Türkiyədə 17 dekabr rüşvət əməliyyatından sonra ölkədə yaşanan siyasi böhran arxasınca iqisadi sarsıntılara səbəb oldu. Bir neçə gün öncə itkilərin 120 milyard dollar olduğunu deyən Ərdoğandan fərqli olaraq analitiklər və iqtisadçı ekspertlər yaranmış böhrandan Türkiyə İqtisadiyyatına 500 milyard dollardan artıq zərbə vurduğunu iddia edirlər.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəni günü-gündən bahalaşma dalğası bürüməkdədir və bazarladakı qiymət arımı vətəndaşı zor duruma salıb.
Yeri gəlmişkən, bildirilir ki, ərzaq məhsulların qiymətlərində son günlər 20-30 faiz civarında arım var. Ən nəzərəçarpacaq bahalaşma isə yumurtanın qiymətində olub. Yumurtanın bir kasetinin qiyməi 8 lirədən 12 lirəyə qalxıb.
Xatırladaq ki, iki il öncə Azərbaycanda da yumurta böhranı yaşanmışdı və ölkə əhalisinin əksəriyyətinin əsas qida rasionunu təşkil edən “kasıbın son ümid yeri” adlandırılan bu ərzaq növü prezident İlham Əliyevin məxsusi müşavirə keçirməsinə səbəb olmuşdu.