“Bu boyda ölkədə bir nəfər də olsun maliyyə mühəndisi yoxdur…”
Cəmiyyət
Oxunub: 1291
06 Aug 2021 | 13:34
“Bu boyda ölkədə bir nəfər də olsun maliyyə mühəndisi yoxdur…”

Mərkəzi Bankın sədri Elman Rüstəmovun Azərbaycanda rəqəmsal valyutanın inkişaf perspektivləri ilə bağlı müsbət fikirlər səsləndirməsi elektron pulların tətbiqi məsələsini yenidən gündəmə gətirib.
 
Mərkəzi Bankın sədri açıqlamasında bildirib ki, sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır.
 
Sitat: “Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır”, - sitatın sonu.
 
Kriptovalyuta üzrə ekspert, Beynəlxalq Bankın Gəncə Filialının sabiq müdiri Sabit Fətizadənin rəhbərliyi ilə 2017-ci ilin sonlarında dünyada ilk milli elektron pul layihəsinin - “Azkoin”in icrasına başlanılmışdı. Lakin təəssüf ki, həmin dövrdə Mərkəzi Bank və digər əlaqədar qurumlar rəqəmsal valyutaya keçid prosesinin sürətlənməsinə maraq göstərmədiklərindən “Azkoin” layihəsi də gözləmə fazasına keçid almışdı.

Mərkəzi Bank sədrinin açıqlamasından sonra məsələnin yenidən gündəmə gəldiyini nəzərə alaraq Azərbaycanda kriptovalyutaların inkişafı və iqtisadiyyatımıza verəcəyi faydalarla bağlı ekspert rəyi öyrənmişik.
 
Sabiq maliyyə naziri, Rəqəmsal keçid Elm-Tədqiqat İnstitutunun təsisçisi, rəqəmsal valyuta üzrə ekspert, BMU-nun professoru Saleh Məmmədov rəqəmsallaşmanın sürətli iqtisadi inkişaf üçün olduqca faydalı olduğu qənaətindədir.
 
Sitat: “Rəqəmsallaşma düzgün qurulduğu halda iqtisadi artıma çox ciddi təsir göstərə bilər: hətta neft faktorundan qat-qat çox. Bank aktivlərinin dəfələrlə artırılması, kredit faizlərinin aşağı salınması, investisiyaya yönəldilən vəsaitlərin, kreditlərin həcminin artırılması rəqəmsallaşmadan asılıdır. Həmçinin rəqəmsallaşma, elektoron pullardan istifadə korrupsiya və rüşvətxorluğa ağır zərbədir. Bundan başqa, kriptovalyutalarla ödənişlər edilən zaman vegidən yayınma hallarının olması mümkün deyil. Bir manat belə ictimai dövriyyədən kənarda qala bilməz. Kredit resursları pul vəsaitlərindən formalaşır, əgər bu pullar sandıqlarda və ya ciblərdə saxlanılırsa, kredit mənbəyi ola bilməz. Amma banka daxil olursa, avtomatik bank aktivlərini artırır. Bank aktivləri isə birbaşa investisiya mənbəyidir. Hazırda böyük dövlətlər rəqəmsal valyutaların məişətdə rahat istifadə edilməsinin yolları ətrafında geniş araşdırmalar və müzakirələr həyata keçirirlər. Məsələn, adətlərimizdən biri toya pul yazdırmaqdır. Kriptovalyutaya keçid etdikdən sonra toylara pul hansı formada yazdırılacaq? Digər gündəlik ödənişlər necə həyata keçirləcək? Bütün bunlar və digər bu kimi rəqəmsal valyutaya keçid barədə problemlər, rəqəmsal valyutanın məişətdə istifadəsi ilə bağlı geniş tədqiqatlar aparılır. Təbii ki, biz də bu müzakirələrdən kənarda qalmamalıyıq. Biz pulu cibimizdən xərcləməyə öyrəşmişik. Rəqəmsal proseslər, kriptovalyuta ilə ödənişlərə keçid bizim nağd pul istifadəmizi məhdudlaşdıracaq”, - sitatın sonu. 
Saleh Məmmədov bildirib ki, “Azkoin” özəl kriptovalyuta olduğuna görə Mərkəzi Bankın heç bir müsbət və ya mənfi reaksiyasına ehtiyac yoxdur.
 
Sitat: “Özəl kriptovalyutaların emissiyasına və tənzimlənməsinə dünyada heç kim müdaxilə edə bilmir. Bitkoinin sahibi, proqramın yaradıcıları, emissiyanın tənzimlənməsi hələ heç kimə məlum deyil. Hətta blokçeyn proqramının müxtəlif müəllifləri biri digərini tanımır. Əgər kimsə buna müdaxilə edə bilsəydi, dərhal emissiya təklifini artırıb kursu düşürərdilər. Bu yeni maliyyə mühəndisliyi elminin nəhəng kəşfidir. 2010-cu ildə Bitkoinə 1000 dollar qoyan adam isə 65 milyard dolların sahibi ola bilərdi. Bu valyutanın əsasında heç bir qızıl, gümüş, neft qaz rezervi dayanmır. Kriptovalyutanın əsasında maliyyə mühəndisliyi elminin yeni kəşfi durur. Maliyyə mühəndisliyi elmi özü nisbətən yeni elmdir, təəssüflər olsun ki, xalqlara trilyonlar qazandıra biləcək bu elm ilə Azərbaycanda ümumiyyətlə, maraqlanan yoxdur. Maliyyə mühəndisliyi üzrə ilk  kadr hazırlığı 1998-ci ildə Kolumbiya universitetində başlamışdı, indi artıq Azərbaycan universitetlərindən başqa, əksəriyyət  dünya universitetləri bu elm üzrə mütəxəssis hazırlayır. Azərbaycanda isə bir kurs işi belə yazılmayıb. Amma bu elmin əsasını qoyan alimlərdən biri İraq azərbaycanlısıdır – mərhum Saleh Neftçi, ruhu şad olsun. Ölkədə bütün kriptovalyuta müzakirələrində bu çatışmazlıq birbaşa hiss olunur”, - sitatın sonu.
 
Saleh Məmmədov rəqəmsallaşmada, elektoron pullardan istifadədə xarici təcrübəyə müraciət edərək, sürətli rəqəmsallaşma həyata keçirən və bunun nəticəsində böyük iqtisadi gəlirlər əldə edən Sinqapuru Azərbaycanla müqayisə edib.
 
Sitat: “Sinqapurun heç bir təbii sərvəti yoxdur. Kənd təsərrüfatı inkişaf etməyib. Suyu belə xaricdən alırlar. Amma ölkə rəqəmsallaşma nəticəsində dünyanın maliyyə mərkəzinə çevrilib. Sinqapur Azərbaycanın Qarabağ rayonu boydadır. Məsələn, Azərbaycanın bank aktivlərinin həcmi 19 milyard dollar olduğu halda, Sinqapurun bank aktivləri 1 trilion dollardan çoxdur. Həmçinin Azərbaycanın maliyyə rezervi 50 milyard dollar, Sinqapurun isə 386 milyard dollardır. Azərbaycan bu kapitalı neft və qeyri-neft sektorundan əldə etdiyi halda, Sinqapurun sürətli inkişafının əsasında dayanıqlı maliyyə sisteminin qurulması və elmi-texnoloji inkişaf dayanır”, - sitatın sonu.

Ekspert rəqəmsal manatın Azərbaycanda inkişaf etdirilməsinin yolları barədə də danışıb.
 
Sitat: “Rəqəmsal manatın buraxılmasına sadəcə pul dövriyyəsinin rəqəmsallaşması kimi baxmaq yanlış olardı. Bu, Azərbaycan iqtisadiyyatında böyük inqilab yaradacaq. Rəqəmsal manat nağd dövriyyənin tamamilə aradan qaldırılması, bütün ehtiyyatların ictimai dövriyyəyə cəlb olunması, uyğun olaraq kreditləşmə və investisiyanın bir neçə dəfə artırılması, iqtisadi artımın ilk dövrlərdə ən azı 15-20 %-ə qaldırılması, korrupsiya və rüşvətin ən azı 90% aradan qaldırılması, şəffaflığın təmin olunması, cəmiyyətin İQ əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsi deməkdir. Buna görə təcili tədbirlər görülməlidir. Hər keçən gün ölkənin zərərinədir. Mərkəzi Bankın Rəqəmsal valyutasının (CBDC) yaradılması istiqamətində  soft proqram və maliyyə texnologiyası işləmək üçün Mərkəz Bankın nəzdində  bir institutun qurulması və rəqəmsal manatın proqram təminatının işlənməsinə başlanılması çox vacibdir. Bu prosesə öz bacarıqları hesabına kriptovalyutalar üzrə biliklər əldə etmiş, dünya ölkələrindəki vəziyyəti bilən, hadisələrin gedişatını düzgün qiymətləndirməyi bacaran gənclər də cəlb olunmalıdır. Ölkələr 5-6 ildir ki, bu sahədə araşdırmalar aparır, hazırlıq görürlər. Azərbaycanda hər şey sıfırdan başlayır. Nağd pulların aradan qaldırılması, bunun mərhələli icrası proqramının, nağdısız hesablaşmaların sistem və proqram təminatının yaradılması, milli maliyyə texnologiyaları istehsalatının qurulması, Ofşor zonaların yaradılması və uyğun olaraq ofşor bank sisteminin qurulması, rəqəmsal bank və pul dövriyyəsi üzrə ölkə üzrə genişmiqyaslı təlimlərin başlanması Azərbaycanda kriptovalyutanın inkişaf etdirilməsinə böyük töhfə verə bilər. Bununla bərabər maliyyə mühəndisliyi və maliyyə texnologiyaları üzrə kadr hazırlığına başlamaq lazımdır. Hər şeyi kadrlar həll edir. Bu boyda ölkədə bir nəfər də olsun maliyyə mühəndisi yoxdu və heç bir elmi tədqiqat işi aparılmır. Heç olmasa indi doktorantura və maqistratura səviyyəsində xarici universitetlərə tələbə göndərmək, xaricdən mütəxəssislər dəvət etmək lazımdır”, – sitatın sonu.
 
Sabiq nazirin sözlərinə görə, Rəqəmsal manat (CBDC) dövriyyəyə  buraxılandan və nağd pullar dövriyyədən çıxarılandan sonra ölkənin iqtisadiyyatında inqilabi dəyişiliklər baş verəcək.
 
Sitat: “Məsələn, Azərbaycanın hazırda kredit təklifi: 14,5 milyard manat – tələb 50 milyard manat - kredit faizi - 20% -potensial resurs - 150 milyard manat (bu resursu, ehtiyyatları prezident yaradıb, formalaşdırıb verib bankların sərəncamına, banklar isə təəsüf ki, yalnız onun 10%-dən istifadə edir). Rəqəmsallaşma isə kredit resurslarının 5-6 dəfə artırılması və faizlərin 20%-dən 1-2 faizə endirilməsi, iqtisadi artımın minimum 15-20%-ə qalxmasına səbəb olacaqdır”, - sitatın sonu.
 
Missiya.Az
 

Oxşar xəbərlər
23:17, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
23:17, Bu gün
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
23:16, Bu gün
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
23:11, Bu gün
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
23:09, Bu gün
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
23:03, Bu gün
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:49, Bu gün
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama