Qoca Şərqin nur mənbəyi - NİZAMİ GƏNCƏVİ
Cəmiyyət
Oxunub: 863
25 Nov 2021 | 12:22
Qoca Şərqin nur mənbəyi - NİZAMİ GƏNCƏVİ
(1-ci yazı)
 
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamında deyilir: “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir”.
 
Doğrudan da, hələ XII əsrdə N.Gəncəvinin yaratdığı əsərlər bu günədək dünyanın müxtəlif xalqları tərəfindən sevilərək oxunur və yüksək dəyərləndirilir. Yazdığı əsərlərlə yalnız Şərqin deyil, eləcə də dünya ədəbiyyatının görkəmli simalarından birinə çevrilmiş Nizami Gəncəvinin adı həqiqi mənada xalqımız üçün böyük qürur mənbəyidir. Bu günlərdə Nizami Gəncəvi ruhuna ehtiram ifadəsi olaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı mədəniyyət xadimlərinin Bakıya gəlişi və böyük mütəfəkkirin 880 illik yubiley tədbirlərində iştirak etməsi bir daha Nizami şəxsiyyətinin qlobal miqyasını və universal dəyərini göstərməkdədir.
 
Nizami Gəncəvinin həyatı ilə bağlı olan bilgiləri əsasən onun yazdığı əsərlərdən əldə etmək mümkündür. Nizaminin doğum tarixi dəqiq bilinməsə də, doğum ili 1141-ci il olaraq göstərilir. UNESKO da onun doğum tarixini məhz 1141-ci il olaraq qəbul etmiş və 1991-ci il Nizaminin anadan olmasının 850 illik yubileyi şərəfinə UNESKO tərəfindən “Nizami ili” elan edilmişdi. Nizaminin vəfat tarixi ilə bağlı da müxtəlif rəqəmlər göstərilsə də, onun 1209-cu ildə dünyadan köçdüyü ehtimal olunur.
 
Mənbələrdə şairin əsl adının İlyas, ata adının Yusif, baba adının isə Zəki olduğu qeyd olunur. Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmiş və bu adla da məşhurlaşmışdır. Nizami Gəncədə doğulub və ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Onun yaşadığı dövrdə Gəncə şəhəri Böyük Səlcuq imperiyasının (1077-1307-ci illər) və onun yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin hakimiyyəti altında idi. Nizaminin yaşadığı dövrdə bu coğrafiyada fars mədəniyyəti hakim olmuş və o da əsərlərini məhz bu dildə yazmaq məcburiyyətində qalmışdır. Əsərlərini fars dilində yazmasına baxmayaraq Nizami Gəncəvi Azərbaycan şairidir və bütün dünya tərəfindən də belə tanınmışdır.
 
Nizami yüksək təhsil almış, ərəb və fars ədəbiyyatına dərindən bələd olmuş, riyaziyyat, astronomiya, astrologiya, əlkimya, tibb, botanika, teologiya, Quranın təfsiri, xristianlıq, iudaizm, İran mifləri və əfsanələri, tarix, etika, fəlsəfə, musiqi, təsviri sənət sahələrini də mükəmməl öyrənmişdir.
 
Nizami dünyanın məşhur filosoflarının əsərlərini oxumuş və onlardan ciddi şəkildə bəhrələnmişdi. Nizami yaradıcılığının gücü həmin filosofların zəngin fikirlərini gerçək həyatla əlaqələndirib ədəbi üsullarla təqdim edə bilməyindədir.
 
Nizami yaradıcılığını bütövlükdə Şərq intibahının zirvəsi adlandırmaq olar. Onun əsərlərində ümumbəşəri ictimai-siyasi ideyalar aparıcı xəttə çevrilmiş, qlobal humanizm ideyaları üstünlük təşkil etmişdir. Nizami dühası bu gün də yaşayır, o, sərhədləri keçir, dünyanın ayrı-ayrı xalqlarının dillərində ciddi söz sənətinə çevrilir. 2012-ci ilin aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı oldu. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək, Nizami Gəncəvini yüksək qiymətləndirdi və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırdı, onun yaradıcılığının Azərbaycan xalqına xidmətlə yanaşı digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğuladı.
 
Bu gün doğma vətəni Azərbaycanda Nizami Gəncəvi adı ilə fəaliyyət göstərən çoxsaylı qurumlar mövcuddur. Azərbaycan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin adını daşıyır. Nizami adına Ədəbiyyat Muzeyi də Bakının mərkəzindədir və bu muzeyin yaxınlığında isə böyük şairin heykəli ucalır. 2012-ci ildə yaradılan Beynəlxalq Nizami Mərkəzinin fəaliyyəti özünün beynəlxalq səviyyədə geniş təsir dairəsi və fəaliyyəti ilə diqqəti cəlb edir. Dünyanın tanınmış şəxsiyyətlərinin bu mərkəzdə toplaşması və Azərbaycan naminə faydalı işlər görməsi olduqca əhəmiyyətlidir.
 
Nizami dünyası intəhasız bir dəryadır. İllər keçir, əsrlər dəyişir, amma Nizami Gəncəvi fəlsəfəsinin əsasını təşkil edən dəyərlər dəyişmir və beləcə Nizami Gəncəvi şəxsiyyətinin özü də milli sərhədləri aşaraq universal bir dəyərə çevrilir. Azərbaycan xalqının xoşbəxtliyi də məhz belə bir dəyərə sahib olmasındadır.
 
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru
Oxşar xəbərlər
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
03 May 2024 | 11:05
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
03 May 2024 | 11:04
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
03 May 2024 | 11:00
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
03 May 2024 | 11:12
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
03 May 2024 | 11:05
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
03 May 2024 | 11:04
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
03 May 2024 | 11:00
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
03 May 2024 | 11:12
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"