Prezident İlham Əliyevin doğum günü münasibətilə Gəncə şəhərində ağacəkmə
kampaniyasına start verilib. Bu barədə Moderator.az saytını Göncədəki mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, kampaniyanın ilk günü ilk ağac Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı tərəfindən əkilib:
“Dövlət
başçısının doğum günü ilə əlaqədar kampaniya çərçivəsində ilk ağacı Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əkib.
Prezident İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncədə Məhsəti qəsəbəsində
52 min ağac əkiləcək. Proses bu gündən başlayaraq dekabrın 30-a qədər davam edəcək.
Sözügedən kampaniya IDEA təşkilatı (International Dialogue for Environmental
Action) və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilib. Ağaclar
aqro-texniki şərtlərə əmək olunaraq damcılama suvarma sistemi ilə təchiz
olunub. Son iki ildə isə Gəncədə 2 milyondan artıq ağac əkilib”.
Seymur Əliyev