"İran Azərbaycanla heç məhdud toqquşmaya da cəsarət etməz..." - Sınıq-salxaq ordu ilə təhdidlər işə yaramır
Oxunub: 2283
15 Oct 2021 | 11:39
Tehranın fikrincə, onun ordusunun İslam Inqilabının Keşikçiləri Korpusunun (İİKK) motoatıcı bölmələrinin, HHQ-nin və hava hücumundan müdafiə qüvvələrinin iştirakı ilə keçirilən növbəti hərbi təlimləri “islam inqilabının düşmənləri”ni başa salmalıdır ki, İranın silahlı qüvvələri güclüdür və hava hücumlarından etibarlı müdafiə olunub.
 
Azərbaycana ünvanlanan eyham  bakirənin göz yaşları kimi şəffafdır: "Biz sizin üçün Qarabağdan qovduğunuz ermənilər deyilik!  Və sizin tərifli dronlarınızdan, artilleriyanızdan çəkinmirik!.."
 
"Sepahnews" agentliyi xəbər verir ki,  təlimlərə raket sistemləri, radiolokasiya kompleksləri, radioelektron mübarizə vasitələri, idarəetmə və nəzarət Mərkəzləri, elektron optika və hətta süni intellektlə idarə olunan hədəf sistemləri cəlb olunmuşdu.
 
Tehrandakı rəsmi mənbələr təkrarlamaqdan yorulmur ki, Azərbaycanla sərhəddə yerləşdirilən silah və texnika sırf İran istehsalıdır.  Görünür, “İran strateqləri”nin fikrincə, bu fakt Azərbaycanın siyasi və hərbi  rəhbərliyində dərin şok vəziyyəti yaratmalıymış.
 
Yeri gəlmişkən, İran hərbçiləri və onların “eksklüziv” hərbi texnikası nəyi olmasa da, şoka salmağı bacarır.  Özü də necə! Məsələn, 2020-ci ilin yanvarında Keşikçilər Korpusunun hava hücumundan müdafiə sisteminin radarları Tehrandan sərhədə doğru uçan “Boinq-737” sərnişin təyyarəsini İran paytaxtı üçün təhlükə yaradan pilotsuz uçuş aparatı (PUA) ilə səhv salır.  Məlumdur ki, təyyarə ilə PUA-nın radarda əks olunan siqnallarının sahəsi arasındakı fərq təxminən fil ilə küçük arasındakı fərq qədərdir.  Ancaq Keşikçilər Korpusunun operatorlarına düşünmək qadağandır:  komandir deyirsə ki, bu drondur, deməli, elədir ki var.  Nəticədə "Boinq" vurulur, 176 sərnişin və ekipaj üzvləri həlak olur.
 
 
İran Azərbaycan sərhədləri yaxınlığına özünün köhnəlmiş raket sistemlərini çıxarmışdı...
 
Elə həmin ilin mayında  İranın Hərbi dəniz qüvvələrinin (HDQ) eskadra mina gəmisinin radarı Oman körfəzində özlərinin Kanarak hərbi gəmisini düşmən hədəf hesab edir və hədəfə doğru gəmi əleyhinə qanadlı raketlər göndərilir.  Gəmi batır, 20 İran dənizçisi həlak olur.
 
Yenə həmin ayda İranın AH-1 Super Cobra helikopteri öz mövqelərini atəşə tutur, raketlə içərisində hərbçilərin olduğu yük maşını partladılır, üç hərbi qulluqçu həlak olur.
 
Ümumiyyətlə, Keşikçilər Korpusunun hərbçilərinin döyüş hazırlığı və texniki bacarığının tarixinin dərin kökləri var. Hələ 1987-ci ildə, İran-İraq müharibəsinin gedişatında İnqilab Keşikçiləri Korpusunun topçuları zenit atəşi ilə özlərinin  F-5B  qırıcısını vurmuşdular. Həmin təyyarənin pilotu isə İran HHQ-nin komandan müavini, briqada generalı Abbas Babai idi.
 
 
İran hava hücumundan müdafiə qüvvələrinin operatorları tez-tez səhv edir, məsələn, Ukrayna təyyarəsini vurur...
 
Ancaq təlimlərə qayıdaq.  Son vaxtlarda bir neçə hərbi təlim olub, hamısı da bu və ya digər dərəcədə İran-Azərbaycan münasibətlərində yaranan gərginləşmə ilə əlaqələndirilib. İran KİV-ləri Azərbaycan və Ermənistanla sərhəddəki rayonların inspeksiyasından sonra “əcnəbilərin, xüsusən də sionist rejiminin nümayəndələrinin bölgədə mövcudluğundan əlçatmaz illüziyalara qapılan bəzi qonşu ölkələri amansız zərbələr”lə təhdid edən Hüseyn Nuşabadidən (parlamentin Milli təhlükəsizlik üzrə komissiyasının üzvü) sitatlar gətirirlər.
 
Görünür, Azərbaycanın azad olunan ərazilərində  “sionist aqressorlar”ın hipotetik mövcudluğu barədə şayiələr tədricən İran siyasi elitasının sayrışan ideyasına çevrilir.  Parlament üzvlərinin iltihablaşmış beyinlərində Zəngəzur dəhlizindən ölkəyə soxulmağa hazır dayanmış bütün İran düşmənlərinin - İsrail silahlı qüvvələrinin xüsusi təyinatlılarının, türk “Bordo bereliləri”nin, amerikan “Dəniz pişikləri”nin, Pakistanın “Qara leyləkləri”nin elit bölmələrinin obrazları canlanır.
 
Azərbaycan prezidenti, Milli Məclisin deputatları, XİN-in səlahiyyətli nümayəndələri dəfələrlə Tehrana Azərbaycan ərazisində İrana dost olmayan silahlı qruplaşmaların mövcudluğunu sübuta yetirən heç olmasa hansısa bir dəlil ortaya qoymasını təklif edib.  Cavabında İran KİV-ləri guya ki Bakı və Ankaradan gözlənilən təhdidlərlə bağlı isteriyanı böyütməkdə davam edirlər.
 
İran mətbuatı da siyasi isteriyanı körükləyərək Tehranı dərhal Ermənistanla hərbi saziş imzalamağa və onun ərazisində ordu yerləşdirməyə çağırır, bu yolla Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyini, strateji müttəfiq olan Ermənistanın ərazi bütövlüyünü təmin etməyə, hətta “Ermənistan ərazisində tranzit dəhlizinin inşasına” səsləyir.
 
Tehran KİV-lərindəki məqalələrdə İranın Azərbaycana münasibətinin strategiyasının konturlarını izləmək olar.  Birinci mərhələdə sionistlərin və onlarla əlbir olanların hərəkətlərinin destruktiv xarakter daşıdığını izah etmək üçün İran əhalisi ilə  ideoloji iş aparılır  və bu, Azərbaycan rəhbərliyinin “irrasional davranış”ına qarşı xalqda neqativ münasibət yaratmalıdır. Daha sonra İran-Azərbaycan sərhədi ilə tranzit dayandırılır - bu siyasi və iqtisadi təcrid Azərbaycan rəhbərliyini “ciddi düşünməyə” məcbur etməlidir. Strategiyanın sonuncu bəndi isə İranın Ankaraya və Bakıya qarşı hərəkətlərinə mane olan İran azərbaycanlılarının təqib edilməsi ilə bağlıdır. 
 
Sonuncu bənd hakimiyyət tərəfindən artıq reallaşdırılır - Azərbaycanın müdafiəsinə qalxan İran vətəndaşları 15 il müddətinə həbs cəzasına və 100 şallaq zərbəsinə məhkum olunub.
 
 
Ural Hatəmi
 
İranın Azərbaycana münasibətdə hərəkətlərinin şərh edən tanınmış İran politoloqu Ural Hatəmi haqqin.az-a müsahibəsində bildirir ki, Tehranın Bakıya qarşı psixoloji müharibəsi 44 günlük müharibədəki qələbə ilə əlaqədardır:
 
- Tehran çox məyusdur ki, azərbaycanlılar işğal olunmuş torpaqları müstəqil şəkildə Ermənistandan geri aldı və İranla olan sərhədinə nəzarəti bərpa etdi. Niyə?
 
-  Ona görə ki, Tehran son 30 ildə Bakı və Yerevanla münasibətlərində istifadə etdiyi siyasi spekulyasiya vasitələrindən məhrum oldu. İkinci Qarabağ müharibəsindən sonra yaranan situasiyada İran oyundan kənar vəziyyətdə qalıb və indi də heç olmasa hansısa divident əldə etməyə çalışır.  Ayətullahlar geosiyasi oyunda uyğun heç nə tapa bilməyərək vəziyyətin onsuz da çox gərgin olduğu ölkə daxilində mövqelərini möhkəmlətmək üçün xarici düşmən faktorundan yararlanmaq qərarına gəliblər.
 
- Bu özünü nədə göstərir?
 
- Hazırda ölkə öz tarixinin ən ağır dövrlərindən birini yaşayır. Kovid pandemiyasının dalğaları bir-birini əvəzləyir, daha çox supermarketdə yanğına bənzəyən vaksinasiya siyasəti peyvəndlərin kəskin çatışmazlığına səbəb olub, sanksiyalar ölkə iqtisadiyyatının çökdürüb, rial dəyərsizləşib,  sosial narazılıq, işsizlərin və yoxsulların sayı  artır…
 
- Sizin fikrinizcə, hipotetik xarici təhlükənin qızışdırılması Xameneiyə ölkədəki daxili narazılığın öhdəsindən gəlməyə kömək edəcək?
 
- Müəyyən mənada, bəli.  Yalançı xarici təhlükə barədə təbliğat isteriyası olmasa İranın bütün dini-ehkamçı sistemi kağız evcik kimi dağılacaq.  Məhz buna görə İran təbliğatı dövri olaraq düşmən obrazından yararlanır.  Əgər əvvəllər xalqı ABŞ, Böyük Britaniya, SSRİ, sonralar isə İsraillə qorxudurdularsa, indi iranlıların düşməni Azərbaycan və Türkiyə olub.
 
İmperiya ambisiyalarında, millətçilərin və dini fanatiklərin düşüncə məhdudluğunda oynayan təbliğat məsələni elə təsvir edir ki, guya Türkiyə Azərbaycanın fəal yardımı ilə İranı zəbt etməyi və bölməyi, sonda isə titul milləti - farsları özlərinə tabe etdirməyi planlaşdırır.  Hakimiyyət bu 42 ildə intensiv şəkildə beyinləri yuyaraq aşkar şovinizmə, bir etnosun göylərə qaldırılaraq bütün yerdə qalanların aşağılanmasına arxalanan millətçi təbliğat maşınının istifadəsində püxtələşiblər.
 
- Xalq həqiqətənmi Türkiyə və Azərbaycanın İrana qarşı qəsd hazırladığına inanır?
 
- Mən İranın müxtəlif şəhər və əyalətlərinin sakinləri ilə çox ünsiyyətdə oluram  və bir dəfə də olsun Azərbaycan əleyhinə isteriyanı müdafiə edən insanla rastlaşmamışam. Sadə iranlılar başa düşür ki, Azərbaycanın öz ərazisində sərhəd məntəqələri yerləşdirməyə, rüsum toplamağa və qanunu pozanları saxlamağa tam hüququ var.
 
- Sizin fikrinizcə, prezident İbrahim Rəisinin Azərbaycan-İran gərginliyinin eskalasiyasında hansı rolu var?
 
- Fikrimcə, Azərbaycana və onun müttəfiqlərinə olan ideoloji hücumun İranın yeni prezidenti ilə bağlılığı yoxdur.  Düşmən obrazının seçimi ilə bağlı qərarı kölgə hakimiyyəti - dini alyans, ekspertlərin Ali şurası, İİKK rəhbərləri, ordu və təhlükəsizlik xidmətləri qəbul edir. Rəisi  dekorativ fiqurdur,  kölgə biznesini, maliyyə axınlarını, güc strukturlarını real nəzarətdə saxlayan kölgə hakimiyyətinin kollektiv qərarlarının vur-tut icraçısıdır.
 
-  İranın Azərbaycana qarşı silahlı müdaxilə ehtimalı nə dərəcədə realdır?
 
- Fikrimcə, İran heç məhdud hərbi münaqişəyə də cürət etməz.  Əvvəla, Bakıya qarşı hər hansı aqressiya Türkiyənin və istisna deyil ki, həm də Pakistanın cavab reaksiyasını doğuracaq.  İkincisi, barələrində nə deyilsə də, İran hakimiyyətindəkilər praqmatik adamlardır. Onlar əla anlayırlar ki, İranın silahlanmasının texniki səviyyəsi Türkiyə və hətta Azərbaycan ordusundan da nə qədər geridə qalıb. Hələ Bakının digər müttəfiqlərini və strateji əməkdaşlarını demirəm.  İslam inqilabından  ötən 42 il ərzində İran özünün silahlı qüvvələrini müasir texniki və texnoloji təchizat səviyyəsinə çatdıra bilməyib.  Tehran son illər kəskin iqtisadi böhran səbəbindən hətta münasib hərbi büdcə formalaşdırmağı da bacarmayıb.  Müharibə vəziyyətində İranın yeganə ehtiyatı ordunun sayında və düşmənə dini fanatik olan əsgərlərin cəsədləri ilə üstün gəlmək ehtimalındadır.  Ancaq bəllidir ki, müasir müharibələrdə fanatiklər yox, texnologiyalar qalib gəlir...
 
 
- İran Azərbaycanda stabilliyi hansısa iranpərəst qüvvələrin köməyi ilə pozmağa cəhd edirmi?  Məsələn, ali hakimiyyəti sabotaj etmək , yaxud sünni-şiə qarşıdurması yaratmaq?
 
- Əgər İranın bu cür imkanı olsaydı, çoxdan onu reallaşdırardı.  Bildiyim qədər, İran yaxın keçmişdə Azərbaycanda öz proksilərinin bölməsini yaratmağa cəhd edib, ancaq uğursuzluğa düçar olub.  Tehran prinsipcə Bakıya qarşı Azərbaycanın hüdudlarından kənarda olan silahlı şiə qruplaşmalarından istifadə edə bilər.  Ancaq çətin ki, bu, Azərbaycanın xüsusi xidmətlərinin diqqətindən kənarda qalsın.
 
- Niyə Zəngəzur dəhlizinin açılması ətrafında bu cür ajiotaj var?  Azərbaycanla Türkiyə arasında quru rabitəsinin İrana konkret hansı təhdidi ola bilər?
 
- İlk növbədə, İran Azərbaycana siyasi və iqtisadi təsir etmək üçün daha bir vasitəni itirir. Bundan əlavə, Tehranda hesab edirlər ki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan, Naxçıvan və Türkiyə arasında yol deyil,  Ankaranın türkdilli aləmə çıxışıdır, Kiçik, Mərkəzi və Orta Asiyada türk faktorunun güclənməsidir.  Bu isə Zəngəzuru da, bütün Cənubi Qafqazı da tarixi İran torpaqları sayan Tehran siyasətçilərinin imperiya şüuraltısına heç cür uyğun gəlmir. Kiməsə anaxronizm kimi görünə bilər, ancaq İranda çoxları Fars imperiyasının dirçələcəyinə səmimi olaraq inanır…(Virtualaz.org)
Oxşar xəbərlər
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”