Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib
Oxunub: 766
28 Dec 2021 | 17:47
Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib
Dekabrın 28-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu  komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşdan sonra geniş ictimai müzakirələri keçirilib.
 
Ölkənin aparıcı media orqanlarının və qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirak etdiyi iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Media haqqında” qanun layihəsi birinci və ikinci oxunuşlarda çox geniş müzakirə olunub, deputatlar çoxlu sayda təkliflər irəli sürüblər. Bu layihənin birinci oxunuşu yenə bu komitələrin birgə iclasında ictimai müzakirə formatında olmuşdu. Bundan sonra işçi qrupunun üzvləri və biz media nümayəndələri ilə 10-a yaxın görüş keçirmişik. İş üslubumuza  uyğun olaraq oxunuşlar arasında belə görüşlər keçirilir. Qərara gəldik ki, üçüncü oxunuş ərəfəsində də aparıcı media nümayəndələri ilə bir daha görüşək, sual-cavab formatında müzakirəmizi davam etdirək. Bizim bu gün üzrlü səbəblərdən burada iştirak edə bilməyən media nümayəndələri ilə də işçi qaydasında görüşlərimiz olub, onları dinləmişik, təkliflərini dəyərləndirmişik, müvafiq açıqlamalar vermişik.
 
İclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu qanun medianın konstitusiyasıdır, təməl qanunudur. Komitə sədri iştirakçıları müzakirələrdə bu qanunun qəbulundan sonrakı dövrlə bağlı, bundan sonrakı addımların nə olması ilə bağlı fikirlərini bildirməyə üstünlük verməyə çağırıb.  
 
Müzakirələr zamanı “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, RealTV-nin baş direktoru Mirşahin Ağayev, “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov, “Sputnik-Azərbaycan”ın əməkdaşı Ülkər Abdullayeva, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “1 news.az” saytının baş redaktoru Kəmalə Məmmədova, “Oxu.az” saytından Pərvin Abbasov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev,  “Vision” internet televiziyasının icraçı direktoru Şöhrət Eldəniz, “Region plus” jurnalının baş redaktoru Namiq Mailov, “Bakı-Xəbər” qəzetinin baş redaktorunun müavini Tahir Tağıyev, “Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli çıxış ediblər.
 
Media nümayəndələri çıxışlarında vurğulayıblar ki, “Media haqqında” qanun layihəsi heç bir halda söz, fikir və mətbuat azadlığı kimi əsas hüquqların məhdudlaşdırılmasına xidmət etmir. Bu hüquqlar Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardır və məhdudlaşdırılması mümkün deyil. Sənədin media sahəsində nizam-intizam yaradacağına, media subyektinin adından, jurnalist vəsiqəsindən sui-istifadə hallarını aradan qaldıracağına əminlik ifadə olunub. Həmçinin qeyd edilib ki, qanun layihəsində yer alan imtiyaz və güzəştlər media subyektlərinin və jurnalistlərin peşəkarlığının artırılmasına zəmin yaradacaq.
 
Tədbirdə səslənən fikirlərə münasibət bildirən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov dövlətin media sahəsində həyata keçirdiyi islahatların yeni mərhələsinin üç əsas istiqamətindən danışıb. O, media sahəsində normativ-hüquqi bazanın yenilənməsi, media subyektlərinin iqtisadi müstəqilliyinə nail olunması, bu sahədə peşəkarlığın artırılması istiqamətlərində uğurların əldə olunması üçün normativ hüquqi bazanın yenilənməsinin zərurətini vurğulayıb. Bu zərurətdən irəli gələrək Hərtərəfli əsaslandırma nəticəsində hazırlanmış “Media haqqında” qanun layihəsinin tənqidlərə dözümlülüyünü qeyd edən Əhməd İsmayılov sənədin hazırkı reallıqları əks etdirdiyini bildirib. Diqqətə çatdırıb ki, layihə qəbul olunacağı təqdirdə media sahəsində bütün istiqamətlər üzrə islahatların həyata keçirilməsi üçün zəruri hüquqi platforma rolunu oynayacaq və prosesin sürətlə həyata keçirilməsinə, boşluqların aradan qaldırılmasına zəmin yaradacaq.
 
Media sahəsində hüquqi çərçivəni müəyyən edəcək qanunun qəbulundan sonra müvafiq normativ aktların qəbul olunacağını bildirən  Əhməd İsmayılov bu sənədlərin də tezliklə müzakirəyə çıxarılacağını qeyd edib.
 
Vurğulanıb ki, media subyektlərinin və jurnalistlərin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsinə imkan yaradacaq sənəd, həm də mediadakı qeyri-müəyyənliklərə son qoyacaq, KİV-lərin peşəkarlığının artırılmasını stimullaşdıracaq.
 
İclasda iştirak edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, müzakirəyə çıxarılan layihənin ölkənin milli qanunvericilik sistemində fundamental hüquqi  bazası mövcuddur. Bu sahədə hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar uzun müddət Azərbaycanda media sahəsində fəaliyyəti tənzimləyən faydalı sənədlər olub. Bu qanunlar əsasında vahid bir sənədin hazırlanması zamanın tələbindən irəli gələn zərurətdir. Şöbə müdiri bildirib ki, geniş spektri əhatə edən qanun layihəsində heç bir məhdudlaşdırıcı norma mövcud deyil. Sənəddə media subyektlərinin təmsilçilərinin hüquqları vəzifələrindən daha çox təsbit edilir, eyni zamanda, bu sahəyə hüquqi nəzarəti həyata keçirən dövlət qurumlarının vəzifələri hüquqlarından daha çox təsbit olunur və bu, qanunun müvəffəqiyyətini şərtləndirən əsas amillərdən biri olacaq. 
 
Diqqətə çatdırılıb ki, qanuna edilən bir çox konstruktiv təkliflər nəzərə alınıb. Belə ki, 13.3-cü maddə yeni redaksiyada verilib. Sənədə internet üzərindən audiovizual proqramların yayımlanması ilə bağlı məsələlərin əks olunduğu 30.8-ci maddə əlavə olunub. 39-cu maddədə tütün məmulatlarının açıq nümayişi ilə bağlı tənzimləmə aparılıb. Layihədə, habelə 26-cı maddəyə dair siyasi partiya mənsublarının ümumiləşdirilmiş təklifi nəzərə alınaraq,  siyasi partiyalar və dini qurumlarla bağlı normaların hüdudları müəyyən edilib və yeni redaksiyada hazırlanıb. 
 
Sonra davam edən müzakirələrdə çıxış edən “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli, Mətbuat Şurası sədrinin müavini Ümid Mirzəyev, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı İlhamə Rəsulova, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli qanun layihəsinin mükəmməl hazırlandığını, demokratik prinsiplərə uyğun olduğunu söyləyiblər, media subyektlərinin fəaliyyətini tənzimləyən sənəd olaraq bu sahədə fəaliyyət göstərən peşəkar jurnalistlərin hüquqlarının qorunması baxımından əhəmiyyətindən bəhs ediblər.
Sonra Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov qanun layihəsi ətrafında aparılan müzakirələr barədə danışıb və nəticədə konsensusun əldə edildiyini deyib. Sənədin geniş şəkildə müzakirələrinin keçirilməsi, bununla bağlı ictimaiyyətin məlumatlandırılması üçün şərait yaratdığına görə işçi qrupu adından Milli Məclis rəhbərliyinə təşəkkürünü ifadə edib.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli iclasda çıxış edərək bildirib ki, qanunda insan hüquqları baxımından hər hansı məhdudlaşdırıcı norma mövcud deyil. Əvvəlki qanuna müsbət rəylər verilib, yeni qanunda həmin normalar qorunub saxlanılıb, yeni normalar isə tənzimləyicidir, məhdudlaşdırıcı deyil. Bildirilib ki, bizim Avropa təsisatları ilə insan hüquqları sahəsində əməkdaşlığımız uğurla davam edir və bu qanun da bunun ən yaxşı nümunələrindən biridir. 
 
İclasda çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanun layihəsi ilə bağlı müxtəlif platformalarda aparılan müzakirələr, səsləndirilən fikirlər barədə statistik məlumat verib. O, ölkədə həyata keçirilən islahatlarda şəffaflıq baxımından medianın rolundan bəhs edib. Qeyd edib ki, qanun təkcə media subyektlərini deyil, mediadan kənar strukturları da canlandırıb, maraqlı diskussiyaların aparılmasına səbəb olub. Sənədə siyasi partiyaların təmsilçiləri, sosial şəbəkə istifadəçiləri tərəfindən bir çox şərhlər və rəylər bildirilib. Komitə sədri güclü medianın dövlətin də güclənməsində vacib rol oynadığını söyləyib. O, qanun layihəsinın media azadlığının gücləndirilməsi, sağlam jurnalistikanın inkişafı, xaricdən asılılığın aradan qaldırılması nöqteyi-nəzərindən əhəmiyyətini qeyd edib, qanun layihəsinin hüquqi cəhətdən yaxşı hazırlandığını bildirib.
 
Bununla da  “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri başa çatıb.
 
 
Oxşar xəbərlər
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI