"Hazırda ölkədə hər zaman olduğu kimi qana olan təlabat qan ehtiyatlarımızdan aşığı səviyyədədir. Buna misal gündəlik sosial şəbəkələrdə qana ehtiyacı olan insanların təlabatları üçün verdiyi elanları göstərmək olar".
Bu sözləri Moderator.az- a açıqlamasında Qan Donorlar Assosasiyasının sədri Fuad Əsgərov bildirib:
"Etiraf etməliyik ki, ölkəmizdə könüllü və təmənasız qan donorluğu hələ də biz istədiyimiz səviyyəyə çatmayıb və qan xəstləiklərindən əziyyət çəkən insanlarla bərabər digər qana ehtiyaclı insanlar qanı rahatlıqla əldə edə bilmir. Amma bu demək deyil ki, bu istiqamətdə işlər getmədiyi üçün vəziyyət belədir. Xeyir, istər Mərkəzi Qan Bankı, istərsə də Qan Donorları Assosiasiyası qan donorluğunun inkişafı üçün gərəkli adımlar atır, maarifləndirmə və təbliğat işləri günü -gündən genişləndirilir. Lakin bu vəziyyətin gedişatına sürətli təsir edə bilmir. Səbəb olaraq düşünürəm ki, vətəndaşlarımızın mövzuya laqeyid yanaşmasıdır. Qan həyat mənbəyidi ! Və insan qanı yalnız digər insanın həyatı təhlükəsi zamanı yaşaması üçün istifadə olunan zəruri tibbi vasitədir. İnsanlar bu mərhəmətli və nəcib addıma diqqətl və qayğı ilə yanaşmalıdır.
Hazırda ölkədə bir necə təbəqəli qan vermə aksiyalı həyata keçirilir. Bir çox dövlət və özəl qurumlar il ərzində bir və ya iki dəfə öz əməkdaşları arasında qanvermə aksiyası keçirir.
Bir çox hallarda insanlar könüllü sürətdə Mərkəzi Qan Bankına yaxınlaşaraq könüllü olaraq qan verir.
Amma bir başqa məqamda qana ehtiyacı olan insanların yaxınları tərəfindən pasiyentin həyatda qalması üçün verilən qanvermə proseduru mövcuddur.
Biz hər zaman insanları elansız, aksiyasız və dəvətsiz sadəcə ildə bir neçə dəvə könüllü və təmənnasız qanverməsini tövsiyyə edirik. Qanvermə insan orqanizmi üçündə əvəzsiz faydaya malikdir. Bu həm də sağlam həyat tərzidir".
Xəyalə Rəis