“Yaxın aylar Azərbaycan hökuməti və Mərkəzi Bank üçün həlledici olacaq...”
Oxunub: 5854
12 Jan 2022 | 18:56
“Yaxın aylar Azərbaycan hökuməti və Mərkəzi Bank üçün həlledici olacaq...”
“Mövcud bahalaşma, xidmət tarifləri və rüsumların yüksəlməsi ilə müqayisədə maaş və pensiyaların qaldırılmasından sonra Azərbaycan əhalisinin gəlirlərinin real artımı nə qədər olub?..”
 
"Biz görürük ki, istehlak zənbilinə daxil olan əsas məhsullar üzrə  qiymət artımı kifayət qədər sürətlə gedir..."
 
"Biz mütləq son proseslərdən nəticə çıxarmalıyıq. Və qonşu dövlətlərlə ilk növbədə iqtisadi və müəyyən dərəcədə siyasi əlaqələri də dərinləşdirməliyik ki, Azərbaycan bu burulğandan özünü qoruya bilsin..."
 
 
-Elşad müəllim, bəs Azərbaycanın kənd təsərrüfatı sahəsində sahibkarların, xüsusən taxılın, unun, çörəyin bahalaşdığı indiki vaxtda taxılçılıqla məşğul olan fermerlərin normal gəlirlə iş görə bilməsi üçün çıxış yolu nədədir?
 
- Bu gün bizim kənd təsərrüfatı sektorunun inkişafına 1, uzaqbaşı, 1,5 faizlik kredit kanalları açılmalıdır. Əgər bank sektoru bunu təmin edə bilmirsə, o halda bunu hansısa başqa formalarda Sahibkarlığa Dəstək Fondu və ya digər müvafiq qurumlar vasitəsilə etmək lazımdır. Belə kredit kanalları açılmalıdır ki, kənd təsərrüfatı sektoru maliyyə resurslarına effektiv şəkildə çıxış imkanı əldə edə bilsin. Bu gün bank sektorunun təklif etdiyi faizlər heç bir halda qənaətbəxəş hesab oluna bilməz. Və düşünürəm ki, əgər bu günkü bank sektoru da bunu təmin edə bilmirsə, onda xüsusiləşdirilmiş dövlət bankları: kənd təsərrüfatı,  sənayə və s. sektorları üzrə  ayrı-ayrı banklar yaradılmalıdır... Bir məsələ də girov bazasıyla bağlıdır. Bu gün banklar elə girov bazası təklif edirlər ki,  regionlardakı,  kəndlərdəki sahibkarların elə bir imkanı yoxdur. Onlar hansı girovu qoya bilər ki, həmin kreditləri götürə bilsin. Odur ki, çıxış yolu ondadır ki, dövlət xüsusi pul kanalları açmalıdır və həmin kanallar vasitəsilə sənayeni də, kənd təsərrüfatını da maliyyələşdirməldir. O başqa sualdır ki, həmin  vəsait sonra təyinatı üzrə istifadə olunacaq, yoxsa yox.  Aydındır ki, belə problemlər də olur.  Amma buna nəzarət də məhz dövlət qurumlarının əsas missiyalarından biri olmalıdır. Banklar real istehsalla işləməyi öyrənməlidir. Yoxsa istehlak kreditlərini verib insanlardan vaxtı çatanda faizi tələb etmək, onları məhkəməyə vermək – bu, ən asan yoldu banklar üçün... Hesab edirəm ki, biz, nəhayət, bank sektorunun, maliyyə sektorunun üzünün Azərbaycanın real iqtisadi istehsal  sektoruna doğru çevrilməsinə nail olmalıyıq...
 
-Məlumdur ki, Qazaxıstandakı son faciəvi hadisələr məhz bahalaşma nəticəsində yaranmış sosial etirazlar dalğasında baş qaldırdı.  Sizcə, Azərbaycan hökuməti mümkün sosial gərginliyi önlənməsi üçün, heç olmasa, un və çörək məhsullarının qiymətinin  öncəki səviyyəyə qaytarılmasına nail ola bilərmi?
 
-Düşünürəm ki,  ölkədə ilk növbədə sosial xərclərin artırılması siyasətinin davam etdirilməsi vacibdir. Bilirsiz, əgər bu gün hökumət un və çörək qiymətlərinin endirilməsinə getsə, digər sahələrdə, digər məhsullarla bağlı qiymət artımı olacaq və bunların hamısının birmənalı şəkildə qarşısının alınması kifayət qədər çətin görünür. Ona görə də biz effektiv idarəetmə sisteminə keçməliyik. Əgər söhbət bazar iqtisadiyyatından gedirsə, inzibati metodlarla yanaşı, effektiv bazar metodları da tətbiq olunmalıdır və yerli istehsalımızı artırmalıyıq.  Amma bir məqamı da vurğulamaq gərəkdir; bir sıra xidmətlər və məhsullar var, bu, həm dərmanlardır,  həm çörəkdir, eyni zamanda tarifləri dövlət tərəfindən müəyyən edilən su, qaz, elektrik enerjisi və s. - bunlara ayrıca yanaşılmalıdır. Və bu xidmət və məhsulların qiyməti dövlət tərəfindən fiksə edilməlidir. Biz bu təcrübəyə müraciət etməliyik. Yeri gəlmişkən, artıq Qazaxıstanda da bununla bağlı qərarlar qəbul olunur...
 
Sosial sabitliyin qorunması üçün dövlət əsas kritik olan xidmət və məhsulların qiymətlərinin müəyyən edilməsinə gedə bilər və hesab edirəm ki, getməlidir.  Yəni öncə adını çəkdiyimiz həmin xidmət və məhsulların  tarif və qiymət artımları, azı, 3 il müddətinə dondurulmalı və sabitləşdirilməlidir. Və yerli istehsalın artmasına və bunun üçün də investisiyaların artırılmasına doğru effektiv addımlar atmalıyıq. Bu siyasəti həyata keçirmək üçün isə ilk növbədə bank sektorunda köklü islahatlara ehtiyac var. Hökumət hər il ərzində ölkəyə qoyulan kapital qoyuluşu həcminin heç olmasa 15-20 faiz artırılmasına  nail olmalıdır. Və bununla bağlı ölkə Prezidenti qarşısında cavabdehlik daşımalıdır. Çünki biz buna nail olmasaq, yerli istehsalı reallaşdıra bilməsək, inflyasiya ilə dayanıqlı şəkildə mübarizə apara bilməyəcəyik...
 
Yeri gəlmişkən, bir məqamı da qeyd edim. Bölgədə çox ciddi proseslər baş verməkdədir.  Dünyada sürətlə yeni güc mərkəzləri formalaşır. Və artıq qlobal dünya, demək olar ki, yoxdur.  Bu nöqteyi-nəzərdən 2021-ci il dönüş ili oldu. Uzun onilliklər ərzində bir mərkəzdən idarə olunan iqtisadi və siyasi proseslər çox ciddi şəkildə regonlaşma ilə əvəz olunur və bölgəmizdə də yeni reallıqlar formalaşır.  Mənə elə gəlir ki, biz buna hazır olmalıyıq və bir sıra digər ölkələrdə yaranan problemlərin Azərbaycanda da yaranmasına imkan verməməliyik. Bunun üçün də effektiv xarici siyasətlə yanaşı, iqtisadi siyasət də həyata keçirilməlidir. Bölgədə və dünyda baş verən reallıqlara adekvat reaksiya verilməlidir. Biz açıq şəkildə görürük ki, regional iqtisadi inteqrasiyaya meyillənmə prosesi var. Qazaxıstandakı  proseslər və gözlənilən Ukrayna hadisələri, zənnimcə, bunun üçün bir indikatordur. Biz mütləq bu proseslərdən nəticə çıxarmalıyıq. Və qonşu dövlətlərlə ilk növbədə iqtisadi və müəyyən dərəcədə siyasi əlaqələri də dərinləşdirməliyik ki, Azərbaycan bu burulğandan özünü qoruya bilsin...
 
- Elşad müəllim,  bilirik ki, Prezident 2021-ci ilin sonunda minimum əmək haqqını, bəzi pensiyaları və əhalinin dövlət sektorunda çalışan xeyli hissəsinin maaşlarını və s. qaldırdı.  Amma təəssüf ki, bununla paralel ötən ilin başlanan ərzaq bahalaşması, həmçinin enerji daşıyıcıları, su və digər xidmət tarifləri, eləcə də bir sıra rüsumların yüksəlməsinin ardınca yeni – 2022- ci ilin ilk günlərindən də taxıl, un və çörək məhsullarının bahalaşdığı elan edildi. Sizcə, mövcud un, çörək, digər ərzaq bahalaşması, xidmət tarifləri və rüsumların yüksəlməsi ilə müqayisədə maaş və pensiyaların qaldırılmasından sonra  Azərbaycan əhalisinin gəlirlərinin real artımı nə qədər olub? 
 
-Təqribi hesablarımız var... Düzdü, burada dövlət sektoruyla özəl sektor arasında da maaşların artımı baxımından xeyli fərq var. Dövlətin etdiyi maaş və müavinət artımları, sözsüz ki, özəl sektora birbaşa təsir göstərmir, dolayısıyla, minimum əmək haqqımın artımı və s. ilə təsir göstərir.   Bu minvalla orta hesabla 2022-ci ilin əvvəlindən əməkhaqqı fondunda  təxminən 20 fazilik artım gözlənilirsə, amma, təəssüflər olsun ki, biz inflyasiya hesabına bu artımın xeyli hissəsinin faktiki olaraq effektivliyinin azalmasının şahidi oluruq. Bu olduqca ciddi problemdir. Və yeri gəlimşkən, bu gün ABŞ-ın özündə, Avropa Birliyində təqribən dövlət tərəfindən elan olunan statistik göstəricilərlə ekspertlər tərəfindən müəyyən edilən rəqəmlər arasında  böyük fərq var. Bu gün həm ABŞ-da, həm Avropa Birliyində real istehlak zənbilinin  əsasını təşkil edən məhsullar üzrə təxminən 25 faizə yaxın qiymət artımı var. Biz isə bunu istəsək də, istəməsək də, yerli istehsal o səviyyədə olmadığından  qiyməti artmış həmin məhsulları idxal etməliyik.  Düzdü, bu gün Azərbaycanda rəsmi  statistik rəqəmlər inflyasiyanın aşağı olmasını, yəni o dərəcədə kritik olmamasını göstərir. Lakin  biz görürük ki, istehlak zənbilinə daxil olan əsas məhsullar üzrə  qiymət artımı kifayət qədər sürətlə gedir. Və mənim hesablamalarıma görə, biz artıq  sözügedən əsas məhsullar üzrə qiymətlərin 20 faiz və ya ondan artıq artımının şahidi oluruq. Bu da təəssüflər olsun ki, sosial paketin effektini xeyli dərəcədə azaldır. Düzdü, bir tərəfdən etiraf etmək lazımdır ki, sosial sahədə şəffaflıq var, sosial artımlar təmin olunur. Ölkə Prezidentinin bununla bağlı ciddi siyasi iradəsi var və biz bunun effektini görürük. Ancaq iqtisadi idarəetmə ilə bağlı problemlər, idxaldan asılılığın yüksək olması, investisiyaların real sektora lazımi səviyyədə yönəlməməsi, bank sektorundakı problemlər – bütün bunlar sadalanan müsbət effektləri xeyli dərəcədə aradan qaldırmış olur. Və bu da, hesab edirəm ki, iqtisadi və sosial problemlərin dərinləşməsinə şərait yaradır. Ona görə də biz bu proseslərin dərinləşməsini proqnozlaşdırmalıyıq.  Biz indidən bilməliyik ki, dünyadakı inflyasiya bir neçə ay, hətta bir il yox, hələ xeyli davam edəcək. Odur ki, biz buna hazır olmalı və adekvat reaksiya verməliyik. Bu da öz əksini təxirəsalınmaz tədbirlərdə tapmalıdır.  Çünki son nəticədə hansısa bir istiqamətdə subsidiya versək, yaxud hansısa sahədə çalışan sahibkarları vergidən azad etsək, o halda digər istiqamətdə problem yaranacaq. Yəni belə müvəqqəti tədbirlərlə problem həll olan deyil. Kompleks iqtisadi idarəetmə siyasəti aparılmalıdır və ölkədə həyata keçirilən sosial paketin effektivliyinin azalmaması üçün həm də iqtisadi nöqteyi-nəzərdən effektiv tədbirlər həyata keçirilməlidir. Və hesab edirəm ki, yaxın aylar ölkə hökumətinin iqtisadi bloku və Mərkəzi Bankı üçün həlledici olacaq...
 
Sultan Laçın
Oxşar xəbərlər
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ