"Qalmaqalla qazanılan məşhurluq o qalmaqalın ömrü bitənə kimi davam edir..."
Şou-biznes
Oxunub: 6948
30 Jul 2021 | 16:59
Xalq Artisti, muğam ifaçısı Mələkxanım Əyyubovanın gənc blogger və rəssam qızı Nəzrin Nəcəfovanın Moderator.az-a müsahibəsini təqdim edirik:
 
- Məşhur musiqiçi ailəsində doğulan biri kimi nə üçün bu sahədə fəaliyyət göstərmədiniz?
 
- Musiqiyə qarşı həvəssiz və ya laqeyd deyiləm. Elə indi də arada özüm üçün zümzümə edirəm. Uşaqlıqdan Aybəniz Haşımovanın rəbəri olduğu "Bülbüllər"də iki ilə yaxın dərs almışam. Televiziyarda da uşaq ikən "Bülbüllər" ilə birlikdə çıxışlarım olub. Çox utancaq olduğum üçün atam məni o qrupdan çıxardı. Həmçinin Oqtay Zülfüqarovun uşaq ansamblına qatılmışdım. Hardasa 1 il də orada dərs aldım. Suluqların və musiqi duyumumun yaranmağında orada aldığım dərslər mənə çox kömək oldu.
 
- Bəs nə əcəb ananız sizə ifaçı olub öz sənətini davam etdirməyiniz üçün dəstək olmadı?
 
- Bəlkə də o arzuladığı səsi və  istedadı görsəydi anam mənə gənc müğənni olmağımda dəstək olardı. Məncə anam məndə ifaçıya lazım olan o qəlbə toxuan səsi, xüsusi səs tembri və bu sahədəki istedadı görmədiyi üçün dəstək olub məni bu sahəyə yönləndirmədi. Anam uzun illərdir ki, bu sənətdədir və sənətinin çətinliklərini də çox yaxşı bildiyi üçün övladlarının heç birinin bu sənətə gəlməsini istəmədi.
 
 
Mən musiqini davam etmədim, çünkü o sahəyə elə də həvəsim olmadı, lakin qohumlarım arasında davam edənlər oldu. yəni bu sahəni özlərinə sənət kimi seçdilər və anam da sağ olsun ki, onlara lazımınca dəstək göstərdi.
 
- Elə bu mövzudan söhbət düşmüşkən, yaxın qohumlarınız Ramal İsrafilov və Mirkamil Kamilov haqqında fikirlərinizi öyrənmək istərdik. Deyəsən bir vaxtlar Xalq Artistimizlə onlar arasında bir az soyuqluqlar da yaşanmışdı və bu mətbuata da yansımışdı.
 
- Ramal İsrafilov dayım oğlu, Mirkamil isə xalam oğludur. Onların Bakıya gəlməkləri belə anam Mələkxanım Əyyubovanın sayəsində baş verdi. Mirkamilin sənətində hal-hazırda durğunluq var, amma Ramal isə ifaçılıq fəaliyyətini davam etməkdədir. Ramalın böyük qardaşı Vüsal da Mədəniyyət və İncəsənət Universitetində anamın tələbəsi olub və o da hazırda ifaçı kimi fəaliyyət göstərməkdədir. Anam ona həm bibisi kimi, həm də müəllimi kimi xanəndəlik sənətinin bütün incəliklərini öyrədib. Nəinki onlara, anam dərs verdiyi bütün tələbələrinə həmişə dəstək olmağa çalışıb. Soyuqluqlar barədə bir söz deyə bilmərəm. Məncə belə hallar olmayıb. Bu barədə daha dolğun cavab əldə etmək üçün isə Mələkxanım Əyyubovanın özünə müraciət etsəniz daha yaxşı olardı.
 
- Bəs necə oldu ki sizdə rəssamlığa həvəs yarandı?
 
- Mənim atam başqa sahədə çalışsa da, çox gözəl rəssamlıq qabiliyyəti var. Mən uşaq olanda o çox gözəl şəkillər çəkirdi və məndə rəssamlığa həvəs ilkin olaraq atamdan yarandı. Daha sonra sənət seçməyə gəldikdə anam mənə məsləhət gördü ki, iqtisadiyyatı seçim, atam isə həkim olmağımı istəyirdi. Mən isə uşaqlıqdan vurğunu olduğum rəssamlığı seçdim.
 
- Rəssamlığın hansı sahəsi üzrə ixtisaslaşmısınız?
 
- Mən uşaqlıqdan modanın, dəbin vurğunu olduğum üçün təbii ki seçim imkanı verildikdə geyim üzrə rəssamlığı seçdim. Lakin bununla yanaşı təhsil aldığım müddətdə yağlı boya ilə də portret, peyzaj və natürmort çəkməyi  və bir çox  janrlarda işləməyi öyrəndim. Həmçinin yağlı boya və akrillə kətan üzərində işləməyi də çox sevirəm. Tələbəlik müddətimdə əməkdar rəssam  Elşən Hacızadədən bu sahədə xüsusi dərslər aldım və hal-hazırda da, ondan dərs almaqda davam edirəm və sağ olsun ki, məndən heç zaman öz dəstəyini əsirgəməyib. Mənim hal-hazırda şəxsi emalatxanam yoxdur. Buna görə də yağlı boya ilə işlədiyim zamanlar məhz Elşən Hacızadənin emalatxanasından istifadə edirəm.
 
- Gələcək üçün nə kimi planlarınız var?
 
- Artıq planlarımı həyata keçirməyə başlamışam və arzusunda olduğum brendimi də bu ilin yazında yaratmışam. Nez_by Nazrin Najafova. Hər fəsildən fəsilə yeni kolleksiyalarımızı hazırlayıb alıcılarımıza təqdim edirik. Satışlarımız da aparılmaqdadır.
 
- Satışlarınız necə aparılır? Əl işlərinizi nümayiş etdirən xüsusi bir mağazanız varmı?
 
- Satışlarımız online aparılır. Gələcəkdə mağaza və ya ən yaxşı şəkildə mağazalar şəbəkəsi qurmağı planlaşdırıram, lakin məncə indi bu barədə danışmaq çox tezdir. Brend tam olaraq özünü doğrultduqdan və öz kütləmizi topladıqdan, həmçinin rəqabətdən sağlam şəkildə çıxdıqdan sonra niyə də olmasın. Lakin bu brendi yaratmağım məni çox qürurlandırır. Çünkü arzumu artıq real bir işə çevirə bilmişəm. Düzü hazırkı komandamız elə də böyük deyil. Mən və mənim həqiqətən işini çox bəyəndiyim əlləri qızıl dərzimdən ibarətdir, lakin komandamızın böyüməsi də sırf məhsulun satışına bağlı ola biləcək bir işdir.
 
- Gələcəkdə ola bilər ki, ailə həyatı qurduqdan sonra sənətdən və hazırkı fəaliyyətlərindən uzaqlaşasan?
 
- Düşünürəm ki, hər ikisini də davam etdirə biləcək bir gücdəyəm və gələcəkdə ailə həyatı qurduğum şəxs də məndən bunu heç vaxt tələb etməz. Məncə ailə qurmaq sənət üçün heç vaxt əngəl olmamalıdır. İnsan ailə qurduqda məncə daha çox maddi xərcləri olur və bunları qarşılaya bilmək üçün qadın mütləq öz sənəti ilə məşğul olmalıdır. Təbii ki, sevdiyi, seçdiyi və özünü xoşbəxt hiss etdiyi sənətlə. Qadın həyat yoldaşına da, övladına, evinə və işinə də vaxt ayırmağı bacarmalıdır.
 
- Lakin bir reallıq da var ki sənətdə, xüsusən də ifaçılıqla məşğul olan xanımlarımızın çoxu ailə həyatında uğursuz, sənətdə isə uğurlu olurlar. Sizin ananız Mələkxanım Əyyubova isə hər ikisində uğurludur. Sizcə sirr nədədir?
 
- Doğru vurğulayırsınız, anam hər ikisində uğurludur. Həmçinin digər sənət xanımlarının bir ya iki övldı olubsa, Mələkxanım Əyyubovanın dörd övladı olub. Təbii ki, anam bunları tək edə bilməzdi. Həm atam, həm nənəm anama kömək ediblər. Həmçinin bu faktdır ki, həyat yoldaşının dəstəyi olmadan qadın bütün işlərin öhdəsindən gələ bilməz. Atamla anam qarşılıqlı olaraq həmişə bir-birlərinə dəstək olublar və bu dəstəyin ən gözəl nəticələri də göz qabağındadır.
 
- Bu gün sən ananın adı ilə daha çox tanınırsan. Ola bilərmi ki, gələcəkdə elə bir məşhurluq qazanasan ki, anan Mələkxanım Əyyubovanı daha çox Nəzrin Nəcəfovanın anası kimi tanısınlar?
 
- Düzü, elə bir iddiam yoxdur. Həqiqi mənada anamın adının adımın qarşısında çəkilməsi mənim üçün böyük şərəfdir. Anamın sadəliyi, gözəlliyi və sənəti ilə fəxr edirəm. Ömrümün sonuna kimi onun adını öz adımın qarşısında daşımağa hazıram. Mənim üçün həmişə fəxrdir ki, lap yetmiş yaşım olanda da desinlər ki, o Mələkxanım Əyyubovanın qızıdır.
 
- Son günlərdə ən gəlirli peşələrdən birinə çevirilən blogerlik Azərbaycanda da geniş vüsət alıb və bizdə olan məlumata görə sən də məhz bu işlə məşğulsan. Bəs nə üçün bu fəaliyyəti seçdin, məşhurluq, yoxsa daha çox gəlir əldə etmək üçün?
 
- Ailəmizdə tək blogger mən deyiləm. Böyük qardaşım Cəfər də məhz bu işlə məşğuldur və kifayət qədər də gəlirləri var. Məndə bu sahəyə olan marağı da məhz qardaşım yaradıb. Açığı bu fəliyyətə başlayanda pul qazanmağı düşünməmişdim. Məqsədim insanlara fayda verə bilmək idi ki, məsələn haradasa kəşf etdiyim yeni bir məhsulu insanlarla paylaşaraq həm satıcıya, həm də insanlara fayda verim. Daha sonra isə bu fəaliyyətim qazanca çevirilməyə başladı. Blogger kimi İnstaqramda nez_n adı ilə fəaliyyətimi davam etdirirəm. Qazancımı tam olaraq deməyəcəm, amma blogerlikdən əldə etdiyim gəlir hazırda öz xərclərimi qarşılamaq üçün kifayət edir. Həmçinin blogerrlikdə yeniyəm. Bir ildir ki, bu fəaliyyətlə məşğulam. Demək olar ki 4-5 aydır  buradan gəlir əldə etməyə başlamışam. Bloggerlik vasitəsiylə həmçinin öz geyim brendimi də tanıtmağa başlamışam və bu mənə əlavə bir üstünlük və güc verir.
 
- Bəs bloggerlik fəaliyyətinizə ananız Mələkxanım Əyyubovanın münasibəti necədir?
 
- Anam hər sahədə olduğu kimi bu sahədədə məni dəstəkləyir və uğurlarıma məndən də çox sevinən məhz o olur. Çünkü anam mənə inanır və buna görə də bu sahədə də sözün yaxşı mənasında özümü doğruldacağıma inanır. Bloger olaraq bir xarici qlobal şirkətlə də əməkdaşlığa başlamışam və anam bu uğurumu gördükdə də çox sevindi. Şirkətin adı hələlik sirr kimi qalsın, lakin yaxın günlərdə öz səhifəmdə bunu açıqlamağı düşünürəm.
 
- Necə düşünürsən, bloggerlik fəaliyyətin hal-hazırda rəssamlığını üstəlyə bilir? 
 
 
- Şəxsi yanaşma cəhətdən hər zaman balansı qorumağa çalışıram, lakin qazanc cəhətdən bloggerliyim təbii ki rəssamlığımı üstələyir.
 
- Ananızın sizə hər hansı bir tövsiyəsi və ya iradı olubmu ki, sənət aləmində bunu etmək olmaz. Əgər olubsa bunun nə olduğunu bilmək maraqlı olardı.
 
- Mən uşaqlıqdan elə bir tərbiyyə almışam ki, mənə bunu etmək olmaz deyərək irad bildirməyə ehtiyac yoxdur. Həm həyatım, həm də sənətimlə bağlı doğru qərarlar verməyi bacarıram. Sadəcə məsləhət verə bilər ki, məsələn, bunu belə etsən daha yaxşı olar və düşünürəm ki, övladın valideyn məsləhətinə, böyük sözünə həmişə ehtiyacı var.
 
- Hazırda subaysan və izləyicilərin arasında əks cinsin nümayəndələri də çoxdur. Bəs bir gözəl xanım kimi onlardan xoş sözlər və ya evlilik təklifləri yazanlar olurmu sənə?
 
- Təbii ki qadınlarla yanaşı kişi izləyicilərim də var və onlardan bu mövzuda bir çox mesajlar alıram, lakin heç bir reaksiya vermədən baxıb keçirəm.
 
- Bəs hal-hazırda həyatınızda sevdiyiniz bir insan varmı?
 
- İndi tam mənada işimə fokuslanmışam. Lakin qismət deyək, ola bilər ki gələcəkdə mənə tam olaraq uyğun bir insan qarşıma çıxsın.
 
- Bəs xarici görüşünüzlə bağlı gələcəkdə model olaraq fəaliyyət göstərmək istərdinizmi? 
 
- Düzü bu tipli təklifləri çox almışam. Bəzi məşhur vizajistlər dəfələrlə məni makiyaj edib paylaşıblar. Lakin geyim olaraq bu tipli təkliflərə razı olmamışam. Hazırda ancaq öz hazırladığım geyimlərin modelliyini edirəm. Modellik bir başqa sənətdir və öz özəllikləri var.
 
- Fəxriyyə Xələfova, Gülnarə Xəlilova kimi digər məşhur modelyerlərimiz sənin brendini qəbul edirlərmi? Bəs brendin onlar tərəfindən iradla qarşılaşsa necə, bu kimi ehtimalları düşünmüsən?
 
- Əgər sənət bilicilərinin işimlə bağlı hər hansı bir iradları olsa, bunu normal qəbul edərəm. Fəxriyyə Xələfova Universitetdə müəlliməm olub. Düzü hələ ki brendimi ona təqdim etməmişəm, lakin düşünürəm ki tanış olduğu zaman bəyənəcək. Pandemiyaya görə hələ ki brendimin təqdimatını keçirə bilməmişəm, lakin təqdimata həm Fəxriyyə xanımı, həm də Gülnarə xanımı, həm də sizi dəvət etməyi düşünürəm və o zaman onların nə düşündüklərini biləcəyik.
 
- Sənətinlə, işlərinlə əlaqədar içində hər hansı bir qorxuların olurmu?
 
- Qorxu deməzdim, lakin zamanla işlərimlə əlaqədar içimdə müəyyən tərəddüdlərim olur. Məncə bunun olması da, kifayət qədər normal haldır. İşimə qarşı olan məsuliyyətimin göstəricisidir. Xəyalpərəst bir insanam. Xəyallarımda qurduğum yerə çatmaq üçün bir çox addımlar atıram və təbii ki, bu zaman bəzi tərəddüdlərim də olur.
 
- Bəs xaricdə bir çox sərgilərdə iştirak edən gənc bir rəssam kimi xarici kütlənin bizim rəsm əsərlərimizə nə kimi münasibətlərini görmüsən?
 
- Xarici kütlə tərəfindən bizim çəkdiyimiz rəsmlər həqiqətən çox bəyənilir. Mən xarici kütlənin simalarından da bunu hiss etmişəm. Fərq məncə ondadır ki, onların gördükləri ənənəvi yerli istehsallı rəsmlər abstrakt təsəvvür üzərində qurulub. Bizim rəsmlərdə isə mütləq predmet olur. Ona görə də onlar bizim çəkdiyimiz rəsmlərə baxanda öz heyranlıqlarını gizlədə bilmirlər, lakin almağa gəldikdə isə yenə də abstrakt əsərlərə üstünlük verərək evlərini, ofislərini və s bu kimi abstrakt əsərlərlə bəzəyirlər.
 
- Kifayət qədər gənc və gözəl xanımsan və ananın məşhurluğu da sənin özəlliklərindən biridir. Bəs digər gənc həmkarların bunları sinirə bilməsə o zaman onlarla konfliktə qoşularsan?
 
- Xaraktercə konflikt və qalmaqaldan uzaq insanam və heç zaman da qalmaqalla gündəmi zəbt etməyə çalışmayacağam. Mənim aldığım tərbiyə və böyüdüyüm mühit də buna imkan vermir. Bildiyiniz kimi anam Mələkxanım Əyyubova da həmişə qalmaqaldan uzaq bir sənət adamı olub. Məhz işi ilə gündəmdə olub. Gözəllik Allah vergisidir, yəni hərəyə bir cür gözəllik bəxş edilir. İnsanın tərbiyə və davranışı isə yalnız özündən asılıdır. Qalmaqalla qazanılan məşhurluq o qalmaqalın ömrü bitənə kimi davam edir. Zəhmətlə əldə olunan hörmət isə heç vaxt tükənmir. Əlimin zəhmətinə güvənərək çıxdığım bu yoldada ən yaxın silahdaşım da məhz əməyim və alın tərimdir.
 
Leyla Şah
Oxşar xəbərlər
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO