Moderator.az xəbər verir ki, 26 dekabr 2013 ”“ cü il tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsi (AMPK) ilə BMT ”“ nin Uşaq Fondunun Azərbaycan Nümayəndiliyi (UNİCEF) arasında imzalanmış Memorandum çərçivəsində ölkəmizdə ilk dəfə olraq “Uşaq Paralimpiya İdman Festivalı” keçirilmişdir. Festivalı giriş sözü ilə açan Azərbayca Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) birinci vitse prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədri Natiq Qasımov ölkəmizdə paralimpiya hərəkatının inkişafı, bu sahəyə olan dövlət qayğısı, Uşaq Paralimpiya hərəkatının yaradılması haqqında geniş danışdı. O, qeyd etdi ki, festivalın keçirilməsində əsas məqsədi Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının təşviqi məqsədi ilə təbliğat işlərinin aparılması və sağlamlıq imkanları məhdud uşaqları cəlb etmklə, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyalarını təmin edilməsinə şəraitin yaradılmasıdır. Eyni zamanda əlil idmanı və paralimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə, fiziki güsurlu gəncləri, xüsusən uşaqları Paralimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Festivalda UNİCEF ”“ in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Raşid Mustafa və “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi”- nin sədri, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü Gülarə Teymurova UNİCEF ”“ lə AMPK ”“ i arasında qurulmuş əməkdaşlıq, Uşaq Paralimpiya Komitəsinin yaradılmasının əhəmiyyətli və inkişafı, bu sahədə qeyri hökümət təşkilatlarının rolu barədə çıxış etdilər.
Rəsmi çıxışlardan sonra uşaq paralimpiyaçı idmançılar və musiqiçilər nümunəvi idman növləri və musiqi nömrələri ilə çıxış etdilər.
Festivalda AMPK ”“ nin prezidenti İlqar Rəhimov, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvləri, qeyri hökümət təşkilatlarının rəhbərləri, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak etdilər.
Qeyd edək ki, 27 sentyabr 2013 ”“ cü il tarixində dünyada ilk dəfə olaraq AMPK ”“ nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmış və ölkəmizdə Uşaq Paralimpiya Hərəkatının yaradılması və inkişafına dəstək olaraq oktyabrn 8 ”“ də AMPK və UNİCEF arasında Anlaşma Memorandumu imzalanmışdır.