“Paşinyan 20-25 min erməninin də Qarabağda qalıb yaşamaq şansını sıfıra endirdi...”
Oxunub: 8703
24 Nov 2021 | 19:15
“Paşinyan 20-25 min erməninin də Qarabağda qalıb yaşamaq şansını sıfıra endirdi...”
“Belə bir mövqe Azərbaycan üçün müəyyən problemlər yaratsa da, Ermənistanı tamamilə fəlakətə aparıb çıxardacaq...”  
 
Son siyasi gerçəkliklərin təhlilindən belə nəticəyə gəlmək olur ki, hazırda  beynəlxalq müstəvidə Qarabağ məsələsinin guya birdəfəlik həlli üçün əsasən iki model təklif olunur.  Rusiyanın irəli sürüb dəstəklədiyi birinci model ATƏT-in Minsk qrupundan kənarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını nəzərdə tutur. Bu razılaşma əsasında kommunikasiyaların bərpası, demarkasiya və delimitasiyanın aparılması nəzərdə tutulur. Həmin modelə görə Qarabağın “statusu” ilə bağlı qərar qeyri-müəyyən müddətə təxirə salınmalıdır...
İkinci model ABŞ və Fransa tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində irəli sürülür və bu, xüsusilə,  Qarabağın “statusu”nun referendum yolu ilə müəyyən edilməsini və konkret zaman çərçivəsində verilməsini nəzərdə tutur. Bunun üçün də ABŞ və Fransa referendumun keçirilməsinə şərait yaratmaq üçün keçmiş Dağlıq Qarabağ ərazisinin beynəlxalq nəzarətə verilməsini təklif edir. Bundan əlavə, təhlükələri neytrallaşdırmaq üçün bufer zonaya - təhlükəsizlik zonasına beynəlxalq sülhməramlı kontingent də daxil edilməlidir. 
Göründüyü kimi,  ikinci modeldə Azərbaycanın milli maraqlarına zidd məqamlar xeylidir. Ona görə də biz əsasən maraqlarımıza uyğun olan birinci modeli, yəni Rusiya modelini qəbul edirik. Amma Paşinyan, belə görünür ki, ikinci modeli qəbul edir. Bəs belə olan halda, yəni tərəflərin hər ikisinin eyni modeli qəbul etməyəcəyi halda sülh razılaşması mümkün olacaqmı?..
 
Moderator.az-a açıqlamasında  keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov  mövzu ilə bağlı gəldiyi qənaətləri ortaya qoyub.  
 
“Əvvəla,  birmənalı olaraq demək olmaz ki,  Rusiyanın təklif etdiyi model və ya mövqeyi qəti şəkildə belədir,  yaxud Qərbin də digər fərqli modelin tətbiqində mövqeyi qətidir. Çünki hər iki yanaşmada  bir çox  oxşar nüanslar da mövcuddur. Məsələ ondan ibarətdir ki, ötənilki 44 günlük savaşdan etibarən vəziyyət tamamilə dəyişib. Və Azərbaycan sanki münaqişənin tam həllinə bir şans verib. Həmin şans nədən ibarətdir? Söhbət statusdan getmir. Söhbət ondan gedir ki,  rəsmi Bakının öz ərazisində kompakt yaşayan ermənilərə verdiyi və verməyə hazır olduğu hüquqlar vətəndaşlıq hüquqlarıdır və dövlətimizi öz siyasətini də bu istiqamətdə həyata keçirir. Və demək olar ki, bu fikir artıq Rusiyada da mövcuddur.  Çünki Putinin, Lavrovun “status sonrakı məsələdir” deməsi onu göstərir ki, əsas məsələ  Qarabağda həyatın  normallaşması və belə deyək, əlaqələrin, kommunikasiyaların bərpasıdır. Yəni bu, təxminən ona oxşayır ki, Azərbaycan deyir ki, biz burada reinteqrasiya prosesləri aparırıq. Və bu cür siyasət istiqamətində il ərzində Bakıdan İrəvana belə siqnallar gedirdi ki, gəlin sülhü seçək, sülh hamıya fayda gətirir və gətirəcəkdir və s.  Belə çağırışlar qardaş Türkiyə ilə Şuşa bəyannaməsi imzalananda da həm Bakı, həm Ankara tərəfindən səslənib. Amma təəssüf ki, qarşı tərəfdən məqbul reaksiya görmürük. Biz Ermənistanı dəvət edirdik ki, siz bu prosesdə müsbət şəkildə iştirak etsəniz, Qarabağda erməni əhalinin qalması üçün şərait yaradarıq. Yox, əgər konfrontasiya yolunu seçsəniz, sizin heç bir şansınız yoxdur. Nəyə görə? Çünki birincisi, Azərbaycanın, Türkiyənin demoqrafik, iqtisadi, hərbi potensialı Ermənistanın potensialını qat-qat üstələyir. İkincisi, beynəlxalq şərait də Ermənistanın xeyrinə deyil. Yəni hansısa xarici ölkə, güc gəlib ermənilərin əvəzinə silah alıb vuruşmağa hazır deyil. Rusiyanın mövqeyi bunu göstərir. Hətta Fransanın da... Guya Fransa qoşun göndərib Ermənistanın tərəfində vuruşacaq? Təbii ki, yox. Bunun üçün onun nə marağı var, nə də imkanı...” –deyə sabiq nazir bildirib.
 
Söhbətinin davamında siyasi şərhçi Ermənistan rəhbərliyinin apardığı siyasətin erməni toplumunu daha dərin fəlakətə sürüklədiyini bir daha diqqətə çatdırıb.
 
“Bu baxımdan, təkrar edirəm, Azərbaycan Ermənistana bir şans verib ki,  gəlin bu şansdan yararlanın, heç olmasa, Qarabağda qalan 20-25 min erməni Azərbaycan vətəndaşlığını alıb digər vətəndaşlarımız kimi yaşasınlar və siz də bu prosesdə bizə yardımçı olun. Amma əgər siz  qarşıdurma yolunu seçsəniz, heç həmin 25 minin də Azərbaycan torpağında qalıb yaşama şansı olmayacaq. Yəni balans bizim xeyrimizədir. Və təəssüflər olsun ki, ötən bir ildən çox müddətdə ermənilər Azərbaycanın verdiyi şansı dəyərləndirmədilər. İndi, bu günlərdə də Paşinyanın verdiyi açıqlamalar onu sübut edir ki, Ermənistan köhnə mövqeyində qalıb. Yəni demək istəyir ki, biz Qarabağın Azərbaycandan ayrılması siyasətini davam etdirəcəyik. Başqa sözlə, bundan sonra da rəsmi İrəvan tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd siyasəti aparılacaq. Paşinyanın sonuncu mətbuat konfransında Qarabağla, sərhədlərlə, Zəngəzur dəhlizi  və s. ilə bağlı söylədikləri məhz bunu göstərir. Və sonda belə bir mövqe Azərbaycan üçün müəyyən problemlər yaratsa da, Ermənistanı tamamilə fəlakətə aparıb çıxardacaq.  Çünki həmin gözlənilən fəlakət barəsində ermənilərə Azərbaycan da, Türkiyə də, hətta Rusiya da dəfələrlə xəbərdarlıq edib. Düzdü, yoxsa yox? Yəni bu baxımdan Ermənistanın siyasi dairələrinin özlərini və xalqlarını haraya sürüklədiklərini Allah bilir... Sadəcə, belə qənaətə gəlmək olur ki, bunlar reallığı anlaya bilmirlər. Əhali Ermənistandan da, Qarabağdan da qaçır,  iqtisadi, hərbi və digər sahələrdə böhran gündən-günə güclənir. İki gündən bir nazir dəyişilir.  Bu vəziyyətdə ola-ola rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir ardıcıl, uğurlu siyasət apara bilərmi?  Yalnız Laçın dəhlizini bağlasaq, məsələ bitəcək... Yəni tələb, ultimatum qoyacağıq ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr, terrorçular çıxarılsın və s. Nə edəcəklər?  İstənilən  müstəqil ölkə bizim yerimizdə olsa, belə addımları atar... Bir sözlə, mən hesab edirəm ki, Paşinyan yenə də öz xalqına qarşı  çox xəyanətkar bir siyasət aparır. Çünki populist siyasət arxasında öz siyasi varlığını xilas etməyə çalışır... Və belə bir durumda  Paşinyanın  siyasəti Azərbaycan üçün də  daha qətiyyətli addımlar atmaq üçün şərait yaradır. Həm Zəngəzur, həm sərhəd və Qarabağ məsələlərində... Sən mənim ərazi bütövlüyümü de-fakto tanımırsansa, deməli,  mən də sənin ərazi bütövlüyünü tanımaq məcburiyyətində deyiləm... Digər tərəfdən, Ermənistan liderinin belə çıxışlarından sonra, bayaq dediyim kimi, heç  qalan 25 min erməninin də Azərbaycan torpağında qalıb yaşamaq şansı olmayacaq”- deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
23:23, Bu gün
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
23:03, Bu gün
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
GÜNLÜK
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video