“Bursada müalicə alan Qarabağ qaziləri  ailələrinin unudulmasından narazıdır...”   
Oxunub: 3076
27 Sep 2021 | 12:40
“Bursada müalicə alan Qarabağ qaziləri  ailələrinin unudulmasından narazıdır...”   
“Hər hansı bir şəhər, rayon ərazisindəki hökumət və ya qeyri-hökumət qurumunun hər birinin masasının üzərində  rayonun şəhidlərinin, qazilərinin siyahısı, onların ünvanları olmalıdır...”
 
“Sentyabrın  21-də Türkiyənin Bursa vilayətinin Qaracabey rayonunun Qurşunlu məhəlləsində  Milli Qəhrəman Şirin Mirzəyevin adına parkın açılış tədbirindən sonra biz həmin müqəddəs işin təşəbbüskarı olan soydaşımız, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin rəhbəri Hüseyn Vəliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, tanınmış tele-aparıcı Vəsilə Vahidqızı ilə birgə Bursa şəhərindəki xəstəxanalardan birində müalicə olunan 44 günlük müzəffər savaşımızın 12 qazisini ziyarət etdik.  Canlarını xalqımız, Vətənimiz, hər birimiz uğrunda fəda etmiş bu igidlərimizə maddi və mənəvi yardım etməyi özümüzə borc bildik... 
Qəhrəman qazilərimizin hamısı əlil arabasında idi... Bizi görəndə çox təsirləndilər... Onlar əsasən 2020-ci ilin iyulundakı Tovuz döyüşlərində, eləcə də 44 günlük savaş zamanı  Füzuli və Cəbrayıl ərazilərində vuruşub sağlamlıqlarını itirmiş döyüşçülərimizdır. Qazilərimiz Türkiyədə onlarla əsas maraqlanan azərbaycanlının Hüseyn Vəliyev olduğunu söylədilər. Onlar Bursa xəstəxanasında Türkiyə həkimlərinin müalicəsindən də razıdırlar”.  
 
Bunu Moderator.az  əməkdaşıyla söhbətində şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımova  söyləyib. 
 
Daha sonra şəhid Milli Qəhrəman xanımı Bursada müalicə olunan qazilərimizin problemlərindən, qayğılarından danışıb.
 
“Qazilərimizin çoxu “YAŞAT” fondundan razılıq edirlər. Lakin sakinləri olduqları rayonların icra hakimiyyətlərindən, yerli məmurlardan, qeyri-hökumət təşkilatlarından şikayətləndilər. Onların rayonlardakı ailələləri ilə, demək olar ki, heç kəsin maraqlanmadığını bildirdilər. Hətta qazilərdən biri bildirdi ki,  sakini olduğu rayonun  icra hakimiyyətindən onun evinə  zəng edib 27 sentyabr – Şəhidlərimizin Anım gününə dəvət ediblər. Deməli, yerlərdəki bir çox məmurların məsul olduqları  rayonlarda, şəhərlərdəki qazilərin durumundan, harada, xəstə və ya sağlam olduqlarından məlumatı yoxdur. Biri deyir ki, məni uşaqlıqdan babam saxlayıb, 80-dən yuxarı yaşı var, cəmi 200 manat pensiya alır. Heç kəs də maraqlanmır onunla, telefonda danışanda ağlayır...  
 
Kürdəmir rayonunun sakini Əhmədzadə Turanın atası hazırda qarğıdan tilkilmiş evdə yaşayır... O, bildirib ki, yalnız bu yaxınlarda Milli Məclisin 7 saylı Kürdəmir seçki dairəsindən deputat  Əminə Ağazadə ailəsinin problemləri ilə maraqlanıb, onlara maddi yardım göstərib.
Yevlax rayonundan olan Yusif Ağaməmmədovun sözlərinə görə, Bakıdan ona göndərilmiş əlil arabası mühərriksiz, pultsuz olub. Üstəlik, uşaq üçündür. Xeyli keçəndən sonra mühərrikini yollayıblar. Indi də pultu yoxdur.  Qazimizin boyu 1 m 80 sm olduğu halda ona kiçik ölçülü araba yollayıblar. Ona görə də hərəkət zamanı çox böyük çətinlik çəkir.  Anası deyir ki, aylardı  müalicə olunsa da, Yusifin səhhətində heç bir irəliləyiş yoxdur.  Xahiş edir ki, dövlətimiz, yaxud xeyriyyə fondları qazi oğlunu müalicə üçün Almaniyaya göndərsin”- deyə  sabiq deputat məlumat verib. 
“Hazırda Bursada müalicə olunan 12 nəfərdən  yalnız iki qazimizə dövlət tərəfindən əlillik pensiyası kəsilib.  Halbuki, qalanlarının bəzisi bir ilə yaxındır,  çoxu isə artıq  6 aydır ki, əzalarını, döyüşmək qabiliyyətlərini itirdikdən sonra ordudan təxris olunub və müalicə olunurlar. Haqlı olaraq sual edirlər ki, özümüz pensiya almırıq, ailə üzvlərimiz də imkansızdır, bəs onlar nə ilə dolanmalıdırlar”- bunu deyən Flora Qasımova 27 Sentyabr – Şəhidlərimizi Anım günündə Azərbaycan ictimaiyyətinə bütün şəhid ailələri və qazilərimizin özləri və ailələrinin daim diqqətdə saxlanması üçün müraciət  ünvanlayıb.  
 
“Müvafiq qurumları, ayrı-ayrı vətəndaşları bir şəhid xanımı, bir sabiq parlament üzvü olaraq  digər qazilərimiz kimi, Bursadakı əlil, xəstə qazilərimizin də taleyi ilə ciddi maraqlanmağa çağırıram. Düzdü, Bakıdakı mərkəzi qurumlar, müvafiq nazirliklər də bu işlərə məsuldur. Lakin hər şeyi mərkəzi hakimiyyətin üzərinə yıxmaq olmaz. Yerlərdəki hökumət və qeyri-hökumət qurumları da fəal olmalıdır. Axı icra hakimiyyətlərində bilavasitə  şəhid ailələri, qazilər və onların problemlərinə məsul Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri fəaliyyət göstərir. Özü də bildiyimə görə, bəzi rayonlarda həmin şöbələrin rəhbərləri Qarabağ qaziləridir.  Bundan əlavə, icra başçılarının ictimai-siyasi və humanitar məsələlər  üzrə müavinləri var. Sözügedən şöbələrin rəhbərləri, eləcə də icra başçısının müvafiq müavinləri  rayon, yaxud şəhər ərazisində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilinə məsuldurlar, cavabdehdirlər. Şəhid, qazi ailəsi ilə maraqlanmamaq nə deməkdir? Necə ola bilir ki, hər hansı bir rayonun sakini olan əlil, qazi aylardır yarımcan vəziyyətdə müalicə olunur, özü də Vətəndən kənarda, amma icra hakimiyyətinin əlaqədar qurumlarının bundan məlumatı yoxdur. Yalnız 27 Sentyabr anım gününə iştirakçı toplamaq lazım gələndə qazilər yada düşür?  Bundan əlavə, Bakıda da, hər bir rayonda da müxtəlif QHT-lər, Qarabağ şəhidləri, şəhid ailələri və qazilərlə bağlı neçə-neçə qurumlar, gənclər təşkilatları, xeyriyyə qurumları var. Onlar da aktiv olmalıdır. Həmçinin, Yeni Azərbaycan Partiyasının rayon şöbələri, onların gənclər təşkilatları da bu sahədə öz varlığını nümayiş etdirməlidir. Hər hansı bir şəhər, rayon ərazisindəki hökumət və ya qeyri-hökumət qurumunun hər birinin masasının üzərində həmin  rayonun şəhidlərinin, qazilərinin siyahısı, yaşadığı ünvanlar, yaxud qazilərimizin  müalicə aldığı xəstəxanaların ünvanları olmalı və şəhid ailələri, qazilər, əlillər və onların ailələri arasında ağır vəziyyətdə olanlar xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Çünki həmin insanlar  vəzifəsindən, sosial durumundan asılı olmayaraq hərb birimizin torpağı, asayişi uğrunda şəhid olublar, yaralanıblar, şikəst olublar, övladlarını, qardaşlarını, ərlərini, atalarını itiriblər... 
 
Hər şeyin məhz dövlət büdcəsindən maliyyələşdirilməsini gözləmək gərək deyil.   Hamı bilir ki, məlum pandemiya və xüsusən II Qarabağ savaşından sonra dövlətimizin qayğıları, problemləri qat-qat çoxalıb.  Ən azı, Qarabağda bərpa olunmalı olan neçə-neçə şəhəri, qəsəbəni, minə yaxın kəndi, həmin məntəqələrdə tikiləcək on minlərlə evləri, çəkilən və çəkilməkdə olan yolları, dəmir yollarını, tunelləri, qaz, işıq, su, telefon, internet və s. xətlərini təsəvvürə gətirəndə dövləti gözləyən xərclər barədə müəyyən təsəvvür yaranır. Odur ki, adi vətəndaşdan tutmuş  dövlət məmuruna, nazirlərədək hər kəs dövlətimizə bu işlərdə də və xüsusən 1-ci Qarabağ savaşı, Aprel döyüşləri, 2-ci Qarabağ savaşı və s. şəhidlərinin də ailələrinin, qazilər və onların ailələrinin problemlərininn həllində bacardığı qədər, ən azı mənəvi cəhətdən dayaq durmalıdır. Adi bir telefon zəngi, bir ürək-dirək, təsəlli də vermək olar axı... Gəlin 44 günlük savaş ərzində bir yumruq kimi birləşib dövlətimizin, ordumuzun arxasında durduğumuz kimi bu gün də həmin döyüşlərin sağlamlıqlarını, əzalarının bir hissəsini itirmiş qazilərinin heç olmasa nisbətən həyat qabiliyyətıərini bərpa edərək ailələrinin yanında olmaları üçün hər birimiz əlimizdən gələni edək ” –deyə şəhid Milli Qəhrəman xanımı vurğulayıb. 
Açıqlamasının sonunda Milli Məclisin sabiq üzvü Bursada müalicə alan qazilərimizin
siyahısını da saytımız vasitəsilə ictimaiyyətin, xüsusən rəsmi qurumların diqqətinə çatdırmağı da vacib bilib (Qeyd edək ki, yəqin ki, əzalarını və ya bədənlərinin  müxtəlif vacib funksiyalarını itirmiş qazilərimizdən bəzilərinin yanında heç kəsi olmadığında sakini olduqları rayonların adları, valideynləri və ya yaxınlarının telefon nömrələri qeydə alınmayıb): 
 
Yusif Ağaməmmədov, Yevlax rayonu, tel:051 889 61 30, 
                                      atası Füzuli, tel: 055 600 68 74
Samir Əliyev  - tel: 050 332 85 03   Astara
Elşən Xanəliyev  -  tel: 050 711 24 42
Ram İsmayılov,  Göygöl, tel: 055 241 6355, Sənan – qohumu, tel: 055 898 25 32, qardaşı Mahalın ürəyi xəstədir, babası təkdir.
Kənan Nəsirov, Tovuz  rayonu, tel: 050 373 07 98
Emil Qocayev,   Tovuz rayonu
Bəxtiyar İsmayılov, Ağdam
Turan Əhmədzadə, Kürdəmir rayonu, tel:  051 683 56 08. Atası qarğıdan tikilmiş evdə yaşayır.
Valeh İsayev, atası Mehrac, tel: 050 383 09 70 
Əzim Qafarov
Ehtiram Musayev, atası  Nağı, tel: 055 741 42 71”
 
Bir daha təkrar edirik ki, uğrumuzda canlarını fəda etmiş qazilərimizin bu siyahısıyla da ən azı maraqlanmaq hər birimizin vətəndaşlıq borcudur...
 
Qeyd:
 
Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımovanın Türkiyə səfəri haqda geniş müsahibəsini yaxın müddətdə saytımızda oxuya bilərsiniz
 
Sultan Laçın
 
Oxşar xəbərlər
00:46, Bu gün
"Kreml etnik almanları Rusiya ordusu sıralarına şirnikləndirir" - "The Telegraph"
00:31, Bu gün
Mayın tam ayı bu iki bürcə ən çox təsir edəcək
00:29, Bu gün
Gürcüstanda Venesiya Komissiyasının xarici agentlər haqqında qanunla bağlı rəyi tənqid edilib
00:27, Bu gün
Cennifer Lopez Azərbaycanda çıxış edə bilər
21 May 2024 | 23:53
Azərbaycanda general-mayor İŞDƏN ÇIXARILDI
21 May 2024 | 23:42
Deputat rəqib deputatın burnunu belə dişlədi - ŞOK GÖRÜNTÜ
21 May 2024 | 23:39
Bir il öncə Rusiya ordusunun fəaliyyətini sərt tənqid edən top-general həbs edilib
21 May 2024 | 23:35
Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib
21 May 2024 | 23:27
Abdullahianın dəfn tarixi və yeri açıqlandı
21 May 2024 | 23:04
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
21 May 2024 | 23:00
Avropa Liqasında 939 milyon avroluq final
21 May 2024 | 22:56
U-23 Avropa çempionatının qalibi: Revanş hissi ilə alışıb-yanırdım
21 May 2024 | 22:55
"Rəisinin həlak olmasının dörd qəribəlikləri" - "Türkiye" nəşri
21 May 2024 | 22:50
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
21 May 2024 | 22:27
Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir
21 May 2024 | 22:25
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
21 May 2024 | 22:23
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
21 May 2024 | 22:22
"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb
21 May 2024 | 22:21
Çeçenistan rəhbərinin oğlu nazir oldu
21 May 2024 | 22:20
Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir
21 May 2024 | 22:12
Jerar Depardye jurnalisti yumruqlayıb
21 May 2024 | 22:05
Dilan və Engin haqqındakı şikayətini geri götürdü
21 May 2024 | 22:02
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray
21 May 2024 | 21:55
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
21 May 2024 | 21:53
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ
21 May 2024 | 21:38
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
21 May 2024 | 21:35
Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb
21 May 2024 | 21:34
Paşinyandan yeni təyinat
21 May 2024 | 21:23
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21 May 2024 | 21:00
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21 May 2024 | 20:58
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
21 May 2024 | 20:57
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
21 May 2024 | 20:38
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
21 May 2024 | 20:37
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
21 May 2024 | 20:24
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
21 May 2024 | 20:23
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
21 May 2024 | 20:22
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
21 May 2024 | 20:21
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
21 May 2024 | 20:01
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
21 May 2024 | 19:49
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21 May 2024 | 19:45
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
21 May 2024 | 19:35
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
21 May 2024 | 19:27
Almaniya kansleri İrana başsağlığı verib
21 May 2024 | 18:51
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
21 May 2024 | 18:40
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
21 May 2024 | 18:34
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
21 May 2024 | 18:27
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
21 May 2024 | 18:18
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
21 May 2024 | 18:16
Nigar Camalın qızı çempion oldu
21 May 2024 | 18:14
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
21 May 2024 | 18:12
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
21 May 2024 | 18:08
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
21 May 2024 | 18:04
Hacıqabulda məktəbli qız qızılcadan öldü
21 May 2024 | 17:59
Bakıda narkokuryer tutuldu - VİDEO
21 May 2024 | 17:56
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
21 May 2024 | 17:54
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
21 May 2024 | 17:50
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
21 May 2024 | 17:47
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
21 May 2024 | 17:45
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
21 May 2024 | 17:38
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
21 May 2024 | 17:35
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
21 May 2024 | 17:30
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
21 May 2024 | 17:25
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
21 May 2024 | 17:22
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
21 May 2024 | 17:20
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
21 May 2024 | 17:15
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
21 May 2024 | 17:13
“Evdə bir yerdə olanda dava düşür”
21 May 2024 | 17:05
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
21 May 2024 | 17:00
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
21 May 2024 | 16:56
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
21 May 2024 | 16:54
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
21 May 2024 | 16:46
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
21 May 2024 | 16:44
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
21 May 2024 | 16:42
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
21 May 2024 | 16:40
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
21 May 2024 | 16:37
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
21 May 2024 | 16:35
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
21 May 2024 | 16:28
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
21 May 2024 | 16:22
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
21 May 2024 | 16:16
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
21 May 2024 | 16:09
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
21 May 2024 | 16:04
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
21 May 2024 | 16:02
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
21 May 2024 | 15:58
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
21 May 2024 | 15:52
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
21 May 2024 | 15:46
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
21 May 2024 | 15:41
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
21 May 2024 | 15:35
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
21 May 2024 | 15:30
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
21 May 2024 | 15:25
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
21 May 2024 | 15:20
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
21 May 2024 | 15:15
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
21 May 2024 | 15:10
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
21 May 2024 | 15:05
Əziz Orucovun həbs müddəti uzadıldı
21 May 2024 | 15:00
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
21 May 2024 | 14:56
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
21 May 2024 | 14:52
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
21 May 2024 | 14:48
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
21 May 2024 | 14:44
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
21 May 2024 | 14:40
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
GÜNLÜK
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar