“Uşaq Gültəkin Hacıbəyliyə qarşı təzyiq vasitəsidir”
Cəmiyyət
Oxunub: 5440
23 Jan 2014 | 14:38
“Uşaq Gültəkin Hacıbəyliyə qarşı təzyiq vasitəsidir”


Moderator.az  xəbər verir ki, Milli Şuranın Beynəlxalaq Münasibətlər komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin siyasi sifarişli məhkəmə təqiblərinin ardı-arası kəsilimir. Hal-hazırda  Yasamal, Nəsimi rayon məhkəmələrində və Ali Məhkəmədə Gültəkin Hacıbəyliyə qarşı dörd məhkəmə icraatı davam edir. Məhkəmə təqiblərinin vəziyyəti ilə bağlı Gültəkin xanımın vəkili Bəhruz Bayramovla söhbəti Moderator.az təqdim  etdir:

- Bəhruz müəllim, Gültəkin xanımın oğlu ilə bağlı məsələ nə yerdədir?
- Apelyasiya məhkəməsi Nəsimi rayon məhkəməsinin  qanunsuz və əsassız qərarını qüvvədə saxlayıb və daha böyük qanunsuzluğa gedib. Eyni predmet, eyni hal üzrə Səbail rayon məhkəməsinin 01 may 2006-cı il tarixli qətnaməsi oldu. Qətnamə Mahmud Mehdiyev tələb etmədiyi üçün bir dəfə də icraya yönəlmədiyi halda, Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətov 9 ildə bir dəfə oğlu ilə görüşə gəlməyən  iddiaçıya həftədə 6 gün 5 saatlıq görüş verdi. Uşağın məktəbli olduğunu nəzərə alsaq, bu uşağı anadan və təhsildən ayırmaqdır. Beləliklə, eyni hal, eyni predmet üzrə iki qətnamə - Səbail və Nəsimi rayon məhkəmələrinin qətnamələri oldu ki, bu da ciddi qanunsuzluqdur. Apelyasiya Məhkəməsi bu qanunsuzluğu aradan qaldırmaq əvəzinə daha böyük qanunsuzluq etdi. Təsəvvür edin, məhkəmə bizim Nəsimi rayon məhkəməsinin qətnaməsindən şikayətimiz əsasında Nəsimi rayon məhkəməsinin qətnaməsini deyil, Səbail rayon məhkəməsinin 2006-cı ildə qanuni qüvvəyə minmiş qətnaməsini dəyişdirdi! Bir hüquqşünas kimi bunun nə demək olduğunu hələ də anlaya bilmirəm. Neçə nəfər təcrübəli hüquqşünasla məsləhətləşmişəm, hamı bu qərarı anlamaqda acizdir. Bunun bir izahı var: hüquq biabırçılıq!  Uşaq dərsdən evə 6-da qayıdır, məhkəmə saat 4-dən 10-dək ataya görüş verir. Yəni, uşaq məktəbdən yarımçıq çıxıb ata ilə görüşə getməli, dərslərinə hazırlaşmamalı və gün ərzində anasını ümumiyyətlə görməməlidir. Azərbaycan məhkəmə praktikasında uşağın həftənin 6 günü ataya verilməsi nümunəsi yoxdur. Bu, ilk dəfə Gültəkin xanıma şamil olundu. Özü də hansı ataya? Bu ata 9 il ərzində övladı ilə maraqlanmayıb. Biz iyun ayında aliment tələbi ilə Nərimanov məhkəməsinə müraciət etmişik. Məhkəmə uşağa 200 manat aliment kəsib.

- Mahmud Mehdiyev aliment ödəməkdən imtina edir?
- Bəli. Mahmud Mehdiyev 9 ildə uşağına bir manat xərcləmədiyi azmış kimi, indi də bu 200 manatı ödəmək istəmir. Qətnamədən şikayət verib ki, maddi vəziyyətim ağırdır, heç yerdə işləmirəm, gəlirim yoxdur, valideynlərimin himayəsində yaşayıram, başqa nigahdan da uşağım var, ona da aliment ödəməliyəm. Evi də yoxdur. Bəs məhkəmə hansı əsasla uşağı onu 9 il ərzində yüksək səviyyədə təmin edən, təhsil verən anasından ayırıb həftənin 6 günü belə bir adama verir? Onun 200 manat aliment ödəmək imkanı yoxdursa, valideynlərinin pensiyası ilə dolanırsa, uşağı 6 gün harada, necə saxlayacaq, necə oxutduracaq? Məhkəmədə  “uşağı 9 ildir anası saxlayır, 4 ildir Qafqaz Gimnaziyasında oxutdurur, heç olmasa bu ilin təhsil haqqını ata kimi siz ödəyin” dedim. Mahmud “mən niyə ödəməliyəm ki, getsin atalığı ödəsin” cavabını verdi. Dedim məktəb uzaqdır, uşağı məktəbə aparıb-gətirmək lazımdır. Yenə də “atalığı aparıb-gətirsin” dedi. Indi təsəvvür edin, Azərbaycan məhkəməsi 9 yaşlı körpəni anasından ayırıb belə mənəviyyat sahibinə vermək barədə qətnamə çıxarır. Məhkəmə uşağı faktiki olaraq anasından alıb onu saxlamaqdan imtina edən ataya verir.  Mən bu mənəviyyatsızlıqların arxasında olanlara səslənirəm, ayıbdır, sizin də övladınız var. Adam belə şeyləri görəndə, sadəcə, xəcalət çəkir.  
Uşaq Mehdiyevlə görüşməkdən qəti şəkildə imtina edir, onu ata kimi qəbul etmir, stresdən nevroz xəstəliyinə tutulub. Mən bütün görüşlərdə iştirak etmişəm. Ata  guya 9 ildir həsrətini çəkdiyi oğlunun ad günündən bir gün əvvəl görüşə gəlmişdi. Uşağı ağlatdı, onun anasını, ailəsini təhqir etdi,  ancaq “oğlum, sabah ad günündür, səni təbrik edirəm” deyib övladına bir dondurma vermədi. Yasamal rayon məhkəməsinin dekabrda keçirilən iclasında uşaq ağır xəstə olduğu üçün Gültəkin xanım iştirak edə bilmədi. Məhkəmədə uşağın yüksək hərarəti olduğunu deyirəm, ata və bibi uşağın vəziyyətini soruşmaq əvəzinə “nə olsun, məhkəməyə gəlməli idi” dedilər. Mən söz tapa bilmirəm. Hətta Gültəkin xanıma qarşı heç bir əsas olmadan qanunsuz icraat aparan hakim də “siz necə insansınız, birinizin övladıdır, birinizin qardaşı övladı, uşağın üstünə həkim gəlir, siz deyirsiniz ana onu o vəziyyətdə qoyub məhkəməyə gəlsin, uşağın mənafeləri var axı” deməli oldu. Yəni, Mahmud Mehdiyevi uşağın öldüsü-qaldısı maraqlandırmır. Uşaq burada ancaq Gültəkin Hacıbəyliyə qarşı təzyiq vasitəsidir.

- Hakimiyətin məqsədinin Gültəkin xanımdan qisas almaq, onu cəzalandırmaq, Milli Şuradakı fəaliyyətindən yayındırmaq olması və Mehdiyevlərin burada vasitə olması cəmiyyətdə şübhə doğurmur. Bəs Mehdiyevlərin qazancı nədir? Onlar nə istəyirlər? 
- Pul. Mehdiyevlərin məqsədi pul qazanmaqdır. Mahmud Mehdiyev mətbuat konfrasında öz dili ilə ailələrinin müflis olduğunu, maddi sıxıntı çəkdiyini deyib. Alimentlə bağlı şikayət ərizəsində də maddi vəziyyətinin ağır oduğunu,  işləmədiyini, hətta 200 manat aliment ödəyə bilməyəcəyini yazıb və məhkəmədə də bunu təsdiq etdi. Mahmudun anası Məmmədova Nəhayət Vəli qızı keçən ilin iyun ayında Nəsimi rayon məhkəməsinə 50 min dollarlıq iddia ərizəsi ilə müraciət edib. Guya Nəhayət Məmmədova 2003-cü ildə maddi vəziyyəti ağır olan Gültəkin xanıma 50 min borc verib və borcunu geri istəyir. 2003-cü ildə Nəhayət Məmmədova pensiyaçı evdar qadın, Gültəkin xanım isə millət vəkili olub. Nəhayət Məmmədovanın oğlu mətbuat konfransında deyir ki, Gültəkin Hacıbəyli korrupsioner idi, büdcəni çapıb-talayırdı. Birincisi, elə idisə, niyə xüsusi ittiham qaydasında şikayətimizi icraata götürüb bunu sübut etməkdən çəkinirsiniz? Ikincisi, millət vəkili büdcəni necə talaya bilər, onun aldığı əməkhaqqı və müavinətdən başqa büdcə ilə nə əlaqəsi var? Üçüncüsü, büdcəni talayan, korrupsioner millət vəkili maddi vəziyyəti ağır oduğuna görə pensiyaçı evdar qadından borc alır? Bunların iki sözü üst-üstə düşmür, bu gün dediklərini sabah təkzib edirlər. 50 min pulu olan ana niyə oğluna ev almır, adət-ənənələrimizə uyğun olaraq gəlnini oğlunun evinə gətirmir, oğlunu gəlinin evinə köçürüb xəcalətli edirdi? 2003-cü ildə 50 min dollara mərkəzdə üçotaqlı əla təmirli ev almaq olardı. Nəhayət Məmmədova iddia ərizəsində elə beləcə də yazıb ki, Gültəkin xanım öz evini özü təmir etdirməli, avadanlıqlarla, mebellə yenə də özü təhciz etdirməli, sonra isə oğlumla birlikdə orada yaşamalı idilər. Yəni, hər şey - ev, təmir, mebel Gültəkin xanımlıqdır, Mahmud isə ancaq ora köçüb yaşamalıdır. Məncə, elə buradan Mehdiyevlərin kimliyi aydındır. Gültəkin xanım ayrılanda ev təmir olunurdu, yalnız 6 ay sonra evinə avadanlıq, mebel alıb. Nəhayət Məmədova oğlundan boşanmış gəlininə 6 ay sonra pul verir ki, get evinə mebel al? Millət vəkilinin evinə mebel almağa pulu olmur, millət vəkilləri belə yoxsul yaşayırlar, pensiyaçılar isə belə zəngindirlər? Bu nə məntiq, nə düşüncədir?  Digər tərəfdən, borc vermişdisə niyə 2003-cü ildən 2013-cü ilin 17 mayınadək bu barədə bir adama bir kəlmə deməyib? Niyə 10 ildə bu pulu Gültəkin Hacıbəylidən istəməyib? Niyə aralarında illərlə gedən məhkəmə çəkişmələrində bir dəfə də 50 min söhbəti olmayıb? Nə Gültəkin Hacıbəylinin millət vəkili olduğu 2005-2010-cu, nə də sonrakı iki il yarım ərzində 50 min yada düşmür. Özü də, Mahmud Mehdiyev dediyi kimi, imkansız, müflis olmuş bir ailə bu pulu necə unuda bilərdi? Mahmud Mehdiyev 6 iyun 2005-ci ildə, millət vəkili olduğu bir vaxtda Gültəkin Hacıbəylinin “valideynlik vəzifələrinin yerinə yetirmədiyinə görə valideynlik hüquqlarından məhrum edilməsi haqqında” iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. 8 iyun 2005-ci il tarixli qərardadla ərizə geri qaytarılıb. Bir qadına, anaya qarşı bundan daha böyük həqarət ola bilməz. Gültəkin xanımın analıq hüququnu, özü də uşağı pis saxlamaq bəhanəsi ilə şübhələndirən, özlərində bu cəsarəti tapan Mehdiyevlər niyə məhkəmədə 50 minlik borcla bağlı iddia qldırmırdılar? Niyə heç olmasa bir dəfə Gültəkin xanımın özünə demirdilər ki, borc almısan, qaytar. Analıq hüququndan məhrumetmənin qarşısında verdiyin borcun geri istənilməsi nədir ki? Öz övladının anasına qarşı mətbuat konfransı keçirib ona böhtan atmağı özünə sığışdıran, sonra da məhkəmədə özünü danan adamlar Gültəkin Hacıbəyliyə ya kiməsə 50 min dollar borc verib sonra 10 il susardılar? Gözləyirdilər ki, prosessual hüquqda olan bütün iddia müddətləri bitsin, sonra məhkəməyə müraciət etsinlər?

- Qarşı tərəf məhkəməyə bu borcla bağlı hər hansı sənəd təqdim edibmi?
- Məmmədova Nəhayət məhkəməyə bircə sənəd belə təqdim etməyib. Nə borc müqaviləsi, nə qaimə, ümumiyyətlə, heç nə. Adi bloknot vərəqlərinin üstündə Mahmud Mehdiyevin xətti ilə cızmaqaraların surəti məhkəmə tərəfindən necə sübut kimi dəyərləndirilə bilər? Onda hər kəs bloknot kağızının üzərində “filankəsin mənə 50 min borcu var” deyib iddia qaldıra bilər. Belə presedent heç Afrika ölkələrində də yoxdur. Hüquq adına biabırçılıq həm də odur ki, məhkəmə məhz bu cızmaqaraların surəti əsasında Gültəkin xanımın bütün əmlakını 7 aydır həbsdə saxlayır. Gültəkin xanım hakimdən “axı burada bir sübut yoxdur, bu işi necə icraata qəbul etmisiniz” soruşub. Hakim isə “bəlkə sübutları prosesdə təqdim edəcəklər” cavabını verib. Bir milyonluq dələduzluq cinayəti məhkəmə tərəfindən sübut olunmuş Gülər Əhmədovanın 10 manat dəyərində əmlakına həbs qoyulmur, nisyə sübutlarla Gültəkin xanımın bütün əmlakına həbs qoyulur. Bu açıq-aydın siyasi və hüquqi diskriminasiyadır. Mən bir vəkil kimi, bu vəziyyəti başqa cür şərh edə bilmərəm. Mahmud Mehdiyev uşaqla görüşdə mənim, uşağın, Gültəkin xanımın anasının yanında deyirdi ki, hakimiyyət bizdədir, görün nələr edəcəyəm, sizin evinizi əlinizdən alacağam, “kupça”nı ləğv etdirəcəyəm. Uşaq qorxur, ağlayıb stress keçirir, uzun müddət özünə gələ bilmirdi. Hələ də müalicə alır. Indi bütün bunlardan sönra özünüz nəticə çıxardın, görün Mehdiyevlərə nə lazımdır - uşaq, yoxsa pul və ev? Bir kənardan durun, cəmiyyətin reaksiyasına baxın. Mən vəkil kimi tez-tez belə söhbətlərin içində oluram. Övladına 10 ildə bir manat xərcləmə, öldüsü-qaldısı səni maraqlandırmasın, ev vermə, aliment ödəmək istəmə, üstəlik oğlunu 10 ildir təkbaşına, özü də, hansı səviyyədə böyüdən anasına böhtan atıb pul istə. Yəqin ki, Gültəkin xanım övladını ödənişli təhsildən ayırıb pulunu “10 ildir oğul həsrəti çəkən” atasına ödəməli olacaq! Ayıbdır, vallah ayıbdır.  Bu mənəviyyatsızlıqdır. Mehdiyevlər yaraşdırsalar da, sifarişçilər gərək bu biabırçılığı, bu aşağı əyarlılığı özlərinə yaraşdırmayaydılar. Bir qadına qarşı belə çirkli mübarizə aparmazlar!

Oxşar xəbərlər
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
13:13, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
13:08, Bu gün
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Əziz Seyidov təqaüdə göndərildi - FOTO
12:59, Bu gün
"Yaxın günlərdə yox olacağam" - VİDEO
12:54, Bu gün
"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
12:49, Bu gün
İkinci kurs tələbəsi dəm qazından öldü
12:45, Bu gün
Kosmosda böyük təlatüm: İki qalaktika birləşir
12:41, Bu gün
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
12:36, Bu gün
Xatirə Azərbaycanı tərk edir - VİDEO
12:32, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
12:28, Bu gün
"Rusiya Ukraynaya termobarik döyüş başlıqlı "Shahed" raketləri ilə zərbələr endirmyə başlayıb" - ISW
12:24, Bu gün
Bu ay Azərbaycanda 6 gün ardıcıl İŞ OLMAYACAQ
12:20, Bu gün
Azərbaycanlı məşhur qadın oğlu yaşda şəxslə SEVGİLİDİR? - VİDEO
12:16, Bu gün
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
12:12, Bu gün
Elarizin oriental rəqqasə ilə əyləncəsi - VİDEO
12:10, Bu gün
“Mirvari” yenidən Xəzərdə... - FOTOLAR
12:09, Bu gün
Bunu edərkən iki dəfə düşünün... - Xanımlar MÜTLƏQ OXUSUN
12:06, Bu gün
“Baboşların, mamoşların təbliğatı gedir” - Fazil Mustafa
12:02, Bu gün
Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi
11:58, Bu gün
Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”
11:54, Bu gün
BDU-nun SABAH məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub - FOTO
11:50, Bu gün
“600 qəbiristanlıqdan cəmi ikisi salamatdır, vəssalam!”
11:45, Bu gün
2030-cu ilədək milyonçu ola biləcək 4 bürc
11:41, Bu gün
Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinə təqdim edilib - FOTO
11:35, Bu gün
BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir - FOTO
11:30, Bu gün
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
11:25, Bu gün
Əli Əsədovdan yeni QƏRAR
11:23, Bu gün
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
11:20, Bu gün
“Allah eləsin ki, TikTok bağlansın” - VİDEO
11:11, Bu gün
“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”
11:00, Bu gün
Azərbaycanda bu vəzifəli şəxs işdən AZAD OLUNDU
10:55, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10:45, Bu gün
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
10:40, Bu gün
ABŞ-dan Ermənistan və Azərbaycana təşəkkür gəldi: səbəbi...
10:30, Bu gün
Nadir İsrafilov: “Moderator.az moderatorluq ənənəsinə sadiqlik nümayiş etdirir.”
10:10, Bu gün
Soyuq ayların təhlükəli qidası - Zəhərli göbələyi zəhərsizdən necə AYIRAQ?
10:02, Bu gün
"Qarabağ" Tovuz səfərində
09:58, Bu gün
Küçə ticarətinə kim nəzarət etməlidir?
09:53, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:50, Bu gün
Hökumətə iki həftə vaxt verildi: Qiymət artımını dayandırın
09:40, Bu gün
Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq - Polşa
09:34, Bu gün
Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu...
09:28, Bu gün
COP29 ərəfəsində hotellərdə qiymətlər necədir? - Endirimlər də var
09:25, Bu gün
Rusiya gəmilərini Xəzərdən Aralığa göndərəcəkmi?
09:20, Bu gün
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
09:18, Bu gün
Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var
09:15, Bu gün
Rusiya XİN: Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır
09:11, Bu gün
İran bu ölkədən İsraili vurmağa hazırlaşır - TARİX AÇIQLANDI
09:08, Bu gün
Kişi daha tez ölür: niyə qadın pensiyaya tez çıxmaldır? - Ekspert
09:06, Bu gün
Təxminimiz doğruldu- keşiş Baqrat Moskvaya getdi...- 40 erməniyə isə qadağa qoyuldu...
09:05, Bu gün
Ərdoğan və Orban Qırğızıstana səfər edəcəklər
09:02, Bu gün
10 saniyəyə yuxuya getməyin "HƏRBİ ÜSULU"
08:58, Bu gün
Bu gün hava necə olacaq?
08:53, Bu gün
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
08:45, Bu gün
"Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni funksiya gəlir
08:38, Bu gün
“Real Madrid”dən bir milyonluq yardım
08:35, Bu gün
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
08:33, Bu gün
Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq
08:30, Bu gün
"Gürcüstan bunu edərsə, artıq Azərbaycan susmayacaq!" - Elçin Alıoğludan SENSASİON İFADƏLƏR
08:25, Bu gün
Tıxac olan yollar - Siyahı
08:20, Bu gün
Arıqlamağa kömək edir, xərçəngdən qoruyur
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
08:14, Bu gün
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
08:10, Bu gün
Rusiya bu yolla Gürcüstandakı seçkilərə MÜDAXİLƏ ETDİ - Fikrət Yusifovdan ŞOK FAKTLAR - VİDEO
08:05, Bu gün
Uşağı biznesmen kimi böyütmək üçün praktik nümunələr - SƏHƏR OXUSU
08:00, Bu gün
Moderator.az 12 yaşında - VİDEO
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
GÜNLÜK
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili