Azərbaycanlı tankçı Əfqanıstanda azərbaycanlı kişini xilas etməklə özü də ölümdən qurtuldu... 
Oxunub: 4741
20 Sep 2021 | 13:40
Azərbaycanlı tankçı Əfqanıstanda azərbaycanlı kişini xilas etməklə özü də ölümdən qurtuldu... 
Onun təhqirinə cavab olaraq “donuz” dediyi sovet komandiri ona tankla təkbaşına mücahidlərin pusquda durduğu yolla getmək əmri verib...
 
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili Moderator.az-a növbəti yazısını təqdim edib.
 
"Dünya mətbuatının yazdığına görə, bugün Əfqanıstanda iki yüz mindən çox azərbaycanlı – əfşar və qızılbaş yaşayır. Bu məlumatı gördükdə yadıma atam – Əməkdar jurnalist və fəxri neftçi Ələkbər Şəhrilinin danışdığı bir əhvalat düşdü. Atam isə bu hadisəni vaxtilə Gəncədə tanış olduğu, lakin təəssüf ki, sonradan adını unutduğu bir gizirdən eşidib. Əslən Qərbi Azərbaycandan (Ermənistan Respublikasının Qafan rayonundan) olan həmin gizir SSRİ-nin 40-cı ordusunun desant diviziyasının tərkibində Əfqanıstan müharibəsində (1979–1989) iştirak edib, bir neçə orden və medalla təltif olunub. Beləliklə, azərbaycanlı döyüşçünün nəql etdiklərini onun öz dilindən oxuculara təqdim edirik.
 
“Əfqanıstanda xidmət edirdim. Bizim batalyon sovet işğalına qarşı mübarizə aparan mücahidlərin xüsusilə fəal olduğu məntəqələrdən birində dislokasiya olunmuşdu. Reydə çıxır, mücahidlərə silah daşıyan karvanları axtarırdıq. Beləcə günlər, həftələr, aylar bir-birini əvəz edirdi. Əvvəllər batalyonun zabitləri, gizirləri arasında xətir-hörmət var idi. Sonra kənardan bir zabiti bizə komandir göndərdilər. Onu tanımaq üçün bizə çox yox, cəmi iki-üç gün vaxt lazım oldu. Sən demə bu, kütbeyin, özündənrazı və çox kobud bir adam imiş. Zabitlərlə yerli-yersiz mübahisə edir, onlara əsassız iradlar tutur, onları tribunalla qorxudur və təhqir edirdi. Mən də onun “diqqətindən” kənarda qalmadım. Əvvəl-əvvəl nədənsə narazı olanda bunu irad şəklində bildirirdi. Amma bir-iki gün sonra zabitlərin yanında mənə “qoyun” deməkdən çəkinmədi. Mən də tərəddüd etmədən elə həmin zabitlərin yanında ona cavab verdim ki, siz komandirsiniz, amma özünüzü əsl donuz kimi aparırsınız. Əfqanıstan müsəlman ölkəsidir və burada sizin kimi donuzları sevmirlər. Bu sözləri deyəndə mən artıq hər şeyi nəzərə almışdım. O, məni şərləyib hərbi tribunala da verə bilərdi, hərbi əks-kəşfiyyatı da üstümə yönəldə bilərdi, yaxud da bəzi yaltaq zabitlərin əli ilə təhlükəli qurğu da qura bilərdi. Amma sözümü dedim və bu qanmaz adama layiq olduğu epiteti yapışdırdım... 
 
Həngamə də elə o gündən başlandı. Komandir mənə düşmən kəsildi. Mən indi özümü əfqanlardan deyil, öz komandirimdən qorumalıydım...
Bir gün batalyona Herata gedən böyük avtomobil karvanını müşayiət etmək tapşırıldı. Bunun üçün tanklar, PDM-lər (piyadanın döyüş maşını) ayrıldı və karvan yola düşdü.
 
Təxminən saat yarımdan sonra məni təcili batalyon komandirinin yanına çağırdılar. Tələsik gəldim, əlimi gicgahıma qaldırıb raport verdim ki, əmrinizlə gəlmişəm. Komandirin yanaqları və burnu qıpqırmızı qızarmışdı. Hiss etdim ki, karvanı yola salandan sonra möhkəmcə “vurub”. O, məni altdan yuxarı acıqlı-acıqlı süzüb əmr etdi: “Tanka min və özünü karvana çatdır. Sən də mühafizə dəstəsində olmalısan”.
 
Mənim üçün bu ölüm hökmü demək idi. Çünki tək bir sovet tankı əfqan döyüşçülərinə – rusların “duşman” adlandırdıqları mücahidlərə əla bir hədiyyə olacaqdı. Dərənin içiylə gedən bir tank hər iki tərəfdə ucalan dağların, təpələrin üstündə mövqe tutmuş və yaxşı silahlanmış əfqanlar üçün hazır bir yem idi...
 
Amma nə edə bilərdim?! Əmrə əməl etməliydim. Axı mən azərbaycanlıyam, qorxaqlıq edə bilməzdim. Lakin bir iş vardı ki, burada söhbət yalnız mənim həyatımdan getmirdi. Mənimlə birlikdə tankın heyəti – 18-20 yaşlı əsgərlər də ölümün ağuşuna atılırdılar. Odur ki, komandirə müraciət etdim:
-İcazə verin yola yalnız sürücü-mexaniklə çıxım. Mənə başqa əsgər lazım deyil.
Komandir iblisanə bir təbəssümlə cavab verdi:
- Olar. Əmri icra et!
Çevrilib həmişə hərbi əməliyyatlar zamanı komandirlik etdiyim tanka tərəf getdim. Yola düzəldik. Sürücü-mexanik Əfqanıstanda yenicə xidmətə başlamış 18-19 yaşlı bir rus idi. Həyəcan keçirdiyi və qorxduğu açıq-aşkar hiss olunurdu. Ona ürək-dirək verib sakitləşdirməyə çalışdım. Bazadan aralandıqdan bir az sonra məndə belə bir hiss yarandı ki, bizi izləyirlər. Efirdə səslər bir-birinə qarışmışdı. Əfqan dilində danışıqlar eşidirdik. Sanki yırtıcı öz şikarı ilə oynadığı kimi, onlar da bizimlə əylənirdilər. Asan hədəf olmamaq və karvana tez çatmaq üçün maksimal sürətlə hərəkət edirdik. Budur, maşrutumuzun üstündə yerləşən və ən təhlükəli nöqtələrdən biri sayılan dərəyə daxil olduq. Birdən gördüm ki, bir nəfər köndələninə yolda uzanıb. Sürücü-mexanik sürəti azaltmadı. Başa düşdüm ki, o, maşını diri, yaxud ölü olduğunu bilmədiyimiz adamın üstündən sürüb keçmək istəyir. Tez qışqırdım ki, tankı saxla. O, ağlamsına-ağlamsına dedi ki, tankı saxlasam, axı bizi vurarlar. Yenidən qışqırdım ki, vursaydılar, bayaqdan vurardılar. Sən saxla. Tank yolda uzanmış adamın bir neçə metrliyində yola mıxlandı. Lyuku açıb tankdan çıxdım. Yerə tullanıb həmin adama tərəf getdim. O, ağsaqqal bir kişi idi. Gözləri yumulmuşdu. Özü də silahsız idi. Dizi üstə çöküb əlimi başının altına sürüşdürdüm. Ehmalca onu dikəltməyə çalışdım. Bu vaxt kişi elə bil huşa gəldi. Gözlərini açmağa çalışıb dedi: 
 
-Ay oğul, at məni yıxdı, belim bərk sərpib, tərpənə bilmirəm. Atı çək, məni qaldır qoy belinə, evin yolunu özü tapacaq. 
Mən qupquru quruyub qalmışdım. Eşitdiklərim məni heyrətə gətirmişdi. Sanki Araz qırağında idim və bu sözləri mənə atam deyirdi. Atdan yıxılmış bu kişi təmiz Azərbaycan dilində danışırdı, özü də elə bil ki, Əfqanıstana bizim Araz qırağındakı kəndlərdən birindən gəlib düşmüşdü.
 
Kişinin atı bizdən beş-on addım aralıda otlayırdı. Onun yüyənindən çəkib gətirdim, bu çəlimsiz qocanı qucağıma alıb atın üstünə qoydum və yüyəni onun ovcuna basdım. At da o saat yolun qırağı ilə bu dağlardakı hansısa kəndə tərəf üz tutdu.
 
Əfqanlar həm sağdan, həm soldan bütün bunları görürdülər. Amma həmin dəqiqələrdə bu dağlara elə bir sükut çökmüşdü ki! Bizə atəş açmırdılar, bizi vurmurdular. Görünür, onlar mənim bu cür hərəkət edəcəyimi gözləmirdilər. Çünki sovet əsgər və zabitləri əfqanların nəzərində vəhşi timsalında idilər. İndi isə onlar əsl insanlıq nümunəsi görmüşdülər. Əfqanları heyrətləndirən də elə bu idi. Odur ki, onların silahları susurdu...
 
Beləcə sağ-salamat gəlib Herata gedən karvana çatdıq. Bu gəlişimizlə də karvanı müşayiət edən əsgər və zabitləri hədsiz təəccübləndirdik. Onların hamısı məəttəl qalmışdı ki, biz təkbaşına o yolu necə keçib gəlmişik.
 
Sonradan öyrəndim ki, Əfqanıstanda xeyli azərbaycanlı yaşayır. Orada kəndlər var ki, hər birində beş-altı min nəfər yaşayır, hamısı da azərbaycanlıdır. Mənim Əfqanıstan təəssüratımın ən maraqlı səhifəsi də onlarla bağlıdır.
 
Onu da deyim ki, əfqanlar mənim kimliyimi öyrənmişdilər. Görünür, mücahidlərin kəşfiyyatı pis işləmirdi. Onlara bəlli olmuşdu ki, mən azərbaycanlıyam və müsəlmanam. Odur ki, əgər rus zabitləri dükan-bazara beş-altı silahlı əsgərin müşayiəti ilə gedib-gəlirdilərsə, mən qorxub-çəkinmədən nə isə almaq üçün tək də gedə bilirdim”.
 
Araz Şəhrili,
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü 
 
Oxşar xəbərlər
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
GÜNLÜK
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”