur".
 
Akif İslamzadə ilə yaxın dost olan professor Rafael Hüseynov sənətkarın xəstəliyinin ilkin vaxtlarında Akiflə söhbətlərindən birini belə xatırlayır:
 
“Vaxtdan uca” kitabım yeni çapdan çıxmışdı. Bir axşam o kitab münasibətiylə Akifin böyük qardaşı, Faiq İslamzadə bizə qonaqlıq verirdi. İllər irəlilədikcə Akif bu səs itkisinə asta-asta alışdı, taleyi ilə barışdı. Amma o vaxt, hər şey hələ lap təzə-təzə olduğuna görə sarsıntı, həyəcan, nigaranlıq dəhşətli dərəcədə çox idi. O günlərdə bir dəfə Akif mənə söylədi ki, qorxuram dəli olam. Niyəsini soruşdum. Dedi, o qədər fikir eləyirəm, bir də ayılıram ki, özüm özümlə danışıram. Zarafata saldım ki, bu lap əladır. Axmaq adamla, səviyyəsizlərlə danışmaqdansa, özünlə nə qədər çox danışsan, o qədər yaxşıdır. Gülüşdük, sonralar Akif bu sözümü tez-tez iqtibas gətirərdi”.
 
 
Müğənni haqqında yayılan şayiələrdən biri də onun məşhur diktor Nailə İslamzadə ilə ər-arvad olması olur. Onların soyadlarının eyni olması bu söz-söhbətə rəvac verirdi. Nailə xanım bu barədə bir müsahibəsində bunları söyləyib:
 
“Əvvəllər Akif İslamzadəni həyat yoldaşım kimi tanıyırdılar. İslamzadə məşhur soyad idi. Akif bəyin həyat yoldaşının da adı Nailə idi. İndiyə qədər də mənə deyirlər ki, heyf, həyat yoldaşınız oxumur. Cavab verirəm ki, həyat yoldaşım heç zaman oxumayıb”.
 
***
 
Akif İslamzadə dövrünün ən yaxşı müğənnilərindən biri olduğundan onu toya çağırmaq da dəb halını alıb. O dövrdə müğənnilər toya 500 manata gedəndə, Akifi 1000 manata aparırmışlar. Qəribədir ki, toya getdiyi ilk günlərin birində müğənninin anası Sara xanımın ona bir nəsihəti olur: "Oğlum, getdiyin məclisdə cürbəcür insanlar ola bilər, nəbadə hansısa qadına baxasan, kiməsə “svidaniya” verəsən, südümü sənə halal etmərəm”. Bundan sonra müğənni ona toylarda verilən nömrə kağızlarını cırıb atırmış.
 
 
Müğənni dövrünün ən gözəl geyinən kişi sənətkarlardan olub. O zamanlar pal-paltar “defisit” idi, indiki kimi bolluq yox idi. Müğənni toydan qazandığı pulları Moskvaya aparıb dollara dəyişir, dollarla xarici ölkələrdən özünə paltarlar sifariş edirmiş.
 
***
 
Xanəndə heç vaxt ifa etdiyi mahnılara nə efir, nə də radio vasitəsi ilə qulaq asmayıb. Uzun illər keçəndən sonra isə xanəndə səsinin tutulmasından peşman olmadığını, hətta hazırda səhnədə olmadığı üçün çox rahat olduğunu dilə gətirib.
 
 
Müğənni “Ala gözlüm”, “Ötən günlərimi qaytaraydılar”, “Bura vətəndir”, “Gəl, bizim dağlara”, “Hər şey gözəldir həyatda”, “Sarı gəlin”, “Qaragilə” kimi mahnılarla böyük şöhrət qazanıb.
 
***
 
Ancaq ona ən böyük uğuru 1982-ci ildə ifa etdiyi sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus olan “Alagözlüm” mahnısı olub. Bu mahnının isə çox həzin tarixi olub. Belə ki, həmin dövrdə Rəsul Rza dünyasını dəyişir. Nigar xanım özü də ağır xəstə olduğundan və xəstəxanada yatdığından ərinin ölümünü ondan gizlədirlər. Onun könlünü almaq üçün Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə bu mahnını bəstələyir. Musiqi hazır olan kimi isə Nigar xanım onu Akifin oxumasını arzulayır. Akif bəy bu haqda deyir:
 
“Nifar xanım mahnını eşitmişdi. Səsi studiyada yox, ev şəraitində yazdıq. Piano ilə Emin Sabitoğlu özü müşayiət edirdi. Yazıb Nigar xanıma eşitdirmişdilər. Və mən bu günə kimi düşünürəm ki, biz günaha batmışıq. Bəlkə də xanım qulaq asan kimi başa düşüb ki, Rəsul dünyasını dəyişib...”
 
 
Bu günə qədər heç bir fəxri adı olmayan Akif İslamzadə bu barədə müsahibələrinin birində deyir:
 
“Mən nə Əməkdar artistəm, nə Xalq artisti. Bu adı alanlara da rişxənd etmirəm. Çünki elə mühitdə böyümüşəm ki, dövlət təltiflərinin bəhrəsini görən adamam. Nəslimizdə iki nəfər Xalq artisti adını daşıyıb. Rəhmətlik Sara xanım Azərbaycanda sənətkara verilən bütün ödülləri alıb. Bu adı almağın xeyrini də bilirəm, məsuliyyətini də. Bütün Azərbaycan bilir ki, mən Əbülfəz Elçibəylə dost olmuşam. Onun dövründə mədəniyyət idarəsinin rəisi idim. Fəxri ad istəsəydim, öz adımı birinci yazardım. Hətta Əbülfəz Elçibəylə bu barədə söhbətimiz olmuşdu. Ümumiyyətlə, keçmiş günlər barədə nostalgiyam yoxdur. Allah nə verib, nə yazıb, yaşamışam. Qismət olub, həyatın şirinini də görmüşəm, acısını da. Heyf, mənim səsim belə oldu. Yazıq adam deyiləm, istəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin. Əvvəl-əvvəl, əlbəttə, nisgil yaşayırdım, amma zaman keçəndən sonra başa düşdüm ki, şükür Allahın məsləhətinə, onun sahmanından başqa hər şey yalandır. Səsimin batmasına görə yaradana üsyan etməmişəm. Əstəğfürullah! Səsimi itirməyimin ağrısını yaşamışam, fikrini eləmişəm. Amma Allaha üsyan etməmişəm. Bunu ilk dəfədir ki, deyirəm. Evdə bir sandığım var. Elə mahnılarım var ki, o sandıqda gizlətmişəm. Onlar heç kimin eşitmədiyi ifadır. İstəyirəm ki, heç olmasa bundan sonra üzə çıxarım. Dinləyicilərin o musiqiləri necə qarşılayacağı mənə də maraqlıdır. Hətta o bəstələrdən ibarət albom buraxmağı da düşünürəm”.
Oxşar xəbərlər
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
GÜNLÜK
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək