"Özünü bədbəxt etmiş" məmurları Azadlıq Meydanından assaq, millət ağ günə çıxacaqmı?
Oxunub: 4749
19 Jan 2022 | 13:10
Prezident İlham Əliyevin yanvarın 12 -də ölkə telekanallarına verdiyi müsahibədə məmurlarla bağlı səsləndirdiyi fikirlər haqlı olaraq hələ də ciddi müzakirə olunmaqda və üstündən bir həftə keçməsinə baxmyaraq gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır.
 
Dövlət başçısının həmin fikirlərini mövzuya giriş etməzdən öncə bir daha oxucuların diqqətinə çatdırmaqda fayda var:
 
"Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq. Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.
 
Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin".
Təbii ki, dövlət başçısının məmurlara xitabən səsləndirdiyi fikirlərdən ən çox məmnun qalanlar məhz media mənsublarıdır və onlar artıq sanki prezidentin bu çağırışından feyziyab olaraq ictimai nəzarət funksiyasını yerinə yetirmək öhdəliyi daşıyırmışlar kimi hücum əhval-ruhiyyəsindədirlər. Əlbəttə, unutmaq olmaz ki, xüsusilə Azərbaycan kimi məmləkətlərdə sözdə deyil, əməldə ictimai nəzarətin mövcudluğu ümumi işin xeyrinədir və yumurtadan yun qırxmaq həvəsində olan kəmfürsət məmurlar bundan nəticə çıxarmaq zorundadırlar. Unutmaq olmaz ki, korrupsiya və rüşvət təkcə Azərbaycanın deyil, bəşəriyyətin bəlasına çevrilib və insan oğlu hələ ki, bu mərəzdən birdəfəlik qurtulmağın yolunu tapmaqda acizdir. Eyni zamanda etiraf etmək lazımdr ki, Azərbaycan dövlət və millət olaraq ən ağrılı problemini, 30 ilə yaxın "Qordi düyünü"nə çevrilmiş Qarabağ münaqişəsini həll etdikdən sonra onun inkişafını tormozlayan ən başlıca bəla məhz korrupsiya və məmur özbaşınalığıdır. Bu baxımdan məmurları haram yoldan çəkindirmək, belələrini ictimai qınaq hədəfinə çevirmək gerçəkdən də medianın və vətəndaş cəmiyyətinin əsas prioritetlərindən birinə çevrilməlidir. 
 
Amma bu yazının qayəsində dayanan əsas niyyət heç də dövlət başçısının çağırışından vəcdə gələrək ağına-bozuna baxmadan məmur adlanan hər kəsin qabırğasına döşəmək və onları az qala xalq düşməni kimi ictimai müzakirəyə çıxarmaq deyil. Əksinə, əsas məqsəd son dövrlər ümumiyyətlə cəmiyyətdə məmurlara qarşı qeyri adekvat davranışların bütövlükdə təhlükəli həddə çataraq dövlətçiliyi təhdid etdiyi barədə həyəcan təbili çalmaqdır. Fikrimizi əsaslandırmağa çalışaq və məmur dedikdə insanların düşüncəsində yalnız çirkaba bulaşmış, rüşvət və korrupsiya bataqlığında çabalayan bir zavallı zümrə olaraq assosiasiya olunan bu kəsimə qarşı əslində necə haqsızlıq edildiyinə diqqət yetirək.
 
Əvvəlcə gəlin görək, ümumiyyətlə, məmur kimdir və məmurların ümummilli düşmən, bəlalarımızın əsas baiskarı kimi təqdim edilməsi nə dərəcədə doğrudur?
Azərbaycan dilinin izahlı lüğətində "məmur" sözünün etimologiyasına nəzər saldıqda bəlli olur ki, ərəbcə əmr sözü ilə qohumdur, “əmri icra edən” deməkdir. Yəni "məmur" dedikdə dövlət idarələrində çalışan qulluqçu, dövlət xidmətçisi, çinovnik, müəyyən bir iş, vəzifə görməyə əmr və ya tapşırıq almış şəxs gözlərimiz önündə canlanır. Elə isə əmr icra edənləri ucdantutma ittiham etməklə biz nəyə nail oluruq? Təcrübə göstərir ki, biz cəmiyyət olaraq məmurların üzərinə bu cür getməklə əslində durumu daha da qəlizləşdirir və hətta dramatikləşdiririk. Bu zaman unduruq ki, məmurların mütləq əksəriyyəti vicdanı və intellekti ilə dövlətinə, millətinə bağlıdır və onlara verilən tapşırıqları, əmrləri icra etməklə əslində dövlətin ayaqda qalmasına töhfə verirlər.
 
Yeri gəlmişkən, Azərbaycan öz keşməkeşli həyatında bir çox sınaqlardan keçmək zorunda qalıb. 20 yanvarın növbəti ildönümündə SSRİ adlanan bir terror dövlətinin silahlı qvvələrinin günahsız insanlara divan tutduğunu lənətlədiyimiz bu günlərdə onu da xatırlayırıq ki, sovetlərə qədər kütlədən seçilənlərə "bəy", "xanım" deyə müraciət edilirdisə, sonradan "müəllim", "müəllimə" deməyə başladılar. Beləcə az qala yarım əsr müəllimlər sovet cəmiyyətinin ən hörmətli, ən nüfuzlu kəsimi hesab olunurdu və ən parlaq şəxsiyyətlərə "müəllim", "müəllimə" deyə müraciət edilirdi. Amma sovetlərin çöküşündən öncəki 20-25 ildə müəllimlərə olan hüsn-rəğbət öləziməyə başladı və hətta 80-ci illərdə müəllimlik peşəsi o qədər nüfuzdan düşdü ki, yalnız zəif abituriyentlər əlacsızlqıdan müəllimlik ixtisasına sənəd verməyə başladılar. Əslində bu tendensiya dövləti idarə edənlər üçün bir siqnal olmalıydı və 70 illik bir epoxanın tənəzzülünün əlaməti kimi qəbul edilərək qarşısı qətiyyətlə alınmalıydı. Amma SSRİ-ni idarə edənlər nədənsə bunu etmədilər və nəticədə müəllimlik peşəsi nüfuz baxımından yerini hüquq mühafizə orqanlarına vermək zorunda qaldı və beləcə cəmiyyətdə hörmət - izzət sahibi olanlara "müəllim" deyə müraciət edilməsi ənənəsi yerini yenidən "bəy"ə, "xanım"a dəyişdi. Gəlin razılaşaq ki, bundan nə dövlət uddu, nə millət, nə də vətəndaşlar... 
 
Acınacaqlısı budur ki, bu gün də təxminən oxşar xoşagəlməz tendensiya yaşanır və insanlar yaşadıqları bütün uğursuzluqlarına görə "günah keçisi" axtarışına çıxarkən ən birinci nifrətlə dolu gözlər önünə məmur təbəqəsi gəlir və elə rəy formalaşdırılır ki, sanki bütün məmurlar bu ölkəni çapıb talamaqdan başqa heç nəyə yaramırlar. Axı belə deyil və məmurların - hər birinmizin atası-anası, oğlu-qızı, qardaşı-bacısı olan yüz minlərlə cəfakeş vətəndaşımızın bu dövlətin inkişafı üçün verdikləri töhfə, xərclədikləri çaba heç də digər peşə və sənət sahiblərindən nəinki az deyil, hətta müqayisə olunmayacaq qədər çoxdur.
 
Elə tanınmış ictimai xadim, nüfuzlu media eksperti, professor Qulu Məhərrəmli də Moderator.az-a açıqlamasında deyir ki, biz cəmiyyət olaraq bir qələmlə hamını qaralamlı deyilik:
“Nə üçünsə insanlarda belə bir yanlış təsəvvür var ki, dövlət idarələrində çalışanların hamısı rüşvət alan, korrupsiyaya bulaşan, adam süründürən, insanlara problem yaradanlardır. Amma məncə burada bir yanlışlıq var. Həmin yanlışlıq ondan ibarətdir ki, şəxsən tanıdığım nə qədər ləyaqətli, dövlət düşüncəsi olan, insanlarla sayğı ilə yanaşan məmurlar var. Amma hesab edirik ki, bir sistem var, bu sistemin içində təmiz olmaq mümükün deyil. Mən bunu yalnış düşüncə hesab edirəm. Çünki özümün də tanıdığım nə qədər orta sayda belə məmurların sayı çoxdur. Nazirlər, o səviyyədə olan məmurlar içərisində nə qədər vicdanlı, dürüst adamlar var ki, onlar tam mənəviyyat sahibdirlər. Atdığı addımlarda da ciddi dövlət düşüncəsi var. Ona görə biz hamını eyni gözdə görməməliyik. Unutmamalıyıq ki, məmurlar da insandırlar, onların da arasında dürüstləri var, ona görə biz bir qələmlə hamını qaralamalı deyilik”.
 
Əlbəttə, heç kimə sirr deyil ki, vətəndaş məmnunluğuna xələl gətirən, insanları dövlətdən və dövlət başçısından narazı salan yerli və mərkəzi icra hakimiyyəti orqanlarının bəzi üzdəniraq rəhbərləri var və onların kimliyini əslində hamımız bilirik. Amma beş-üç nəfərə görə gerçəkdən də bu dövlət üçün canını sipər edən, hətta sağlamlığını belə əsirgəməyən çoxminli məmurlar ordusunu bir qələmlə qaralamaq əslində Prezident-Xalq, Xalq-Prezident vəhdətini baltalamaq və son nəticədə dövlətin təhlükəsizliyini sarsıtmaqdır. Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, prezident özü də yeni təyin olunan kadrların fəaliyyətindən narazı qalıb və onların da qısa zamanda əyri yolun yolçusuna çevrildiyindən narahatdır. Buradan belə bir qənaətə gəlmək olur ki, problem kadrların təyinatında yaşlı-cavan nəslin nümayəndəsi məsələsində deyil, bütövlükdə idarəetmə sisteminin ahəngdar işləməsi üçün nələrinsə çatışmamasındadır. Ona görə də elə bir qızıl orta tapılmalıdır ki, insanlar məmur olmaqdan qorxmasınlar və dövlətə, vətənə xidmət edərkən bir gün prezidentin də dediyi kimi özlərini bədbəxt etməsinlər. Unutmaq olmaz ki, vətəndaşı narazı, məmuru bədbəxt olan dövlətin gələcəyinə inam da kövrək olur...
Oxşar xəbərlər
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
GÜNLÜK
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:24
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:24
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı