Çin gələcək münaqişələrdə qalib gəlməsinə kömək edəcək bir sıra kosmik silahların istehsalını planlaşdırır. Ölkənin hərbi dairələri kosmosun yeni qarşıdurma arenasına çevriləcəyinə və onun üzərində nəzarəti ələ keçirə bilənlərin Yer kürəsinə hakim olacağına inanır.
Moderator.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Aerokosmik Tədqiqatlar İnstitutunun hesabatına istinadən yazır.
Hərbi Hava Qüvvələrinin hesabatında bildirilir ki, Çin xalq qurtuluş ordusu kosmosda nəzarəti təmin etmək və bununla da Yer kürəsinə hakim olmaq üçün orbital raketlər, kiber və bir sıra kosmik silahlar hazırlayaraq onları sınaqdan keçirir.
Nəşrin yazdığına görə, bu sənəddə Aviasiya Universitetinin bir hissəsi olan Çin Aerokosmik Tədqiqatlar İnstitutu ölkəni əsasən 2007-ci ildə peyk əleyhinə raketlərin sınaqlarından sonra kosmosu zibilləməkdə günahlandırır. Həmin vaxt meteoroloji peykin məhv edilməsi kosmosda uzun müddət başqa peyklərin və raketlərin təhlükəsizliyini təhdid edəcək 3400-dən çox zibil hissəciyi buraxmışdı.
Hesabatda deyilir: “Çin ordusu kosmosu Çinin mübarizə aparmalı və gələcəyin savaşlarını qazanmaq niyyətində olduğu təqdirdə hərbi əməliyyatlar bölgəsi olaraq təyin edib”. Hesabatın müəllifləri əlavə edib ki, “kosmosa nəzarət edən Yerə nəzarət edər”.
“The
Miraslan