Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
Oxunub: 3796
22 Jan 2022 | 10:40
Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
“Bu yaxşı düşünülmüş sədəqə sistemi alanı utanc və rüsvayçılıqdan, verəni isə təkəbbür və ikiüzlülükdən xilas edirdi...”
 
Bu gün yoxsulluq, dilənçilik, nəinki Azərbaycanın, bütövlükdə dünyanın böyük probleminə şevrilib. Bəs bu problemi necə həll etməli? Görünən odur ki, istər planetdəki iqtisadi-sosial, siyasi, hərbi prosesləri yönləndirən transmilli qlobal güclər, istərsə də aparıcı dövlət rəhbərlikləri yüz milyonlarla insanın yoxsulluqdan əziyyət çəkməsi, dilənçiliyə möhtac olması maraqlandırmır. Maraqlansaydılar, çoxdan həll etmişdilər. Necə ki, bu problemin  həllinə “müasir”, “demokratik” dünyanın bəyənmədiiyi Osmanlı dövləti nail olmuşdu...
 
Bəs nəyə görə, Osmanlının XIX əsrin ortalarınadək olan güclü dövrlərində ifrat yoxsullar çox az, dilənçilər isə, demək olar ki, yox idi? Bunun əsas iki səbəbi var idi...
Birincisi, ölkə iqtisadiyyatında indi bütün dünyanı çənginə almış sələm-kredit, faiz sistemi yox idi. İkincisi, vergi ödənişində Allahın Qurani-Kərimdə buyurduğu qaydalara uyğun olaraq zəkat forması tətbiq edilirdi. Bu iki amil cəmiyyətdə sosial ədalətsizliyin qarşısını xeyli dərəcədə alırdı...
 
Moderator.az Osmanlıda xüsusən dilənçilik probleminin həllini daha aydın şəkildə göstərmək üçün dəyərli oxuculara tatar yazarı Damir Qaynutdinovun Tatarıstan mediasında dərc etdirdiyi “Sədəqə daşı: Osmanlıda nəyə görə dilənçi yox idi?” başlıqlı məqaləsinin tərcüməsini kiçik ixtisarla təqdim edir:
 
“Sədəqə sözü insanın pula, yeməyə və ya başqa bir nəsnəyə ehtiyacı olanlara könüllü olaraq verdiyi şeylərə aid edilir. Çox vaxt sədəqə zəkat sözünün (sədəqənin bir növü) yerində və ya sinonimi kimi işlənsə də, sədəqə anlayışı daha genişdir. Zəkat İslamın beş sütunundan biridir və müsəlmanlar üçün fərzdir (vacib ibadətdir). Fitr bədən zəkatıdır ki, mübarək Ramazan ayının sonunda verilməlidir. Buna görə də, digər yardım növlərini zəkat və fitrədən ayırmaq üçün müxtəlif terminlər, o cümlədən sədəqə-i tətəva (könüllü sədəqə) ifadəsi istifadə olunur... 
Yardımın necə və hansı şəkildə edilməsi Qurani-Kərim ayələrində və Məhəmməd Peyğəmbərin(ə.s.) hədislərində açıqlanır. 
 
Aşağıdakı Quran ayələri bilavasitə sədəqəyə işarə edir: 
 
“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!”(Bəqərə, 264). 
 
Həmin surənin 271-ci ayəsində buyurulur: 
 
“Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır”.
 
Və nəhayət:
 
“Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!” (Bəqərə, 273). 
 
İslamda ianə və sədəqə xüsusi əhəmiyyət kəsb edir. Bunu anonim etmək daha yaxşıdır. Bu, möhtacın şərəf və ləyaqətini qorumaq, utanmaması və özünü aşağılanmış hiss etməməsi, həmçinin hər cür qeybətin qarşısını almaq üçün lazımdır. Həzrət Məhəmməd (s) də vurğulamışdır ki, “sağ əlin verdiyini sol əl bilməməlidir”. 
Yardım etdiyiniz insanları görməmək, özünüzü ehtiyacı olanlardan üstün tutmamaq, həmçinin ianələrinizlə başqaları qarşısında öyünməmək - bütün bunlar qədim tarixə malik türk adət-ənənələrinin mühüm tərkib hissələrindən biridir. 
 
"Sadaka taşı" (kömək daşı) - Osmanlı İmperiyasında dilənçiliyin qarşısını almaq və yoxsulluqla mübarizə aparmaq üçün mövcud olan bir xeyriyyə sistemidir. Sədəqə daşı zakat taşi (zəkat daşı), həccət taşi (ehtiyac daşı), fukara taşi (kasıb daşı), hayrat deliyi (kömək çuxuru), hacet yeri (ehtiyac yeri), ixtiyaçgah yeri(ehtiyac yeri) kimi də tanınır.  Sədəqə daşları məscidlərin, fəvvarələrin, körpülərin, bəzi türbələrin, dərviş monastırlarının, mehmanxanaların, xəstəxanaların, həmçinin bəzi əsas küçələrin yanında qoyulan kiçik daş sütunlardan hazırlanırdı.  Bu daşların səthində dayaz çüxur var idi. Kömək etmək istəyənlər pullarını ora qoyurdular. Ehtiyacı olanlar isə küçələrdə dilənmir, sədəqə daşının yanına gəlib ehtiyacları olan qədər götürürdülər. Xeyriyyəçi də,  ehtiyacı olan da bütün bunları gecə vaxtı etməyə üstünlük verirdi. Bu yaxşı düşünülmüş sədəqə sistemi alanı utanc və rüsvayçılıqdan, verəni isə təkəbbür və ikiüzlülükdən xilas edirdi. Sədəkə daşı Osmanlı cəmiyyətində həmrəyliyin formalarından biri idi... 
Sədəqə daşı adətən qranit və ya mərmərdən hazırlanırdı və müxtəlif ölçülərdə, formalarda və növlərdə olurdu.  
Hazırda salamat qalan sədəqə daşlarının hündürlüyü müxtəlifdir, çünki ətrafdakı yer doldurulmuş və onlar ilkin hündürlüyünü itirmişlər. Ehtimal olunur ki, onların ilkin hündürlüyü 0,80-1,40 m olub.   Sədəqə daşının çox hissəsi keçmiş antik sütunlardan hazırlandığı üçün onların diametrləri müxtəlifdir. Sağ qalmış daşların diametri 26,5-60 sm arasında dəyişir. Daşların səthinin ortasında çanağa bənzər, diametri 4-9 sm arasında olan kiçik çökəklik var. 
 
O dövrlərdə kağız pul yox idi və sədəqə daşları yeganə pul növünə - metal sikkələrə uyğunlaşdırılırdı. Osmanlı dövlətində əsrlər boyu kiçik gümüş sikkələr (1329-cu ildən 1834-cü ilə qədər) ən mühüm pul vahidi olmuşdur. Osmanlıda ilk kağız əskinas olan kayme 1840-cı ildə Sultan Əbdülməcidin dövründə buraxılıb. Bundan əlavə, kvadrat, düzbucaqlı və ya altıbucaqlı sədəqə daşları var idi. Sədəqə daşının Səlcuqlar dövründən istifadə olunduğu güman edilir. Minarəsi olmayan kiçik məscidlərdə müəzzin belə daşların üzərinə qalxaraq azan oxuyurdu. Buna görə də bu daşlar azan taşlari - azan daşları kimi də tanınmağa başladı... 
 
Sədəqə daşının qeyri-adi nümunələrini də tapa bilərsiniz. Məsələn, İstanbulda Süleymaniyyə məscidinin həyətində divarda taxça kimi işlənmiş sədəqə daşı var. Fəvvarənin yanında, Memar Sinan türbəsi ilə üzbəüz yerləşir. Belə sədəqə daşları xalq arasında yardım dəliyi kimi tanınırdı. 
Heç bir şübhə yoxdur ki, sədəqə daşı maddi kömək istəməkdən utananlara yardım etmək üçün çox incə bir yoldur. Onlar həm də Osmanlı cəmiyyətinin qorunmağa ehtiyacı olan xüsusi mədəni irsini təmsil edirlər...”
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 
 
Oxşar xəbərlər
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!