Günəşin qarşısını almayın! - Alimlər Bill Qeytsin iqlimi idarə etməsini istəmirlər...
Oxunub: 4211
23 Jan 2022 | 13:08
Günəşin qarşısını almayın! - Alimlər Bill Qeytsin iqlimi idarə etməsini istəmirlər...

Bu yaxınlarda iqlimşünaslar və idarəetmə ekspertlərindən ibarət böyük bir qrup günəş geomühəndisliyi texnologiyalarına qadağa qoyulması təşəbbüsü ilə çıxış ediblər. Açıq məktubda onlar BMT-yə müraciət edərək izah ediblər ki, Günəşi “qaraltmaq” cəhdləri son dərəcə təhlükəlidir və bu sahədə aparılan təcrübələr gözlənilməz nəticələrə gətirib çıxara bilər.

 

Moderator.az bildirir ki, petisiya ilk növbədə milyarder Bill Qeytsə qarşı yönəlib. Belə ki, o, İsveçin Arktika hissəsinə günəş şüalarını buraxmayan hissəciklərdən ibarət bulud yaratmağı planlaşdıran SCoPEx layihəsini dəstəkləyir və maliyyələşdirir. Planlaşdırıldığı kimi, bu hissəciklər soyutma effektinə səbəb olmalı və havanın temperaturunu aşağı salmalıdır. Təcrübə müəllifləri hesab edirlər ki, texnologiya planetin miqyasına ekstrapolyasiya edilərsə, o, qlobal istiləşməni dayandıra bilər.

 

Yer kürəsini elmi şəkildə necə soyutmaq olar?

 

19-cu əsrin sonundan etibarən planetdə havanın orta temperaturu 1,1°C yüksəlib. Müxtəlif iqlim modelləri yumşaq tədbirlər görüləcəyi təqdirdə (istixana qazlarının azaldılması, yaşıl enerjinin inkişafı, meşələrin bərpası) bu əsrin sonuna qədər havanın temperaturunun 2°C, hər şey olduğu kimi qaldığı təqdirdə isə 4°C yüksələcəyini proqnozlaşdırır. Bunun nəticələri isə kədərli ola bilər - Dünya okeanının səviyyəsi qalxar, sahilyanı şəhərlər su altında qalar, hər cür təbii fəlakətlər, kütləvi miqrasiya, ölüm halları artar və s.

 

İstiləşmə prosesini ləngitmək, hətta onu geri qaytarmaq üçün alimlər günəş radiasiyasını “bloklamaq” və onun Yerin iqliminə mənfi təsirini azaltmaq üçün nəzərdə tutulan müxtəlif layihələr təklif edirlər. Bu tədbirlər toplusu geomühəndislik adlanır.

 

İdeyalar boldur. Bir çoxları dəniz suyunu xüsusi qurğu vasitəsilə atmosferdən yuxarı səpərək buludlar yaratmağı təklif edirlər. Digərləri okeanı dəmir ionları ilə doyurmağı (bu, planktonu atmosferdən karbon qazını daha intensiv udmaq üçün stimullaşdırır), bəziləri isə Arktikada süni şəkildə buz əmələ gətirməyi (bu, günəş şüalarını əks etdirərək okeanın istiləşməsinin qarşısını alacaq) təklif edirlər. Kosmosla bağlı ideyalar da var. Məsələn, oraya günəş işığının bir hissəsini Yerdən yayındıracaq nəhəng bir qurğunun yerləşdirilməsi. Və ya planetin səthinə nəhəng kölgə salacaq peyklər qrupunun asılması.

 

1991-ci ildə Filippində Pinatubo vulkanı püskürmüşdü. Bu, Yerdəki orta temperaturun bir ildə 0,5°C azalmasına gətirib çıxaran günəş işığının qarşını effektiv şəkildə alan kül hissəciklərinin stratosferə buraxılmasına səbəb oldu. Alimlər qərara gəldilər ki, təbiətin özü onlara planeti necə soyutmağın yollarını göstərir. Əgər atmosferə hər hansı bir növ zərərsiz aerozol səpilərsə, o, günəş işığının qismən qarşısını alar. Texnologiyanı genişləndirməklə qlobal istiləşməni dayandırmaq və bu vaxt çərçivəsində onunla mübarizə aparmaq üçün başqa, ekoloji olaraq daha təmiz və səmərəli üsul tapmaq mümkündür.

 

Aerozollarla bağlı ideya yeni deyil. Bu, bir neçə onilliklər əvvəl müzakirə edilib, lakin hər şey nəzəriyyə səviyyəsində olub. 2010-cu ildə isə onun praktikada həyata keçirilməsi ehtimalı ortaya çıxdı. Layihəyə sponsor və himayədar da tapıldı - hər yerdə peyda olmağı bacaran milyarder Bill Qeyts.

 

Maral yetişdirənlər əleyhinədir!

 

Bundan əvvəl Qeyts dəniz suyunu səmaya səpən gəmilərin tikintisinə sərmayə qoyub. Onun yeni ideyası stratosferə kalsium karbonat - adi təbaşir səpmək idi. Bu əslində zərərsiz görünür: tərkibi bir çox minerallardan və yumurta qabığından ibarətdir və hətta qida boyası kimi qeydə alınıb. Onun ozon təbəqəsinə və bütövlükdə atmosferin kimyəvi tərkibinə aqressiv təsir göstərməyəcəyi güman edilir.

 

SCoPEx adlı layihə Harvard Universitetində hazırlanıb. Alimlər tərkibi kalsium karbonat tozlu aerozol balonları qoyulan hava şarını- aerostatı 20 kilometr hündürlüyə qaldırmaq istəyirlər. Hündürlükdə kimyəvi birləşmə səpiləcək və enən zond isə yaranmış buluddan keçərək müxtəlif ölçmələr aparacaq. Növbəti gün həmin aerostatda quraşdırılmış cihazlardan istifadə etməklə alimlər bütün vacib xüsusiyyətləri ölçə biləcəklər: havanın tərkibi, günəş işığının səpilmə parametrləri və s. Bu, texnologiyanın nə qədər təhlükəsiz (və ya əksinə, təhlükəli) olduğunu və atmosferdə hansı dəyişikliklər yaratdığını aydınlaşdıracaq. Effekt təsirli olarsa, onun miqyasının genişləndirilməsi haqqında danışıla bilər.

 

Təcrübənin görünən təhlükəsizliyinə baxmayaraq (söhbət 20 kilometr hündürlükdə cəmi 2 kiloqram təbaşirdən gedir), onun müəllifləri Amerika ictimaiyyətinin etirazı ilə qarşılaşdılar. Bunu ABŞ-da həyata keçirməyin mümkün olmayacağını anlayaraq, üzlərini ekoloji qavrama ​​baxımından daha qabaqcıl ölkələrə - xüsusən də İsveçə çevirdilər. Qreta Tunberqin vətənində onlara yaşıl işıq yandırılıb. Təcrübənin qütb dairəsinin arxasında həyata keçirilməsi qərara alınıb. Təcrübə əvvəlcə 2019-cu il üçün nəzərdə tutulsa da, sonradan bir neçə dəfə təxirə salınıb. Keçən yay yenidən uğursuzluqla üzləşdi: Laplandiyanın maral yetişdirən yerli saam xalqının nümayəndələri buna qarşı etiraz çıxışlarına qalxdılar. Onlar sınaqların qadağan edilməsi tələbi ilə İsveç hakimiyyətinə müraciət etdilər.

 

İndi isə Bill Qeyts güvəndiyi adamlar - iqlimşünaslar və siyasi xadimlər tərəfindən zərbə alıb. İdarəetmə sahəsinin 46 alim və eksperti geomühəndislik texnologiyalarının təhlükələrini izah edən açıq məktub imzalayıb.

 

İş iki kiloluq təbaşir tozunda deyil

 

“Günəş geomühəndisliyinin riskləri zəif başa düşülür və heç vaxt tam olaraq bilinə bilməz. Təsirlər regionlara görə dəyişəcək və hava, kənd təsərrüfatı, əsas qida və su ehtiyaclarına təsirlərlə bağlı qeyri-müəyyənliklər var”, - deyə məktubda deyilir.

 

Mütəxəssislər təklif edirlər ki, aerozol səpilməsi Yer səthinə çatan günəş radiasiyasını azaltsa belə, mənfi təsirlər texnologiyanın faydalarından daha çox ola bilər. Cənubi Asiya və Qərbi Afrikada musson yağışları kəsilə bilər, bu da məhsulun tələf olmasına səbəb olar. Amerikanın ən böyük çayları dayazlaşar və quruyar.

 

Oxşar narahatlıqlar əvvəllər də dilə gətirilib. “Nature Geoscience” jurnalı xəbərdarlıq edib ki, aerozolların stratosferə səpilməsi okeanların istiləşməsinə və səviyyəsinin daha da yüksəlməsinə səbəb ola, ekstremal hava hadisələri arta bilər.

 

Aydındır ki, elmi ictimaiyyət Bill Qeytsin stratosferə atmaq niyyətində olduğu iki kilo əzilmiş təbaşirdən deyil, bu və digər oxşar texnologiyaların miqyasını genişləndirərkən yarana biləcək nəticələrdən qorxur. Buna görə də iqlimşünaslar iddialı milyarderlərin, özəl şirkətlərin və hətta dövlətlərin riskli iqlim təcrübələrini maliyyələşdirməsinə və həyata keçirməsinə mane olacaq beynəlxalq razılaşmaya çağırırlar.

 

BMT Baş Assambleyasının planetar miqyasda geomühəndislik texnologiyalarının tətbiqinə nəzarət edə bilmədiyini qeyd edən ekspertlər onu “təcili siyasi fəaliyyətə” çağırırlar. “Hökumətlər və Birləşmiş Millətlər Təşkilatı gecikmədən effektiv siyasi nəzarəti ələ keçirməli və günəş geomühəndisliyi texnologiyalarının inkişafını məhdudlaşdırmalıdır. Biz bu cür texnologiyaların məhz planetar miqyasda inkişafı və tətbiqinə qarşı yönəlmiş Günəş geomühəndisliyindən istifadə edilməməsinə dair Beynəlxalq Sazişin tərəfdarıyıq”, - deyə ekspertlər bildirirlər.

 

Petisiya müəllifləri vurğulayırlar ki, çox güman ki, “demokratik nəzarətin etibarlı vasitələri və görünməmiş məcburiyyət gücü” ilə tamamilə yeni beynəlxalq təşkilatlar yaratmaq lazım gələcək. Əks halda, geomühəndislik və bu sahədəki layihələr böyük siyasətin alətlərinə çevrilə bilər - əslində, iqlimə antropogen təsir nəzəriyyəsi ilə bu artıq baş verib.

 

Miraslan

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama