“Səhiyyəyə ayrılan vəsaitin artırılması bu sahədəki problemləri həll edəcək”
Oxunub: 956
28 Nov 2021 | 20:37
“Səhiyyəyə ayrılan vəsaitin artırılması bu sahədəki problemləri həll edəcək”
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səhiyyə sahəsində görülmüş işlər və qarşıda duran problemlərin həlli ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
 
- Əhliman müəllim, artıq il başa çatır. Səhiyyə komitəsinin rəhbəri olaraq, 2021-ci ildə səhiyyə sisteminə ayrılan vəsaitin həcmi, eyni zamanda, xərclənməsində sizi qane edən və etməyən tərəflər nədən ibarətdir?
 
- Əvvəla bildirim ki, bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub.
 
Hesab edirəm ki, büdcənin səhiyyə xərclərilə bağlı vəsaiti ildən-ilə artır. Son 5 ilə nəzər salsaq, büdcədə səhiyyəyə 2.5 dəfə artıq vəsait qoyulub. Bu çox yaxşı bir göstəricidir və əminəm ki, getdikcə də artacaq. Ancaq bütövlükdə götürəndə, yenə də bu xərclər yetərli deyil. Əhaliyə çox yüksək səviyyəli tibbi xidmət üçün bu vəsasit bəzən yetmir. Müstəqilliyimizin ilk büdcəsidir ki, səhiyyə xərclərinin xüsusi çəkisi 6% faizə çatıb. Ümumi Daxili Məhsulun xüsusi çəkisi isə 2,5% olub.
 
- Səhiyyə büdəcəsinin artırılması yoxsa azalması yaxşıdır? Səhiyyə büdcəsinin artması xəstələrin artması anlamına gəlmirmi? Dünyada və bizdə vəziyyət necədir?
 
- Səhiyyə büdcəsi təkcə xəstələrin müalicəsi üçün nəzərdə tutulmur. Böyük profilaktik tədbirlərin keçirilməsi üçün də xərclənir. Xəstəliklərin qarşısının alınması üçün xüsusi tədbirlər görülür ki, insanlar xəstələnməsin. Bu səbəbdən də xəstəliyə qarşı əvvəlcədən profilaktik tədbirlər görülür. Hər halda səhiyyəyə qoyulan vəsaitin artması, şübhəsiz ki, müsbət haldır. İcbari tibbi sığortaya ayrılan vəsait bütün büdcənin 63% ni təşkil edir. Dövlət bir çox insanların icbari tibbi sığorta haqqını öz üzərinə götürür. Həmin insanlar əlillər, şəhid ailələri, tələbələr, şagirdlər, hamilə qadınlar, təqaüddə olan şəxslər, bir sözlə cəmiyyətin böyük hissəsinin tibbi xərcini ölkə öz üzərinə götürür. Ölkədə İcbari Tibbi Sığorta Fondu yaradılıb, biz ona hər ay vəsait ödəyirik.
 
- Qeyd etdiniz ki, profilaktik tədbirlər görülür. Bu profilaktik tədbirlərin xeyri varmı? Xəstəliklərdə azalma müşahidə olunurmu?
 
- Elə xəstəliklər var ki, onların sayı azalır. Elələri də var ki, bütün dünyada həmin xəstəliyə qarşı mübarizə aparılır, ancaq artım davam edir. Bu xəstəliklər ürək, xərçəng və vərəm kimi patalogiyalardır ki, bütün dünyada olduğu kimi, bizdə də artım müşahidə olunur. COVID-i nəzərə almasaq, görülən tədbirlər nəticəsində bəzi viruslar ya aradan qaldırılıb, ya da kökü tamamilə kəsilib. Qızılca, malyariya kimi xəstliklər koronavirusdan əvvəl görülən profilaktik tədbirlər nəticəsində yox olmağa başlamışdı.
 
- Son 2 il yarımda gözlənilmədən qarşımıza COVID-19 çıxdı. Bu, səhiyyə büdcəsinin nə qədərini əlimizdən aldı və almaqda davam edir? İnsanlar arasında ikinici, üçüncü dalğa adlandırılan tendensiyalar var. “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts son açıqlamasında pandemiyanın başa çatması ilə bağlı proqnoz verdi. Siz hazırda vəziyyəti necə qiymətləndirirsiniz?
 
- Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başladı. Ölkəmizdə pandemiya ilə əlaqədar 48 xəstəxana yaradılıb, onlardan 14-ü yeni inşa olunmuş modul tipli xəstəxanalardır.
 
Pandemiya ilə mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bilavasitə bu xəstəliyin profilaktikası və müalicəsi ilə məşğul olunmağa başlanıldı. Tək səhiyyə sahəsində yox, bütün sahələrdə kompleks tədbirlər həyata keçirildi. COVID bütün dünya səhiyyəsini olduğu kimi, bizim səhiyyəni də qəfil yaxaladı. Heç bir ölkə COVID-19 pandemiyasına hazır deyildi. Buna baxmayaraq, ilk günlərdən ölkədə COVID-a qarşı ilk tədbirlər görüldü. COVID pandemiyası başlayana qədər son illlər cənab Prezidentin qayğısı nəticəsində müasir tələblərə cavab verən xəstəxana və klinikalar inşa olunub istifadəyə verilib. Bu klinikalar Tibb Universitetinin klinikaları, Mərkəzi Gömrük Hospitalı, Mərkəzi Nefçilər Xəstəxanası, Bakı Sağlamlıq Mərkəzi, “Yeni Klinika” və s.dir. Pandemiyanın pik həddində səhiyyə sisteminə müəyyən təzyiqlər oldu, amma səhiyyə bu təzyiqlərə davam gərtirdi və heç bir xəstə müalicədən kənarda qalmadı.
 
- Dünyanın fərqli ölkələrində insanların xəstəliyə münasibəti də fərqlidir. Bəs bizdə ümumi fikir necədir?
 
- Elə insanlar var ki, xəstəliyə, peyvəndə və müalicəyə ciddi yanaşmırlar. Həkimlər belə var ki, bu xəstəliyin ciddi olmadığı barədə fikirlər söyləyirlər. Xəstəliyi siyasətə və başqa məsələlərə qatırlar. Bu gün ölkəmizdə vaksin və başqa məsələlərlə bağlı heç bir problemimiz yoxdur. Bəzən vaksinlərlə bağlı yanlış məlumatlar oxuyuram, amma onlar heç biri həqiqəti əks etdirmir. Hesab edirəm ki, vaksin vurdurmayanlar olduqca, pandemiya davam edəcək.
 
- Əhali arasında icbari tibbi sığortanın tətbiqilə bağlı fərqli fikirlər var. Razı olanlar, olmayanlar, növbə gözləyənlər... Hətta sığorta ilə bağlı bəzi məqamlarda narazılıqlar yaranır. Ümumi durumu necə qiymətləndirirsiniz?
 
- Ölkədə icbari tibbi sığortanın həyata keçirilməsi üçün uzun müddət tələb olundu. Pilot layihələr həyata keçirildi, dünya ölkələrinin təcrübələri öyrənildi. COVID, icbari tibbi sığortanın həyata keçirilməsi ilə üst-üstə düşdüyü üçün gecikmələr oldu. Ancaq hazırda icbari tibbi sığorta həyata keçirilir, şübhəsiz ki, müəyyən problemlər olur. Fondda vəsait artdıqca, bütün problemlər aradan qaldırılacaq. Bölgədən seçilmiş bir deputat kimi deyə bilərəm ki, icbari sığortanın tətbiqi ilə əlaqədar insanlar arasında böyük bir məmnunluq var.
 
- Dərman preparatları ilə bağlı müəyyən problemlər olur. Əhalinin bir qismi dərman preparatlarının tərkibindən narazılıq edir. Eyni zamanda, dərmanların qiymətilə bağlı da narazılıq var. Bu məsələlərin həlli üçün hansı addımlar atıla bilər? Bəzən deyirlər ki, ölkəmizdəki dərmanların keyfiyyətində problem var. Düşünənlər var ki, buradan yox, Türkiyədən aldığı dərman daha təsiredici və ucuzdur.
 
- “Dərman vasitələri haqqında” qanunda boşluq var. Bu barədə söhbətlər edirik və işlər gedir. Biz də Milli Məclisin Səhiyyə komitəsi olaraq Səhiyyə Nazirliyi ilə bir yerdə ciddi işlər aparırıq. Bir çox bürokratik əngəllər aradan götürülməlidir. Dərmanların qiymətlərinə nəzarəti isə Tarif Şurası həyata keçirir. Sizinlə tamamilə razıyam ki, eyni dərman preparatı Türkiyə ilə müqayisədə bizdə bir neçə dəfə bahadır. Ona görə biz xaricə getdikdə hərəmizə böyük bir siyahı verirlər ki, Türkiyədən dərman alaq. Bunun əsas səbəbi Türkiyədəki dərmanların keyfiyyəti və bizim ölkəyə nisbətdə daha ucuz olmasıdır. Cənab Prezidentin göstərişi ilə dərmanlarla bağlı çox ciddi yoxlamalar aparılıb, qiymətlərin tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Çox təəssüf ki, hazırda həm qiymətdə, həm keyfiyyətdə bu qaydaların pozulduğunun şahidi oluruq. Mən düşünürəm ki, “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər olacaq. Məndə olan məlumata görə, Səhiyyə Nazirliyində bu istiqamətdə ciddi işlər aparılır. Dərman vasitələrinin ölkəyə gətirilməsi və nəzarəti Səhiyyə Nazirliyi və müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Ona görə ölkəyə qeydiyyatdan keçməmiş, keyfiyyəti yoxlanmamış heç bir dərman preparatı daxil ola bilməz. Dərmanlar birinci nəzarətdən, yoxlanışdan keçir, ölkəyə gətirilməsinə icazə verildikdən sonra alınır. Bir sözlə, dərman siyasəti bütövlükdə Səhiyyə Nazirliyinin tabeliyindədir. Biz də onlarla qanunvercilik barədə daima söhbətlər aparırıq. Çox güman ki, bu mövzuda parlament dinləməsinin keçirilməsi məsələsini Səhiyyə komitəsinin iclasında müzakirə edəcəyik.
 
- 2021-ci ilin səhiyyəyə ayrılan büdcəsini və xərclənməsini müzakirə etdik. Maraqlıdır, 2022-ci ildə səhiyyə sahəsinə ayrılan büdcə nə vəd edir?
 
- Bütövlükdə, 2022-ci ildə səhiyyə büdcəsində olan artım bir az öncə qeyd etdiyim problemlərin həllində yardımçı olacaq. Maliyyənin artması insanlarımıza olan tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək, İcbari tibbi sığortadakı növbələri azaldacaq, İcbari tibbi sığortada xidmətlər zərfinə daxil olan xidmətlərin sayı artırılacaq. Səhiyyənin bir çox problemləri maliyyə ilə bağlıdır. Buna görə də maliyyənin artması bütövlükdə səhiyyə sistemini gücləndirəcək.
 
- Belə bir məlumat var ki, Azərbaycan-Türkiyə Universiteti yaradılır. Hansı ki, bu ali təhsil ocağı tibb və mühəndislik ixtisasları üzrə tələbələr qəbul edəcək. Bu barədə fikirləriniz maraqlıdır…
 
- Məndə ayrıca bir universitetin yaradılması barədə məlumat yoxdur. Amma mən bilirəm ki, Azərbaycanın mövcud olan universitetləri Türkiyənin bir çox universitetlərilə çox geniş əlaqələr yaradır. Hətta ikili diplom verilməsi ilə bağlı müqavilələr imzalanır. Bilirəm ki, bu istiqamətdə ciddi işlər gedir.
Oxşar xəbərlər
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB