"“Yeni Şafak” vaxtilə dediyim "İran xəritədən silinəcək" fikrimi indi götürüb xəbər kimi verib"
Oxunub: 5975
24 Sep 2021 | 14:28
Məlum olduğu kimi, Ərdəbil imam-cüməsi Seyid Həsən Amili ötən həftə cümə xütbəsində Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə sərt münasibət bildirərək yenidən ortalığı bir-birinə qatıb. O, xütbəsində deyib ki, Azərbaycan Milli Məclisinin bir üzvü guya bu təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinə müsahibə verib və "İran xəritədən silinəcək", - deyib.  
 
Xeyli araşdırmamız nəticəsində məlum oldu ki, sən demə, bənzər fikirləri 2016-cı ildə Milli Məclisin iclaslarından birində səsləndirən BAXCP sədri Qüdrət Həsənquliyev olub.
 
Bəs görəsən, Ayətullah ünvanı daşıyan Amili həzrətləri bu sözə niyə isti-isti yox, üzərindən 5 ildən sonra reaksiya verib? Üstəlik, bir ayətullaha yaraşmayacaq şəkildə faktı təhrif edərək həmin ifadələrin guya Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin keçirildiyi ərəfədə deyildiyini bildirib. 
 
Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik.
 
- Qüdrət bəy, səhv etmiriksə, hörmətli Amili həzrətlərini qəzəbləndirən həmin fikirləri Siz deyibsiniz. Özü də 5 il bundan əvvəl. Sizcə, İran dini liderinin sözçüsü bu fikirlərə niyə indi reaksiya verir?
 
- Əvvəla, mən həmin fikirləri indi Türkiyə hakimiyyətinə yaxınlığı ilə seçilən “Yeni Şafak” qəzetinə müsahibədə səsləndirməmişəm. 2016-cı ildə parlamentin toplantısında dilə gətirmişəm. Türkiyənin həmin qəzeti də yəqin ki, mənim parlamentdə dediyim fikirləri götürüb xəbər kimi verib. 
 
Fikirlərimin səbəbinə gəlincə, həmin vaxt  səhv etmirəmsə, SEPAH-ın generallarından biri  Azərbaycanı müharibə ilə təhdid etmişdi. Mən də parlamentin növbəti iclasında ona cavab verərək bildirmişdim ki, İran bizə hücum edərsə ən azı beş yerə parçalanar. 
 
- Yəni əslində Azərbaycanın İranı parçalamaq niyyətindən yox, təcavüzün nəticəsi olaraq İranın parçalanma  ehtimalından danışıbsınız. Burada qeyri-adi nə var ki, İran ayətullahlarının acığına gedir?
 
- Yəqin İvan Krılovun “Qurd və quzu” təmsilini oxumusunuz. Qurd quzunu yemək üçün bəhanə axtarır və suyun axarında ondan sonra dayanan quzunu suyu bulandırmaqda suçlayır.  İran da eynilə Azərbaycanın inkişafına mane olmaq üçün müstəqilliyimizi bərpa etdiyimiz gündən bizə problem yaratmağa çalışır, bunun üçün müxtəlif bəhanələr axtarır. Ərdəbil imam-cüməsinin mənim 5 il əvvəl söylədiyim fikirləri təhrif edərək bundan ölkəmizə təzyiq kimi istifadəsi də növbəti bəhanələrdəndir. Mənim Cənubi Azərbaycan, İran barədə fikirlərimlə yəqin Siz də tanışsınız. Ən müxtəlif platformalarda bunu dilə gətirir və dövlətlər arasında normal münasibətlərin qurulmasının vacibliyini vurğulayıram. İran isə müstəqil və güclü Azərbaycanın varlığını yalnış olaraq öz ərazi bütövlüyü üçün təhdid olaraq görür və hər fürsətdə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Onun xüsusilə 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bəhanə axtarışını gücləndirməsi də təsadüfi deyil. Tehran gördü ki, Azərbaycan öz hərbi qüvvələrini gücləndirərək, işğalçı  Ermənistan üzərində hətta böyük hərbi potensiala malik Qərb ölkələrini heyrətləndirən qələbə çaldı. Bu Qələbə və işğala son qoyulması ölkəmizin regional təsir gücünü artırır, ona həm hərbi, həm də siyasi cəhətdən yeni status qazandırır. Bilirsiniz ki, biz 30 il bundan əvvəl müstəqilliyimizi elan edəndə zəif idik. İndisə regional gücə çevrilirik. Bir çox dövlətlərin açıq şəkildə dəstəklədiyi, silah-sursatla təmin etdiyi Ermənistan üzərində  əldə etdiyimiz möhtəşəm Qələbə, Ordumuzun sərhədlərimizi və ərazi bütövlüyümüzü qorumaq imkanları təəssüf ki, İranı narahat edir. 
 
Bu zamana qədər İran bizi zəif görür, Qarabağ probleminin həllində öz vasitəçiliyini təklif edirdi. Xatırlayırsınızsa, hələ 1992-ci ilin may ayının 8-də İranın vasitəçiliyi ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçiriləndə ermənilər hücum edərək, Şuşanı almışdılar. O vaxt İran hakimiyyəti nəinki bunun qarşısını ala bilmədi, hətta işğalı sərt qınamağa belə cəsarət göstərmədi.
 
İran bundan nəticə çıxarmayaraq, hansı mənəvi haqla və dövlət nüfuzu ilə indiyə qədər vaxtaşırı vasitəçilik təklif edir, başa düşmürəm. Biz isə artıq Qarabağ problemini əsasən həll etmişik. Hətta ATƏT-in Minsk Qrupunun belə, vasitəçiliyinin artıq əhəmiyyətinin qalmadığına inanan Azərbaycan, təbii ki, xatirələrində Şuşa ağrısı ilə bir anılan İranın bu cür təkliflərini heç yaxına buraxmır. Axı, problem artıq yoxdursa, vasitəçiyə nə ehtiyac var? 
 
Təəssüf ki, İran regionda təsir gücünü saxlamaq üçün bu problemin qiyamətə qədər davam etməsində maraqlı görsənir. Azərbaycan isə öz yaxın müttəfiqləri Türkiyə və Pakistanla öz 30 illik problemini həll etdi və hər üç ölkə regionda və dünyada ciddi təsir gücünə malik dövlətlərə çevrildilər. Təsəvvür edin ki, hətta İranın ən yaxın müttəfiqi Ermənistan belə, indi Türkiyə ilə əlaqə qurmaq və sərhədləri açmaq istəyir. Bilirsiniz ki, bu yaxınlarda Paşinyan Gürcüstanın Baş naziri vasitəsilə rezidenti Rəcəb Tayib Ərdoğana dialoq mesajı göndərmişdi. Ərdoğan isə ona “Azərbaycanla problemini həll et, sonra mənə üz tutarsan” mesajını verdi. Türkiyənin bu mesajına İrəvanın da cavabı müsbət oldu. Bu isə onu göstərir ki, yaxın zamanlarda regionda sülhə nail ola bilərik və İran yalnız Prezident Əliyevin təklif etdiyi 6-lıq formatında əməkdaşlıq yolu ilə bölgədə siyasi və iqtisadi varlığını qoruyub saxlaya bilər.  
 
- Qüdrət bəy, mənə maraqlı gələn bir başqa məsələ var. Bilirsiniz ki, İran bu zamana qədər bizi İsraillə əməkdaşlıqda günahlandırırdı. 44 günlük Vətən Müharibəsində isə Azərbaycanın yanında iki dövlət vardı – Türkiyə və Pakistan. Onların hər ikisi müsəlman dövlətdir. Hətta Pakistanın rəsmi siyasi ideologiyası İslamçılıqdır və bu, onun adında da əks olunub. Amma İran bizim müsəlman dövlətləri ilə hərbi ittifaq yaradıb öz ərazi bütünlüyümüzü və suverenlik haqlarımızı bərpa etməyimizi də həzm edə bilmir. Bəs biz nə etməliyik? Ermənilərin ərazimizi işğalı ilə barışmalıyıq?
 
- İranın hazırkı mövqeyi bir daha təsdiqləyir ki, İsrail, ABŞ və s. kimi ölkələrlə Azərbaycanın qurduğu münasibətlər bəhanədir. İran Azərbaycanı güclü və nüfuzlu bir dövlət kimi görmək istəmir. Çox istərdi ki, Azərbaycan da Ermənistan kimi baş tutmamış dövlət, kiminsə forpostu olsun. Azərbaycan isə dünya dövlətləri ilə öz əlaqələrini genişləndirir, bir dövlət kimi inkişafını və təhlükəsizliyini beynəlxalq birliklə əməkdaşlıq yolu ilə möhkəmləndirir. İsrail də dünya dövlətlərindən biridir və istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən aparıcı ölkələrdən sayılır. Sözsüz ki, biz onunla da əlaqələrimizi gücləndirməliyik. 
 
Sirr deyil ki, biz həm də İsraildən aldığımız silahların hesabına 44 günlük Vətən Müharibəsində ciddi uğurlar əldə etmişik. Bizim İsraillə münasibətlərimiz öz milli maraqlarımızın təminatı ilə məhdudlaşır və bu əlaqələrdən başqa dövlətlərə, xüsusilə də öz dindaşlarımıza, qonşularımıza  qarşı istifadə etmirik. Təsəvvür edin ki, bizim üçün son dərəcə əhəmiyyətli olmasına baxmayaraq, hətta digər müsəlman ölkələrinin, o cümlədən İranın həssasiyyətlərini nəzərə alıb İsraildə səfirlik belə açmamışıq. Halbuki, ərəb dövlətlərinin bir-birinin ardınca İsraildə səfirlik açdığı hər kəsə bəllidir. İranın işğalçı Ermənistanla qardaşlığını davam etdirdiyi bir vaxtda bizim İsraildə səfirlik açmamağımızın özü də yalnış siyasətdir və dəfələrlə bütün tribunalardan hökuməti İsraillə diplomatik münasibətlərimizi genişləndirməyə çağırmışam.
 
- Qüdrət bəy, sözünüzə qüvvət, məsələ burasındadır ki, İran bizi İsraillə əməkdaşlıqda günahlandırarkən əsasən iki arqumentə söykənir. Bunlardan biri dini ehkamlarla bağlıdır. Bilirsiniz ki, Quranın Bəqərə surəsinin 120-ci ayəsində yəhudilərlə və xristianlarla dost olmamaq tövsiyyə edilir. Bizim İsraillə əlaqəmizi bu ayənin ruhuna zidd hesab edən İranın özü Ermənistanın ən yaxın müttəqidir. İkincisi, İranın strateji müttəfiqi Ermənistan 30 ildir bizim torpaqlarımızı işğal altında tuturdu və bu müddət ərzində 900-dən artıq yaşayış məntəqəsini, həmin şəhər və kəndlərdə minlərlə islam aibidəsini yerlə yeksan edib, məscidləri donuzxanaya çevirib. İran isə bunu edən dövlətə hər cür yardım edir. Azərbaycan Ordusunun öz ərazilərini işğaldan qurtarmasını həzm edə bilməyən rəsmi Tehranın bu arqumentləri ilə üst-üstə düşməyən hərəkətlərini necə qiymətləndirirsiniz?
 
- Əvvəla, dövlətlərin xarici siyasətlərinin müəyyənləşdirilməsində, sözsüz ki, mədəni əlaqələr, ortaq tarix, qonşuluq münasibətləri, siyasi, iqtisadi, təhlükəsizlik maraqları əhəmiyətli rol oynayır. Bu baxımdan İranın həmin arqumenti ümumiyyətlə yersizdir və dediyiniz kimi, özü istinad etdiyi  prinsipləri yerinə yetirmir. Üstəlik, bizim İsraillə münasibətlərimiz yalnız Azərbaycan Ordusunun və iqtisadiyyatının inkişafına, dövlətimizin təhlükəsizliyinə yönəlib. İsrail Azərbaycanla əməkdaşlıq etməsə belə, güclü dövlətdir, həm də İsrail İranın torpaqlarını işğal etməyib. Amma İranın Ermənistanla əlaqəsi işğalçı dövləti gücləndirməyə hesablanmış münasibətlərdir. Bu mənada haqqında danışdığımız münasibətləri eyniləşdirmək olmaz. İranın bu addımlarının dində yerinə qiyməti isə mən vermək istəməzdim. Azərbaycanın ilahiyyatçıları və dindarları var, hesab edirəm ki, onlar bu məsələyə münasibət bildirsələr, daha yaxşı olar.
 
-Bəy, söhbət İsrail-Azərbaycan münasibətlərindən düşmüşkən, Ayətullah Amili Sizi həm də İsrailə işləməkdə günahlandırır. Onda bu qənaəti yaradan nədir və iddialara cavabınız...
 
-Görünür, Amili də bizim bəzi “siyasətçilərlə” eyni zehniyyətə malikdir. Mən ölkəmizin maraqları naminə Rusiya ilə münasibətlərimizi düzəltməyin və inkişaf etdirməyin vacibliyini vurğulayan kimi, bizim bəzi “siyasilər” necə məni ruspərəst adlandırırsa (yeri gəlmişkən, onların çoxu Tehrana səfər etmiş və İran siyasi isteblişmenti ilə yaxşı əlaqələri olan şəxslərdir), İsraillə diplomatik əlaqələrimizi genişləndirmək lazımdır dediyimə görə də, görünür, Amili məni İsrailin adamı kimi görür. Mən İranla da münasibətimizi yaxşılaşdırmağa çağırıram, viza rejiminin götürülməsini, mədəni, iqtisadi, siyasi əlaqələrin genişləndirilməsini istəyirəm. Yəqin hansısa “qərbyönümlü” çıxıb məni bu sözlərimə görə iranpərəstlikdə ittiham edəcək. Əslində mən bütün dünya dövlətləri ilə, xüsusilə qonşularla xoş münasibət qurmağın tərəfdarıyam və bu fikrim Azərbaycanın milli maraqlarından doğur. Baxın, biz ermənilərlə müharibə aparmağa məcbur olmasaydıq, istər biz, istərsə də onlar hərbə ayırdığımız vəsaitləri ölkəmizin inkişafına sərf edər və daha güclü dövlətlərə çevrilərdik. Eynilə İran da öz xalqının boğazından kəsərək, Suriyada, İraqda göyə sovurduğu 10 milyardlarla dolları iqtisadiyyatına yatırsaydı, bəlkə də Yaxın Şərqin ən güclü dövlətlərindən birinə çevrilərdi. Sanksiyalara məruz qalmaz və dünyanın aparıcı gücü kimi ortaya çıxardı. Amma biz İrandan fərqli olaraq zorən müharibəyə cəlb olunmuşuq. İran isə qurulduğu gündən bəri ancaq kimlərləsə döyüşür, on milyardlarla, bəlkə də yüz milyardlarla pulu öz əhalisinə yox, İrana heç nə verməyəcək “nüfuz” müharibələrinə xərcləyir. Bu isə nəinki dünyada, hətta öz ölkəsində ictimai narazılıqla qarşılanır. Bütün etirazlara baxmayaraq, bu siyasətindən əl çəkmək istəmirlər. Görünür müharibələr İranda kimlərinsə  siyasi və maddi maraqlarına xidmət edir. Mən İranın rəsmi siyasətinin İranın dövlət maraqlarına cavab vermədiyini, bu siyasətin regional inkişafın qarşısını aldığını düşünürəm.  Mənim fikirlərimin İrandakı müharibə tərəfdarlarının sözçülüyünü edən bəzi ayətullahlara xoş gəlməməsinin səbəbini  məhz burda axtarmaq  lazımdır. İranda “şirin quyruğundan” yox, Rusyanın quyruğu olmaqdan necə xilas olmağın yolları barədə  söhbətlər aparılsa İran xalqı bundan daha çox fayda görər.
 
Ovqat.com
Oxşar xəbərlər
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?