"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir
Oxunub: 1710
13 Oct 2021 | 17:18
Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində səfərdə olarkən tam orta məktəbin təməlini qoyub. Bu məktəb pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, akademik, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını daşıyacaq.
Mehdi Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olub. 1914-cü ildə Daşkəsən kəndində açılan və tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbinə daxil olub. Bakıda pedaqoji hazırlıq kursunu bitirib, imtahan verib və Azərbaycan Pedaqoji İnstitutunun (APİ) Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilib. Məzun olduqdan sonra Mehdizadə ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Pedoqoji fəaliyyətlə yanaşı, o, elmi fəaliyyətlə də məşğul olub. Mehdi Mehdizadə 1941-ci ildə "Azərbaycan məktəblərində savad təlimi tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi − alimlik dərəcəsi alıb. İkinci Dünya Müharibəsinində iştirak edən Mehdi müəllim qayıtdıqdan sonra 1946–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda elmi pedaqoji fəaliyyətini davam etdirərək pedaqogika kafedrasının müdiri, fakültə dekanı, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1950-1951-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru olub.

Mehdi Mehdizadə 1952-ci ilin mart ayında Azərbaycan SSR-nin maarif naziri vəzifəsinə təyin edilib və 25 ilə yaxın müddətdə (1952–1954; 1960–1980) respublikanın xalq maarifinə rəhbərlik edib . O, 1957-ci ildə APİ-nin professoru vəzifəsinə seçilib. Öz ərizəsi ilə 1980-ci ildə Azərbaycan SSR maarif naziri vəzifəsindən azad edilib, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olub.



İnstitutda Mehdizadə ilə bərabər çalışan, onun seminarlarının elmi katibi olan Azərbaycanın pedaqoq alimi, elmlər doktoru, professor, “Əməkdar müəllim” Vidadi Xəlilov Azvision.az -a bildirib ki, Mehdi müəllim ən parlaq təfəkkürü olan, güclü şəxsiyyət kimi meydana çıxan alimlərdən, vətəndaşlardan biri idi:

-Mehdi Mehdizadə keçən əsrin dörddə biri qədər Maarif Nazirliyinə rəhbərlik edib. O, SSRİ məkanında şəxsi nümunəsi, elmi mövqeyi, təşkilatçılıq qabiliyyəti ilə tanınan, böyük nüfuz qazanmış əsl ağsaqqal idi. Professor SSRİ Pedoqoji Elmlər Akademiyasının təşkilatçılardan biri olub, Akademiyanın fəaliyyətə başladığı andan 1967-1984-cü ilə qədər onun ən nüfuzlu, sayılıb-seçilən müdirlərindən biri olub. YUNESKO-nun təhsil üzrə komitələrindən birinin üzvü olan Mehdizadə inkişafda olan ölkələrdə xalq maarifçi quruculuğu təcrübəsinin yayılmasında fəal iştirak edib.



Vidadi Xəlilov akademiki APİ-də oxuyan zamandan, yəni 1963-cü ildən tanıyır. O bildirib ki, Mehdi Mehdizadə böyük müəllim, təhsil qurucusu idi:

“Prezident İlham Əliyev Cəbrayılın elm xadimləri, ictimai fəalları ilə görüşündə Mehdi Mehdizadə adını daşıyan məktəbin layihəsinin təsdiq olunmasını bildirdi. Bu, ölkə başçısının Cəbrayıl ziyayılarına, elmi ictimai xadimlərinə göstərdiyi böyük diqqət və qayğıdır. Biz onunla fəxr edirik. Mehdizadə kimi böyük elm xadimləri, maarif qurucuları dövlətimizin diqqətindən yayınmır. Bu indiki və gələcək nəsillər üçün də örnəkdir, nümunədir”.

Vidadi Xəlilov Mehdizadə haqqında “Əsrə bərabər ömür” filminin ssenari müəllifidir. O eyni zamanda “Akademik Mehdizadə ömrünün işığı” adlı kitabı yazıb.

- Onun haqqında xatirələri tələbəsi, pedoqoji yetirməsi kimi, bir övlad məhəbbəti ilə yazmışam. 1980-ci ildə Mehdizadə təqaüdə çıxandan sonra Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitunda 4 il - ömrünün sonuna qədər elmi məsləhətçi olub. Çox yaxın münasibətimiz var idi. İnstitutda elmi seminara rəhbərlik edirdi. Mən də onun elmi katibi kimi çalışırdım. O, bütün səyini, biliyini gənc nəslə, yeni elmi pedoqoji kadrların formalaşmasına həsr edirdi. Bənzəri olmayan ziyalı, akademik, pedoqoq alim, xalqın sevimlisi fəxri idi.

Vidadi Xəlilov qeyd edib ki, Mehdi Mehdizadə hər şeydən əvvəl pedoqoq olduğu üçün maarif sistemində islahatların tərəfdarı idi. Ona görə də nazir olduğu dövrdə böyüyən nəslin mənəvi zənginliyini, hərtərəfli inkişafına böyük əhəmiyyət verirdi. Məktəblilərin yaradıcılıq müsabiqələrini, fizika və riyaziyyat olimpiadalarının keçirilməsini diqqət mərkəzində saxlayır, bu sahədə sistemli tədbirlərin həyata keçirilməsinə çalışırdı. O, eyni zamanda kimya-biologiya təmayüllü respublika ümumtəhsil məktəbinin təməlini qoyub. Mehdizadə Azərbaycan təhsilinin dünya təhsil sisteminə interqasiyasının tərəfdarı idi. Bu gün lisey və kollec ifadələri təhsil sistemi üçün yeni deyil. Mehdi müəllimin o dövrdə yaratdığı təmayül məktəblər bugünki lisey və kolleclərin modeli idi.

Mehdizadə 1971-ci ildə “Dərsə verilən müasir tələblər” adı altında kitab nəşr etdirdi. Bu vəsait müəllimlərin stolüstü kitabı idi, əl-əl gəzirdi. Ömrünün sonuna yaxın “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” kitabını çap etdirib. Bu kitab böyük monaqrafiya idi və indi də istifadə edilir. Onun dərslə bağlı dedikləri, dərsə verlən tələblər, müasirliklik, dərsdə tərbiyəedici elmi inkişafın olması fikirləri çox böyük rəğbətlə qarşılanırdı.

- Dərsdə elmliyin, emosional vəziyyətin təmin edilməsinin tərəfdarı idi. Deyirdi ki, “dərs vermək məharəti həm də hər şeyə maraq oyatmaq məharətidir. Bu, kimə məlum deyilsə və dərsdə elmi mühitlə emosianal vəziyyət yaratmırsa, şagirdlərdə iftixar, hər şeyi öyrənməyə maraq hissi inkişaf edib formalaşmırsa, o dərsin dəyərindən bir o qədər də danışmağa dəyməz”. Bütün fəaliyyət prosesində dərsin inkişafetdirici şəxsiyyət yönünümlü imkanlarını diqqətə çatdırırdı",- deyə V.Xəlilov əlavə edib.



Mehdizadənin başlatdığı təhsil sahəsində yeniliklər bu gün də öyrənilir, hətta bir çox məktəblərdə tədris hissə müdirləri, direktor müavinləri onun kitablarını, məqalələrini stolüstü vəsaitə çevirib, faydalanırlar, fəaliyyətlərini o istiqamətdə qururlar. Akademikin Azərbaycan təhsili üçün böyük böyük şəxsiyyət olduğunu vurğulayan professor bildirib ki, o, özünü məmur kimi aparmırdı. Qapısı hər zaman müəllimlərin, məktəb rəhbərlərinin üzünə açıq idi.

- Onun Füzuli, Cəbrayıl məktəblərinə səfərlərdə iştirak etmişəm. Nazir kimi qarşılanmasına razılıq verməzdi. Deyirdi ki, “biz də dərsi dinləyənlərdən biriyirik, narahat olmayın. İstəyirik ki, işinizdə ən çox nəzərəçapran cəhətin hansı olduğunu öyrənək və əsərimizdə qeyd edək, nümunə göstərək”. Heç vaxt onda rəsmiyyətçilik, səsinin tonunu qaldırmaq olmayıb. 24 il onu yaxından tanıyan biri kimi deyə bilərəm ki, Mehdizadə məktəbə, müəllimlərə, şagirdlərə canını verirdi.

Deyirdi ki, “nümunəvi müəllim dərsdə elmi əsaslara söykənməlidir, elmlik gözlənilməlidir. Hadisələr, anlayışlar elmi əsaslarla izah olunmursa, ona nə ad vermək olar? Elmliklə bərabər dərsdə emosianal vəziyyət, heyrət yaradılmalıdır. Şagirdlərdə elmi anlayışları öyrənməyə, mənimsəməyə bir maraq hissi olmalıdır, sıxıntı olmamalıdır”. Əsas tezislərindən biri bu idi ki, “dərsdə müəllim şagird münasibətlərində tam səmimilik olmalıdır”.

Mehdi Mehdizadə çalışırdı ki, həmişə rayon və kənd məktəblərinin səviyyəsi şəhər məktəblərindən seçilməsin. Məktəblər maddi-texniki bazası, tədris metodikasına görə daha da irəli getsin. Elm xadimi əsərləri ilə dövrünün pedoqoji salnaməsini yaradıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib ki, Azərbaycanda təhsilin inkişafında müstəsna rolu olan akademik Mehdi Mehdizadənin o zaman gördüyü işlər və irəli sürdüyü ideyalar dövrü üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, indiki orta təhsil sisteminə də önəmli töhfələr verib. Onun “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr”, “Azərbaycan xalq maarifi yeni yüksəlişdə”, “Azərbaycan xalq maarifinin sürətli inkişafı”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” monoqrafiyası və yüzdən artıq məqaləsi Azərbaycan pedaqogika elminin inkişafında sanballı yer tutur.

- Azərbaycan müəllimlərinin qurultaylarının üçünün (VII, VIII və IX) keçirilməsi Mehdi Mehdizadənin Xalq Maarifi komissarı və Xalq Maarifi naziri olduğu illərə təsadüf edir. Həmin qurultaylar nazir və alim kimi onun pedaqoji sahədə dərin bilik və təhlil qabiliyyətini bir daha sübuta yetirir. Təhsilimizin korifey akademiki Mehdizadə haqqında “Mehdizadə çox halal insan idi”, “Mehdizadə çox əməli-saleh insan idi”, “Mehdizadə son dərəcə xeyirxah insan idi” , “Mehdizadə əsl xalq adamı idi” , “Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi” və s. bu kimi sözləri onunla təmasda olan hər kəsdən həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra eşitmişik. Məhz bu keyfiyyətlərinə görə hamı onu indi də “ziyalılıq etalonu” sayır. Çünki, onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi.

Mehdizadə elə bir şəxsiyyət idi ki, vəzifəsindən, ixtisasından, peşəsindən, onunla yaxınlığından asılı olmayaraq, hamının rəğbətini qazanmış, onların qəlblərində dərin iz buraxmışdı. SSRİ xalq rəssamı, Rəssamlıq Akademiyasnın həqiqi üzvü Mikayıl Abdullayev, bəstəkar, xalq artisti, professor Süleyman Ələsgərov, akademik Budaq Budaqov, akademik Fuad Qasımzadə və adlarını sadalamqla bitməyən digər ziyalılarımızn xatirələrı insanda fərəh hissi oyadır.

Nadir İsrafilov bildirib ki, onlarla təhsil mütəxəssisinin yetişməsində, o cümlədən elə onun özünün də pedaqoji sahə ilə bağlılığında, gələcəyimiz olan təhsilə inam və ümid bəsləməyində və təhsil işçilərinə hədsiz rəğbət göstərməsində Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub:

“Mehdi müəllim özünü kimdənsə üstün tutmaz, yaxud nazir olduğunu kiməsə biruzə verməzdi. Özüm bilavasitə şahidi idim ki, İttifaq miqyaslı elm və təhsil “nəhəngləri” Prokofyev, Babanski, Xripkova və bir çox digərləri mötəbər tədbirlərdə zala daxil olarkən hörmət və ehtiram əlaməti olaraq, ona necə yol verirdilər. Bu nüfuzu, bu hörməti Mehdi müəllim məhz sadəliyi və təvazökarlığı, səmimiliyi və alicənablığı ilə qazanmışdı.


Nadir israfilov və uzun illər Təhsil Nazirliyində Mehdi Mehdizadə ilə birlikdə çalışan Əmənulla Məmmədov

- Akademiklə ilk tanışlığım ötən əsrin 70-ci illərinin sonlarına təsadüf edir. O zaman pedaqoji stajımın 5 illik müddətinin tamamı üçün 6 aylıq çatışmazlığa görə məni işlədiyim məktəbə direktor təyin etməmişdi. Gülümsəyərək “nə yaşın var ki, sənin, get çalış, həyata alış, nəzərimiz üstündə olacaq” demişdi. Raykomun I katibinin israrlı xahişinə isə “mən təlimatı poza bilmərəm” cavabını vermişdi. Moskvada aspiranturanı bitirib, gələndən sonra Maarif Nazirliyi yanında Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi kimi çalışırdım. O zaman məni Riqaya göndərdi. Orada Latviya tarixinin ayrı fənn kimi tədris edildiyini və attestada yazıldığını bildirdim. Həmin vaxtı isə Azərbaycan tarixi SSRİ tarixinin içərisində tədris olunurdu. Onun təlimatı ilə 80 saatlıq Azərbaycan tarixi proqramını hazırladım və 1980-ci ildən bu fənn müstəqil fənn kimi keçilməyə başladı.

Mehdi müəllimin müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi müəllim olub, nə yaxşı cəmiyyətimiz bu cür örnək insanlardan xali deyil. Akademik Mehdizadənin təhsilimiz üçün kim olması görkəmli pedaqoqumuz, uzun illər onunla çiyin-çiyinə çalışmış, xeyli müddət Respublika Təhsil Şurasına rəhbərlik etmiş mərhum professorumuz Əjdər Ağayevin bir ümumiləşdirilməsində çox dəqiq və sərrast ifadə edilib: "Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə, akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi".



Azvision.az
Oxşar xəbərlər
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi