Şuşaya otuz illik məsafədən azad baxış...
Oxunub: 1262
20 Sep 2021 | 15:28
Şuşaya otuz illik məsafədən azad baxış...

 

..Şuşaya iki günlük səfər təşkil edilib. Siz, sabah, ikinci heyətlə gedirsiniz...

 

On beş yaşında gözün baxa-baxa, başındakı ağ dumana qara tüstü qatılan Şuşaya, otuz ildir bizsiz, tənha yaşayan Şuşaya gedirik. Düzü bir şeyi dəqiq anlamamışdım bu ismarıca qədər. Azərbaycan vətəndaşı olaraq mənəvi travmalıyıqmış. Natamam idik Qarabağsız. İndi müzəffər komandanın, əsgərin, zabitin, şəhidin, qazinin fədakarlığı və mübarizəsi ilə tamlaşdıq. Qürurlu, mənlikli, bütöv adamlar olduq...

 

Şəhid tuneli ilə üzü Şuşaya...

Yolboyu diqqətimi çəkən əsas mənzərələrdən biri, Azərbaycanın bəlkə də bir qəsəbəsi, bir kəndi, bir rayonu, şəhəri olmadı ki, şəhid verməsin bu savaşda.  Yol boyu bizi aparan maşın karvanı bax həmin qəsəbə, kənd, rayon və şəhərlərin girişində böyük lövhələrlə müşaiyət olunurdu. Nəhəng, qırmızı bəzədilmiş, böyüdülmüş əsgər, zabit, döyüşçü şəkilləri. Şəhidlərin adını daşıyan bulaqlar. Üzləri gülüşlü, başları dik və əzəzmətli! Sanki həyatdadırlar. Sanki elə o yolların qırağına sipər kimi düzülüblər. Sanki tunel, canlı tunel qurublar ki, o torpaqlara gedən heç kim çəkinməsin, narahat olmasın, əminliklə hərəkət eləsin. Sanki qürur duyurlar ki, Qarabağa, Şuşaya indi insanlar ŞƏHİD TULENİ ilə gedirlər. Elə bil növbə ilə hamıya yaxşı yol, ya da xoş gəldin deyirlər...
Düzü yüz əllinci şəkildən sonra saya bilmədim onları. Bir onu deyə bildim ki, Allah sizə rəhmət eləsin, haqqınızı halal edin, ay yaraşıqlılar, ay şəhid balalar, oğullar, qardaşlar!..

 

Artıq Rusiyanın “sülhməramı” postuna çatmaqdayıq...

 

Hamının üzündə qəribə bir ifadə var. Elə bil danışmadan hamı deyir ki, biz daha sizdən qorxmuruq, BİTDİ!

***

Şuşaya sarı gələn yolda, el diliycə desək, lap doqqaza çatmaqdayıq. Sürücümüzdən xəbərdarlıq gəlir. Çəkiliş olmaz, ümumiyyətlə telefon çıxarmayın. Niyə? “Sülhməramlıların” postuna yaxınlaşırıq. Nə baş verər çəksək? Heç nə, kaprizlərini çəkəcəyik. Yoxlayacaqlar, çəkiləni siləcəklər və sair... Olsun, nə olur olsun, dözəciyik, amma bu səfərə əngəl olacaq heç bir səhvə yol verməyəcəyik. Çox qəribədir. Bəlkə də iki yüz ilin xofudur bu, indi atırıq içimizdən. Bunacan rusiyalı silahlının adı gələndə az qala lərzəyə gəlirdi çoxu...

 

...Qarabağın işğalı onların adı ilə bağlıdır...
...Xocalı soyqırımını onlar törətdi...
...Tarixən onların əli ilə parçalanıb bölünmüşük...
...Onları bizi həmişə satıb...
...Represiyalara məruz qoyub...
...Onlar bizi işlğal edib...
...Onların Qızıl Ordusu bizi müstəqil cümhuriyyət olmağa qoymadı...
...Onlar türk birliyinin əbədi düşmənidir...
...Onlar iyirmi yanvar və daha neçə fəlakətlərimizin başında durublar...
...Onlar Naxçıvana quru yolu qapatmaq üçün Zəngəzur mahalının xəritdən silib...

 

İndi Azərbaycan ictimai rəyində haqlı bir sual var. Məramı iki əsrdir işğal, dağıntı, qətliyam olanın, məqsədi sülh ola bilərmi? İnandırıcı deyil. Amma maraqları ola bilərmi, bəli, var. Otuz ildir vergisiz, bölüşmədən qazanıb sümürdüyündən bir anda imtina mümkün deyil. Bir də düzü ağır gəlir. Məramı və məqsədi bu qədər aydın bəlli olanların, şəkiliş olmaz qaydası, niyə tarixi şəhərini, torpağını ziyarət edənlər üçün keçərli olmalıdır  ki?

 

Xeyli müşahidə apardım, sualıma cavab tapmaq üçün... Xelyi cavab da tapdım düzü.  Zənnimcə, Rusiyanı nə erməni, nə də dünya maraqlandırir. Rusiyanın məqsədi və məramı, qızıl yataqları və Qarabağın otuz ildir taladığı təbii sərvətləridir.

 

Postda çəkilişə qadağaya gəlincə, yaxınlarda bunun səbəblərini hər kəs bilər yəqin. İndiliksə bircə söz deyə bilərəm:

-Qarabağla bağlı Türkiyə, Rusiyanın etdiyi nəyə icazə verirsə, bu Azərbaycanın xeyrinədir. Qarabağla bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan dövləti, nə deyir, nə edirsə, bu Qarabağın, Azərbaycanın və xalqın xeyrinədir. Gün gələcək, Rusiya hara gəldi sancdığı bayrağını da bəlli heyətdə hərbi kontingentini də ölkədən çıxaracaq. Ancaq o günəcən bizə həm də ağıllı və səbirli ictimai rəy, yəni vətəndaş gərəkdir. Bu ictimai rəyi yetişdirmək, bu vətəndaşı formalaşdırmaq üçün Azərbaycana,

 

...Milli ideoloji təbliğat lazımdır.

 

Bu təbliğat KİV-də aparılan propaqandadan başlamalıdır. Yəni əsas yük Azərbaycan milli mediasının üzərinə düşür.  Medianın inkişafı üçün bəlli bir yola çıxılıb. Bu yolda, özünə yox, işinə münasibətdən inciyən də, küsən də, yön dəyişən də olacaq və ya ola bilər. Ancaq seçimlər, tərəfdaşlar, yola çıxılacaq simalar və media quruluşları mütləq Qarabağ inşa olunana qədər, bəlli olmalıdır. Bu efirlərdə və yazılı mediada statusları bəlirləyəcək. Hamı eyni zamanda şoumen, eyni zamanda mədəniyyət və uşaq kanalı, eyni zamanda əyləncə və ya sarı media ola bilməz. Dövlət və onun ideoloji xətti işindəhər kəs məsuliyyətini və qırmızı cizgisini bilməlidir. Yəni rəflərdə hər kəsin yeri, işi və statusu bəlli olmalıdır. Bu həm məsuliyyət, cavabdehlik hissi yaradacaq, həm yaxşı nəticələr verəcək. Eyni zamanda milli ideoloji təbliğatın başlanmasına yol açacaq. Milli ideoloji ruh bir Azərbaycan vətəndaşına niyə lazımdır? Axı biz dini və milli zəmində tolerantıq, deyənlər də olacaq əlbət ki...Məhz onlar üçündür növbəti cümlə. Bir azərbaycanlı türkü, Azərbaycanda, bütün dili və milli azlıqlara görə məsuliyyət daşıyır. Çünki dövlətin adı Azərbaycan, əsas vətəndaşlarının milli kimliyi sənədləşməmiş olsa belə oğuz türkü, inancı islamdır. Üstəlik iki yüz ildir Cənubi Qafqazda hər kəs məhz bu dövlət və xalqı sıradan çxıarmaq üçün planlar cizir. Yəni bütün vətəndaşların, vətəni Azərbaycan olan hər kəsin, Qarabağda azad, firavan gəzib dincələrkən belə ideooji, informativ savaşa hazırlanması mühim şərtdir. İdeoloji savaşa hazırlılıq  qələbənin yarısı deməkdir. Bunu bir çox ideoloqlar dəflərlə praktikada isbat ediblər. Məsələn otuz illik Qarabağ təbliğatı, oranı heç zaman görməyən zabit, əsgər yetişdirdi. Üzünü görməyənlər, adına görə can verdilər QARABAĞIN. Qarabağ məhz ideoloji xəttin, informasiya siyasətinin düzgün qurulması nəticəsində azad oldu.

 

Şuşada yaşayan hərbçi ailələri


Şuşanın bəzi evlərində həyat var. Əməlli başlı həyat. Ailəsi, övladı ilə birgə, bildiyiniz həyat. Adama qəribə gəlir. Hələ tam bərpa olunmayan, işğaldan yeni azad olunan bölgədə kimdir, kimlərdir yurd salan. Bu mənzərəni görəndə yadıma bir epizod da düşdü. Avropa və Almaniyadakı müəmmalı blogerlər. O blogerlər ki, bəziləri  “Şuşaya döyə-döyə köçürürlər camaatı” deyə hayqırmadadır. İndi narahatlıqları və sahiblərinin verdiyi komandayla çalışdıqları çox yaxşı bəlli olur. Konturlar aydın görünür. Şuşadakı həyat hər kəsi narahat edir. Bütün cinahlarda dayanan düşmənlər qara piardan başqa bir iş görə bilmir.

 

Şuşa Azərbaycana niyə lazımdır?

 

Dağlıq Qarabağın, Şuşanın azadlığı birmənalı qarşılanmamışdı. Bəziləri Şuşaya ya paralel, ya eyni anda, ya da Şuşadan əvvəl Xankəndiyə getməyi arzulayırdı. Dövlətdən bunu gözləyirdi. Şuşa Azərbaycana niyə lazımdır?  Mədəniyyət, mənəviyyat, tarixin baş kəndi kimi bu təbbi ki, belədir. Bir də Şuşa mənəvi zirvədir. O zirvədən baxanda Xankəndi və ətrafı ovuc içində sayılır. Elə bilirsən, yox, dəqiq bilirsən ki, bu gün olmasa da sabah Xankəndiyə gedəcəksən, Xocalıya, Xocavəndə gdəcəksən. Amma bütün bu yollar hər şeydən əvvəl Zəngəzur yolunun inşasının tamamlanmasına bağlıdır ki, o gün də uzaqda deyil!.. Bir də kimi aparırlar aparsınlar, kim gedir getsin, Qarabağ məsələsi diplomatik masadan enənə qədər, hətta sərhədlərin delimitasiyası bitənə qədər Şuşada çal-çağır, atəşfəşanlıq dayanmamalıdır.  Şuşa çox böyük və vəzsiz PSİXOLOJİ ÜSTÜNLÜKDÜR!

 

Vaqif...Azərbaycan məmurunun qədimdəki obrazı...

 

Əzəmətli, möhtəşəm bir məqbərə qurulub Şuşada, işğaldan sonra. Molla Pənah Vaqifin məqbərəsi. O məqbərə ki, sovetlər dönəmində kəskin etirazlara rəğmən, Heydr Əliyev israrı ilə inşasına nail olunmuşdu. O məqbərə ki, otuz illik işğaldan sonra, Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti ilə qısa zaman kəsiyində bərpa edildi. Açılışını isə Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı, H.Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva etdi.

 

***
...Bəzən belə rəylərə rast gəlirik sosial şəbəkədə, Vaqif şəxsiyyət kimi müəmmalı biri olub, onun belə təm-təraqla təqdimatına nə ehtiyac var. Bu mənada məqamı düşmüşkən təəssüratlarımı bölüşmək istərdim. Əvvəla tarixdə elə adamlar var ki, onlara elə yaramaz olduqları üçün heykəl qoyub, gələcəyə bəzi şeyləri xatırlatmaq gərəkdir. Məsələn, fərdi yanaşmamdım iyirmi altılar bağı, açıq havada muzey idi, tarix dərsi idi, düzü sökülməsindən yana deyildim. Bəzi digər abidələrin də. Molla Pənah Vaqifə gəlincə, o, təkcə tanınan Azərbaycan şairi deyildi, həm d saray əyanı idi. Qarabağxanlığının idarəçiliyində sözü eşidilən, keçərli olan sima sayılırdı. Ciddi vəzifə sahibi idi, indiki dillə desək. Bəli, idarə üsulunda, insanlarla davranışında, tarixdən öyrəndiyimiz ciddi nöqsanları, ədalətsizlikləri olub ki, bu üzdən oğlu ilə birgə ölümə göndərilib. Yəni sənətinin böyüklüyünə rəğmən cəzası ölüm olub.

 

Oğlunun atasına son sözü vida sözü bəzi tarixi mənbələrdə belə qeyd edilir:

 

-Sən bu yolla çox adamı göndərmişdin ata!

 

Bunları niyə deyirəm. Vaqifin bir saray əyanı, rütbəli şəxs olması onun dövrünün eyni zamanda nəhəng şairi olmasını inkar üçün əsas deyil. Yəni bir vicudda çox şey cəm olar. İstedadlı və yaramaz olmaq kimi. Bu indi də inkar edilməyən insan xüsusiyyətidir. İstdadlar var ki, insanlığa ləkədir.  Ancaq yenə də qeyd etdiyim kimi, yaxşı insan olmamaq bir sənətkarın sənətini inkar eləmək üçün yetərli deyil. Bu mənada Vafiq kimliyindən asılı olmayaraq, Azərbaycan ədəbiyyatı üçün nəhəng biridir. Və o məqbərənin bərpası bircə bu fakta görə təqdirəlayiqdir.

 

Şuşalıların göz yaşı, QHT-lər emosiyası və Qarabağ təbliğatı...

 

Bu gün özünü Azərbaycanın yaxşı vətəndaşı sayan hər kəs ŞUŞAya can atır. İndi ziyarətgahdır Şuşa. Düzü hamıdan çox şuşalılar haqq edir bu ziyarəti. Məsələn, şuşalı həmkarım Nurşən Quliyevin təəssüratı maraqlı idi. Mən ondan heç nə soruşmadım, üzünə diqqətlə baxdım, evinizə getdinmi soruşdum, hə dedi, özünü sıxdı, başını silkələdi. Birtəhər gülümsəyib, üz dili ilə mənə dəhşəti ifadə elədi. Can dostuyuq biz, min il də görüşməsək bir üz cizgisi, əl hərəkəti yetərlidir. Adam sevinclidir, kədərlidir, həyəcanlıdır, kövrəkdir durumdan dolayı, həm də keçmiş döyüşçü kimi şükranlığı var.

 

***
Cıdır düzünü yaxınlığında yaşlıqadın çəkdi diqqətimi. Cıdır düzünün girişindən soldakı məzarlığa sarı baxıb daşları tumarlayır, nəsə deyir, ağlayırdı. Dedim kim var orda? Qayıtdı ki, balam...Sakitcə yanında durdum, qadınsa, yavaş-yavaş layla deyirdi... Otuz il içində oxuduğu laylasını tamamlamağa gəlmişdi elə bil...

 

...Layla dedim yatasan, qızıl gülə batasan...

***

Səfərdə qeyri-hökumət təşkilatının nümayəndələri ilə bərabər idik. Sevinirdilər, Cıdırda “Yallı” getdilər, göz yaşını saxlamayanlar da oldu. Ancaq daha çox bir çıxış, bir qadın unudulmaz oldu sıralarından, Azərbaycanın apardığı birinci Qarabağ savaşında, qadın sınayper, Növrəstə Yusifovanın Cıdır düzündə bir qayanın üstündə üç rəngli bayraqla dayanıb dedikləri:

 

-Eheyyyy...burda qoyub getdiklərimiz! Eheyyy...məzarı olmayanlar! Eheyyy...şəhidliyə şükür edənlər! Sizi xoş gördük! Hamınıza salam olsun!

***
Səfərin təşkilatçılarından, PA-nın komanda islahatları ilə yeni təyinat alan prespektivli kadrlarından Vüsal Quliyevin dedikləri lkənin QHT sektorunun gələcyi ilə bağlı ümidvericidir. Səfər boyu insanları qorumaq, onlara istədikləri hər məsələ ilə bağlı məlumat vermək kimi çətin işin öhdəsindən həvəslə gəlirdilər. Çünki yaxşı bilirlər QHT sektorunda islahatları həm də müharibədən sonrakı Qarabağ və Azərbaycanın ictimai, sosial və siyasi həyatının gələcəyi şərtləndirir. O üzdən V.Quliyev işğaldan azad edilmiş ərazilərə QHT nümayəndələrinin səfərinin təşkilini faydalı hesab edir.

 

Şəhid evlərin nəhəng ağacları...

Şuşaya gedən yollarda müşahidələrimdən birini də sizinlə bölüşürəm. Azərbaycanlıların olan yurdları dağıdıblar. Yaxın-uzaq qonşularla bölüşüblər, yağmalayıblar. Sərvətini, hətta evlərinin daşını da söküb, satıblar. Amma elə bil dağıdılıb, viran qoyulmuş hər yurdda insan yaşayıb bu işğal illərində. Ağac formasında. Otuz il hündürləşib, ucalıb, nəhəngləşiblər o ağac-adamlar. Qarabağda yağmalanan hər evin uçuq hasarlarından bir ağac boylanır üzümüzə, adam kimi, e sahibi kimi. Zaman gələcək, gülərüz insanlar boylanacaq, rahat xoşbəxt səslər gələcək bu birağaclı evlərdən, onda adam-ağacların da gözü yoldan yığılar yəqin, onda təəssüratlar da başqa olar. İndiliksə...

 

...Azı bir ağac sahiblənib, bol qoymayıb o yurd yerlərini...

...Azı bir ağacın həyatı sönməyib o evlərdə...

...Azı bir ağacın izi ilə hərə öz evinin, əzizinin məzarına aparan yolu tapa bilir...

Nə yaxşı ki, göyərib, ucalıb yaşamısınız o evlərdə, ağaclar, adamlar kimi...

 

DANIŞIR VƏ GÖSTƏRİR, ŞUŞA...

 

Yaşıdım olan hər kəs xatırlayır yəqin, Şuşadan müharibə xəbərləri alardıq illər öncə. Birbaşa yayında, bir saatlıq efirdə, Şuşa TV və Vidadi danışırdı. Səbrsizliklə gözləyirdik o efirləri, amma ümidimiz yox idi yaxşı heç nəyə.  Çünki informasiya savaşı düzgün qurulmamışdı. Ordu dağınıq idi. Siyasi və maliyyə imkanları ağır durumda. Yeni silah-sürsat işi isə ümumiyyətlə bərbad... İndi niyəsə son dərəcə böyük arzumdur, Qarabağda, Şuşada bir studiya qurulsun, hətta səhra studiyası, dünya praktikasında var belə  hallar. Bizim də Şuşada indi bu imkanlarımız var. Gözəl söhbətlər, gözəl materiallar yığılar. Hətta Bakıdan ciddi qonaqlar göndərilə bilər o efirlərə. Necədi? Sizi bilmirəm, düzü düşünürəm ki, sevə-sevə çalışar adam. Xalqına, dövlətinə və peşənə xidmətdən gözəl nə var həyatda, özü də Şuşada, özü də Qarabağ TV-də...Deyəsən ki, danışır və göstərir Şuşa, Qarabağ. Bu üstəlik Şuşa vuruldu, Şuşaya hücum oldu kimi fake xbərləri də sıradan çıxarmış olar. Hələlik arzudur, sabah real olması an məsələsidir bəlkə, kim bilir?!.

 

SON

 

Şuşa haqda yazı bu günəcən səfər təəssüratları haqda yazdığım yazılar arasında ən gec başa gələni oldu.  Bir neçə gündür otuz il hər kəs kimi yolunu gözlədiyim Şuşada gördüklərimi sözə köçürməyə paxıllıq edirəm elə bil. Paxıllıq dedim, bəlkə də qorxudur bu. Qorxuram Şuşanı indi də söz işğal edər. Sözün əlində işğalda qalar Şuşa. Sonra yenə həsrət çəkərik, yenə savaş, müharibə olar, yenə tanıdıqlarımız, sevdiklərimiz döyüşə gedər, itkin, şəhid olar. Yenə məktəbimizin atış zalını silah anbarı edərlər, yenə silah daşıyaram, yenə yaralı döyüşçü qanına bulaşar əlim, yenə facilər yaşayarıq ellikcə...

 

...Çünki Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmaz! Şuşa möhtəşəmdir! Yuxu kimidir! Nazlıdır! Hüzurludur! Qürurludur, şəxsiyyətdir! Kədəri var, şahidliyi var, şəhidliyi var, dözümü var, əzmi var, məğrurdur! Şuşa ruhlar şəhəridir, əzəmətlidir, simvoldur, namusdur, şərəfdir, qeyrətdir, qələbədir, sevincdir, sevgilidir, sevginin özüdür, dözümdür, mərdlikdir, insanlıq məktəbidir, işğal təəssüratı, təcrübəsi var Şuşanın. Kişilikdir Şuşa, əxlaqdır, siyasətdir, abırdır, həyadır, ardır, cənnət havalıdır. Bəlkə də bu üzdən başı dumanlıdır. Şuşa həm də milli ruhdur, milli kimlikdir, mədəniyyət beşiyidir, mənəviyyatdır, bəzən başı bəlalıdır, dərdlərə dərmandır, baş ucalığıdır, şəhid qoxuludur, qazi ətirlidir, düşmənə göz dağıdır. Şuşa bir də böyük ZƏFƏR YOLUDUR! İndi bu ZƏFƏRin qapısında və dəmir yumruğun qaşısında Rusiya, İran, Ermənistan, Qərb, Avropa pusqudadır, kimi aşkar, kimi gizli. Azərbaycansa dolanbaclı ZƏFƏR YOLLARINI çəkir və irəliləyir. Üzü Xankəndiyə, Zəngəzura, Göyçəyə, qədim İrəvana, quru yolu ilə Naxçıvana və sair. İki yüz ilinə geridönüş ZƏFƏRİ hələ qarşıdadır. Pusquda kim durur, dursun!

 

Jalə Mütəllimova

BAKI-ŞUŞA-BAKI

Oxşar xəbərlər
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO