Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH
Siyasət
Oxunub: 3977
24 Jan 2022 | 11:46
Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH

Krımın işğalından sonra tətbiq edilən sanksiyalar Kremlin aqressiv davranışını dəyişməyib

 

Co Bayden bu yaxınlarda keçirdiyi mətbuat konfransında faktiki olaraq Ukraynaya “ağ bayraq atdı” və bu, Vladimir Putini köhnə sovet imperiyasını bərpa etmək üçün ölkəni işğal etməyə sövq edə bilər.

 

Moderator.az bildirir ki, bu fikir ABŞ-ın ATƏT-dəki keçmiş nümayəndəsi Ceyms Gilmorun Foreign Policynəşri üçün yazdığı məqalədəndir. Onun fikrincə, bu faşist təcavüzünün qarşısını almaq üçün ABŞ Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməli, İsveç və Finlandiyanı NATO-ya cəlb etməli, həmçinin Rusiyanın bütün beynəlxalq təşkilatlardan kənarda qalmasına nail olmalıdır.

ABŞ prezidenti Co Bayden son mətbuat konfransında Rusiyanın Ukraynaya yaxınlaşan işğalına “ağ bayraq atmaqla” cavab verib. İndiyə qədər ABŞ Şərqi Avropada yeni yaranmış, lakin artıq təzyiq altında olan demokratiyanı dəstəkləyərək bu işğalı dayandırmağa çalışırdı. Mətbuat konfransında Bayden öz gözləntiləri barədə danışıb: Rusiya prezidenti Vladimir Putinin nə edəcəyi ilə bağlı suala Bayden “O, nəsə etməlidir” deyib. ABŞ-ın ATƏT-dəki keçmiş səfiri Ceyms Gilmor Foreign Policynəşrində dərc olunan məqaləsində yazır ki, bununla o, bu hücumla razılaşdığını və buna ancaq iqtisadi sanksiyalar tətbiq etməklə cavab verəcəyini etiraf edib.

 

Ağ Evin mətbuat katibi Cen Psaki bu böhran dövründə ABŞ-ın kursu ilə bağlı Baydenin fikirlərini tez bir zamanda düzəltməyə çalışdı. Amma artıq gec idi: Putin hər şeyi eşitmişdi. Məhdud sanksiyalar təhlükəsi demək olar ki, Baydenin Putini yalnız ABŞ-ın dostu və Qərbin bir hissəsi olmaq istəyən Ukraynanı işğal etməyə dəvət etməsinə bərabərdir.

 

Böhran birdən başlamayıb. Rusiya artıq 2014-cü ildə Ukraynaya bir dəfə soxulub, xüsusən də hazırda Kiyevə qarşı hərbi dayaq rolunu oynayan Krımı ilhaq edib. Bütün bunlar 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən, Abxaziya və Cənubi Osetiyanın işğalından, Moldovanın istəyinə zidd olaraq Dnestryanıda hərbi kontingentin yerləşdirilməsindən sonra baş verdi.

 

Putin bildirir ki, NATO Rusiyaya çox yaxınlaşıb. O, Baydenin Ukraynanı bu alyansdan kənarda saxlamağa razı olmasını istəyir. O, həmçinin NATO-dan qoşunlarını Şərqi Avropadakı suveren dövlətlərdən çıxarmağı tələb edir. "Bir sözlə, Putin əslində NATO-nun kölgə-alyansa çevrilməsini tələb edir", - deyə müəllif hesab edir.

 

Ancaq həqiqət budur ki, bu böhranın Rusiyanın təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. “Bu, həm ruslar, həm də ona aludə olan amerikalılar üçün nəzərdə tutulmuş saxta mesajdır. Müdaxilə Putinin köhnə sovet blokunu yenidən yaratmaq kimi strateji məqsədinə nail olmaq baxımından növbəti həlledici addım olacaq... Tarixi geriyə çevirmək üçün vacib addım Ukraynanın tabe olmasıdır. Bu da açıq bir sirrdir: Putin dəfələrlə ukraynalıların və rusların “bir xalq” olduğunu bəyan edib və bəzi məlumatlara görə, Ukraynanın əsl dövlət olub-olmaması ilə bağlı şübhələr yaradıb”, - deyə Gilmor yazır.

 

2021-ci ilin mayında eks-məmur Amerika Xarici Siyasət Şurasının nümayəndə heyətinin tərkibində Ukraynaya səfər edib, burada həm yüksək rütbəli məmur və hərbçilərlə əlaqə saxlayıb, həm də rusiyalı snayperlərin ukraynalı əsgərlərə atəş açdığı Donbasdakı cəbhə xəttinə baş çəkib. “Orada nə gördüm: Ukrayna özündən əl çəkməyib. Söhbət etdiyim hər bir dövlət məmuru, hər bir əsgər və Ukrayna vətəndaşı hücuma məruz qalacaqlarıı təqdirdə döyüşəcəklərini açıq şəkildə bildirdilər", - deyə eks-məmur xatırlayır.

 

Ukraynanın qətiyyətinə baxmayaraq, Putin hələ də strateji məqsədlərinə çatmaq üçün ona hücum edə bilər və o qərara alıb ki, həqiqət məqamı ya indidir, ya da heç vaxt. Məsələ burasındadır ki, köhnə sovet imperiyasının sakinləri üsyankar meyllər nümayiş etdirirlər: xalq üsyanları artıq Gürcüstan və Ukraynanın demokratikləşməsinə gətirib çıxarıb, Belarus, Qazaxıstan və hətta Rusiyanın özündən də yan keçməyib.

 

ABŞ-ın ATƏT-dəki səfiri kimi Gilmor Avropadakı geosiyasi vəziyyəti anlamağa başlayıb. Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Polşa, Gürcüstan, Slovakiya, Çexiya kimi yenicə azad edilmiş ölkələr və keçmiş sovet imperiyasının bütün digər ölkələri Rusiyanın rəhbərliyi altında olmaq istəmirlər. Eyni zamanda, ABŞ-ın Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrlə müttəfiqliyi güclüdür və bu ölkələr bilməlidirlər ki, Amerika onları darda qoymayacaq.

 

Müəllif vurğulayır ki, Birləşmiş Ştatlar Avropanın və bütün dünyanın taleyini həll edəcək yeni soyuq müharibə vəziyyətinə düşüb. Avtoritar ölkələr yüksəlmək üzrədir, lakin bu dövlətlərin vətəndaşları belə azadlıq həsrətindədir. Bir ölkə olaraq Birləşmiş Ştatların təməlində azadlıq və insan haqları durur və bu təməl bütün dünya insanlarının istəyidir. Buna görə də ABŞ-ın əlində başqa bir kozır da var - bütün dünya üzrə müttəfiqləri.

 

Ukraynaya hücum ABŞ-ın bir və eyni zamanda bütün digər müttəfiqlərinə hücum deməkdir. Şərqi Avropa ölkələri bunu başa düşür və buna görə də ABŞ-a bu qədər arxalanırlar.

 

“Mən ATƏT-də daimi nümayəndə olanda mənə aydın idi ki, indiki münaqişədə bir çox Avropa dövlətləri ABŞ-ın tərəfindədir. Ənənəvi olaraq neytral ölkələr olan İsveç və Finlandiya indi “finlandiyalaşma” təhlükəsi ilə üz-üzə olduqlarını anlayırlar. ABŞ-ın bu iki ölkəni aqressiv şəkildə ələ alması və onları NATO-ya qəbul etməsinin vaxtı çatıb”, - deyə Gilmor bildirib.

 

Rusiyanın faşist təcavüzünü seyr edən Qərb aydın başa düşməlidir ki, indi onun gələcəyi üçün mübarizə gedir. Bu cür davranışa cavab ilk rus əsgəri Ukrayna ərazisinə ayaq basan kimi tətbiq ediləcək sərt sanksiyalar olmalıdır. ABŞ kəşfiyyatı artıq xəbərdarlıq edib ki, Rusiyanın Ukraynadakı agentləri işğala bəhanə tapmaq üçün saxta təxribatlar planlaşdırırlar. Ukraynalılar, çox güman ki, artıq bu agentləri aşkar ediblər. Əvvəl onlar saxlanılmalı, sonra isə sanksiyalar sərtləşdirilməlidir.

 

Bununla belə, təkcə sanksiyalar Rusiyanı işğaldan çəkindirə bilməz, - deyə müəllif davam edir. Krımın işğalından sonra tətbiq edilən sanksiyalar Kremlin aqressiv davranışını dəyişməyib. Bundan əlavə, Baydenin "Şimal axını-2" kontekstindəki davranışı göstərdi kimi, saksiyalar müvəqqətidir. Sanksiyalar real, güclü və daimi olmalıdır, lakin ABŞ qoşunları səfərbər etməli olacağı ehtimalını da nəzərə almalıdır.

 

“Rusiya sivil dövlətlər arasından kənarlaşdırılmalıdır. Rusiyanın ATƏT-dən tutmuş bütün beynəlxalq təşkilatlardan çıxarılmasına cəhd olunmalıdır. ATƏT Helsinki sazişlərinin prinsiplərinin keşiyində dayanır. Bu prinsiplərə əsasən hər hansı bir ölkənin dünya dövlətləri tərəfindən sərhədləri tanınmış digər bir ölkənin ərazisinə hücum etməməsi  nəzərdə tutulur. Əgər ATƏT üzvləri Rusiyanı və onun satelliti olan Belarusu təşkilatdan xaric etməsələr, o zaman daha yaxşı vaxtlara qədər o, lazımsız təşkilat kimi qala bilər və ABŞ-ın isə ona pul verməsinə ehtiyac olmayacaq”, - deyə Gilmor hesab edir.

 

“Biz rus xalqına həqiqəti deməliyik. Putinin hökumət mediası rusiyalılara NATO təhlükəsinin qurbanı olduqlarını söyləyirlər. Amma bu yalandır və onların məqsədi rusların özlərinə tətbiq olunan və qonşularına hücum edən təcavüzkar roluna qarşı müqavimət göstərməsinə mane olmaqdır. Biz həm də daim özümüzü müdafiə etmək qabiliyyətimizi zəiflədən çəkişmələrdən danışmaqdansa, Amerika xalqına birliyin vacibliyini izah etməyə başlamalıyıq. Güclü olmağın vaxtıdır”, - deyə müəllif yekunlaşdırır.

 

Miraslan

Oxşar xəbərlər
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
GÜNLÜK
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər