Zəngəzurla bağlı müqavimət cəhdlərinə Zəngi çayı xatırlatması, Qarakilsə xəbərdarlığı və...
Oxunub: 1252
14 Jan 2022 | 17:40
Zəngəzurla bağlı müqavimət cəhdlərinə Zəngi çayı xatırlatması, Qarakilsə xəbərdarlığı və...
Prezident İlham Əliyevin ölkə telekanallarına son müsahibəsində kifayət qədər maraqlı məqamlar var. O qədər çox ki, hətta onları bir yazıda ümumiləşdirmək qeyri-mümkündür. Əslində bu, bir müsahibədən çox, Azərbaycanın perspektiv inkişafı, dövlət və millətimizin gələcəyini özündə ehtiva edən yol xəritəsinə, konsepsiyaya bənzəyir. Konkret açıqlanmasa da, Qarakilsədəki baba yurdunadək aparan bir yolun sxemini görürük bu müsahibədə...
 
Prezident açıq demədi, çünki nəyi, nə zaman demək və etməklə bağlı şəxsi yanaşması, həmçinin dövlətini və xalqını zəfərə aparmış böyük təcrübəsi var.
 
Dövlət başçısı Ermənistanın Kəlbəcər istiqamətində əl atdığı təxribatın cavabının artıqlaması ilə verilməsindən bəhs edərkən dedi ki, şəxsən özü filan saatda atəşin dayandırılması haqda əmr verib, ermənilərin yalvarışlarından sonra. Yəni əksi də ola bilər və əsgərimiz Ermənistanın dərinliklərinədək irəliləyə, düşmənin başına od ələyə bilərdi. Düşmənə inanmamağı həm də öz xalqına tövsiyə edən prezident xatırlatdı ki, hərbi quruculuq məsələləri hər zaman gündəliyimizdə birinci dərəcəli yer tutub. “Bu işlər mütləq olaraq davam olunmalıdır. İlk növbədə, ona görə ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt Ermənilərə bağışlanmayacaq!” Bu, yaddaş kitabçamıza yazılamalı məqamdır. Unutmamalıyıq! Bir sıra hallarda ermənilərin cildə girməsinə aldanırıq. 30 il öncə məhz aldandığımıza görə bəlalara düçar olduq, dövlət başçısı istəmir bir daha o hadisələri yaşayaq.
 
Ermənistanın bu, yarımcan durumda belə, revanşizmə meyillənməsi Azərbaycanın hərbi quruculuq prosesi davam etdirməsini vacib edir. Bəli, ilk növbədə müharibə dövründə istifadə olunan çoxlu sayda döyüş sursatı bərpa edilməli, onların yeri doldurulmalıdır və bağlanmış yeni kontraktlar bunu təmin edir.
 
Sitat: “Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. İkinci Qarabağ müharibəsi bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir”.
 
 
Dövlət başçısı komando qüvvələrinin yaradılmasını böyük hadisə adlandırdı, bildirdi ki, bu, hərbi qüdrətimizin təzahürüdür. Düşmənə göz dağı olan Hadrutda ilk belə birləşmənin yaradılmasını hər birimiz qürurla izlədik, ordumuzla fəxr etdik bir daha. Bəli, xüsusi təyinatlı qüvvələrimiz 44 günlük savaşda işğalçılara dərs keçdi, sağ qalanlar ömür boyu sayıqlayacaqlar o dərsi. Ancaq dövlətimiz olanlarla kifayətlənmək niyyətində olmadığını bir daha öz addımları ilə təsdiqlədi. Hərbi qüvvələrimizin daha da təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətə çevrilib, necə ki, ölkə başçısı söylədi. “Biz Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə hər zaman düşünməliyik”. Bu, sadə vətəndaşdan tutmuş, səlahiyyətlilərədək hər kəsin qulağında “sırğa” etməli olduğu vacib tapşırıqdır.
 
Dövlətimizin başçısı 2018-ci ildə müharibə partiyasının üzvü olmadığı üçün digər canilərdən fərqləndirməyə çalışdığımız, hətta tökülən bu qədər qanlardan sonra bir sıra hallarda artistlik edən, bəzən də təcrübəsizlikdən səhvlərə yol verməklə erməni xalqını qəzəbləndirdiyi üçün “bizim adamdır” dediyimiz Paşinyanla bağlı da sadəlöhv yanaşmalardan çəkinməyə çağırdı növbəti fikirləri ilə. Diqqət edək: “Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir”. “Unutmayaq” mesajının davamı da var. Sitat: “Unutmamalıyıq ki, Ermənistanın indiki hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə Azərbaycanı hədələyən, Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçiləridir. Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq”. Bunu Ermənistan rəhbərliyi ilə danışıqlar aparan, münasibətlərin normallaşması, hətta Ermənistanın xilas təkliflərini səsləndirən humanist bir rəhbər deyir. Eyni zamanda həm hakimiyyətinə, həm müxalifətinə, həm də ümumilikdə cəmiyyətinə bələd olduğu üçün öz xalqını da xəbərdar edir, əqrəb xislətli, goreşən zehniyyətli, vampir xüsusiyyətlilərə etibar etməyin mesajı verir. “Ermənistan müxalifəti, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyündə, Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər”, deməklə də dövlət başçısı gələn ay 30-cu ildönümü tamam olacaq, Xocalı dəhşətlərini yaddan çıxarmamağı tövsiyə etmiş olur.
 
 
Təkcə bu da deyil, ölkə başçısı müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyən Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyətinin də “rəsmini çəkib”. “Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Ona görə revanşist meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır”, fikirləri erməni cəmiyyətinin sağalmaz xəstəliyə düçar olmasının ümumiləşdirilmiş diaqnozudur. Deməli, reallıqlardan çıxış edərək ermənilərlə birgəyaşayışa, qonşuluğa davam etsək də, ehtiyatımızı əldən verməməliyik, tarix boyu!
 
Prezident Əliyev Azərbaycanın qüdrətini ifadə edən çoxsaylı faktları sadaladı, son bir ildə əldə olunmuş uğurları sıraladı. Onlardan biri barədə cəmiyyəti ilk dəfə məlumatlandırdı. Məlum oldu ki, Azərbaycan Zəngəzurdan hava qapısını açarkən Ermənistandan icazə belə, almayıb. Yəni hava qapısını açıb, üzü Naxçıvana, Türkiyəyə uçuşları həyata keçirməyə başlayıb, həm yanacaq sərfiyyatı az, həm də vaxta qənaət. Bu, həm də nə deməkdir: deməli, İrəvan Zəngəzur dəhlizi – quru dəhlizlə bağlı oyunbazlıq etmək istəsə, o halda əsgərimizin təpiyi altında qalacaq.
 
 Prezidentin dediklərindən aydın oldu ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcək, məsələ bitib və yolun çəkilişinə rəsmi İrəvan da öz razılığını verib. “Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaq”, ölkə rəhbəri əlavə etdi.
 
Amma Zəngəzur təkcə dəmir yolu və avtomobil yolu demək deyilmiş, bunu yeni öyrəndik. Çox mühüm məqam həm də budur: “Biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var... Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir”.
 
Bu, ermənilər üçün şok yaradan anonsdur. Həm də hücum diplomatiyasının gözəl bir nümunəsi: yəni siz bizə problem yaratmaq istəyirsinizsə, onda biz heç dəhlizlə də razılaşmırıq, bütövlükdə Qərbi Zəngəzur dəhliz olmalıdır!!!
 
 
Tarixi əsaslar da kifayət qədərdir, ermənilərin yapışmağa bircə arqumentləri yoxdur. Prezident bu, tarixi fikirləri Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının 102-ci ildönümünün tamamında dedi, məncə, bu da təsadüfi deyildi. 114 min kv km-lik Azərbaycan dövlətinin tarixi ərazilərini elə-belə xatırlatmadı. Bildirdi ki,
 
Ermənistan tərəfi, ilkin mərhələdə onun artıq beynəlxalq səviyyədə ümumişlək termin statusunu qazanmış Zəngəzur dəhlizi ifadəsinə etiraz edirdi, amma artıq etirazların heç bir mənası yoxdur.
 
 Xüsusilə də son illərdə tariximizin mahir bilicisi olaraq tanıdığımız İlham Əliyev bizim toplumun yaddaşını yeni ünvanla təzələdi: “Razdan” çayının dogma adının Zəngi olduğunu xatırlatmaqla. Eyni zamanda ermənilərə də növbəti dərs verdi. Yəni nəinki Zəngəzur dəhlizindən keçəcəyik, hətta günün birində Zəngi çayında sərinlənə bilərik, ağlınızı başınıza yığın! Kəlbəcərin Lev, Qubadlının Oxatan çayında olduğu kimi…
 
 Prezident Naxçıvana səfəri zamanı öz əcdadlarınızı ziyarətdən bəhs etdiyi zaman da möhtəşəm bir anons etdi. Şuşa azad olunanda Fəxri Xiyabanda “xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”, deyən cənab Əliyev babasının məzarı qarşısında ürəyindən keçirdiyi fikirləri açıqlamadı. “Ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir.
 
Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik… Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”, dedi prezident. Şübhəsiz ki, hər bir azərbaycanlı həsrətlə gözləyir, “Mən xoşbəxt nəvəyəm…” sözləri ilə başlayacaq xoş müjdəni. “Zəngəzur Azərbaycandır”sa, niyə də olmasın?..
 
Elşad Paşasoy,
Musavat.com
Oxşar xəbərlər
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:05, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başladı - FOTO
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 12:27
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 12:36
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
06 May 2024 | 12:45
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 12:27
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 12:36
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
06 May 2024 | 12:45
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib