Azərbaycana qarşı “Rusiya xofu” yaratmağa çalışanlar - onların gerçək məqsədi...
Dünya
Oxunub: 798
14 Sep 2021 | 17:22
Azərbaycana qarşı “Rusiya xofu” yaratmağa çalışanlar - onların gerçək məqsədi...
İllər boyunca “Kreml Qarabağı azad etməyə qoymaz” deyənlər yenidən aktivləşib; cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışanlar var; deputat Ceyhun Məmmədov: “Əgər həmin insanların dedikləri nəzərə alınsaydı, hələ də torpaqlarımız işğal altında idi”; Akif Nağı: “Azərbaycanda müxtəlif ölkələrin təsir agentləri var, Rusiyanınkılar isə daha fəaldır”
 
Ordumuzun ötən il Ermənistan üzərində qazandığı möhtəşəm qələbəni sinirə bilməyənlər vaxtaşırı müxtəlif iddialarla çıxış edirlər. Azərbaycanın özündə də bəzi qüvvələr var ki, onlar hər fürsətdə Rusiya faktorunu gərəyindən artıq qabardır, ictimai xof yaratmağa çalışırlar.
 
İllər boyunca “Kreml Qarabağı azad etməyə qoymaz” deyənlər 44 günlük döyüşlər nəticəsində ordumuzun Qarabağın böyük hissəsini işğaldan təmizləməsini “unudaraq” yenidən aktivləşiblər. İndi də cəmiyyətdə düşkünlük yaratmağa yönəlik növbəti fikirlər yaymağa çalışırlar. Belə qüvvələrin iddiaları bundan ibarətdir ki, Moskva Azərbaycana Qarabağı tam azad etməyə imkan verməyəcək, nəticədə Xankəndi, Xocalı, Xocavənd işğalda, ya da Rusiya sülhməramlılarının nəzarəti altında qalacaq. Lakin müşahidə etdiyimizi proseslər tam əksini göstərir. Azərbaycan  polisinin Qubadlı istiqamətində, Gorus-Qafan magistralında postlar qurması, gömrükçülərimizin buradan keçən İrana məxsus yük maşınlarından dövlət rüsumu tələb etməsi, ölkəmizin ərazisinə daxil olan yüklərin və sənədlərin yoxlanılması məhz ərazidəki rus sərhədçilərin gözü qarşısında baş verir. Düzdür, erməni rəsmilər Rusiya hərbçilərini əsas gətirərək əhalini təşvişə düşməməyə çağırırlar, ancaq ermənilər kifayət qədər narahatdırlar. Dünənədək Qarabağı əbədi ilhaq etdiklərini düşünənlər bu gün Azərbaycanın sərhədlərin hər qarışı üçün ortaya iradə qoymasından əndişə keçirirlər, ancaq geridönüşü də mümkün saymırlar. Hətta Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan da növbəti dəfə Qarabağın dağlı-aranlı əldən getdiyini elan edib, reallıqla barışmağa çağırıb. Qarabağdakı bir ovuc erməni də qaçmaq üçün fürsət axtarır. Paşinyan və arvadının Rusiya əleyhinə səsləndirdiyi, yaxud nümayiş etdirdiyi kəskin reaksiyalar da Kremlin ermənilərə görə Azərbaycanla düşmən olmaq istəməyəcəyi barədə qənaət formalaşdırmaqdadır.
 
Digər tərəfdən, faktiki olaraq bölgəmizdə Rusiyanın iştirakı olmayan hərbi-siyasi blok yaranıb və Moskva reallığı qəbul etmək zorundadrır. Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi alyansı Qarabağın azad edilməsi prosesində iştirak edib. İndi də növbəti mərhələyə başlayıblar desək, yanılmarıq. Ölkəmizdə Qarabağ məsələsinin tam, birmənalı həllində maraqlı olmayan qüvvələr var, o qüvvələr bu səbəbdən millətin qələbəsinə şübhə toxumu səpir, gözdən salmağa çalışırlar. Belələrinə yönəlik suallar da az deyil: Rusiya amilindən qorxmalı, çəkinməliyikmi? Moskva qarşısında gözüqıpıqmı olmalıyıq?
 
Prezident İlham Əliyev bütün riskləri gözə aldı, Vətən müharibəsi başlatdı, qələbə qazandı. “Rusiya nə edər, Putin nə deyər” məsələsinə qalsaydı, hələ də torpaqlarımız işğaldaydı.
 
Bəzi müşahidələr onu deyir ki, əslində Rusiya da bu böyük anlaşmanın içindədir. Bunu fərq etməmək mümkün deyil. Sadəcə, Putin elə bir mövqe tutmaq məcburiyyətindədir ki, müstəqil, heç bir bloka, ittifaqa qoşulmayan imici qalsın. Bu, bizə də lazımdır. Rusiyanın neytral qalması kifayətdir ki, yerdə qalan torpaqları azad edək, Xankəndinə bayrağımızı sancaq. Moskvanın neytral qalmasının faydasını 44 günlük Vətən müharibəsində gördük...
 
“Əgər xatırlayırsınızsa, Vətən müharibəsindən əvvəlki dövrdə də Azərbaycan cəmiyyətində belə bir fikir təbliğ olunurdu ki, Azərbaycan Ermənistanla müharibə edə bilməz, çünki Rusiya buna icazə verməz. İddia olunurdu ki, Ermənistanla müharibə Rusiya ilə müharibə etməyə bərabərdir”. Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deputat Ceyhun Məmmədov söylədi. Millət vəkilinin sözlərinə görə, əgər həmin insanların dedikləri nəzərə alınsaydı, hələ də torpaqlarımız işğal altında idi: “Prezident İlham Əliyev bütün riskləri nəzərə alaraq, müharibəyə başladı. Bu mərhələdə Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyi də ciddi rol oynadı. Ancaq Vətən müharibəsində qələbə göstərdi ki, bu fikrin ciddi əsası yoxdur”. C.Məmmədov bildirdi ki, bu gün Azərbaycan öz müttəfiqləri ilə birgə Rusiyanın iştirakı olmadan yeni hərbi-siyasi blok yaradıb: “Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi alyansı Qarabağın azad edilməsi prosesində iştirak ediblər. İndi də növbəti mərhələyə başlayıblar. Günü-gündən bu əməkdaşlıq müxtəlif birgə təlimlərlə daha da gücləndirilir. Heç şübhəsiz ki, bu əməkdaşlıq və birgə təlimlər nəticəsində Azərbaycan işğalda olan digər ərazilərini də qısa müddətdə azad edərək bayrağını Qarabağa sancacaq. Bu məsələ artıq qarşısıalınmaz prosesə çevrilir”.
 
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Qaxmaqlı bildirdi ki, Azərbaycan ictimai rəyindəki ehtiyatlılıq təəccüb doğurmur: “44 günlük savaşdan öncə də Azərbaycan ictimai fikrində Rusiyanın nə deyəcəyi və nə edəcəyi ilə bağlı fikirlər vardı və böyük əksəriyyət Rusiyanın buna imkan verməyəcəyi yönündəydi. Amma Azərbaycanın əlində elə arqumentlər vardı ki, biz onlardan vaxtında və məqamında yararlanıb Rusiyanın bu işə qarışmasının qarşısını aldıq. Sadəcə olaraq, Azərbaycan BMT-nin qətnamələrini yerinə yetirmək tədbirləri gördü və Rusiya məcburən neytral qalmalı oldu. Burada, şübhəsiz, siyasi, diplomatik və digər faktorlar da rol oynadı. İndi də Azərbaycanın əlində həmin arqumentlərdən biri - ərazi bütövlüyünün tam təmin edilməsi haqqı var və bu haqqı bizim əlimizdən heç bir qüvvə - o cümlədən Ermənistanın strateji müttəfiqi olan Rusiya ala bilməz”. Q.Çaxmaqlı qeyd etdi ki, biz duruma uyğun istənilən an yeni antiterror əməliyyatlarına başlaya və  istədiyimizə nail ola bilərik: “Bu işi gecikdirmək həmin hədəfimizdən uzaqlaşmaq olardı. İndi bölgədə Azərbaycan - Türkiyə - Pakistan  Alyansı mövcuddur. Qarşıya qoyulan hərbi vəzifəmizi yerinə yetirmək imkanlarımız var. Rusiya bu işə mane ola bilməz. Həm də ona görə ki, indi dünyada Rusiyanın mənfi imici var, onun üzərinə bütün dünya gəlir. Həm də Rusiya Qarabağ məsələsində proseslərin içindədir, reallıqlarla hesablaşmaq məcburiyyəti qarşısındadır. Rusiya niyə buradadır? Sülhü təmin etmək üçün, deyilmi? Xankəndi və digər ərazilərimizdə Azərbaycan dövlətinə qarşı təhdidlər aradan qaldırılmayıbsa, deməli, sülhdən danışmaq olmaz. Bəzi prinsipial məsələlərdə nala-mıxa vuran Rusiya rəsmilərinin mövqeyi təbii ki, bizi qane etmir, onun sülhməramlı missiyası da getdikcə effektiv olmur. Rusiya anlamalıdır ki, Azərbaycan bütün ərazisində dövlət suverenliyini təmin etməkdə sərbəstdir və bunu nə vaxtsa edəcək. Ermənistana gəlincə, bu dövlətin bizim iradəmizə tabe olmaqdan başqa çarəsi yoxdur. Ermənistan  get- gedə anlayır və qəbul edir ki, artıq Qarabağ Azərbaycanındır”.
 
QAT sədri Akif Nağı hesab edir ki, Rusiyanın regionla bağlı mövqeyi nəzərə alınmalıdır, amma bu, onların dediyi ilə hərəkət etmək anlamına gəlməməlidir: “Regionda Azərbaycan, Türkiyə və Pakistanın daxil olduğu yeni güc mərkəzi yaranıb, Moskva da bu reallıqla hesablaşmaq zorundadır. İkinci Qarabağ müharibəsi də Rusiyanın xəbəri olmadan başlandı. Son 200 il ərzində Rusiya özünü elə aparıb ki, dörd tərəfdə baş verənlər yalnız onun icazəsi ilə ola bilər. Rus şovinizminin belə bir tezisi var idi ki , ”bir top belə bizim xəbərimiz olmadan atəş aça bilməz". Azərbaycan bəlkə də ilk ölkə idi ki, sentyabrın 27-də bu ssenarini pozdu. Həmin gün Azərbaycan topları sükutu pozdu və istədiyinə nail oldu. Kreml də bunu Azərbaycana bağışlaya bilmir". A.Nağı Rusiya təhlükəsi ilə bağlı deyilənlərdə başqa izlər axtarmağın tərəfdarıdır: “Azərbaycanda müxtəlif ölkələrin təsir agentləri var, rusiyanınkılar isə daha fəaldır. Onlar müharibənin başlanmasına qarşı da təbliğat aparır, cəmiyyəti rus amili ilə qorxudurdular. Biz onların bu təbliğatını heçə endirə bildik. İndi də iş başındadırlar, amma istəklərinə nail ola bilməyəcəklər. Qələbədən ruhlanan, öz gücünə inanan xalqı, dövləti artıq heç nə ilə dayandırmaq olmaz”. QAT sədri 44 günlük müharibədə neytral qalmağı səbəbsiz saymır: “Rusiya özxoşuna ”neytral" qalmadı, onu Azərbaycan və Türkiyənin birgə iradəsi məcbur etdi. Rusiya əslində çox kiçik güzəştlə kifayətlənməli oldu, sülhməramlı adı altında hərbi qüvvələrini Azərbaycan ərazisinə yeritdi. Bu, ona o qədər də əlavə imkanlar vermir. Təbii ki, arxayınlaşmalı deyilik. Rusiya qüvvələrinin oradan çıxarılması daim gündəmdə olmalı, beş il gözləməli deyilik. Kremlin buradakı təsir agentləri ictimai rəyə yeritməyə çalışırlar ki , 5 il gözləməliyik. Amma o qədər gözləməyə ehtiyac yoxdur, daha tez, yaxın 2 ildə ruslar bölgəni tərk etməlidir! Buna hökmən nail olmalıyıq, işlərimiz bu istiqamətdə getməlidir".
 
Konfliktoloq Elxan Mehtiyev də bu mövzu ilə bağlı maraqlı arqumentlərini bölüşüb. “44 günlük savaşda göstərdiyi döyüş qabiliyyəti, sahib olduğu müasir texnika və texnikaya yiyələnmə baxımından və müharibə zamanı nümayiş etdirdiyi qarşılıqlı, hərbi, idarəetmə baxımından ordumuza yanaşsaq, ordumuz çoxlarının sürprizinə rəğmən çox-çox ön sıralardadır. Mənim NATO və MDB ölkələrinin ordularını da ayrı-ayrılıqda analiz edərək gəldiyim nəticə odur ki, Azərbaycan Ordusu yuxarıda qeyd etdiyim kriteriyalara görə keçmiş sovet məkanında Rusiyadan sonra ikinci ordudur”, - E.Mehtiyev Moderator.az-a deyib. Ekspertin sözlərinə görə, NATO ölkələri ilə müqayisədə, Azərbaycan Ordusu 9-cu yerə çıxır. Ancaq ekspert deyir ki, bu, bizi əsla arxayınlaşdırmalı deyil, əksinə, ordunun fəaliyyəti daimi təlim və müasir texniki təminatla müşayiət olunmalıdır. “Azərbaycan ordusu Azərbaycanın təhülkəsizliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Biz  sabah Ermənistanla sülh müqaviləsi imzalasaq da, Azərbaycan Ordusu öz mahiyyətini dəyişməli deyil. Mahiyyət etibarilə, Azərbaycan ordusu güclü və çevik ordu olmalıdır. Bunu onun coğrafi məkanı və üzləşdiyi son tarixi təcrübə və qarşıdakı problemlər tələb edir. Bu ordu müdafiə ordusu yox, ölkəyə qarşı bütün təhdidlərə vaxtında cavab verə bilən çevik ordu olmalıdır. Ordumuz yüksək dərəcədə təlim keçmiş çoxfunksiyalı xüsusi, peşəkar qüvvələrlə və güclü kəşfiyyatla yanaşı, ən müasir hərbi avadanlıq və texnikaya yiyələnməlidir. Yuxarıda qeyd etdiyim kimi, torpaqlarının işğalı, indiki durum və Azərbaycanın geniş enerji resursları və nəqliyyat şəbəkəsinə sahib olması, onu təhlükəsizliyi prioritet edən ölkəyə çevirmişdir. Bu baxımdan Azərbaycanda ordu və təhlükəsizlik qüvvələrinin xüsusi yeri olmalıdır”.
 
E.Mehtiyev hesab edir ki, Azərbaycan artıq yeni təhlükəsizlik konsepsiyası və yeni hərbi doktrina qəbul etməlidir.
 
Görüləcək işlər çoxdur, amma hansısa ölkənin barəsində mif yaradıb da, ümummilli hədəflərimizdən çəkindirməyə səy göstərmək, insanlarımızın əlini işdən soyutmaq qəti şəkildə yolverilməzdir!(musavat.com)
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək