Ləğv edilən İtaliya hava yolları şirkəti “Alitalia”nın stüardessaları yeni İTA şirkətinə keçərkən keçmiş işçilərə qoyulan şərtlərə etiraz olaraq Romanın mərkəzi meydanda soyunublar. Aksiyada fəaliyyətini dayandırmış “Alitalia” aviaşirkətinin 50-yə yaxın əməkdaşı iştirak edib.
Moderator.az “Euronews”a istinadla xəbər verir ki, “Alitalia” işçilərinin yalnız dörddə biri ITA tərəfindən işə götürülüb, eyni zamanda hər kəs üçün əmək haqqı əhəmiyyətli dərəcədə azaldılıb.
Həmkarlar ittifaqları yeni İTA şirkətində işçilərin aşağı əmək haqqı müqaviləsini imzalamağa məcbur edildiyini söyləyir. Yeni şirkət “Alitalia”dan xeyli kiçikdir, hava donanmasının üçdə birindən bir qədər çoxunu və işçilərinin təxminən dörddə birini saxlayır.
Həmkarlar ittifaqları həmçinin hökumətin işdən çıxarılanlar üçün işsizlik müavinətinin müddətini 5 ilə qədər uzatmağı tələb edirlər.
Miraslan