Kolbasa sexləri ilə bağlı qorxulu faktlar (ARAŞDIRMA)
Oxunub: 3050
29 Jan 2014 | 10:07
Kolbasa sexləri ilə bağlı qorxulu faktlar (ARAŞDIRMA)
Artıq on ildən çoxdur ki, Bakının bir çox mərkəzi bazarlarında, şəhər mərkəzində yerləşən iri supermarketlərdə dana əti adı altında çox vaxt camış əti satılır. Bunu başa düşmək üçün ətdən başı çıxan adamın sadəcə baxması da kifayətdir - camış əti dana əti ilə müqayisədə nisbətən ağ olur. Alıcılar əslində camış əti yediklərini bilməsələr də, aldıqları maldan çox razı qalırlar, dadına alışdıqları ət həmişə təzə olur. Satıcılar isə ətin halal və təhlükəsiz olmasına ürəkdən and içirlər. Çünki ət aldıqları ünvanı dəqiq tanıyrlar və orada malların halal kəsildiyinə, kəsimdən əvvəl və sonra baytar nəzarəti aparıldığına əmindirlər. 

ANS PRESS-in araşdırması da təsdiqləyir ki, Bakı platosunun şimal-şərqində yerləşən həmin iri sallaqxanada kəsilən malların 70%-dən çoxu camış olur və peşə jarqonu ilə “Kürdəmir əti” kimi tanınan bu məhsul qəssablar arasında çox populyardır. Bəzi məhəllə qəssabları hətta özləri 80-100 kiloqramlıq bir dana kəsirlər və onun gözünə 40 kiloqram da “Kürdəmir əti” qatıb satırlar. Qazancları da az olmur - kiloqramını 5 manatdan götürdükləri əti 8 manatdan rahatlıqla reallaşdırırlar və bir neçə saatın içində 100-120 manat əlavə pul götürürlər. 

Belə insafdan kənar üsulla qazanılan pulu, təbii ki, halal saymaq olmaz, çünki istehlakçının aldadılması yolu ilə əldə edilir. Amma bununla belə, son günlərdə yayılan xəbərlər göstərir ki, hazır ət satılan bir sıra bazarlarla və bəzi ət məhsulları istehal edən sexlərlə müqayisə etdikdə camış ətini dana əti adı altında satanları az qala günahsız mələk saymaq olar. Bu cür “qəssab”ların kolbasa-sosis sexlərinin satdığı əksər məhsul ya murdar ət, ya da at, eşşək və bəzən hətta it əti olur. Yanvarın ortalarında Xaçmaz rayonun Qımıl kəndi yaxınlığında meşədə tapılmış yüzlərlə at və eşşək sümüyü bunun bariz sübutudur. 

Dövlət Baytarlıq Xidmətinin (DBX) mütəxəssislərinin fikrincə, həmin at və eşşəklərin əti, böyük ehtimalla, emal müəssisələrinə aparılıb. DBT-nin baş məsləhətçisi, aparıcı baytar həkim Fizuli Qurbanov ANS PRESS-ə bildirib ki, həmin atlar və eşşəklər kəsildiklən sonra ətlərinin tam çıxarıldığı aşkar edilib. “Bu, onu göstərir ki, ətlər bazara yox, emal müəssisələrinə aparılıb, yəni kolbasa, sosis və s. kimi ət məsullarının istehsalında işlədilib”,- deyə Fizuli Qurbanov vurğulayıb. Bölgədə rəsmi kolbasa sexləri ilə yanaşı qeyri-rəsmi kolbasa sexlərinin də yetərincə olması nəzərə alınarsa, DBX mütəxəssislərinin təxminlərinin düz olmasına inanmaq çətin deyil. Bu günlərdə Bakının Qaradağ rayonu ərazisinə tapılan at və eşşək sümükləri də göstərir ki, bu ətlərin və onlardan düzəldilən ət məhsullarının satış ünvanı Bakıdır. DBX təmsilçiləri Qaradağ rayonunda da ətin sümükdən peşəkarlar tərəfindən ayrıldığını bildirirlər. Yəni həmin ətin qida sektoruna yönəldildiyi açıqca görünür. 

ANS PRESS-in araşdırmasına görə, Xaçmazda aşkar edilən 104 baş və Qaradağ rayonu ərazisində tapılmış onlarla təkdırnaqlı Azərbaycanda kolbasa və sosiska istehsalına yönəldilən at və eşşəklərin kiçik bir hissəsidir: hər il minlərlə at və eşşək qeyri-rəsmi şəkildə kolbasa sexlərinə göndərilir. Bunu statistika ilə sübut etmək olar. Statistikaya görə, Azərbaycanda 76 min at və 44 min eşşək var. Adətən at və eşşəklər 15-20 il yaşayır. Amma Azərbaycan əhalisi atı və eşşəyi sırf təsərrüfatda işlətdiyi üçün yaşı 10 ili keçən kimi onunla vidalaşırlar, qoca eşşək və ya atın yediyi ot artıq xərc sayılır. Son illərdə Azərbaycanda heç kim hansısa atın və eşşəyin öldüyünü gözü ilə görməyib, təkdırnaqlılar bir az qocaldıqdan sonar harasa yox olurlar. 

Yəni hər il orta hesabla 7 min at və 4 min eşşək bu cür yox edilir. Kənd yerlərində yaşayanlar bilir ki, bir neçə il qabağa qədər Azərbaycanın mal bazarlarına Qazaxıstandan xüsusi işbazlar gəlirdi və qoca arıq atların birini 50-70 manata alaraq diri şəkildə ölkələrinə aparırdılar. Sonradan Astana xaricdən at və at əti idxalına qadağan qoydu və bu biznes də dayandı. İndi isə böyük ehtimalla həmin atlar daha ucuz qiymətə eşşəklərlə birlikdə ət emalı sexlərinə yönəldilir. Yəni bir atın orta hesabla 200 kiloqrama qədər ət verdiyi nəzərə alınarsa, bu üsulla il ərzində 1500 tona yaxın at və eşşək ətinin kolbasa sexlərinə verildiyini güman etmək olar. Bu, 2012-ci ildə Azərbaycanda toplam istehsal edilmiş kolbasa məmulatlarına təxminən bərabərdir. Statistikaya görə, inişil ölkədə 1543,8 min ton kolbasa istehsal edilib ki, bunun 844,8 tonu Bakının, 600 tonu Abşeron iqtisadi rayonunun, 61,5 tonu Gəncənin, 11,1 tonu Göygöl rayonunun payına düşüb. 

Şirkətlər kolbasa məmulatlarının ətdən ucuzluğunu Hindistandan gətirilən ucuz sümüksüz ətlə izah edirlər. Düzdür, 2012-ci ildə Hindistandan 3,5 min ton sümüksüz camış əti gətirilib. Amma onun kiloqramını Hindistanda təxminən 2 dollara verirlər. Digər xərclər nəzərə alındıqda həmin ətin kiloqramı 3 manata düşür. Yerlərdən alınmış at ətinin kiloqramı isə 15-20 qəpikdən baha olmur, məsələn 200 kiloqram ət verən ata kolbasa sexləri indi 30 manat ödəyirlər. Özü də Hindistan ətinin əsasən restoranlara və şadlıq evlərinə verildiyi kimsədən gizli deyil. Bəzi şadlıq evlərində hətta Hindistan ətindən bozartma da bişirirlər ki, bunu dadından dərhal hiss etmək olur. Həm də ANS PRESS-in araşdırmasına görə, at və eşşək ətinin bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərən kolbasa sexlərinə verilir. Rəqəmlər bu durumda ölkədə istehsal edilən kolbasa məmulatlarının təxminən yarısının at və eşşək ətindən istehsal edildiyini güman etməyə imkan verir. 

Əslində at ətinin qidada istifadə edilməsində böyük qəbahət yoxdur, Orta Asiyanın əksər türk respublikalarında at əti yeyilir. Həm də 1-2 illik cavan atların əti dietik sayılır və qara ciyər xəstəliklərinin dərmanıdır. Lakin Azərbaycanda kəsilən atların yaşı 10-15-i keçdiyinə görə onların əti bu özəlliklərə malik deyil. Həm də digər türk xalqlarından fərqli olaraq oğuz türkləri, yəni türkiyəlilər, türkmənlər və azərbaycanlılar tarixən at əti yeməyiblər. Türkmənistanda hətta ata qida məqsədi ilə kəsmək cinayət sayılır. Eşşək əti yemək isə şəriət qaydalarına görə məkruhdur. Burada ən təhlükəli məqam isə həmin ətlərin normal sanitariya şəraitindən uzaq, heç bir baytar nəzarəti olmadan kəsilməsindədir. Yəni haramlığı bir yana, bu cür gizli kəsilən ətlər istehlak bazarına çox dəhşətli xəstəliklər bəxş edə bilər. 

Elə bu səbəbdəndir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da, qanunvericiliyə görə, heyvan kəsimə getməzdən qabaq mütləq həkim nəzarətindən keçməlidir. DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, əgər heyvan kəsimə göndərilirsə ilk növbədə bəsləndiyi məntəqədə baytar nəzarətindən keçməlidir: “Yəni yerli baytar həmin heyvanın kəsilməsinə icazə verməlidir. Çünki sahə baytarı bilir ki, həmin heyvana qarşı hansı tədbirlər aparılıb, hansı vaksinalar və dərmanlar vurulub. Əgər heyvana vaksina vurulubsa, onu kəsmək olmaz, müəyyən müddət keçməlidir. Çünki vaksina əslində müəyyən xəstəliklərin virusudur. Məsələn, heyvana qara yara peyvəndi edilibsə, 10 gün kəsmək olmaz; zərdabı vurulubsa, müddət 14 günə qalxır. Dabaq vaksini vurulubsa, heyvanı 21 gün kəsmək olmaz. Həmin müddət ərzində heyvanda xəstəliyə qarşı immunitet yaranır və həmin virusları yox edir”,- deyə DBX təmsilçisi vurğulayır. 

Yəni baytar heyvanın kəsimə yararlı olması barədə diri halda baytarlıq şəhadətnaməsi verməlidir. Daha sonra heyvanı kəsim məntəqəsinin baytarı diri halda müayinə etməlidir, şübhəli məqam akarlasa, kəsimi dayandırmalıdır. Məntəqənin baytarı kəsimdən sonra isə ətin müayinəsini aparmalıdır. Bu zaman qan, dərialtı toxumalar, içalat və s. müayinə edilməlidir. Bu, vərəm kimi parazitar xəstəliklərin müəyyən edilməsi üçün aparılır. Amma reallıq göstərir ki, Azərbaycanda bu normalara əməl edilmir. Yalnız Bakı və Gəncə kimi iri şəhərlərin bazarlarında, iri qəssabxanalarda baytarlıq ekspertiza laboratoriyaları var. Yəni bu məntəqələrdə kəsilən ətlərin vəziyyətinə az-çox nəzarət etmək olur. Amma ən qarışıq vəziyyət regionlardadır. 

Son 20 ildə bu sahədə vəziyyət xeyli çətinləşib - heyvan sayı artıb, baytar həkimlərin sayı isə dəfələrlə azalıb. Məsələn, ölkə üzrə 1,8 milyon iri buynuzlu və 5,3 milyon xırda buynuzlu mal-qaranın olduğu 1983-cü ildə Azərbaycanda 3 mindən çox baytar həkim olub. Onların təxminən 1000-i zonalar üzrə, 2000-dən çoxu isə kolxoz və sovxozlarda fəaliyyət göstərib. 2013-cü ildə ölkədə 2,7 milyon iri buynuzlu və 8,7 milyon xırda buynuzlu mal-qara qeyddiyyatdadır. Yəni statistikaya görə 50 faiz artım olub, real artım isə daha yüksəkdir. Baytar sayı isə üç dəfə azalıb. İndi Azərbaycanın regionlarında fəaliyyət göstərən həkim sayı isə 1000-dən çox deyil. Adətən 5-6 kəndə bir baytar həkim nəzarət edir ki, onun da praktiki olaraq bütün heyvanlara nəzarət etməsi mümkün deyil. Yəni normal baytar nəzarəti göstərilməsi üçün kiçik və orta kəndlərin hər birində bir baytar həkim, böyük kəndlərdə isə 2 və ya 3 baytar həkim ştatı açılmalıdır. Azərbaycanda 4500-ə yaxın kənd və kəndlərdən elə də fərqləməyən qəsəbə var ki, bu hesabla ölkə üzrə dövlət ştatında olan baytar sayı 5 mini keçməlidir. Yəni indi Şəmkir kimi iri bir rayonda cəmi 20 baytar həkim var ki, onların kəsilən bütün ətlərə, kəsimə gedən bütün heyvanlara nəzarət etməsi fiziki cəhətdən mümkün deyil. 

DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, Azərbaycanda bu sayda baytar həkim var, yəni ştatlar açılarsa, onları kadrla təmin etmək çətin olmaz. “Beynəlxalq Epizodik Büronun xüsusi qrupu araşdırmışdı və ortaya çıxarımışdı ki, Bakı və rayonlarda toplam 5 minə yaxın baytar var. Əgər dövlət bu sayda baytar ştatı açarsa, təbii ki, istənilən səviyyədə nəzarəti həyata keçirmək olar”,- deyə təcrübəli baytar vurğulayır. 

Lakin burada vacib olan başqa bir məqam heyvanların birkalaşdırılmasıdır. Əgər bütün heyvanlara doğulan andan birka vurularsa murdar ətlərin, at və eşşək ətinin sexlərə gedib çıxması mümkün olmaz. Ən azından ətin qaiməsində kəsilən heyvanın birka nömrəsi yazılar ki, çağdaş texnologiya ilə ilkin heyvanın nə olduğunu ortaya çıxarmaq çox asan olar. Xarici ölkələrdə istənilən qaramal üçün pasportlaşma aparılır, doğumdan tutmuş kəsimə qədər heyvanlar barədə bütün məlumatlar mərkəzləşmiş bazada topdanır. Bstənilən baytar birka nömrəsi ilə ölkənin istnilən yerindən internetə girərək heyvan barədə məlumat ala bilir. Yəni belə olan halda xəstə və vaksinləşdirilmiş heyvanın kəsimə verilməsi də qeyri-mümkün olur. “Bu sahədə bizdə də beynəlxalq təşkilatlarla layihələr aparılır. Artıq bütün cins atların nömrəsi var, xaricdən gətirilmiş mallara da nömrə vurulur. İndi bütün heyvanların birkalaşdırıması üzrə layihə var. İlkin mərhələdə bunu dövlət vəsaiti hesabına həyata keçirmək nəzərdə tutulur, sonra isə sahibkarların hesabına gerçəkləşdiriləcək. Zənnimcə, bu gerçəkləşdirildikdən sonra ölkədə baytar nəzarəti daha da güclənəcək, at və eşşəklərin, murdar və xəstə ətlərin istehlak bazarına girməsinin qarşısı alınacaq”, - deyə Fizuli Qurbanov bildirir. 
Oxşar xəbərlər
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI