“Qaça bilməyənlər gizlənir” - Əfqanlar yeni həyata necə alışırlar… - Əfqanıstandan reportaj
Reportaj
Oxunub: 3703
20 Oct 2021 | 20:35
“Qaça bilməyənlər gizlənir” - Əfqanlar yeni həyata necə alışırlar… - Əfqanıstandan reportaj

“Taliban” döyüşçüləri Məzari Şərifdə Göy məscidin həyətində

 

“Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi təkcə ideoloji rəqiblərində deyil, sadə vətəndaşlarda da qorxu oyatdı. Əfqanıstanda “Taliban”ın praktiki olaraq heç bir düşməni qalmadı, ancaq yeni hökumət işsiz qalan yaraqlıların nə ilə məğul olacaqlarına qərar verə bilmir. Bu asan iş deyil, çünki silahlı qarşıdurma illərində bu insanların öyrəndiyi tək şey döyüşmək olub. Bu gün Kabildə hər bölgə üçün bir neçə sahə komandiri var və hər biri özünü əsas qüvvə inanır. Belə vəziyyətdə insanları idarə etmək çox çətinləşib. Üstəlik, əfqanlar hələ 1990-cı illərin sonlarında “Taliban”ın birinci hakimiyyəti dövründə necə yaşadıqlarını yaxşı xatırlayırlar. Lenta.ru-nun müxbiri Aleksandra Kovalskaya Əfqanıstan-Özbəkistan sərhədindən Kabilə qədər gedərək, ölkənin taliblərin qələbəsindən sonra necə yaşadığını, sadə insanların yeni həyata necə uyğunlaşdığını öyrənməyə çalışıb.

 

Moderator.az həmin reportajı oxucularına təqdim edir.

 

Yeni dünya

 

Dostluq körpüsündə namaz xalçaları sərilib. Otuz iki il əvvəl sovet qoşunları Amudərya çayından keçərək Əfqanıstanı tərk etdilər, bu gün isə Bəlx əyaləti qubernatorunun müavini öz qonaqları ilə birlikdə burada dua edir. Onlar namazlarını qurtarmayınca sərhəd keçidi açılmayacaq. Nəzarət keçid məntəqəsinin (NKM)) qarşısında bir sıra maşın gözləyir, Əfqanıstan ərazisinin başladığı dəmir barmaqlıqların arxasında isə Talibanyaraqlıları gülə-gülə çay içirlər. Bəziləri pakistanlıları xatırladır - paltarları fərqli biçimdədir, saçları və saqqalları çox uzundur və duşmankakimi tanınan baş geyimləri pakol da əfqan həmkarlarının baş örtüklərindən  fərqlənir.

 

Taliblərin dəfələrlə verdiyi vədlərə baxmayaraq, Əfqanıstanın dünyanın qalan hissəsi ilə müntəzəm hava nəqliyyatı hələ də bərpa olunmayıb. Amma tozlu yollarla maşın sürərək onillərdir davam edən vətəndaş müharibəsindən sonra çoxdan gözlənilən sülhü əldə edən ölkənin necə yaşadığını öz gözlərimizlə görmək imkanı yaranıb.

 

 

Metal yığanlar, Bəlx əyaləti, Məzari-Şərif ətrafı

 

 

Samanqan əyalətinin çobanı. Arxa planda Özbəkistandan Əfqanıstana elektrik ötürən dirəklərdən biri

 

Amudəryanın Özbəkistan tərəfindəki sərhədçiləri “Taliban”ın hətta uzun-uzadı yoxlamadan sonra belə hamını buraxmayacaqları barədə xəbərdarlıq etdilər. Ancaq yoxlama təxminən 15 dəqiqə çəkir. Hələ də yeni rollarına öyrəşə bilməyən silahlılar maşının arxasına baxır, çamadanın içinə işıq salır, ziyarətin məqsədi və məşğulluqla bağlı bir neçə sual verdikdən sonra sərhədi keçmək üçün sənədə möhür vururlar.

 

Stereotiplərin əksinə olaraq, Termez-Hayraton keçidində mənə - yeganə qadın və yeganə əcnəbiyə gülümsəyirlər və hətta baqajı rentgen lentinə qaldırmağa kömək edirlər. Əfqanıstanın yeni sahibləri yalnız bir şeydə qətidirlər - sərhəd keçidində heç bir fotoşəkil çəkmək olmaz.

 

Çıxışda avtomatı qucaqlayaraq oturan ağ saqqallı bir talib əlini qaldıraraq sağollaşır və maşınımız cəmi ay yarım yaşı olan Əfqanıstan İslam Əmirliyinə girir.

 

Balx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərifə gedən yol fantastik filmin kadrlarını xatırladır: Günəşin yandırdığı tozlu torpaq  üfüqə qədər uzanır və burada bəzən boş evlərə, tərk edilmiş hərbi bazalara rast gəlmək olur. Demək olar ki, burada maşın və insanlar yoxdur, şəhərdən cəmi yarım saatlıq məsafədən sonra tənha fiqurlara - metal qırıntıları yığan kişilərə və sədəqə üçün dilənən uşaqlara rast gəlmək olur.

 

Sürücüm deyir: “Axı bu gün şənbədir, sizin bazar ertəsi gününüz kimidir”. Hamının hara getdiyini soruşanda çiyinlərini çəkir: “Qaçıblar. “Taliban” Kabili alandan sonra on minlərlə insan sərhəd tərəfə və hava limanına qaçdı. İndi buraların boş olduğuna təəccüblənməyin - qaçmayanlar gizlənir, xüsusən də orduda və ya polisdə xidmət etmiş adamlar. Deyirlər ki, taliblər buna görə onları edam edəcək”.

 

Çay, göyərçinlər və tətikdə barmaq

 

Məzari-Şərif kiçik şəhərdir. Mərkəzdə, əfsanəyə görə, şiə övliyası İmam Əlinin dəfn edildiyi və yüzlərlə ağ göyərçinlərin yaşadığı məşhur Göy məscid yerləşir. Ətrafda indi bağlı olan  bazar, yaşayış məntəqələri və bir neçə diplomatik nümayəndəliklər var.

 

 

Əfqanıstan İnformasiya və Mədəniyyət Nazirliyinin Məzari-Şərif şöbəsinin işçiləri

 

 

Yerli sakin Bağlan əyalətində dağıdılmış polis bölməsində

 

Məlumat və mədəniyyət idarəsində yenidən gözləməli oluruq. Səbəb eynidir: xarici mətbuata iş icazəsi verən rəis namaz qılır. Onun boş kabinetində “Taliban”ın ağ bayrağı asılıb, qalan əşyalar - masa, kitab şkafları və dəri divanlar çox güman keçmiş sahiblərindən miras qalıb.

 

İlk növbədə bizə çay təklif olunur, bu, Əfqanıstan qonaqpərvərliyinin dəyişməz qanunudur. Lazımi kağızı əldə etmək  sərhəddəki yoxlama kimi 15 dəqiqədən çox vaxt aparmır və icazə ilə birlikdə şəhər ətrafında gəzintilərimdə məni müşayiət edəcək iki mühafizəçi də verilir. Onların iştirakını belə izah edirlər: qonaqların təhlükəsizliyi hər şeydən üstündür.

 

İngilis dilində  yaxşı danışan məlumat işöbəsinin işçilərindən biri fotoşəkillə bağlı mənə kömək etməyi təklif edir. Mən zarafat etməyə çalışıram ki, Moskvada taliblərin bu cür mehribanlığına heç kim inanmayacaq.

 

- Mən talib deyiləm, - deyə həmsöhbətim cavab verir. - Burada Əşrəf Qani (çevrilişdən sonra ölkəni tərk etmiş Əfqanıstanın hazırkı prezidenti – red.) dövründə çalışmışam və indi də yeni hökumət dövründə işimə davam edirəm. Mənim üçün heç nə dəyişməyib.

 

- Bəs qorxmursunuz?

 

Gülümsəyərək çiyinlərini çəkir.

 

- Yox. İndiki müdirlərim əvvəlkilərdən heç də pis deyillər.

 

Məscidin həyətində onlarla yaraqlı güzgü kimi parıldayan əsrlər əvvəl cilalanmış mərmər boyunca gəzir. Aralarında 15-16 yaşında  görünənlər də var. Mənə dərhal izah edirlər ki, bu yeniyetmələr heç vaxt müharibədə iştirak etməyiblər, burada yalnız namaz qılan böyük qardaşlarının silahlarına baxırlar. Deyilənlərə inanmalı oluruq. Bəziləri avtomatın tətiyindən barmaqlarını çəkmədən şəkil çəkdirir və zarafatla silahlarını bir-birinə tuşlayırlar. Avqustun 15-dən etibarən Əfqanıstanda silahla ehtiyatsız davranış nəticəsində bir çox bədbəxt hadisə baş verib, amma təbii ki, heç kim heç bir statistika ilə məşğul olmayıb.

 

Məscidə baxış keçirtdiyim yarım saat ərzində təhlükəsizlik xidmətinin rəisi də daxil olmaqla, bütün yerli rəhbərlər görüşmək üçün mənə yaxınlaşırdılar. Ekskursiya qaçılmaz çay süfrəsi və əvvəlcədən hazırlanmış müsahibə ilə başa çatır: məndən suallar verməyimi xahiş edirlər, belə fürsəti qaçırmaq olmaz. Cavab verənlər əsasən daha yaşlı və daha yüksək rütbəli taliblərdir. Mənə sıravilərlə danışmamaq barədə xəbərdarlıq edilmişdi, çünki onlar kifayət qədər məlumatlı deyillər. Söhbət nəzakətli alınsa da, ikimənalılıq hiss olunur.

 

- Üzünü örtməyən bir qadınla danışmaq sizin üçün haram deyilmi?

 

- Qonaqsınız, qonağı necə incidə bilərik ki? - deyə sualımı sualla cavablandırırlar. - Üzünüzü örtübrtməməyiniz şəxsi seçiminizdir. Buna görə təkid edə bilmərik.

 

- Ancaq bir neçə həftə əvvəl Qərbin qadın jurnalistləri söyləyirdilər ki, “Taliban” komandirləri hicab geyinmədikləri üçün onlarla danışmaqdan imtina edirlər ...

 

- Hər hansı bir ölkənin səlahiyyətlisi kiminləsə danışmaqdan imtina edə bilməzmi? Belə insanlar hər yerdə kifayət qədərdir. Qadınların hüquqlarını məhdudlaşdırdığımızı kim söyləyir? İstədikləri vaxt işə qayıda bilərlər. Vəziyyət normallaşandan sonra məktəbə də qayıda bilərlər. Hətta qadınlar yerli hava limanında işləyirlər, özünüz baxa  bilərsiniz.

 

Mənə deyilənlərin yarısı belə doğrudursa, deməli, Əfqanıstanda vəziyyət yaxşılığa doğru dəyişib. Ancaq buna hamı inanmır: Məzari-Şərifdəki otellər sərnişin uçuşları bərpa edilən kimi ölkəni tərk etmək ümidində olanlarla dolub.

 

Macərasız on iki saat

 

Bir neçə ay əvvəl şimal sərhədindən Kabilə qədər maşınla getmək haqqında söhbət belə gedə bilməzdi - yol boyu taliblərlə hökumət qüvvələri arasında yerli döyüşlər gedirdi. Ancaq indi yol praktiki olaraq təhlükəsizdir, yolun kənarında isə dinc bir həyat hökm sürür.

 

Səhər saat beşdə Məzari-Şərifdən ayrılırıq və axşam beşdə Kabilə çatırıq. Bütün bu müddət ərzində əsas çətinlik Salanq keçidindəki təmir işləri və tıxaclar idi.  Salanqda nəyin isə təmir edilməsi faktı çox təsəlliverici görünür, parlaq rəngli gödəkçələrdə və ekskavatorlarda işləyən fəhlələr  Əfqanıstan xəbərlərində gördüyümüz kimi deyillər

 

 

Pərvan əyalətinin Salanq aşırımında tunel təmiri

 

Şəhərlərin girişində və çıxışında, yol ayrıcında Taliban”ın blokpostları var - onlarla yaraqlı və ağ bayraqlar. Avtomobillər sürətlərini azaldır və əllərində “Kalaşnikov” avtomatı olan uzun saqqallı  gənclər sürücülərdən haradan gəlib haraya getdiklərini soruşurlar. Adətən, bununla yoxlama bitir və maşında əgər qadın varsa, onlar sorgu-sualsız keçirlər. Eyni şey daha sonra Kabildə də təkrarlanır: Nəzarət məntəqəsini ən qısa müddətdə keçmək üçün məndən ön oturacağa keçməyimi xahiş edirlər. Əfqan köməkçilərim hərdən mənimlə “sən bizim pasportumuzsan” deyə zarafat edirdilər.

 

Bir neçə ay əvvəl Əfqanıstan Milli Ordusuna məxsus olan keçid məntəqələrində motosikletlər və ciplər dayanıb. Onlar artıq xaki rəngindən ağ rəngə boyanıblar və maşınların böyrünə isə Əfqanıstanın üçrəngli bayrağının əvəzinə əmirliyin emblemi həkk olunub.

 

Süni çiçəklərlə bəzədilmiş belə avtomobillərdən biri Çarikar ərazisində bizə çatır. Damda yerləşdirilmiş səsgücləndiricilərdən ərəb dilində oxunan surələr səslənir. Bağlan əyalətindəki mənzərə demək olar ki, çox cazibədardı - tarlalar biçilərək tayalara yığılır. Ancaq mənə xəbərdarlıq edirlər ki, yerli əhaliyə yaxınlaşmayım və onlarla şəkil çəkdirməyim.

 

- Niyə?

 

- Yolun yaxınlığında minalar ola bilər. Bir çoxlarının qohumları bu yerlərdə amerikalıların əli ilə öldürülüb. Onların qərb görünüşlü  insanlara necə reaksiya verəcəyini söyləmək çətindir.

 

Bu xəbərdarlıqlar hərbi cipin minaya düşərək partlaması nəticəsində yolda əmələ gəlmiş iki metrlik yarğan, dağıdılmış polis məntəqəsi və üst-üstə yığılmış yanmış polis maşınları müharibəni xatırladır. Yenə də on iki saatlıq yol boyu Əfqanıstanın cəmi ay yarım əvvəl müharibə apardığına inanmaq çətindir. Bu ölkə hər zaman küldən alışaraq ayağa qalxa, dirçələ bilib.

 

Kabil altı ay əvvəl gördüyüm kimi qalıb

 

Gün batanda Kabilə daxil oluruq. Taliblərin gəlişi ilə şəhəri bürüyən çaxnaşmadan, prezidentin qaçışından və Kabil hava limanında baş verən cəhənnəmdən, bir aylıq qeyri-müəyyənlik və qorxudan sonra Kabil tanınmayacaq dərəcədə dəyişməli idi, amma dəyişməyib.

 

Əfqanıstanın paytaxtı altı ay əvvəl gördüyüm kimi qalıb: eyni qaçhaqaç, eyni tıxaclar, göyə buraxılan eyni çərpələnglər. Hərbi geyimli taliblər özlərindən əvvəlki hökumət əsgərlərindən çox da fərqlənmirlər.

 

Çox güman indiki ordu və polis sıralarında xidmət edənlərin arasında Əşrəf Qani dövründə çalışanlar da var  - “Talibanonları xidmətə qayıtmağa dəvət edib.

 

 

Məzari-Şərifdə çörək satan oğlan

 

İlk baxışdan hər şey eynidir. Küçələrdə çoxlu qadınlar var, bir çoxlarının üzləri hələ də açıqdır və hətta şəhərin mərkəzindəki qraffitlərin çoxuna ziyan dəyməyib – taliblər onlardan yalnız bir neçəsini boyayaraq üzərində vətənpərvərlik çagırışları və “Quran”dan kəlamlar yazıblar. Mağazalar və kafelər də işləyir, insanlar da eyni şəkildə gülümsəyirlər.

 

Amma bilirəm ki, indi də gizlənən, həbs gözləyənlər var. Ən qısa zamanda ölkəni tərk etmək arzusunda olanların bir neçəsi səfirlikdə növbə tutublar. Onlar üçün Əfqanıstan artıq avqustun 15-də bitib. Onların xəyalları artıq gerçəkləşməyəcək. Onlar sərhəddə İran və ya Pakistana keçmək ümidi ilə yaşayırlar. Onlar Kabil parklarında tələsik qurulmuş qaçqın düşərgələrində məskunlaşıblar.

 

Ancaq hələlik yeni qanunlar və qadağalar qüvvəyə minənə qədər Kabil şən görünür. Hələlik. Bundan sonra nə olacağını proqnozlaşdırmaq çətindir. Kabilin bir gün ərzində “Taliban” tərəfindən alınmasından sonra Əfqanıstan ssenarilərini proqnozlaşdırmaq asan iş deyil.

 

Şəhərin mərkəzindəki növbəti keçid məntəqəsində sənədlərim ilk dəfə yoxlanılır.

 

- Haradansınız? ABŞ-dan? - deyə qara dəsmal ilə gözlərinə qədər bükülmüş talib soruşur.

 

- Rusiyadan, - deyə cavab verirəm.

 

- Rusiya yaxşıdır, Rusiya dostdur, - deyə o, qırıq ingiliscə deyir və əli ilə “keç” işarəsi verir.

 

İlk baxışdan Kabildə hər şey eynidir. Yalnız tikanlı məftillərə dolaşmış Əfqanıstan İslam Respublikasının üçrəngli bayrağı nəyin isə həmişəlik getdiyini xatırladır.

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO