Azərbaycan xüsusi təyinatlıları yaxınlaşır, Calal Arutyunyan bunkerdən komanda verir... - FOTO
Oxunub: 1566
14 Sep 2021 | 18:55
Azərbaycan xüsusi təyinatlıları yaxınlaşır, Calal Arutyunyan bunkerdən komanda verir... - FOTO
Azərbaycan ordusunun ötən ilin oktyabrında Hadrutu və daha sonra Füzulini azad edərkən düşməni necə darmadağın etdiyi, erməni bölmələrinin döyüş texnikasını və sursatı ataraq necə qaçdıqları haqda döyüşçülərimizin danışdıqları hekayətlərlə oxucular yəqin ki,  tanışdır.
 
Cəbhənin həmin istiqamətində döyüşlərin necə getdiyi, Ermənistan ordusunun komandanlığının necə başını itirdiyi və xüsusi təyinatlılarımızın düşmənin arxasına keçib onu necə pərən-pərən saldığı haqda indi ermənilərin özləri danışırlar.
 
 
Bu döyüşlər indi Yerevan məhkəməsində araşdırılır, erməni ordusunun o vaxt  Füzuli-Hadrut istiqamətində mövqe tutmuş artilleriya diviziyonunun qərargah rəisi Gevorq Gevorqyan əsgərlərini atıb qaçmaqda ittiham olunur. Gevorqyanın diviziyonu 2020-ci il oktyabrın 12-də Füzuli şəhəri ətrafında Azərbaycan xüsusi təyinatlıları tərəfindən demək olar ki, tam tərkibdə məhv edilib. 21 nəfərdən 15-i öldürülüb. Həmin əsgərlərin valideyinləri isə günahı qondarma “dqr müdafiə naziri” olmuş general Calal Arutyunyanda və ordu korpusunun artilleriya rəisi Gennadi Baqdasaryanda görürlər. Bildirirlər ki, Calal Arutyunyan yaxınlaşan Azərbaycan xüsusi təyinatlıları barədə xəbəri alanda “bizimkilərdir, atmayın” deyib. Baqdasaryan isə artilleriya diviziyonunu daha əvvəl Azərbaycan pilotsuz təyyarəsinin zərbəsi ilə məhv edilmiş artilleriya batareyasının mövqelərinə qaytarıb, onlara vaxtında geri qaçmağa imkan verməyib.
 
 
Beləliklə, oktyabrın 5-də “Qarabağ müdafiə ordusu”nun 8-ci motoatıcı briqadasının D-20 qaubitsaları ilə silahlanmış diviziyonu Ağdamın Abdal-Gülablı kəndi yaxınlığındakı mövqelərindən Hadruta göndərilib. Çünki orada vəziyyət kifayət qədər ağır idi, Azərbaycan ordusu Hadrut istiqamətində irəliləyirdi.
 
Ölən əsgərlərdən birinin atası, istefada olan podpolkovnik Armen Əsriyan Yerevanda keçirdiyi mətbuat konfransında deyir ki, diviziyon artilleriya rəisi Baqdasaryanın əmri ilə Hadrut şəhərini keçib və “9-cu kilometr” deyilən sahədə yerləşib, döyüş mövqeyi tutub. Sonradan aydınlaşdığı kimi, “əks zərbə endirilməsi üçün”. Amma əks-zərbə planı iflasa uğrayıb, çünki Azərbaycan bölmələri Hadruta doğru irəliləyirdi, artilleriya zərbələri üçün isə rəqibin dayandırılması lazım idi.
 
 
Nəticədə diviziyon “9-cu kilometr” adlanan sahədən güclə canını qurtarıb və Xocavənd istiqamətində geri qaçıb. Lakin polkovnik Baqdasaryan onlara irəli getmək əmri verib. Diviziyon oktyabrın 8-9-da Füzulinin Cuvarlı kəndi ətrafında mövqe tutub.
 
“Oktyabrın 10-da pilotsuz təyyarə diviziyonunun 3-cü batareyasına zərbə endirib. Bundan sonra artilleriya rəisinin icazəsini alaraq diviziyon geri çəkilib. Amma bir neçə saat sonra polkovnik Baqdasaryan deyib ki, çox geri çəkilmisiniz, irəli gedin...”,-Əsriyan bildirir. Nəticədə diviziyon daha əvvəl Azərbaycan PUA-sının vurduğu mövqeyə geri qayıdır. Oktyabrın 12-də diviziyonun atəş mövqelərindən təxminən 1 kilometr məsafədə yerləşən müşahidə postundan məlumat gəlir: hansısa qrup onlara tərəf hərəkət edir. Diviziyon komandiri Tovmasyan və podpolkovnik Ayrapetyan dərhal bu haqda artilleriya rəisi Baqdasaryana məruzə edirlər. Hərəkət edən qrupun hansı tərəfə mənsub olduğunu soruşurlar.
 
 
Cavab alana qədər diviziyon komandiri bölmələrinə əmr edir ki, mövqeləri tərk etsinlər. Onlar tələm-tələsik sursatı maşına yükləyirlər, getməyə hazırlaşanda yeraltı komanda məntəqəsindən əmr gəlir: bunlar bizimkilərdir, atəş açmayın! Diviziyon komandiri bir daha dəqiqləşdirir və eyni cavabı alır. Nəticədə yaxınlaşan qrupu izləməyi dayandırırlar.
 
Bəs bu əmri verən kim idi? Polkovnik Baqdasaryan ölən əsgərlərin valideyinləri ilə söhbətində bildirib ki, qrupa atəş açmamaq və geri çəkilməmək barədə əmri şəxsən Calal Arutyunyan vermişdi. (Qeyd: həmin günlər Azərbaycan xüsusi təyinatlıları başda “Hadrut fatehi”, gizir , ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adını almış Camal İsmayılov olmaqla ermənilərin rabitə kanallarına daxil olaraq erməni dilində onların bölmələrini çaşdırıb, başqa istiqamətlərə yönləndirib, ehtimal ki, yaxınlaşan qrupu “özününkü” zənn edən Calal Arutyunyan da bu taktiki fənd nəticəsində aldanıb).
 
 
“Onlar cənub istiqamətindən gəliblər. Müşahidə postu yüksəklikdə idi, diviziyonun atəş nöqtələri isə aşağıda. Orada 1-ci və 2-ci batareyanın atəş mövqeləri olub, 3-cü batareya isə artıq yox idi...”,-Əsriyan deyir.
 
Yaxınlaşan Azərbaycan xüsusi təyinatlıları əvvəlcə düşmənin artilleriya diviziyonunun müşahidə postunu məhv edirlər və oradan diviziyonun atəş mövqelərinə, canlı qüvvəsinə atəş yağdırırlar. Əsriyan deyir ki, əvvəlcə mərmi dolu maşını qumbaraatanla vurublar, sonra şəxsi heyəti məhv ediblər.
 
Xüsusi təyinatlıların qəfil zərbəsindən şoka düşən diviziyonun qərargah rəisi Gevroq Gevorqyan birinci qaçır, necə qaçırsa hərbçilərdən biri onun avtomobilinə minib canını qurtarmağa da imkan tapmır. Əsriyan deyir ki, Gevorqyan qaçmazdan əvvəl avtomobilləri mövqelərə yaxınlaşdırmağı əmr edir, bu əmr yerinə yetirilir və nəticədə mərmi dolu yük avtomobili əla hədəfə çevrilir.
 
 
Ölən əsgərlərin valideyinləri deyirlər ki, günahkar təkcə mayor Gevorqyan deyil. Artilleriya rəisi Baqdasaryan və şəxsən Calal Arutyunyan da mühakimə olunmalıdır. “Əgər sən hədəfləri verirsənsə bilmirsən düşmən hardadır? Bilmirdin ki, oktyabrın 11-də artıq Məlikcanlı (Xocavəndin Bulutan inzibati ərazi dairəsində kənd) artıq götürülüb və o, atəş nöqtələrindən dörd kilometrlikdədir?”,-valideyinlər komandirlərə sual edirlər.
 
Əsriyan deyir ki, onlara Füzuli ətrafındakı mövqelərə geri qayıtmaq əmri gələndə diviziyonun zabitləri arasında mübahisə baş verib. Zabitlərin çoxu başa düşüb ki, onları ölümə göndərirlər.
 
 
“Hadrut ətrafında müdafiə xətti tam yarılmışdı: düşmənin diversiya qrupları, digər qruplar...ruslar demiş “proxodnoy dvor” idi. Amma deyirdilər ki, “qalib gəlirik, türkləri (azərbaycanlılar,-red.) Hadrutdan qovmuşuq. Heç nəyi qovmamışdılar...ayın 10-da türklər artıq Hadrutda idi, 11-də artıq Məlikcanlını götürmüşdülər, hansı ki, yeri gəlmişkən 18-ci diviziyonun komanda heyətindən orada çoxlu zabit öldü. Yenə də məlumatsızlıq üzündən, bunkerdən daxil olan məlumatlar üzündən...Gennadi Baqdasaryan deyir ki, Calal Arutyunyan deyib “gələnlər bizimkilərdir”. Nəyə görə? Bəyəm komandan bilmir ki, hansı dərəylə kimin qoşunu gedir?”,-Əsriyan sual edir.
 
Oktyabrın 27-də Azərbaycan ordusunun zərbəsindən möcüzə sayəsində, ağır yaralı halda sağ çıxan Calal Arutyunyan özü də bu iş üzrə dindirilib. Deyib ki, o yaxınlaşan qrupa atəş açmamaq barədə əmr verməyib, sadəcə deyib ki, “ola bilsin bizimkilərdir, baxın, özümüzünküləri öldürməyin...”. Valideyinlər isə deyirlər ki, ya Baqdasaryan yalan deyir, ya Arutyunyan özünü təmizə çıxarmağa çalışır.
 
 
“Mən Baqdasaryandan dəqiqləşdirdim: ona birmənalı şəkildə deyilib ki, gələnlər bizimkilərdir. Dəqiqləşdirib ki, yüz faiz, yoxsa şübhə var? Cavab verilib ki, yüz faiz, şübhə yoxdur. Axı heç olmasa bir az şübhə yeri olsaydı diviziyon atəş mövqeyini qoyub qaçmağa imkan tapardı...”,-Əsriyan bildirir.
 
Digər valideyin isə deyir ki, Arutyunyanın vurulması daha 4-5 batalyonu xilas etmiş olub. Çünki birinci və doqquzuncu müdafiə rayonlarının bir neçə batalyonu həmin günlərdə Füzuli ətrafında mövqe tutulmuşdu: sadəcə olaraq mövqelərdə oturmuşdular, heç nə edə bilmirdilər, üç tərəfdən mühasirədə idilər. “Türklər Füzulidə oturmuşdu, amma biz bir neçə batalyonu ön xətdə saxlayırdıq. Nəyin naminə? Nəyə görə onları vaxtında geri çəkmirdilər? Yaxşı ki, onu vurdular. Ondan sonra təyin olunan komandan ertəsi gün oradan qoşunları geri çəkdi: necəsə bir dəhliz vardı...Yaralılar orada susuzluqdan öldülər. Nəyin naminə orada batalyonları saxlamaqda davam edirdilər? Desinlər ki, guya bizim ön xəttimiz oradan keçir? Türk yaxşı bilirdi ki, qoşun darmadağın edilib...İnsanlar bu əraziləri böyük çətinliklə tərk edə biliblər...”,-mətbuat konfransında deyilib.
 
Qeyd edək ki, 44 günlük müharibə zamanı düşmənin 10 minə qədər hərbçisi fərarilik edib, döyüş meydanından qaçıb. Habelə əsgərlərini atıb qaçan komandirlər, əmrləri yerinə yetirməyənlər və iflasla nəticələnən əməliyyatlar hazırlayanlar barədə də çoxsaylı cinayət işləri araşdırılmaqdadır. (Virtualaz.org)
Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 01:06
İnfarkt riskinizi özünüz ölçün
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 01:06
İnfarkt riskinizi özünüz ölçün
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...