Xüsusi təyinatlımız DETALLARI AÇIQLADI: "Murov zirvəsi uğrunda döyüşlərdə..."
Oxunub: 1230
12 Oct 2021 | 15:56
Xüsusi təyinatlımız DETALLARI AÇIQLADI:
Ötən il 44 günlük Qarabağ müharibəsində Azərbaycan xüsusi təyinatlılarının Murov silsiləsindəki zirvələrdən birində çəkilmiş qısa videogörüntüləri sosial şəbəkələrdə sürətlə yayıldı və bu müharibənin simvollarından birinə çevrildi. Həmin görüntülərdə Murov zirvəsini düşməndən azad edib ora Azərbaycan bayrağını sancmış xüsusi təyinatlıların qayaların arasında bir-birinə qısılaraq mürgüləməyə çalışdıqları əks olunurdu.
 
Virtualaz.org xəbər verir ki, Ukraynanın censor.net portalının müxbiri Yuri Butusov Qarabağa səfəri zamanı həmin videonun qəhrəmanlarından birini-32 nəfərlik qrupun tərkibində Murov yüksəkliyini düşməndən azad edən xüsusi təyinatlı Təbriz Zöhrablını tapıb, danışdırıb. Sonradan Suqovuşan ətrafındakı yüksəkliklərdən biri uğrunda gedən döyüşlərdə ağır yaralanan, hələ də yarası sağalmayan igid döyüşçümüzün söhbətini təqdim edirik:
 
-Müharibəyə qədər keçdiyiniz hərbi xidmət haqda danışın.
 
-Vətən müharibəsində mən kiçik çavuş rütbəsində iştirak etmişəm, 057 saylı hərbi hissənin kəşfiyyat batalyonunun xüsusi təyinatlı bölüyündə xidmət etmişəm. Müharibəyə qədər ümumi xidmət müddətim 6 il olub.
 
-Müharibəyə qədər hazırlığınız necə olmuşdu?
 
-Bizi xüsusi olaraq düşmən arxasında müstəqil fəaliyyət üçün hazırlamışdılar. Xüsusi təyinatlı olmaq üçün mən həqiqi hərbi xidməti başa vurandan sonra dəniz xüsusi təyinatlıları proqramı üzrə 9 aylıq hazırlıq kursu keçmişəm. İxtisasım istehkamçı olub.
 
-Sirr deyil ki, Qarabağda müharibə 1991-ci ildən gedirdi, lokal döyüş əməliyyatları 30 il ərzində dayanmamışdı, sizin 2020-ci ilə qədər döyüş təcrübəniz olmuşdumu?
 

 

 
-İlk döyüş təcrübəm 2017-ci ilin fevralında olub. Biz Qarabağda gecə döyüş tapşırığı yerinə yetirmişik.
 
-Bütün qrup gecə görmə cihazı ilə təchiz edilmişdimi?
 
-Bəli, hərə öz ixtisasına görə bütün zəruri cihazlarla təchiz edilmişdi.
 
-Sizin batalyon konkret hansısa rayonda və ya sahədə konkret fəaliyyət üçün hazırlanmışdı? Siz əvvəlcədən hazırlaşdığınız yerdə döyüşməli oldunuz?
 
-Bəli, biz məhz döyüş aparmaq üçün hazırlıq keçdiyimiz yerlərdə döyüşdük, döyüşməli olduğumuz yerlərin şərtlərini yaxşı öyrənmişdik. Biz daim bir zolaqda-Bərdə ordu korpusunun zolağında fəaliyyət göstərirdik.
 
-Sizin üçün müharibə nə vaxt başladı?
 
-Sentyabrın 27-də bizim xüsusi təyinatlı bölük komandirimiz Fərid Əliyev başda olmaqla Murov yüksəkliyini tutdu. 32 nəfər idik. Biz ermənilərin növbəti hücumu və ordumuzun əks hücumu haqda eşitdik, böyük müharibənin başlandığı xəbər verildi.
 
-Kənardan elə təəssürat yarana bilər ki, Murovdağ yüksəkliyini tutmaq vəzifəsi xüsusi təyinatlılar qarşısında hələ sentyabrın 27-dən əvvəl qarşıya qoyulmuşdu və yerinə yetirilmişdi...
 
-Azərbaycan bayrağını Murovda sentyabrın 27-də qaldırmışıq. Bu, mənim hələlik deyə biləcəklərimin hamısıdır. 3300 metr yüksəkliyə qalxmaq çətin idi. Bütün sursatı, silahları çiyinlərimizdə daşıyırdıq-adambaşına 50-60 kiloqram yük düşürdü. Dağın zirvəsinə qalxmaq 6-7 saat vaxt apardı.
 
-Hamı buna dözdü?
 
-Biz bilirdik ki, belə şərtlərdə döyüşəcəyik və bütün hazırlıqlarımız da həmin relyefə maksimal uyğun relyefdə keçmişdi. Çətin idi, amma bizi xüsusi olaraq bunun üçün hazırlamışdılar.
 
-Siz düşməni necə qəfil haqlaya bildiniz, axı google-xəritələrdə zirvənin aşağısında erməni mövqeləri görünür? Zirvəyə qalxanda döyüş oldumu? Ermənilərin müdafiəsi necə təşkil olunmuşdu?
 
-Ermənilərin müdafiəsi dağlarda hərəsində 10-15 nəfər olmaqla ayrı-ayrı postlardan ibarət idi. Əsas qüvvəni onlar arxada saxlayırdılar, ön xətt isə postlar zəncirindən ibarət idi, onların arasında böyük məsafə var idi.
 
Əvvəlcə biz bir neçə kilometr düşmən arxasına keçdik və onlar bizi görmədilər. Sonra biz zirvəyə onların müşahidə etmədiyi istiqamətdən qalxdıq. Murovun özündə ermənilər yox idi, amma zirvədən aşağıda onların iki postu yerləşirdi və biz məhz həmin postların arasından keçib getdik. Biz döyüşsüz, səssiz daxil olduq. Ermənilər müharibənin başladığını eşidəndə və onların başı üzərində Azərbaycan bayrağının qaldırıldığını görəndə, fikrimcə, şoka düşdülər.
 

 

 
Murov uğrunda döyüşlər, 27 sentyabr, 2020-ci il...
 
-Sizin bölüyün Murovda vəzifəsi nə idi?
 
-Biz komandanlığa məruzə etdik ki, artıq buradayıq və bizə yüksəkliyi istənilən yolla, nəyin bahasına olursa olsun qoruyub saxlamaq əmri verildi. Və biz düşmənə artilleriya zərbələrinin endirilməsini korrektə edirdik. Aşağıdakı erməni postlarını və Kəlbəcərdən keçən yolu müşahidə altında saxlayırdıq.
 
-Nəyə görə bayrağı qaldırmışdınız, axı bununla siz yerinizi düşmənə bildirdiniz?
 
-Bu bizim qarşımıza qoyulan vəzifələrdən biri idi. Bayrağı sentyabrın 27-də qaldırmışdıq, əvvəlcə kiçik bayraq idi, sonra böyük, ermənilər tərəfdən yaxşı görünən bayrağı qaldırdıq. İstəyirdik ətrafdakı ermənilər görsünlər ki, onların başı üstündə artıq Azərbaycan bayrağı dalğalanır, onların döyüş ruhunu sındırmaq və geri çəkilməyə məcbur etmək istəyirdik. Habelə, biz onların diqqətini artıq döyüşlərin başladığı başqa istiqamətlərdən özümüzə cəlb etmək məqsədi güdürdük.
 
-Düşmən sizi bu yüksəklikdən geri oturtmağa cəhd etdi?
 
-Bizə hücuma cəhd etmədilər. Murov yüksək dağdır, orada hətta daşla müdafiə olunmaq olar. Amma bizə artilleriya atəşləri olurdu və kəşfiyyat məlumat vermişdi ki, ermənilər aviasiyadan da zərbə endirə bilərlər. Oktyabrın 1-2-də kəşfiyyatdan məlumat aldıq ki, ermənilər təyyarələri qaldırıblar, biz ətrafa səpələndik və sığınacaqlar axtardıq, amma atılan bombalar bizə dəymədi, aralı düşdü. Bilirəm ki, Murovdağın digər yüksəkliklərində də ağır döyüşlər gedirdi.
 
-Murov uğrunda mübarizə necə gedirdi? Digər bölmələr dərhal sizin arxanızca həmin iki erməni postunun arasından qalxa bildi?
 
-Biz özümüzünkülərdən aralı düşmüşdük. Amma artilleriyamızın zərbələrini korrektə edə və onu yaxşı müşahidə etdiyimiz aşağıdakı erməni postlarına yönəldə bilirdik. Düşmənin də vəziyyəti bizim kimi çətin idi. Amma bir neçə gün sonra onlar postlardan çəkildilər, görünür çox itkiləri olmuşdu. Bizim qarşımıza qoyulan döyüş tapşırığı yerinə yetirilmişdi. Qoşunlarımız artıq bizimlə birləşə bilərdilər. Ona görə də Murovu başqa hərbi hissədən piyada bölmələrinə təhvil verdik və bizi başqa döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərdilər.
 
-Belə video da var ki, Murovdağ rayonunda Azərbaycanın “Bayraktar” dronları zərbə endirir, siz məlumatları pilotsuz təyyarələrdən alırdınız? Qarşılıqlı əlaqə var idi?
 
-Bu barədə məlumatım yoxdur. Orada, yuxarıda güclü külək əsirdi, duman idi və hər şeyi insanlar həll edirdi.
 
-İtkiləriniz oldu?
 
-Bəli. Erməni artilleriyası bir gün səhər saatlarında atəşə başladı. Yoldaşlarımızdan Natiq Verdiyev şəhid oldu. Murovun Azərbaycanın nəzarətində olduğunu görən hər kəs bu adı xatırlamalıdır, bilməlidir ki, o zirvədə Natiqin qanı var. (25 yaşlı gizir Natiq Verdiyev 2020-ci il, oktyabrın 1-də şəhid olub, Murovda Azərbaycan bayrağının qaldırılması haqda video da onun telefonundan götürülüb, - müəl.)
 
-Murovun zirvəsində, dumanlar arasında əsgərlərin yan-yana qısılıb yatdığı, İkinci Qarabağ müharibəsinin simvoluna çevrilən həmin məşhur videonun tarixçəsindən danışın. Bu video necə çəkilmişdi, kim onu çəkmişdi?
 
-Bu videonu sentyabrın 28-də yoldaşlarımızdan Bəhruz Muradov çəkib. Biz videonu çəkmişdik, çünki həmin vaxt bizi görmək mümkün deyildi, buludlar dağın ətəyindən sürünürdü, videonu Murovda olduğumuzu, əmr gəlməsə oranı tərk etməyəcəyimizi sübut etmək üçün çəkmişdik.
 
-Bəs nəyə görə çılpaq qayaların üstündə yatırsınız, sizin dağ təchizatınız harada idi?
 
-Bütün Murov silsiləsində əməliyyatların uğuru bizdən asılı idi. Bu döyüşü uduzmaq haqqımız yox idi. Dağı götürməli və onu əldə saxlamalı idik, ya da hamılıqla şəhid olmalıydıq. Ona görə də isti əşyalar və bütün qalanlar bizim üçün əhəmiyyətə malik deyildi, bütün düşüncəmiz ancaq dağa qalxmaq və nəyin bahasına olursa olsun, onu əldə saxlamaq idi. Dağları yaxşı tanıyırdıq və bilərəkdən özümüzlə ancaq silahlar, ən zəruri ləvazimatlar götürmüşdük. İsti əşyalar, yataq kisələri götürməmişdik, yeməyin demək olar ki, hamısını dağa qalxmazdan əvvəl aşağıda qoyduq.
 
-Amma belə vəziyyətdə döyüş tapşırığını necə effektiv yerinə yetirmək olardı, axı elə soyuqda normal yatmaq mümkün deyil. Siz tezliklə döyüş qabiliyyətinizi itirərdiniz axı? Həmin çəkiliş vaxtı temperatur neçə dərəcə idi?
 
-Biz o kadrları çəkəndə qar yağırdı, amma düzünü desəm temperatura fikir vermirdik. Başa düşürsüzmü, mən 1993-cü ildə Ağdam rayonunda, Əfətli kəndində anadan olmuşam, azərbaycanlıları o yerlərdən qovduqları ildə. Doğma dayım həmin müharibədə şəhid olub. Və budur, biz öz torpaqlarımızı qaytarmağa gəlmişdik, 30 ildir azərbaycanlıların ayağı dəyməyən yüksəklikdə dayanmışdıq. Təsəvvür edə bilməzsiniz ki, qanda adrenalinin səviyyəsi necə idi. Biz başqa heç nə haqda düşünmürdük.
 
Orada, zirvədə çox soyuq idi və ancaq bir-birimizi qucaqlayıb yata bilərdik. Yeməyimiz elə birinci gün qurtardı, su isə üçüncü gün. İki gün susuz qaldıq. Amma gücümüz vardı, çünki qələbəmizə inanırdıq.
 
-Murovda neçə gün qaldınız?
 
-5 gün.
 
-Bəs susuz necə dözürdünüz?
 
-Avtomat maqazinlərini açıb daşların üstünə qoyurduq, orada şeh yığılırdı və biz onu sonra daşların üstündən yalayırdıq. Dərman ehtiyatlarımız var idi və biz dərmanların qarışdırılması üçün olan bütün mayeni içmişdik-32 nəfər arasında qardaşcasına porsiyalara böldük.
 
-Murovdan düşəndə hansı vəziyyətdə idiniz? Donvurmadan, orqanizmin tükənməsindən qaça bildinizmi?
 
-Bizi hospitala apardılar, bir gün ərzində bərpa olunduq, bu vaxt kifayət etdi ki, yenidən sıraya qayıdaq və bölüyümüzü Suqovuşan rayonunda başqa döyüş vəzifəsini yerinə yetirməyə göndərdilər.
 
Taborumuzun qalan hissəsini isə cənuba göndərdilər, orada xüsusi təyinatlı qüvvələrinin tərkibində Şuşaya qədər getdilər.
 
-Ermənilərin yaydığı başqa iki video da var, oradan görünür ki, onlar Azərbaycan bölmələrini Murovdağda hansısa mövqelərdən geri oturdublar. Bu hadisə nə vaxt, harada baş vermişdi, bilirsinizmi?
 
-Mən özüm bunun şahidi olmamışam, ola bilsin Murovda, başqa yüksəklikdə olub. Murovdağ bizim əlimizdədir. Amma Murovdağ və Ömər aşırımında bir sıra yüksəkliklərin azad edilməsindən sonra xüsusi təyinatlıları dağlarda döyüş üçün hazırlığı olmayan başqa bölmələrlə əvəzlədilər. Ola bilsin düşmən başqa yüksəkliklərdə əks-hücuma keçib. Bizim qoşunlarımızın müharibənin ilk günlərində vəzifəsi həmin istiqamətdə bir sıra yüksəkliklərin tutulmasından sonra düşməni sıxışdırmaq idi.
 
-Sizin istiqamətdə nələr baş verdi?
 
-Talış kəndinə daxil olduq, kənd artıq bizdə idi. Maşınlarımızı orada qoyduq. Vəzifəmiz yolla Suqovuşana hücum etmək idi. Orada, yolun üstündə ermənilərin müşahidə postu var idi, yola nəzarət edirdilər və tank əleyhinə raketlərlə maşınları vururdular, getmək mümkün deyildi. Yoldan sağ cinahda dağlar sıx, çətin keçilən meşəlik idi. Biz məhz həmin istiqamətdən getdik, çünki oradan bizi heç kim gözləmirdi. Öndə iki bələdçi, arxadan isə bütün bölük. Beləliklə, yoldan yan ötməklə düz Suqovuşana girdik.
 
-Kənddə döyüşə girdiniz?
 
-Yox, Suqovuşana oktyabrın 3-də girdik və dərhal komandanlığa məruzə etdik, kəndin tam boş olduğunu bildirdik. Bir neçə saat orada qaldıq və dərhal əmr gəldi ki, ermənilərin yeni müdafiə xətti qurduqları yüksəklikləri tutaq. İmkan vermək və vaxt itirmək olmazdı ki, onlar yeni müdafiə xəttində möhkəmlənsinlər. Yenidən düşmən arxasına keçmək və Tonaşen kəndi ətrafındakı 951 yüksəkliyinə qalxmaq lazım gəldi. Həmin yüksəklik ermənilərin o istiqamətdəki müdafiə rayonunda mühüm əhəmiyyət daşıyırdı və oradan Tonaşen-Ağdərə yolunu nəzarətdə saxlamaq mümkün idi. Biz yenə də gizli hərəkət etdik. Bölüyümüz ermənilərin həmin Tonaşen kəndi ətrafındakı bütün postlarını arxa tərəfdən keçib getdi. Yüksəkliyə çatıb vəziyyəti müşahidə edəndə gördük ki, ermənilər hazırlıqlıdır, bizi gözləyirlər. 951 yüksəkliyi uğrunda döyüş oktyabrın 5-də oldu. Orada ermənilərin sayı təxminən 40-dan çox idi. Biz isə 32 nəfər idik. Öndə gedən bələdçilər xəbər verdilər ki, birbaşa yüksəkliyə doğru irəliləyə bilmərik, çünki ermənilər hazırlıq görmüşdülər, bilirdilər ki, gəlirik və onlara pusqu quracağıq. Biz bunu görürdük və öndə gedən döyüşçülərimiz onların mövqeyini aşkarlamışdı. Və yenidən ərazinin dağlıq və meşəlik olmasından istifadə edərək erməniləri arxa tərəfdən keçib getdik. Yaxınlaşanda şiddətli döyüş başladı, bütün bunlar çox tez baş verdi, üzbəüz döyüşürdük, bəzən 10-20 metrlikdən. Bax bu video həmin döyüşdən dərhal sonra çəkilib, biz hələ yaralarımızı sarıyırıq, ətrafda şəhidlərimiz və öldürdüyümüz düşmənlərin meyitləri qalıb. Murovda həmin videonu çəkən Bəhruz Muradov da sinəsindən ağır yaralandı. Həmin döyüşdə 8 şəhid verdik, ermənilər böyük itkilər verdilər. Onların çox azı salamat qaça bildi və biz 951 yüksəkliyini götürdük.
 

 

 
Təbriz Zöhrablı və döyüş yoldaşları 951 yüksəkliyi uğrunda qanlı döyüşlərdən dərhal sonra...
 
Biz hamımız xüsusi təyinatlılar idik, ermənilərin arasında isə gənc əsgərlər çox idi, yaxın döyüş üçün hazırlıqlı deyildilər, ola bilsin heç döyüş təcrübələri də yox idi. Ermənilərin arasından bizə ancaq təcrübəli döyüşçülər atəş açırdı, ola bilsin hələ birinci Qarabağ müharibəsində döyüşmüşdülər, motivasiyalı idilər.
 
Ən başlıcası biz döyüş tapşırığını yerinə yetirdik və 951 yüksəkliyini azad etdik, düşmənə imkan vermədik yolun üstündə möhkəmlənsin. Hazırda həmin yüksəkliyin yaxınlığında Rusiya sülhməramlılarının və Azərbaycan ordusunun birgə postu yerləşir.
 
-Əlinizə nə olub? Dövlət müalicəyə kömək edirmi, sizə dəstək göstərilirmi?
 
-Əlim hələ sağalmayıb, güllə sümüyü və sinirləri dağıdıb, amma mən bunu önə görə demirəm ki, özümə diqqət cəlb edim, kömək istəyim. Mənə bu lazım deyil. İstəyirəm hamı bilsin ki, mən Təbriz Zöhrablıyam, Ağdamın Əfətli kəndində doğulmuşam. İstəyirəm hamı bilsin ki, mən harada doğulmuşam. Biz qalib gəlmişik və deməli 90-cı illərin əvvəllərində Qarabağda şəhid olanların xatirəsinə layiq yaşamışıq.
Oxşar xəbərlər
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 08:31
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 08:31
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib