"İnsan yalan danışarkən qan təzyiqi yüksəlir, ürək döyüntüləri artır..."
Cəmiyyət
Oxunub: 1394
09 Jan 2022 | 08:10
"Digər böyük günahlar isə öz-özlüyündə “müstəqil” bir günahdır. Ancaq yalan, demək olar ki, bütün böyük günahlarla əlaqəlidir..." 
 
Dinimizdə yalan və yalançılıq ən böyük günahlardan biri sayılır. Bir gün Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Sizə böyük günahların ən böyüyünü xəbər verim?” – deyə soruşmuş və bu sualı üç dəfə təkrarlamışdır. Səhabələr: “Bəli”, − deyincə: “Allaha şərik qoşmaq, ata-ana haqqına riayət etməmək, cana qəsd etmək!”– buyurmuşdur. Ardınca da: “Xəbəriniz olsun! Yalan söz danışmaq, yalandan şahidlik etmək”, − deyib yalanın da böyük günahlardan olduğunu vurğulamışdır[1].
 
Nə üçün yalan böyük günahlarla eyni tutulur? Çünki yalan bir çox böyük günahların işlənməsinə zəmin hazırlayır.  Digər böyük günahlar isə öz-özlüyündə “müstəqil” bir günahdır. Ancaq yalan, demək olar ki, bütün böyük günahlarla əlaqəlidir. Məsələn, içki içən adam ağlı başında olmadığı üçün rahatlıqla yalan danışa bilər. Qumar oynayan uduzduqlarını geri qaytarmaq üçün yalana əl atır.
 
Rəbbimiz Qurani-Kərimdə: “Yalan sözdən çəkinin”[2], “Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin!”[3] buyurmaqla bu çirkin günahla bağlı xəbərdarlıq edir. “Çünki yalançılıq (kizb) küfrün əsasıdır, yalan münafiqliyin birinci əlamətidir. Yalan Allahın qüdrətinə iftira sayılır, Rəbbin hikməti ilə təzad təşkil edir. Yalan yüksək əxlaqı çirkin əxlaqa çevirir, İslam aləmini zəhərləyir, insanları fitnə-fəsada sürükləyir və onların mənən kamilləşməsinə mane olur. İslamiyyətin əsası doğruluqdur, imanın mahiyyəti doğruluqdur, insanı kamilliyə aparan doğruluqdur, uca əxlaqın mayası doğruluqdur…”[4]
 
Yalanın böyüyü, kiçiyi, ağı, qarası olmaz. Xırda-xırda yalan danışan insan get-gedə buna vərdiş edər. Bir müddət sonra böyük yalanlar danışmağa başlayar və Allah qatında yalançı kimi qeyd edilər.
 
Allah Rəsulu (sallallahu aleyhi və səlləm)  buyurur:
 
“Yalandan çəkinin. Yalan insanı günaha, o da Cəhənnəmə aparar. Bir insan yalan danışar və yalanı araşdırarsa, ilahi dərgahda yalançı kimi yazılar”[5].
 
Ona görə də möminlər yalan mövzusunda çox həssas olmalı, yalandan mümkün qədər uzaq gəzməlidir. Bəs bunu necə etməlidir? Sualın cavabına böyük İslam aliminin bir yazısından baxaq:
 
“Təsəvvür edək ki, qarşımızda qırmızı xalça var. Söhbət əsnasında “mavi xalça” demək açıq-aşkar yalandır. Çünki deyilən söz həqiqətə ziddir. Deyək ki, saat doqquza üç dəqiqə qalıb. Elə həmin vaxt bir nəfər sizdən saatı soruşur. “Saat doqquz tamamdır” deyə cavab vermək də yalandır. O anda saatınızın əqrəbi neçəni göstərirsə, onu deməlisiniz.
 
Bəzi sözlər də gizli yalan sayılır. Məsələn, insanları Allah rizası üçün gözəl işlər görməyə təşviq edərkən  bəzən hadisələr şişirdilərək danışılır ki, bu da mübaliğədir, gizli yalandır. Hətta bu kimi yalan və mübaliğələr Allaha xoş gəlməz, o işin bərəkətini qaçırar. Ruhlar və ruhani varlıqlar da bu cür yalanlardan iztirab çəkərlər. İnsanın qəlb və ruh dünyası xəzan yelindən tökülən yarpaq kimi saralıb solar. Əgər bir insan bu cür yalanı belə danışırsa, demək, onda münafiqliyin əlaməti vardır”[6].
 
Yalan danışmaq münafiqliyin birinci əlamətidir...
 
Əvvəlcə münafiq kimlərə deyilir, ona bir nəzər salaq. Münafiq həqiqi mənada iman etməyib özünü zahirdə müsəlman kimi göstərən insanlara deyilir. Sözü ilə əməli düz gəlməyən, olduğu kimi görünməyən adam münafiqdir.
 
Biz münafiqliyi iki qismə ayırırıq: birinci, etiqadi (etiqad cəhətdən) münafiqlər, ikinci, əməli (əməl cəhətdən) münafiqlər. Etiqadi münafiqlər özünü müsəlman kimi göstərib İslama və möminlərə gizli düşmənçilik bəsləyənlərdir. “İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”, − deyirlər”[7] ayəsi də bu həqiqəti ifadə edir.
 
Əməli münafiqlər isə dinimizə və onun əsaslarına inandığı halda, hərəkət və davranışlarında münafiqlik əlaməti olan adamlardır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir hədisində: “Münafiqin üç əlaməti vardır: yalan danışar, verdiyi vədə xilaf çıxar, əmanətə xəyanət edər”[8] − deyərək əməli münafiqlərin əsas xüsusiyyətlərini göstərmişdir.
 
Hədisdən göründüyü kimi, yalan danışmaq münafiqlik əlamətidir, həm də birincisidir. Ancaq təəssüf ki, müsəlmanlar buna lazımi həssaslığı göstərmir və gündəlik həyatda müxtəlif yalanlara əl atırlar. Məsələn, dərsə gecikən şagird cəza almamaq üçün gecikməsinin səbəbini gizlədib bəhanələr uydurur, yəni yalan danışır. Bir yoldaşımız bizə zəng edir. Amma onunla danışmaq istəmirik. Buna görə də telefonu yanımızdakına verib: “De ki, burada yoxdur, iclasdadır…” – deyib yalan danışdıra bilirik. Bəzən də bir məsələdə tamamilə haqsız olduğumuz halda, haqlı görünmək üçün min cür yalan uydururuq.
 
Halbuki bu, çox ciddi məsələdir. Mömin yalan məsələsində olduqca həssas olmalıdır. “Ey insanlar! Özünü oda atan pərvanələr kimi, sizi yalanın arxasınca düşməyə sövq edən nədir?”[9] − buyuran Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) yalanın hər növündən uzaq gəzməyi tövsiyə edir.
 
Yalan söyləyən özünü ələ verər...
 
İnsanlar müxtəlif səbəblərlə yalan danışırlar. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, uşaqları yalan danışmağa əsasən aşağıdakı səbəblər sövq edir:
 
öyünmək, özünü üstün göstərmək, diqqət çəkmək, sevgi qazanmaq, bir şey əldə etmək, utanmaq, çəkinmək, ələ salınmaq qorxusu, cəzalandırılmaqdan çəkinmək, əziyyətverici şeylərdən canını qurtarmaq, gözdən düşmək qorxusu, hər şeydən əvvəl, böyükləri və  həmyaşıdlarını təqlid etmək....
 
Böyüklərin yalan danışmasının səbəbləri əsasən bunlardır:
 
mənfəət əldə etmək və ya ziyandan qurtulmaq, kin bəslədiyi bir adamdan intiqam almaq, düşmənini gözdən salıb özünü haqlı göstərmək, alçalmaqdan qorxub özünü başqalarına qəbul etdirə bilmək, yalana vərdiş eləmək, yaxşılıq etmək düşüncəsi ilə yalan danışmaq...
 
Yalan danışan insan özünü ələ verər, yəni insan dili ilə yalan danışa bilər, bədəni ilə əsla. Bütün vücudunu, üz cizgilərini, əl-qol hərəkətlərini yalanın əmrinə verə bilməz. Ən gözəl şəkildə yaradılan insan fitrəti buna imkan verməz. Bu səbəbdən də yalan danışan bir insanın hərəkət və davranışları onu ələ verir.
 
Yalan danışarkən davranışlarda müşahidə edilən ziddiyyətlər bir çox araşdırmanın mövzusu olmuşdur. Bu araşdırmalardan çıxan nəticələr belədir:
 
Yalan danışan şəxslərin jestləri, yəni əl-qol hərəkətləri azalır. Adi hallarda əl-qol hərəkətləri ifadə edilən fikri qüvvətləndirməyə xidmət edir. İnsanların böyük əksəriyyəti əl-qol hərəkətlərindən qeyri-ixtiyari istifadə edirlər. İnsan danışarkən əllərinin hərəkət etdiyini bilir, amma nə üçün tərpəndiyini bilmir.
 
Yalan danışarkən əllərinin hərəkət etdiyini bilən, ancaq nə üçün tərpəndiyini tam qavramayan insan  şübhələnir və əl-qol hərəkətlərini azaldır. Bəlkə də, insan içində tərəddüd keçirdiyi üçün sözləri ilə düz gəlməyən jestlərinin onu ələ verəcəyindən qorxur və əllərini ya cibinə qoyur, ya onların üstündə oturur, ya da bir əli ilə digərini tutur. Bu, öz-özünə təmas sayılır ki, çətin anlarda ananın əlindən tutmağa bənzəyir və gərginliyi azaldır...
 
Yalan danışan şəxs tez-tez əlini üzünə aparır və üzünün ətrafında gəzdirir. İnsanlar söhbət edərkən adətən əlllərini üzlərinə aparırlar. Ancaq qeyri-səmimi söhbətlərdə bu hərəkət həddən artıq çoxalır. Əli üzə aparmaq deyəndə insanın söhbət edərkən öz çənəsini tutması, dodaqlarının üstünə basması, burnuna toxunması, yanaqlarını ovuşdurması, gözlərinin altını qaşıması, qulağının yumşaq hissəsini çəkməsi, saçı ilə oynaması kimi hərəkətlər nəzərdə tutulur. Ancaq yalan danışılan əsnada bu jestlər, xüsusən də ağızı tutmaq və burunu sığallamaq kimi hərəkətlər həddən artıq çox olur.
 
İnsan yalan danışarkən nə üçün ağzını tutur? Bunu təxmin eləmək çox da çətin deyil. İnsan ağzından çıxacaq kəlmələri tutmağa və yalanının üstünü örtməyə ehtiyac hiss edir. Əllə ağızı örtmək müxtəlif formalarda olur; barmaqlar dodaqların üstündə “dəf çalır”, şəhadət barmağı üst dodağın üzərində və ya əl ağızın kənarında dayanır və s. Uşaqlar yalan danışarkən əlləri ilə ağızlarını tuturlar. Şübhəsiz ki, böyüklərin əllərini ağızlarına aparması onların yalan danışmasının yeganə əlaməti deyildir. İnsan söylədiyi sözdə tərəddüd edəndə də, səhv eləməkdən qorxanda da, vaxt qazanmaq istəyəndə də əlini ağzına apara bilər.
 
Yalan danışan və ya sözlərində yetərincə səmimi olmayan adamın əlini burnuna aparmasının əsas səbəbi fiziolojidir. Çünki yalan danışarkən daxilən gərginlik keçirən insanın bədənində bir çox fizioloji proseslər baş verir. Qan təzyiqi yüksəlir, ürək döyüntüləri artır, tər vəziləri aktivləşir, burun qıcıqlanır. İtalyan yazıçısı Karlo Kallodinin məşhur nağılında yalan söyləyən Pinokkiyonun burnunun uzanması əbəs yerə deyildir. Yazıçı önəmli bir həqiqəti sezmiş və bir az da mübaliğəli şəkildə uşaq ədəbiyyatına daxil etmişdir.
 
İnsan yalan danışarkən bədən hərəkətləri artır. Yalan danışarkən keçirdiyi narahatlıq və təlaş yerində qurcalanmasına, stulda sağa-sola, arxaya-qabağa yırğalanmasına, oturuş şəklini dəyişməsinə səbəb olur. Bu kimi dəyişikliyin arxa planında, böyük ehtimal ki, “Kaş başqa yerdə olaydım!” düşüncəsi dayanır. Efirdə gedən müzakirəli verilişlərdə bu cür hallara tez-tez rast gəlinir. Yalan danışmaqda püxtələşən bəzi siyasətçilər belə “gözlənilməz” suallarla üzləşəndə hərəkətsiz dayana bilmir, kresloda “var-gəl” eləməyə başlayırlar.
 
Yalan danışanlarda əl jestləri azalsa da, əlləri yelləmə hərəkəti artır. Yalan danışan adam, bəlkə də, əlini yellətməklə dediyi sözlərə görə məsuliyyət daşımadığını bildirmək istəyir.
 
Yalan danışan insanın üz ifadəsi çox vaxt normal olur. Bu sahəni yaxşı bilmədən bir insanın mimikasına baxıb yalan danışdığını müəyyən etmək çətindir. Üz ifadəsində yalanı ələ verən ən önəmli əlamət yalan danışan şəxsin gözlərini həmsöhbətindən yayındırmasıdır.  Atalarımız da əbəs yerə deməyiblər ki, “yalan söz üz qızardar” deyə. 
 
Bu əlamətləri yalanın aşkar və qəti dəlili kimi deyil, beynin içindəki düşüncə və həqiqi duyğularla zahirə əks olunan ifadələrin təzadlığı kimi qəbul etmək daha yaxşı olar. Bu ziddiyyət açıq-aşkar yalan danışmaqla yanaşı, qeyri-səmimilikdən, tərəddüd və şübhədən də irəli gələ bilər[10].
 
 
Mənbələr:
 
[1]. Buxari, “Şəhadət”, 10; Müslim, “İman”, 143.
 
[2]. “Həcc” surəsi, 22/30.
 
[3]. “Əhzab” surəsi, 33/70.
 
[4]. “İşaratül-icaz”, 93.
 
[5].  Buxari, “Ədəb” 69.
 
[6]. “Fasıldan Fasıla”, 2/277
 
[7]. “Bəqərə” surəsi, 2/8.
 
[8]. Tirmizi, “İman”, 14.
 
[9]. Tirmizi, “Birr”, 26.
 
[10].   Zuhal Baltaş, Acar Baltaş, “Bedenin dili”, s. 143-144.
 
Meneviyyat.az
 
 
Oxşar xəbərlər
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."