Milli Şuranın sədri, professor Cımil Həsənli Milli Şuranın Şəhidlər Xiyabanını ziyarət etməsi zamanı polis müdaxilə ilə üzləşməsinə münsaibət bildirib.
Moderator.az-ın məlumatına görə Cəmil Həsənli
öz Facebbok səhifəsində bunları yazıb: "Bu gün Milli Şuranın Şəhidlər
xiyabanını ziyarəti zamanı hakimiyyətin yeni bir rəzaləti ilə qarşılaşdıq. Milli Şura adından şəhid ruhuna
hazırlanmış əklili xiyabana buraxmaq istəmirdilər. Azərbaycan müstəqilliyi
uğrunda canını fəda etmiş insanların abidəsi önünə əklil qadağası qoyulmuşdu. Şəhidlərin
ruhuna bundan böyük həqarət ola bilməzdi. Korrupsiya içərisində boğulan, pul və
sərvət yığmaqdan başqa ayrı bir amalı olmayan anti-milli hakimiyyətdən bundan
artıq nə gözləmək olardı? Ziyarətə gələnlərin çoxu məşum 20 yanvar gecəsində şəhid
məzarlarında yata biləcək istiqlal qəhrəmanları idi. Bu adamların gücü, xüsusilə
gəncələrimizin iradəsi qarşısında geri çəkilməli oldular. Biz Milli Şura
adından şəhid ruhlarına ərmağan olan əklilimizi abidə önünə qoyduq. Amma şok
yaşadıq. Bu adamların nadanlığı, çılızlığı, milli-mənəvi dəyərlərdən uzaq olmaları o şoku
yaşatdı bizə. Görünür, Azərbaycan hakimiyyəti ölkənin bütün milli-mənəvi dəyərlərini
öz düşük düşüncə çərçivəsinə sığışdırmaq istəyir. Xalqın milli mücadiləyə
qalxdığı, millətin azadlıq uğrunda canını fəda etdiyi dövrdə başını küncdə-bucaqda
girləyən bu adamların başına bundan daha “ağıllı” bir fikrin gələcəyini
düşünmürəm. Bir vaxtlar Xiyabanı ziyarət zamanı heç olmasa sağ tərəfdə Qarabağ
şəhidlərinin baş daşından böylanan igidlərin mübarək simalarını görə
bilirdik. Hansı “ağıllısa” sıx kollar əkərək canını vətən uğrunda fəda etmiş bu
qəhrəmanları ziyarətçilərdən gizlətdilər. Bilmirəm milli qürur yerimiz olan
Qarabağ döyüşçülərinin məzarlarını xalqdan gizlətməkdə bu hakimiyyətin mənzuru
nədir. Bacarıqsız admların günahından 1994-cü ildə Murov əməliyyatında şəhid
olmuş 400 Azərbaycan gəncinin yurd yeriı də “İkinci Fəxri Xiyabanın” arxasında,
gözdən-qulaqdan uzaq dalda bir yerdə salınmışdır. Bütün dünya xalqları öz şəhid
övladları ilə fəxr etdiyi halda, Azərbaycan iqtidarının şəhid ruhlarından bu qədər
qorxusu, onların məzarlarını dalda yerlərdə saxlamasının ağlabatan bir izahı
yoxdur. Bu, bir çoxlarında olmayan əxlaq və mənəviyyat məsələsidir. Qoy Mehmet
Akif Ərsoyun şəhid ruhuna yazılmış bu təkrarsız ağısı yatmış vicdanları oyatsın
və Azərbaycan qəhrəmanlarının ruhlarınna ərmağan olsun.
Ey bu
topraklar için toprağa düşmüş əsgər,
Göydən əcdad
enərək öpsə o pak alnı dəyər!
Ey şəhid
oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu
açmış duruyor peyqəmbər!"