“Qazaxıstanı alt-üst etmiş “5-ci kalon” bu saat Azərbaycanda nə iş görür?”-  Sabiq nazir...  
Oxunub: 10432
10 Jan 2022 | 13:40
“Qazaxıstanı alt-üst etmiş “5-ci kalon” bu saat Azərbaycanda nə iş görür?”-  Sabiq nazir...  
 
“30 ildir ki,  Azərbaycan xalqında da, dövlət sistemində də artıq, dediyim kimi, müstəqillik, Rusiyadan ayrı yaşamaq mentaliteti formalaşıb.  Artıq bu düşüncə ilə neçə nəsil yetişib. Bunları dəyişmək mümkündürmü?..” 
 
“Gəlin özümüzü Rusiyadan həddindən artıq qorxutmayaq...”
 
Qazaxıstanda baş verən faciəvi olayların məhz Rusiyanın “5-ci kalon”u tərəfindən planlaşdırılıb icra edildiyi və bütün bunların imperiyanın keçmiş SSRİ sərhədləri çərçivəsində bərpasına xidmət etdiyi iddia olinur. İctimai-siyasi proseslərə bu aspektdən yanaşsaq, bəs Azərbaycandakı  “5-ci kalon” dediyimiz qüvvələr bu saat ölkəmizlə bağlı nə iş görür və bu yaxın aylarda, bu il ərzində nələr etməyi planlaşdırır?
 
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Moderator.az əməkdaşıyla  telefon söhbətində  bəhs edilən mövzuda  bu və digər sualları belə cavablandırıb:
 
-Əvvəla, dünyada birmənalı olaraq tarixi bir proses baş verib - SSRİ dağılıb və bunun əsasında dünya quruluşu dəyişib. İndi deyirsiz ki, yenidən Sovet İttifaqı bərpa ediləcək. Təbii ki, yox...
 
-Amma 1917-ci ildə çar Rusiyası dağıldı və 5 il sonra  onun yerində fərqli formada yeni imperiya – Sovet İttifaqı quruldu. Yəni imperiya, sadəcə, cildini dəyişdi. Bəs bu aspektdən necə yanaşırsız məsələyə?
 
-Bilirsiz,  onu da unutmayaq ki, artıq son 30 ildən çox müddətdə  postsovet məkanında yüz milyonlarla insanın zehnində müstəqillik və dövlətçilik ideyaları  formalaşıb.  Və bunu beyinlərdən silmək qeyri-mümkündür. Bu məsələni hansısa ölkəyə qoşun yeritməklə də həll etmək mümkün deyil. Mümkün olsaydı, yəqin ki, Putin indiyədək bunu edərdi. Artıq insanlar mənəvi-psixoloji baxımdan bu ideyları tam şəkildə qəbul edib. Prosesləri arxaya doğru yönəltmək isə mümkün olan iş deyil axı...
 
-Zəhmət olmasa, əsas sualımıza  qayıdaq. Azərbaycanda “5-ci kalon” nə iş görür və nələri planlaşdırır?
 
-Ölkəni Rusiya təsirinə qaytarmaq cəhdləri, təbii ki, olacaq. Mən bunu istisna etmirəm. Amma  30 ildir ki, Azərbaycan xalqında da, dövlət sistemində də artıq, dediyim kimi, müstəqillik, Rusiyadan ayrı yaşamaq mentaliteti formalaşıb. Artıq bu düşüncə ilə neçə nəsil yetişib. Bunları dəyişmək mümkündürmü? Və bunu dəyişdirə bilməyəcəyimiz halda hər bir ölkə sakinin yanında bir rus əsgəri qoymaq da mümkün deyil axı... Gəlin özümüzü Rusiyadan həddindən artıq qorxutmayaq...
 
-Axı o da var ki, Rusiya həmin Qazaxıstanda, o cümlədən digər keçmiş müttəfiq respublikalar kimi Azərbaycanda da əsrlərlə, hətta 30 illik müstəqillik dövründə də açılmamış arxivlərdən-filandan,  eləcə də rusdüşüncəli təbəqələrdən yararlanaraq nəhəng bir orduya bərabər sistem, yəni Kremlə bağlı “5-ci kalon” qurub?..
 
-Yox... “5-ci kalon” nə edə bilər ki? Onların nə edə biləcəklərini fikirləşək... Onlar hansısa çaxnaşma, iğtişaş yarada bilərlər. Hansısa şayiələri, dezinformasiyaları, fikirləri yaya bilərlər. Və s...  Amma tarixi-siyasi proseslərin qarşısını ala bilməzlər axı... Bu, mümkün olan şey deyil...  Bir sözlə, mən SSRİ-nin bərpasına inanmıram və gözləmirəm ki, kimsə bunu edə... Kimlər edəcək ki?.. Nəzərə alaq ki, Rusiya elitasının uşaqlarının 90 faizi Qərbdədir. Onlar SSRİ-ni bərpa edəcək? Yoxsa yenidən kommunistlər baş qaldıracaq... Rusiyanın özündə kommunist qalıbmı? Bizdən beşbetər hamısı Qərbə baxır... Dincəlməyə haraya gedirlər? Qərbə... Pullarını harda saxlayırlar? Qərbdə?.. Və birdən-birə bunların hamısını atıb SSRİ bərpa edəcəklər? Bu yönümdə hansısa siyasi partiya var, yaxud yeni neo-kommunist ideologiyası var? Heç nə yoxdur axı? İndi bütün bu gerçəkliklər qarşısında biz heç nədən emosiyaya qapılıb özümüzü niyə qorxutmalıyıq?  Keçmiş sovet imperiyasının ideologiyası var idi?  İndiki Rusiyanın hansı ideologiyası var? Onun adını bilən var?  Yox... Bütün postsovet məkanındakı kimi Rusiyada da gerçək ideologiya budur: qazan pulunu və kef elə?..
 
- Bəs Qazaxıstandakı faciəvi olaylar zamanı  Moskva tele-kanallarında sovet dövründəki kimi, məhz o dövrün “Vremya” proqramının sonundakı hava məlumatını müşayiət edən eyni məşhur musiqi ilə verilən tele-çarxda bütün keçmiş müttəfiq respublikaların paytaxtlarının iqlim proqnozunun( Bakı, İrəvan, Tiflis, Kiyev, Tallin, Vilnüs, Daşkənd və s.) verilməsi nə deməkdir? Ən azı, Putinin işğal hədə qorxusu deyil bu?..
 
-Məncə, gülməlidir bu şeylər(Gülür)... Yenə soruşuram, ümumi bir ideologiya var yeni ittifaq yaratmaq üçün? Bizə desələr ki, gəlin Rusiyaya birləşək. Biz soruşmayacağıq ki, nə üçün, hansı məqsədlə birləşməliyik?..
 
-Əvvəla, gözümüzün qarşısında heç Qazaxıstana  KTMT adı altında  faktiki Rusiya ordusunu yeridəndə qazax xalqından nəsə soruşan olmadı... İkincisi də, ümumi birləşdirici ideologiya kimi onu tətbiq edə bilərlər ki, bütün keçmiş ittifaq məkanındakı xalqların xeyli hissəsi yoxsulluqdan, işsizlikdən, evsizlikdən, eyni zamanda mənəvi-ideoloji boşluqdan əziyyət çəkir. Hər yerdə kiçik bir qrup korrupsiyaya qurşanıb varlanır, əksəriyyət isə minbir əzabla dolanır. İfrat sosial ədalətsizliyə kütləvi etiraz var. Yəni vəziyyət normal deyil. Və bu səbəblərdən orta yaşlı və yaşlılarda müəyyən mənada bərabərlik olan keçmiş  SSRİ ilə bağlı dərin bir  nostalji hissi yaranıb. Görünür, Kreml, Putin məhz bu məqamdan da birləşdirici  amil kimi yararlanmağa çalışır...
 
-Əslində normal olmayan vəziyyət, bilirsiz, hardadır. Hindistanda, Banqladeşdə, Afrikada... Yəni insanların aclıqdan, susuzluqdan can verdiyi ölkələrdə... Bizdə də o birilərə nisbətən yaxşı, yaxud pis ola bilər. Düzdümü? Ondan artıq ola bilməz ki? Deyirik ki, pis yaşayırıq. İndiki dövrdə yaxşı yaşamaq üçün dünyaya nəsə istehsal edib satmalısan... Bəs biz nə satırıq? Əsasən meyvə-tərəvəz... Nə satırıqsa, ona da uyğun dolanırıq... Bəli, aramızda  kimsə yaxşı yaşayır, kimsə pis... Belə vəziyyət ABŞ-da da var. Orada da hamı yaxşı yaşamır ki...
 
-Əsasən kütləvi korrupsiya narahat edir insanları... Demək olar ki, nisbətən Baltikyanı ölkələri çıxmaq şərti ilə bütün postsovet ölkələrində bu amil çox ağrıdıcıdır.  Sosial ədalətsizlik ifrata varıb... Və xarici qüvvələr Qazaxıstanı da elə buna kəskin etiraz dalğasından yararlanıb qarışdırılar...
 
-Korrupsiya hər yerdə var. Düzdür, bu, böyük problemdir. Amma onu inqilabla həll etmirlər ki... Hər halda kimsə mənə sübut etsin ki, hardasa inqilabla hakimiyyətə gələnlər  özləri yenidən rüşvət almağa, özbaşınalıq etməyə başlamayıb. Və ya bundan sonra inqilabla hakimiyyətə kim gəlsə, eyni əməlləri təkrar etməyəcək... 
 
-Tofiq müəllim, necə hesab edirsiz, indiyə qədər "Qərbin, Amerikanın adamı", "demokrat" kimi tanıdılan Paşinyan nədən KTMT çərçivəsində hamıdan öncə hərbi birləşmə göndərməyə hazır olduğunu bəyan etməklə Qazaxıstandakı diktator sayılan Nazarbayev rejiminə bir növ qahmar çıxdı?  Və bunu etməklə o, Ermənistan hakimiyyətinin Qarabağ siyasətinə hansı “töhfə”ni vermək  niyyətindədir?
 
-Bilirsiz, əvvəla, demokrat olmaq peşə deyil, peşə baş nazirlikdir... Və görünür, Paşinyan KTMT-ni canlandırmağa töhfə vermək istəyir ki, gələcəkdə bir problem olanda  həmin təşkilat Ermənistanın da köməyinə gəlsin... Amma KTMT artıq  30 ilə yaxındır fəaliyyət göstərir və yalnız birinci dəfədir ki, belə bir real əməliyyat keçirməyə başlayıb. Özü də dediyim kimi, cəmi 2400 əsgər ilə... Odur ki, bunlar ciddi görsənmir. Bu hərəkətlərin hamısı bir teatr tamaşasına bənzəyir...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama