"Başqa kişinin əlinin altında oğlumu ürəyim istəyən kimi böyüdə bilməzdim, ona görə də..."
Oxunub: 9827
13 Sep 2021 | 00:54
Bakı Uşaq və Gənclər Teatrının aparıcı aktrisası Sovqat Səmədova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Sovqat xanım, sizi əksər tamaşaçılar “Buğlama” serialından tanıyıblar. Amma mən bilirəm ki, siz uzun illər Şəki Dövlət Dram Teatrında çalışmısınız. İstərdim söhbətimizə teatr həyatından danışmaqla başlayaq.
- Öncə onu deyim ki, mən bir “Buğlama” serialı ilə tanınmamışam. Mən nə qədər serial və filmlərdə oynamışam. 40 il Şəki Dövlət Dram Teatrında işləmişəm, 9 ildir ki, Bakı Uşaq və Gənclər Teatrında çalışıram. Sənətə 1972-ci ilin aprel ayında xalq teatrından başlamışam. 1995-ci ilin may ayında Şəkidə Dövlət Dram Teatrı bərpa olunub, biz xalq teatrının 4 nəfər aktyoru bu teatra imtahan yolu ilə qəbul olunmuşuq. O vaxtdan 2012-ci ilin dekabr ayına qədər bu teatrda aktrisa olaraq çalışmışam, sonra Bakıya gəlmişəm. Şəkidə işlədiyim müddətdə kinostudiyada bir çox filmlərdə çəkilmişəm. “O dünyadan gələn səs”, “Əsgər gəlir”, “Qız yükü”, “Döngələr”, “3 bacı”, “Niyə? 2” “Qızqaçırtma 2”, “Bir qadın” serial və filmlərində müxtəlif rollar oynamışam. 3 ildir ki, “Buğlama”da iştirak edirəm. Mövsüm açılsa da, hələ işə başlamamışıq. 75 yaşımın olmasına baxmayaraq, sənətdən ayrılmağı heç cür ağlıma gətirmirəm. Heç dayanmaq fikrim də yoxdur. Mən yenə də dünyaya gəlsəydim aktrisa olardım, çünki aktrisa olmaq üçün çox çətinliklərdən keçmişəm, ölümdən qayıtmışam, döyülmüşəm, söyülmüşəm, başıma gəlməyən faciə qalmayıb, amma sənətimdən dönməmişəm. Çünki mən sənətimi çox sevirəm. Bilmirəm bundan sonra nə olacaq, amma Allah ömür versə, yenə də rollar oynamaq istəyirəm. 
 
- Dediniz ki, döyülüb, söyülmüşəm. Kim sizi döyüb?
- Məni anam, qardaşım döyüb. Aktrisa olmağımı istəmirdilər. 3 il öz yurdumda, öz yerimdə, Şəki şəhərimdə mənə salam verən olmadı. İnsanlarda belə bir düşüncə var idi, səhnəyə çıxırsa, pozğun qadındır. Araq içirdib arxamca adam göndərmişdilər ki, məni öldürsün. Yadımdadır, teatrda Cəfər Cabbarlının “Aydın” əsərinin tamaşasında Böyükxanım obrazını oynayırdım. Səhnəyə hücum etdilər, nəzarətçi polis çağırıb onları yığışdırdı. Mən çox bəlalar, zülmlər görmüşəm, amma mübarizəmi də sona qədər aparıb qalib olmuşam. Atam avtomobil qəzası keçirmişdi, qardaşım da hərbi xidmətdə idi. Anam məni Şəkidə ipək fabrikinə işə düzəltmişdi. Zavodda nahar fasiləsinə çıxırdıq. Anam mənə evdən əl boyda çörək qoyurdu, bir də 20 qəpik pul verirdi. 15 qəpiyə mən bir porsiya şorba almalı idim, 5 qəpiyə də bir stəkan çay içməli idim. Bu mənim normam idi. Mən 20 qəpikləri xərcləmirdim, yığırdım, 1 manat edib yanımdakı iş yoldaşıma verirdim. Ondan xahiş edirdim ki, mənim yerimə də işi idarə etsin, mən 1 saatlıq məşqə gedim. Anam bilmirdi ki, mən məşqə gedirəm. Xalq teatrının üzvü olduğuma görə bütün konsert proqramlarında iştirak edirdim. Yadımdadır, “Muğana Ceyran” mahnısı yeni populyarlıq qazanmışdı, mən də bu mahnını ansamblla birgə oxuyurdum. Anam hardansa xəbər tutub konsertə gəlmişdi. Birdən gözüm sataşdı anama, gördüm ki, qapının küncündə dayanıb mənə baxır. Nitqim kəsildi! Gəlib səhnəyə çıxdı, o vaxt gözəl hörüklərim var idi, saçımı əlinə dolayıb sürüyə-sürüyə apardı məni. Evə çatana qədər sürüdü. Məni kəndirlə bağlamışdı. Əgər dayım tez çatmasaydı bəlkə də anam başımı kəsəcəkdi. Mən elə əzablı günlər görmüşəm. 
 
- Sonradan həyat üzünüzə güldü?
 
- Ailəm 3 il məni danışdırmadı. 3 ildən sonra baxıb gördülər ki, səhnəyə çıxan qadınların hamısı pozğun olmur. Bu insanın özündə, canında, xilqətində yoxdursa, sənət bir şey edə bilməz. Ondan sonra başladılar yavaş-yavaş mənə yaxınlaşmağa, salam verməyə. Teatrda “Namus” əsərinin tamaşasında oynadığım Şifanik obrazına görə mənə ev verdilər. Çünki mən yaranmış vəziyyətə görə ailəmdən uzaqlaşmışdım, kirayədə qalırdım. Evim oldu, camaat başladı mənimlə yaxınlaşmağa, hörmət etdilər. Sonradan ailəmin fəxri bir üzvü oldum.
 
- O vaxt təxminən neçə yaşınız olardı?
- Mən 18 yaşında ailə həyatı qurmuşdum, bir oğlum olmuşdu. Daha sonra həyat yoldaşım qəzada dünyasını dəyişdi. Mən xalq teatrına gedəndə 22 yaşım tamam idi, 23 yaşıma yeni keçmişdim. O yaşımdan həyata tək atılmışam, indiyə qədər də təkəm. Oğlumu böyüdüb oxutdurmuşam, ali təhsil verib, evləndirmişəm, 2 nəvəm var. Hazırda nəvəmlə birlikdə yaşayıram. 
 
- Ömür-gün yoldaşınızı sevib evlənmişdiniz? Onun sənətinizə münasibəti necə idi?
 
- Həyat yoldaşımla ipək fabrikində işləyəndə tanış olmuşdum. Orada yoldaşımla bir briqadada işləmişik, həm də axşam məktəbində də bir sinifdə oxuyurduq. O məndən 2 yaş böyük idi. O vaxtı mən zavodda işləyəndə də xalq teatrına gedirdim. O bilirdi ki, mən bu sənəti sevirəm. Ailə həyatı qurandan sonra qaynanalı, qaynatalı evdə yaşayırdım, ona görə də özüm sənətdən ayrıldım.
 
- Həyat yoldaşınız dünyasını dəyişəndən sonra niyə ailə həyatı qurmadınız?
 
- “Həyat insanın üzünə ilk dəfədən gülmürsə, sonradan buludun altından çıxan günəş də adamı yandırır” deyirlər. Mənim bir oğlum var idi, ömrümü ona verdim. Başqa kişinin əlinin altında oğlumu ürəyim istəyən kimi böyüdə bilməzdim, ona görə də onu heç kimə dəyişmədim. Bunu mənim vicdanım götürmədi. İstəyənlərim də çox idi, amma dedim ki, mən oğul böyüdürəm, sabah onun üzünə şax baxmalıyam. 
 
- Saçınızı hər zaman ağ görmüşük. Niyə onları boyamırsınız? Olmaya bunun xüsusi səbəbi var?
 
- Saçlarım çox cavan yaşımdan ağarıb. Ağ saç el sözü ilə desək, mənə yaraşır, nuranilik verir. Çox adamlardan özüm haqda belə eşitmişəm. Mənim cavan qardaşım ölüb, 18, 24 yaşında qardaşımın balaları dünyasını dəyişiblər. Başımıa tez-tez müsibətlər gəlib. Bu dərdlərə dözməyib saçlarım çox cavan yaşlarımdan ağarıb. 45 ildir ki, ağ saçlarla gəzirəm. Ürəyimdən gəlmir onları boyayım. Həm də bundan sonra nə mənası var? Mən ana, nənə rolları oynayıram, rejissorların bu saç rəngi xoşlarına gəlir. Özümün də belə çox xoşuma gəlir, təbiiliyi çox sevirəm. Təbii olmaq istəyirəm.
 
- Sovqat xanım, çox səmimi insansınız. Məncə, bizim sənətçilərdə səmimiyyət çatmır.
 
- Sadəlik və səmimiyyət həqiqətən də insana baş ucalığı gətirir. Səmimiyyət nədir? Yalan demirsən, özündən artırmırsan, nəyin var odur da. O vaxt fotoqraflar var idi, kimsə şəkilini bəyənməyəndə ona deyirdi ki, “Əşşi, nəsən, osan da. Nə qoyum ora mən?”. Onun sözü olmasın, nəsən, osan da. Mən olduqca sadə insanam, paltarımda da, geyimimdə də, iş yoldaşlarımla rəftarımda da. Sadəliyi, səmimiyyəti, düzgünlüyü sevirəm. Çox xahiş edirəm, bu sözlərimi səmimi qəbul edin, özündən razılıq kimi yox.
 
- Baxan deməz ki, heç aktrisasız. Adətən, aktrisalar bərli-bəzəkli donlarda gəzir, bahalı həyat yaşayırlar.
 
- Bərli-bəzəkli də geyinmək olar, kosmetikadan da istifadə etmək olar. Belə olan halda insanın xarakterində nə dəyişir? Mən Hökməli kəndində yaşayıram. Hökməlinin necə bir kənd olduğunu hər kəs bilir. İnanırsınızmı mən burada nə qədər hörmət qazanmışam?! Bütün Hökməli cavanları mənə “bibi”, bəziləri isə “Şəkili xala” deyir. Çox adam elə bilir ki, mən Hökməlidənəm. Mən əvvəl də sadə olmuşam, sadəlik mənim həyat prinsipimdir. Amma insan bir az özünə qadın hörməti qoymalıdır. Həddini aşıb, cızıqdan çıxmaq qəhrəmanlıq, gözəllik demək deyil. Hər zaman onu fikirləşmişəm ki, mən Azərbaycan qadınıyam, 5 adam məni necə tanıyırsa elə də qalmalıyam. Əndazədən çıxıb özümü ağızlara söz edə bilmərəm.  Ölənə qədər də belə sadə yaşayacağam.
 
- Bakı Uşaq Teatrına gəlişiniz necə oldu?
 
- O vaxt Şəki Dövlət Dram Teatrı təmirə bağlanmışdı, işsiz idim. Bakıya gəlmişdim, mənim dayımın qızı Nahidə xanım Bakı Uşaq və Gənclər Teatrında dərzi işləyirdi. Onunla biz gəldik teatra gəzməyə. Orada İntiqam müəllimlə tanış oldum, o mənə dedi ki, sizin ana obrazlarınızı görüb, bəyənmişəm. Nəsə aramızda belə söhbət oldu. Az müddətdən sonra İntiqam müəllim məni bir tamaşada oynamaq üçün teatra dəvət etdi. Oynadım, mən belə məsləhət görüldü ki, müqavilə ilə teatrda çalışım. Lap düzünü də sizə deyəcəyəm. “Qız yükü” serialının sonuncu çəkilişləri idi, Biləsuvara çəkilişə gedirdim. Yolda olanda Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin katibəsi zəng edib mənə  dedi ki, sabah səhər saat 10-da teatrda olun. Gecə ilə çəkiliş bitər-bitməz çıxıb getdim teatra. Mirbala gəldi, dedim ki, Mirbala gəlmişəm, çağırmısan, nə iş var? Dedi ki, yeni ilə tamaşa hazırlayıram, sən küpəgirən qarını oynayacaqsan. Dedim ki, mənim gözüm üstə, ssenarini ver. Ssenarini aldım yazdım, günorta mənə serialdan zəng etdilər ki, sonuncu çəkilişdir, bir gün gəl çəkil get, artıq serialı bağlayırıq. Dedim ay Mirbala, mən ssenarini yazmışam, uşaqlar hələ heç başlamayıb, mənə 2 gün icazə ver. Mirbala da o vaxt çox əsəbi idi, dedi ki, olmaz! Dedim ay Mirbala, bu serialdır, mən mütləq getməliyəm, serial efirə getməlidir. Yenə də dedi ki, olmaz! Truppa müdirinə dedim, direktorla danışdım, yenə də mənə icazə vermədilər. Etmədim tənbəllik, Mirbalanın yanına gəlib yenə də ona yalvardım, dedim ki, iki gün icazə nədir ki, sən onu mənə vermirsən?! Dedi ki, gedirsənsə ərizə yaz get. Mən də ərizəni yazıb, truppa müdirinə verib, çıxıb gəldim. Bakıya gələndə İntiqam müəllim dedi ki, səni işə götürmüşəm, bu gündən etibarən Bakı Uşaq və Gənclər Teatrının işçisisən.
Oxşar xəbərlər
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir