Şübhəsiz ki, həyatınızda kömək etdiyiniz, problemlərini həll etdiyiniz, həyatını daha yaxşı hala gətirməyə çalışdığınız insanlar çox olub... Amma nahaq yerə.
Moderator.az bildirir ki, yalnız illər keçdikcə bu vaxtın və zəhmətin boşa getdiyini anlayırsan. Ancaq kimsə sizə daha əvvəl Fyodor Dostoyevskinin aşağıdakı sözlərini desəydi, yəqin ki, qulaq asmazdınız: "Sizin üçün gölməçələr keçməyən insanlar üçün okeanları keçməyin".
Necə də tez-tez insanlar, hətta qohumlar və dostlar, vaxt, pul, əhval-ruhiyyə olmadığını bəhanə gətirərək davranışlarına haqq qazandırırlar. Ancaq əslində istəkləri yoxdur. Axı, məsələn, valideynini gec-gec arayan bir adamın bunu işinin çox olması ilə izah etməsi gülünc doğurur. Çünki bu elə də çox vaxt tələb etmir – cəmi bir-iki dəqiqə.
Bu mənada Dostoyevskinin "İnsan həqiqətən istədiyi hər şeyə vaxt tapar!" fikri yerinə düşür.
Ömrümüz incikliklərə və mənfiliklərə boşa xərclənəcək qədər uzun deyil. Bunu gənclikdə başa düşmək olmur. Ancaq həyat təcrübəm göstərir ki, hətta yaşlı insanlar da bəzən bunu anlaya bilmirlər.
"Yaddaşınızı umu-küsü və incikliklərlə zibilləməyin, əks halda gözəl anlara yer qalmayacaq" - deyib dahi yazıçı.
Uşaqla ünsiyyət səni uşaqlığa, özünə qaytarır, gülə, əylənə, oynaya, qışqıra, tullana və qaça bilərsən... Bu, heç bir şeylə müqayisə olunmayacaq qədər müsbət enerji və xoş əhval-ruhiyyə yaradır. Özünüz sınayın!
"Yetkin insan uşaqla oynayanda ruhu sağalır" deyib böyük Dostoyevski: "Özümüzü uşaqlardan yüksəkdə saymamalıyıq, onlardan daha pisik. Və əgər onlara daha yaxşı olmaları üçün bir şey öyrədəriksə, onlarla təmas bizi də yaxşılaşdırar".
Sonda Fyodor Mixayloviçin daha iki kəlamını oxucularımıza təqdim edirik:
"Ətrafımda insanların asudə vaxtlarında nə edəcəklərini bilmədikləri üçün ən acınacaqlı məşğuliyyətləri və əyləncələri necə axtardıqlarını görəndə bir kitab axtarıram və içimdən deyirəm: bütün həyat üçün bu kifayətdir".
"İnsanların çoxunun qorxduğu üç şey var: güvənmək, həqiqəti söyləmək və özü olmaq".
Miraslan