Valeh Kərimov: “Zeynəb Xanlarova düz deyir, amma...”
Müsahibə
Oxunub: 5629
23 Jan 2014 | 13:04
Valeh Kərimov: “Zeynəb Xanlarova düz deyir, amma...”

Bir müddətdən sonra xalq artisti, bənzərsiz sənətkarımız Valeh Kəırimovun 70 yaşı tamam olur. Moderator.az-ın əməkdaşı belə bir fürsəti qaçırmamaq üçün yubilyarın ayrıla bilmədiyi teatra gedib onunla söhbətləşib.

Söhətdən öncə onun təklifi ilə əzəmətinə görə heç də Bakıdakı teatr binalarından geri qalmayan, əksinə, memarlıq üslubuna və genişliyinə görə onları qabaqlayan Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə bizi tanış edir və söhbət əsnasında bildirir ki, ömrünün 45 ilini bu teatra həsr edib və yanvarın 16-da bu incəsənət məbədinə gəlişinin 45 ili tamam olub. “Deyəsən yubiley yubileyə qaışır” deyib söhbətimizə elə buradan da körpü salırıq:

-Bu 45 il ərzində heç Sumqayıtı Bakıya dəyişmək təşəbbüsü və ya tərəfinizdən belə bir cəhd olubmu? Yoxsa elə “Sumqayıt” deyib dayanmısınız bu yarım əsrdə?

-Bax gəlib özünüz də tamaşanın məşqinin üstünə çıxdınız. Hal-hazırda teatrda bir rejissor kimi tamaşa qoyuram. Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil Kimyagər” əsərinin tamaşasını hazırlayıram. Bu gördüyünüz bina, pilləkənlərdən tutmuş foyeyə, qrim otaqlarından tutmuş 600 nəfərlik zala, səhnəyə qədər hər şey mənə çox doğma və tanışdı. Düzdür, bu binaya 5 ildir ayaq döyürəm. Ömrümün 30 ilini Sumqayıtda yaşamışam. Amma 15 ildir ki, Bakıda yaşayıram. Buna baxmayaraq iş yerim elə Sumqayıtdır.

-Yaşayış yerini dəyişsəniz də tamaşaçı ilə görüş yerini dəyişmədiniz...

-Çünki mən Sumqayıtı və sumqayıtlıları sevirəm. Bu şəhər mənə çox doğmadır. Nə gizlədim, vaxtilə bir-iki dəfə Bakıda işləməyə təşəbbüs də olub. Amma nəsə alınmayıb. Görünür, qismət deyilmiş. Amma səmimi etiraf edirəm ki, Sumqayıt teatrını ürəkdən sevdiyimdən az qala yarım əsr burda duruş gətirmişəm. Deməyim odur ki, ürəkdən sevməsən işləyə bilmərsən bir yerdə uzun müddət. Bilirsiniz, Sumqayıt mənə elə doğmadır ki, hətta həkimə müraciət etmək zərurəti yarananda da Bakıdan Sumqayıta gedirəm. Bütün sumqayıtlılar mənə doğmadır. Özü də yaşıma görə mən burdakıların çoxundan yerli adamam, belə deyək ki, sumqayıtlıyam. Ona görə də məndə bir az ərk də var.

-Teatrın zalları heç dolubmu?

-O zalın dolduğu vaxtlar çox olub.

-Təbii ki, əvvəllər dola bilərdi. İndiləri nəzərdə tuturam.

-Etiraf edək ki, tamaşaçı son illər teatrdan bir az uzaq düşüb. Özü də hər yerdə belədi. Lap Bakını götürün, orda da eyni vəziyyədir. Bu gün tamaşaçını teatra cəlb etmək xeyli çətinləşib. Bu məsələdə təkcə teatrın kollektivi və rəhbərliyi deyil, ətrafdan kömək ediləcəyi təqdirdə irəliləyiş əldə etmək olar. Sovet dönəmində teatrlara dövlət büdcəsindən ayrıca fond ayrılırdı. Teatrlara bilet satışı üçün bütün müəssisələrə göstəriş verilirdi ki, heç olmasa ayda bir dəfə həmin müəssisənin işçiləri bir tamaşaya baxsın. Bundan başqa bütün ölkə boyu mədəni kütləvi tədbirlər üçün ayrıca pul ayrılırdı və bizi zavod-fabriklərə, hətta kolxoz-sovxozlara tamaşa verməyə dəvət edirdilər. Bunun müqabilində də teatra pul keçirirdilər. Bir məsələ də var ki, sovet vaxtı hamı 8 saat işləyirdi, indiki kimi deyildi vəziyyət. İndi bir adam səhər saat 8-də evdən çıxır, gecə saat 11-dək gücü çatanadək işləyir. Evə də elə gəlir ki, teatr hayında olmur.

-Telekanallarda gedən tamaşalara, seriallara baxmağa vaxtınız olurmu? Səviyyə Sizi qane edirmi?

-Teatr tamaşalarına vaxtım olanda məmnuniyyətlə baxıram. Əgər serialları nəzərdə tutursunuzsa birmənalı bildirim ki, mən seriallara baxan deyiləm.

-Yəqin ordakı bayağılığa görə baxmaq istəmirsiniz...

-Bilirsiniz, açıq danışaq, maraqlananda vaxt da tapmaq olar. Seriallardakı süni aktyor oyunlarına baxmağa adamın səbri çatmır.

-Bayaq sovet dönəmindəki puldan danışdınız. Etiraf edilməlidir ki, indinin özündə də büdcədən kifayət qədər pullar ayrılır, ancaq onu səmərəli şəkildə istifadə etmək əvəzinə vecsiz seriallar çəkərək insanı sanki qəsdən iyrəndirirlər. Niyə tutaq ki, Sizin kimi sanballı aktyorlar qıraqda qala-qala az qala bazardan adam tutub rol verirlər?

-Ona görə ki, sanballı artistlərə bir az artıq pul verməli olurlar. Onlar da fikirləşirlər ki, xalq artistinə bu qədər pul verənə qədər elə öz dayım oğluna qəpikdən-quruşdan verib serial çəkərəm, həm ziyarət olsun, həm ticarət.

-Bu günədək neçə tamaşada və filmdə rol aldığınızı hesablamısınızmı?

-Düzü, saymamışam. Mən son illər az-az oynamağıma baxmayın, vaxt olub ki, Sumqayıt teatrındakı bütün baş rolları mən oynamışam. Onda tamaşaçı teatra gəlirdi deyə adamın enerjisi tükənmirdi. Elə olurdu ki, həftədə 4 dəfə tamaşa oynayırdıq.

-Amma filmlərdə çox az gözə dəydiniz...

-Açığı, məni filmlərdə çəkmədilər. Dəvət etmədilər. Özü də mən dəvət edilən yerdən çəkinməmişəm.

-Amma bircə “Bəxt üzüyü”ndə 50 filmdəki qədər populyarlıq qazandınız.

-“Bəxt üzüyü” də elə adı kimi bir qismət idi düşdü. Əvvəl Sumqayıt teatrında onun tamaşasını oynadıq. Sonra o tamaşa televiziyada göründü. Məhz tamaşanın camaat içərisində maraq yaratmasından sonra elə oldu ki, məni və Afaq Bəşirqızını çağırdılar öz rollarımızı kinoda da ifa elədik.

-Afaq xanımla son vaxtlar əlaqəniz varmı?

-Onların teatrı da təmirdəydi, hələ açılışı da olmayıb. Yəni mən gedəndə gedib teatrda onu görürəm, söhbələşirik. Axı hamı bir-birinin evinə getmir ki.

-Deyəsən heç telefonla da hal-əhval tutmursunuz?

-Niyə ki? Hərdən bir zəngləşirik.

-Onun da səhhətində problem vardı.

-Hə, xəsətxanada yanına da getmişdim. Şükür Allaha, vəziyyəti artıq yaxşıdır. Hardasa bir 10 gün olar hansısa tədbirdə görüşdük.

-Xalq artisti fəxri adını neçənci ildə almısınız?

-2000-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan fərmanla almışam.

-Bir müddət öncə fəxri adların sağa-sola və haqqı olmayan adamlara verilməsinə etiraz edən xalq artisti Zeynəb Xanlarova belə bir təkliflə çıxış etmişdi ki, ümumiyyətlə bu adların verilməsindən imtina edilməlidir.

-Zeynəb xanım haqlıdır. Amma indi mən də xalq artisti adını almışam. İndi mən necə deyə bilərəm ki, mən almışam, daha heç kimə verilməısin? Adama nə deyərlər? Bundan imtina etmək yox, ədaləti bərpa etmək lazımdır.

-Sizcə ədaləti necə bərpa etməli?

-Onu vermək haqqı çatanlar deməməlidir ki, filankəs mənim bibim oğlu və ya xalam nəvəsidir, yaxud da kimin nəyidir, ona verməliyəm. Bilirsiniz, burada prezidenti qətiyyən qınamaq doğru deyil. Axı prezidentə siyahı gedəndə onun vaxtı olmur ki, həmin adları bir-bir oxuyub təftiş eləsin. O siyahıları təqdim edənlər düz etmirlər. Təqdimatlarda axtarmaq lazımdır yanlışlıqları. Bəzən elə vəziyyət yaranır ki, birinə xalq artisti adı verirlər, amma onu qonum-qonşusundan, yaxın ətrafından başqa kimsə tanımır. Deyəndə ki, filankəs xalq artistidir, hamı dodaq büzür ki, əşşi, o hara, xalq artisti hara? Hətta çıxın küçədə sorğu keçirin, xalq artisti adı alanların çoxunu cəmiyyət heç tanımır.

-Yəni elələri xalqın deyil, həmin sifarişli təqdimatları verənlərin artisti olur...

-Hansı yollarla aldıqları da hamıya bəlli olur. Amma utanmadan “mən xalq artistiyəm” deyirlər.

-Dediniz ki, vaxtilə enerjiniz var idi və həftədə 4-5 tamaşada baş rolda oynayırdınız. Məşədi İbadın “nə qədər qoca olsam da min cavana dəyərəm” sözlərini tez-tezmi dilinizə və qəlbinizə gətirirsiniz?

-Məndə o enerji tükənməyib. Çox şükürlər olsun ki, 70-i haqlasam da sağlamam. Bunu təbiətin mənə bəxş elədiyi bir nemət hesab edirəm. Bax indi məşqdən çıxmışam, indi mən təzədən qayıdıb məşq də edə bilərəm, tamaşa da oynayaram. Mən bu günə qədər teatrda, məşqdə, tamaşada “yoruldum” sözünü dilimə gətirməmişəm. Əksinə, teatrda mən dincəlirəm.

-70 illik yubileyiniz konkret nə vaxtdır?

-Mart ayının 21-də.

-Deməli, Novruz bayramına düşür yubileyiniz, bu ki, ikiqat bayramdır...

-Mart ayına o qədər böyük sənətkarların ad günləri düşür ki, adama yer qalmır.(gülüşürük) Bir dəfə zarafatla televiziyada dedim ki, nə əcəb məni də çağırmırsınız? Siyahını göstərib dedilər ay Valeh müəllim, vallah, baxın Səməd Vurğun, Cəfər Cabbarlı kimi o qədər adam var ki, günlər “zanit”di, sən hardan yada düşəcəksən?

-Moşu xoşbəxtliyin qafiyəsini tapa bilmədi, bəs Valeh Kərimov həyatda və peşəsində belə bir sindrom yaşamadı ki?

(Ardı var...)

Oxşar xəbərlər
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub