"Moskvanın əvvəlcədən bu səfərdən xəbardar olmaması heç inandırıcı deyil..."
Oxunub: 3677
24 Dec 2021 | 14:41
28 il ərzində vasitəçilərin Ermənistanın siyasi oyunbazlığına göz yummasının, 27 il boyunca BMT-nin Azərbaycanla bağlı məlum dörd qətnaməsinin kağız üzərində qalmasının cəmiyyətimizə məlum olan cavabı hər ötən gün yeni-yeni təsdiqini tapır. Siyasi riyakarlığın və ikili standartların miqyası  artıq ikrah hissi doğurmaya bilmir. Prezident İlham Əliyev elə bu günlərdə, Brüsseldə İtaliyanın “İL Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə ölkəmizin üzləşdiyi ədalətsizliyi beynəlxalq birliyin diqqətinə bir daha çatdırdı:
 
“Əgər Minsk qrupunun həmsədrləri-dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?”
     
Müharibə günlərində Fransa rəhbərliyi aşkar şəkildə nümayiş etdirdi ki, Ermənistan Fransa üçün çox doğmadır, onun “sevimli bacısıdır”. Əgər belə olmasaydı, Fransa Prezidenti Emmanuel Makron müharibənin ən qızğın günlərində bu bəyanatı verməzdi: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Bəyanatın ardınca Fransa Senatı separatçı rejimin tanınması ilə bağlı  qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Bir vaxtlar münaqişənin guya danışıqlar masasında sülh yolu ilə həlli öhdəliyini üzərinə götürən, BMT-nin həmin o dörd qətnaməsinə imza atan və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Fransa siyasətçilərinin bu cür bəyanat və qərarları sübut etdi ki, hətta Avropanın bu qabaqcıl ölkəsinin indiki siyasi elitası, lazım gəldikdə, beynəlxalq-hüquq normalarını  çox asanlıqla arxa plana keçirir. Bir müddət əvvəl Fransanın öz mətbuatından öyrəndik ki, orada prezidentliyə iddia edən Erik Zemmurun İslama və müsəlmanlara münasibətdə ciddi fobiyası var. O bəyan edir ki, prezident seçiləcəyi təqdirdə, yeni doğulan uşaqlara Məhəmməd adının verilməsinə qadağa qoyacaq. Az əvvəl isə, “Charlie Hebdo” satirik jurnalı Məhəmməd peyğəmbərin (s.a.s) karikaturasını çəkməyə cəsarət etmişdi. Bu, artıq o deməkdir ki, söhbət təkcə prezidentliyə hansısa iddialının şəxsi fobiyasından getmir. Məsələ daha dərindir, Fransa cəmiyyətində siyasilərin məsuliyyətsiz bəyanatları ucbatından demokratik dəyərlər, o cümlədən bu dəyərlərin tərkib hissəsi olan dini dözümlülük də ciddi basqı altındadır...
     
Brüsseldə qeyri-formal üçtərəfli görüşdən sonra Prezident Makron özünün “Twitter” səhifəsində belə bir paylaşım etdi : “Biz erməniləri heç vaxt darda qoymayacağıq...”. Az qala 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan, işğal dövründə torpaqlarımızı viran qoyan, tarixi, mədəni və dini abidələrimizi, məscidlərimizi təhqir edən, hətta qəbirlərimizdə goreşənliklə məşğul olan, BMT qətnamələrini və beynəlxalq hüququ heçə sayan erməniləri kimlərsə hələ də təqib olunan toplum gözündə görürsə, bu, sağlam məntiqin artıq dalana dirənməsi deməkdir... 
     
Təəssüf ki, məntiqsizlik, hüquqi nihilizm və siyasi riyakarlıq bununla bitmir. Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransa prezidentliyinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Xankəndi şəhərinə qanunsuz səfər edib. Azərbaycan növbəti dəfə Fransaya etiraz notası verib. Qeyd etdiyim kimi, Fransa hakimiyyətinin və siyasi elitasının erməni sevgisi ölkəmiz üçün artıq sirr deyil. Əgər xanım Perkez ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərib beynəlxalq-hüquq normalarına əməl etsəydi və məhz Azərbaycan ərazisindən keçməklə Xanın kəndinə getmək istəyini açıq şəkildə Azərbaycan hakimiyyətinə bildirsəydi, əminəm ki, onun bu müraciəti adekvat şəkildə dəyərləndirilərdi. Lakin o, ölkələrimiz arasında mövcud olan viza rejimi qaydalarını pozaraq, səfərini Ermənistan üzərindən həyata keçirdi. Fransa siyasətçilərinin bu cür addımları ölkəmizin xoşməramlı jestlərinə və dost münasibətinə açıq-aydın edilən hörmətsizlikdir. Elə bu səbəbdən, son il yarımda ikinci belə bir ölkə yoxdur ki, Azərbaycan ona bu sayda etiraz notası versin. İlk növbədə, Fransa ictimaiyyəti və daha sonra siyasi elitası bilməlidir ki, diplomatlarımız peşələrinə uyğun şəkildə davrana və təmkin nümayiş etdirə bilərlər. Lakin bu, o demək deyil ki, Azərbaycan cəmiyyəti onun inamına, xoş niyyətinə və dostluq jestlərinə edilən hörmətsizliyi unudacaq  və tarixi yaddaşına kölgə salanları bağışlayacaq...
   
Bir önəmli məqamın üstündən də sükutla keçmək mümkün deyil. Fransa siyasətçiləri Xankəndinə Rusiya sülhməramlılarının  müvəqqəti nəzarəti altında olan ərazimizdən keçməklə səfər ediblər. Moskvanın əvvəlcədən bu səfərdən xəbardar olmaması ilə bağlı ehtimal az inandırıcı yox, heç inandırıcı deyil. Görünür, Kremlin belə bir səfərin baş tutmasında öz marağı var. Dünya ictimaiyyəti son beş ildə ABŞ-da baş verən siyasi qarşıdurmanı hələ də unutmayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp  Kremlin adamı olması ehtimalına görə impiçment proseduru ilə üzləşdi. İndinin özündə də bu cür iddialar səngimir. Fransadakı erməni əsilli seçicilərin dəstəyini əldə etmək pərdəsi altında qanunsuz səfərlərə  və absurd bəyanatlara imza atanlar onu da  bilməlidirlər ki, gün gələcək, onların ölkəsinin erməni kökənli olmayan, qat-qat daha böyük seçici auditoriyası seçim etməzdən əvvəl özünə bu sualı verməli olacaq: Rusiya Fransız siyasətçilərinin Xankəndinə qanunsuz səfər etməsinə imkan verərkən hansı marağını güdürdü və onları Rusiyaya bağlayan hansı gizli tellər mövcuddur? Bağlılığın arxasında ABŞ-ın keçmiş prezidenti D.Trampa qarşı səsləndirilən həmin iddianın Fransanın  bu siyasətçilərinə qarşı irəli sürülməsinə də əsas varmı? İnanıram ki, bu cür suallar Fransa ictimaiyyətini düşündürəcək və ya belə sualları onların yadına salan mütləq tapılacaq... 
     
Böyük siyasət adamı Uinston Çörçillin belə bir kəlamı var: “Həqiqət şalvarını geyənə qədər yalan düz dünyanı dolanar”. Bu kəlamın hikmətindən çıxış etsək, inanmalıyıq ki, yalan da bir gün faş olaraq lüt qalır və heç bir bəhanə, hər hansı uydurma arqument, yaxud fobiya onun ayıbını örtə bilmir.
 
Ülvi Quliyev
Milli Məclisin deputatı
 
Oxşar xəbərlər
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB